Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-18/2020 12.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs X12 cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X41rşı (üçüncü şəxslər:X13, X27 və X48, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İsmayıllı rayon Qalacıq bələdiyyəsi, X42, X8, X14) “JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X41rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona verilmiş JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin etibarsız hesab edilməsi və xx xxxxxx 2016cı il tarixli 275 nömrəli İsmayıllı rayon Dövlət Arxivinin arayışına uyğun olaraq onun İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0.28 ha torpağına mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı rayon Dövlət Arxivindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 275 nömrəli arxiv arayışına əsasən iddiaçının mərhum atası X4 İsmayıllı rayonunun İstisu kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı verilmiş JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də onlara ayrılmış torpaq sahəsi texniki səhv olaraq 0.08 ha kimi göstərilmişdir. Halbuki uzun illər onlar faktiki olaraq 0.28 ha torpaq sahəsinə sahiblik etmişlər. Bundan əlavə iddiaçıya verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də iddiaçının adı səhvən “Habil” kimi yazılmışdır. İddiaçı həmin şəhadətnamədə qeyd edilən “Habil” adının ona aid olması ilə bağlı İsmayıllı rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin 2(037)-46/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli Qətnaməsinə əsasən iddiaçının ərizəsi təmin edilmiş, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən “X22” ilə “İddiaçı”nun eyni şəxs olması faktı müəyyən edilmişdir. Beləliklə, iddiaçıya verilmiş JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsi 0.28 ha əvəzinə texniki səhv olaraq 0.08 ha göstərildiyi üçün sözügedən şəhadətnamənin məhkəmə qaydasında etibarsız sayılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üstüstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatında daxil edilmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Hacıyev X19 rayonu İstisu kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair JN-044 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və 0.28 ha torpaq sahəsinin arxiv arayışına əsasən adına rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Cavabdehnə müraciət etmişdir. İddiaçının iddia etdiyi tələblər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X52 səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. İş üzrə üçüncü şəxslər X43, Xəlilova (Zülfiqarova) Zenfirə Ziyad qızı və X9 tərəfindən məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizədə qeyd edilir ki, bu artıq onlarla belə məhkəmə iclaslarıdır ki, İddiaçı üçüncü şəxsləri tamamilə əsassız, qərəzli olaraq çağırtdırır. Abil tələbinin nədən ibarət olduğunu heç özü də bilmədiyi əsassız iddialarla üçüncü şəxsləri məhkəmələrə sürükləyir, bununla onlardan qisas aldığını deyir. Bunun təməlində isə üçüncü şəxslərin mərhum analarının bir neçə il bundan öncə Abil tərəfindən zəbt olunmuş mülkiyyətdə olan torpaq sahəsinin açılması ilə əlaqədar məhkəməyə müraciət etməyi və birinci instansiya, apellyasiya və ali məhkəmə instansiyalarında iddia tələblərinin təmin edilməsi dayanır. Hal-hazırda həmin qətnamə icra olunmuş və İddiaçı tərəfindən əsassız olaraq zəbt olunmuş torpaq sahəsi onun “işğalından” azad olunaraq üçüncü şəxslərə qaytarılmışdır. Abil isə bunu heç cür qəbul etmək istəmir, əsassız iddialarla müxtəlif məhkəmə instansiyalarına müraciətlər edir. Üçüncü şəxslər ərizədə bildirirlər ki, sözün əsl mənasında onlar artıq cana doymuşlar. Doğma xala oğlu İddiaçı onların rahatlığını əllərindən almışdır, üçüncü şəxslər ondan aşkarda qorxurlar. Çünki üçüncü şəxslərin qardaşı X28 bütün bu söhbətlərdən cana doyaraq xx.xx.2016-cı il tarixdə öz canına qəsd etmişdir. Eyni mahiyyətli iddia ilə bir il bundan öncə də X70 Məhkəməsinə müraciət etmiş və onun iddiası haqlı olaraq rədd edilmişdir. İndi isə iddianın adını və predmetini dəyişərək yenidən iddia ilə məhkəməyə müraciət etmişdir. Əslində isə onun etibarsız hesab etdiyini tələb etdiyi şəhadətnamədə heç də texniki səhvə yol verilməmişdir. Onun torpaq sahəsi naturada 0.08 ha təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın xx xxxxx 1998-ci il tarixli, 46 saylı Qərarına əsaən İsmayıllı rayonu, İstisu kəndi ərazisində 0.08 ha həyətyanı torpaq sahəsi X49 və onu ailə üzvlərinin (X15, X22, X44, X45) mülkiyyətinə verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)- 46/2018 nömrəli Qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən X22 ilə İddiaçı eyni şəxs olması faktı müəyyən edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 275 nömrəli Arxiv arayışının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu, 50 nömrəli arxiv fondunda saxlanılan Qalacıq kənd İƏD-nin 1986-1995-ci illərin İstisu kəndi üzrə Təsərrüfatbaşına kitablarında İddiaçı mərhum atası X10 ailə başçısı olmaqla adına 0.28 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 19 nömrəli və xx.xx.2019-cu il tarixli 48 nömrəli məktublarından müəyyən edilir ki, İsmayıllı rayon Qalacıq kənd İƏB-nin 50 nömrəli Arxiv fondunda saxlanan 1996-2000-ci illərin İstisu kəndi üzrə Təsərrüfatbaşına kitabında X49 ailə başçısı olmaqla onun qızı X5 mülkiyyətində 0.28 ha torpaq sahəsinin olduğu qeyd edilmiş, İddiaçı ailə başçısı olmaqla onun arvadı X27, oğlu Ceyhun Hacıyev və Yaşar Hacıyevin isə adlarında torpaq sahəsi qeyd edilməmişdir. İş materiallarında olan İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətində 250–ci sırada X49 və onun ailə üzvlərinin (X15, X22, Hacıyeva Səfurə, X45) adları və həyətyanı 0.20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayonunun İstisu kəndində vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair “Cədvəl”in təsdiq edilmiş surətində ailə tərkibi 5 nəfər göstərilməklə X49 və onun ailə üzvlərinin (X15, X22, X44, X45) adları qeyd edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli, **********52 nömrəli məktubunda qeyd edilmişdir ki, elektron DWJ baza məlumatlarında JN-044F olan şəhadətnamənin 0.08 ha hissəsi ilə qonşu olan torpaq sahəsi 223BB nömrəsi ilə bələdiyyənin mülkiyyətindədir və hüquqları dövlət qeydiyyatına alınmamışdır. İş materiallarında olan JN-00xx xxx 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 113 saylı Qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1.92 hektar torpaq sahəsi X22 və onun ailə üzvlərinin (X15, X49, Hacıyeva Səfurə, X45) adlarına qeydə alınmışdır. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli 280 nömrəli arayışından görünür ki, X49 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-148/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərardadı ilə X13, X27 və X48 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İş materiallarında olan İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 64 nömrəli məktubundan müəyyən edilir ki, İsmayıllı rayon Qalacıq kənd “Engels” adına kolxozun 1964-cü ilə dair protokol qərarı ilə X2 0.15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli **********43 nömrəli məktubunda qeyd edilir ki, ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı X52 mütəxəssisləri mübahisəli əraziyə baxış keçirərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar əsasında araşdırmalar aparılmışdır. Mütəxəssislər tərəfindən ərazidə aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur:
1. Sözügedən ərazidə ümumi torpaq sahəsinin miqdarı 0.2748 ha təşkil edir ki, həmin torpaq sahəsindən 0.0198 ha torpaq sahəsi Z.Zülfüqarovun, 0.2549 ha torpaq sahəsi İddiaçı faktiki istifadəsindədir.
2. İddiaçı faktiki istifadəsində olan 0.2549 ha torpaq sahəsi elektron DWJ baza məlumatlarına əsasən JN-044F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsindən, Bələdiyyə mülkiyyətində saxlanılan 0.1749 ha torpaq sahəsindən ibarədir. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2015-ci il tarixli 08 nömrəli Arxiv arayışında qeyd edilir ki, 50 nömrəli fond üzrə İsmayıllı rayon Dövlət Arxivində saxlanılan Qalacıq kənd İƏD-nin 1991-2000-ci illərə dair İstisu kəndi üzrə Təsərrüfatbaşına kitablarında ailə başçısı X16 və arvadı X23 bir təsərrüfatda yaşayırlar və təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi 0.12 hektardır. İş materiallarında olan İsmayıllı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)- 311/2013 nömrəli Qətnaməsinin surətindən müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X23 cavabdehlər X29 və (hazırkı iş üzrə iddiaçı) X17 qarşı Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 2002-ci ildə 8092 sayla qeydə alınmış JN-043F seriyalı kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə mülkiyyətdə olan 0.16 hektar həyətyanı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq qaytarılması, torpaq sahəsinin şəhadətnaməyə uyğun olaraq tamlığının təmin olunması və cavabdehlər tərəfindən həmin torpaq sahəsinə edilən müdaxilələrə qadağa qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan Qətnaməyə əsasən iddia tələbi qismən təmin edilmiş, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 46 saylı qərarına uyğun olaraq JN-043F kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə İsmayıllı rayon İstisu kənd sakinləri X16, X23, X30, X42, X8, X6 birgə mülkiyyətində olan İsmayıllı rayon İstisu kəndində yerləşən 0.16 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş 36.4 m*5.8 m=211 kv.metr=0.0211 hektar ölçüdə hissəsindən X44 və X11 çıxarılması və torpaq sahəsinin şəhadətnaməyə uyğun olaraq tamlığının təmin edilməsi qət edilmişdir. Həmin iş üzrə cavabdeh X22 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(107)-259/2014 nömrəli Qətnaməsi ilə təmin edilməmiş, iş üzrə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)-311/2013 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli SDS-1079 nömrəli məktubunda qeyd edilir ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)-311/2013 nömrəli Qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2014-cü il tarixdə icra olunması üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. İcra sənədi üzrə xx.xx.2015-ci il tarixdə icraata başlanılmışdır. Qətnamənin icrasının nəticəsi barədə İsmayıllı rayon Məhkəməsinə məlumat verilməmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 18/2020 nömrəli Qərardadı ilə iş üzrə İsmayıllı rayon Qalacıq bələdiyyəsi və X42, X8, X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə İsmayıllı rayon İstisu kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi X16 və onun ailə üzvlərinin (X23, X30, X31, X42, X8, X14) mülkiyyətinə verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/Q506 nömrəli məktubuna əlavə edilmiş “Ölüm haqqında Akt qeydi” sənədlərinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, X30 xx.xx.2016-cı il, X23 xx.xx.2018-ci il, X20 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 40 nömrəli məktubunda İsmayıllı rayon Qalacıq kənd İƏD-nin 50 nömrəli Arxiv fondunda saxlanan 1996-2000-ci illərin İstisu kəndi üzrə təsərrüfatbaşına kitabında X16 ailə başçısı olmaqla onun və ailə üzvlərinin (X23, X30, X31, X42, X8, X14, X18, X21) istifadəsində 0.12 ha torpaq sahəsinin olduğu qeyd edilir. İş materiallarında olan Qalacıq Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 72 nömrəli məktubuna əlavə edilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)- 56/2015 nömrəli Qərardadından müəyyən edilir ki, iddiaçılar İddiaçı, X13, X27, X50 cavabdehlər İsmayıllı rayon X26, İsmayıllı rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə, İsmayıllı rayon İstisu kənd Yerli X26, İsmayıllı rayon İHB-nm İstisu kəndi X60 üzrə Nümayəndəliyinə, İsmayıllı rayonu İstisu kənd Bələdiyyəsinə, İsmayıllı rayonu Qalacıq kənd X61 üzrə Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Torpağın mülkiyyətə verilməsinə dair" JN 044F kod 40711028 nömrəli şəhadətnamə ilə 0,08 ha həyətyanı torpaq sahəsinin X32 mülkiyyətinə verilməsinə dair İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarının həmin hissədə ləğv edilməsini, X3 qanuni istifadəsində olmuş 0.28 ha həyətyanı torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehlər və üçüncü şəxslərin üzərinə qoyulmasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçıların nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə baxılmasını tələb etmədiyini bildirmiş, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, bu səbəblə də müvafiq iddia mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********13 nömrəli məktubuna əlavə edilən İsmayıllı rayonunun İstisu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid “Cədvəl”in təsdiq edilmiş surətində 0.12 ha torpaq sahəsinin ailə başçısı X16 olmaqla o və onun ailə üzvlərinin (X23, X30, X31, X42, X8, X14) mülkiyyətinə verilməsi qeyd edilmişdir. Həmin məktuba əlavə edilən İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətində X16 və onu ailə üzvlərinin adları qeyd edilmiş, qaytanlanmış kitabda həyətyanı sahə sütununda 0.12 ha, artıq torpaq sahəsi(zəbt) sütununda isə 0.04 ha qeyd edilmişdir. İş materiallarına əlavə edilən Qalacıq kənd “Engels” adına kolxozunda kolxozçulara, fəhlə və qulluqçulara verilmiş həyətyanı torpaqlar haqqında xx.xx.1991-ci ilə olan vəziyyətə dair qaytanlanmış torpaq kitabından Çıxarışın surətində X7 0.12 ha, X4 isə 0.28 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir.
İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surəti, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-46/2018 nömrəli Qətnaməsinin təsdiq edilmiş surəti, İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 275 nömrəli Arxiv arayışının surəti, İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 19 nömrəli və xx.xx.2019-cu il tarixli 48 nömrəli məktubları, İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surəti, İsmayıllı rayonunun İstisu kəndində vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair “Cədvəl”in təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli, **********52 nömrəli məktubu, JN-00xx xxx 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surəti, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli 280 nömrəli arayışı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 148/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərardadı, JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surəti, İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 64 nömrəli məktubu, cavabdehin xx.xx.2019-cu il tarixli **********43 nömrəli məktubu, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)-311/2013 nömrəli Qətnaməsinin surəti, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli SDS-1079 nömrəli məktubu, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-18/2020 nömrəli Qərardadı, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/Q506 nömrəli məktubu, İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 40 nömrəli məktubu, Qalacıq Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 72 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surətləri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********13 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surəti, Qalacıq kənd “Engels” adına kolxozunda kolxozçulara, fəhlə və qulluqçulara verilmiş həyətyanı torpaqlar haqqında xx.xx.1991-ci ilə olan vəziyyətə dair qaytanlanmış torpaq kitabından Çıxarışın surəti, cavabdehin xx.xx.2018-ci il tarixli **********78 nömrəli etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Üçüncü şəxslər X13, X48, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsi, İsmayıllı rayon Qalacıq bələdiyyəsinin nümayəndəsi, X42, X8, X14 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15-dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. İşin araşdırılmış hallrı ilə müəyyən olunmuşdur ki, iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində 0.28 ha torpaq sahəsi olmuş, lakin torpağa mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.08 ha qeyd edilmişdir. Ləğvi tələb olunan JN- 043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsinin ölşüsü 0.16 ha göstərilsə də, 3-cü şəxslərin həmin ölçüdə torpaq sahəsinin qanuni istifadələrində olmasına dair ilkin sənədlər olmamış, əksinə məhkəmə tərəfindən toplanmış sənədlərdə onların qanuni istifadəsində olan torpaq sahəsinin 0.12 ha olduğu qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 0.28 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində olmuşdur. İddiaçının qanuni istifadəsində 0.28 ha torpaq sahəsi olduğu halda məhkəmə hesab edir ki, iddiaçı və ailə üzvlərinə 0.08 ha torpaq sahəsinə JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hazırlanması, həmçinin həmin torpaq sahəsinin 0.0198 ha hissəsinə İsmayıllı rayon AİK-in xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarına istinadən 3cü şəxslərin adına JN-043F nömrəli şəhadətnamənin hazırlanması əsassız olmuşdur. Belə ki, iddiaçının qanuni istifadəsinə keçmiş 0.28 ha torpaq sahəsi torpaq islahatı haqqında qanunun tələbləri baxımından sonuncunun mülkiyətinə verilmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X52 üzərinə JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov