Məhkəmə qərarları › İş №2-1(116)-18/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-18/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-18/2022 10.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X18, üçüncü şəxs Cavabdeh1 nümayəndələri X19 və X9, üçüncü şəxs Maliyyə Nazirliyinin nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası”nın Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X31 Təsərrüfatı Mərkəzi tərəfindən əvvəlki vəziyyətə qaytarılması, bununla bağlı cavabdehdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100.000 manat pul tutulması, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə məhkəmə qərarı çıxarılması mümkün olmadığı təqdirdə həmin tikilinin dəyərinin 80.000 manat və mənəvi zərər 100.000 manatın cavabdehdən tutulması və cavabdehin kifayət qədər vəsaiti olmadığı təqdirdə həmin vəsaitin dövlət büdcəsinin vəsaiti hesabına üçüncü şəxs Maliyyə Nazirliyinə yönəldilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı (üçüncü şəxs: Cavabdeh3) “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası”nın Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X31 Təsərrüfatı Mərkəzi tərəfindən əvvəlki vəziyyətə qaytarılması, bununla bağlı cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100.000 manat pul tutulması və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə məhkəmə qərarı çıxarılması mümkün olmadığı təqdirdə həmin tikilinin dəyərinin 80.000 manat və mənəvi zərər 100 000 manatın cavabdehlərdən tutulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı- Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən “yeməkxana binası” iddiaçı X12 mülkiyyətində olmuşdur. Qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən tikintinin ümumi sahəsi 90,9 kv.m təşkil edir. 29 aprel 2020-ci il tarixdə Cavabdeh1 əməkdaşları həmin qeyri-yaşayış sahəsini heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan qanunsuz olaraq sökmüşlər. Söküntüyə etiraz bildirilsə də, buna əhəmiyyət verilməyib. İddiaçı iddia ərizəsində göstərilən cavabdeh orqan Ağsu RİH-ə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyət gətirilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Ağsu RİH 06.06.2020-ci il tarixli 745-yvm nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının 14 avqust 2002-ci il tarixdə rayonun Aratlı Curuğlu kənd sakini X2 alqı-satqı müqaviləsi ilə aldığı Bakı-Qazax şosse yolunun 150,1 km-də, yolun sağ tərəfində 39 kv.m sahədə yerləşən ümumi sahəsi 10,4 kv.m olan yeməkxana binası yolun mühafizə zolağında və meşə fonduna aid ərazidə qanunsuz tikilmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən rayon İcra hakimiyyətinə təqdim olunan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis" Departamenti Yolların Mühafizəsi Xidməti MMC-nin hələ 27 dekabr 2004-cü il tarixdə iddiaçıya ünvanlanan 01/92 saylı məktubundan bir daha aydın olur ki, iddiaçıya məxsus kafenin nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədən qurğuları sökülmüş, lakin kafenin mühafizə zolağına düşən 5 metrlik hissəsinin də kənarlaşdırılması tələb olunmuşdur. Lakin iddiaçının 30 noyabr 2004-cü il tarixli ərizəsi nəzərə alınaraq kafenin söküntüsü gələcəkdə yolun genişləndirilməsi və layihələndirilməsi zərurəti yaranacağı halda sökülüb yol oxuna nisbətində 30 metr məsafəyə çəkilməsi iddiaçı tərəfindən həyata keçiriləcəyi şərti ilə dayandırılmışdır. Bundan əlavə yeməkxananın yerləşdiyi ərazi X31 X15 meşəbəyliyi 8 saylı meşə dolayının 32-ci kvartalının 28-ci bölməsində yerləşməklə meşə fonduna aiddir. Müqavilə şərtlərinə əsasən iddiaçıya istifadə üçün verilən ərazidə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməli olduğu halda buna əməl edilməmiş və orada əsaslı tikinti aparılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinin Şamaxı Regional X16 rayon İcra Hakimiyyətinə təqdim etdiyi 03 iyun 2020-ci il tarixli, 388 nömrəli məktubdan aydın olur ki, iddiaçı tərəfindən müqavilə şərtlərinin kobud şəkildə pozulduğuna görə inşa olunan qanunsuz əsaslı tikili iddiaçının qardaşı X7 iştirakı ilə Şamaxı Regional X16 əməkdaşları tərəfindən sökülmüş və sökülən tikinti materialları iddiaçının ünvanına aparılmışdır. Digər cavabdeh orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X31 Təsərrüfatı Mərkəzi 21.07.2020-ci il tarixli 524 nömrəli məktubunda iddiaçıya bildirmişdir ki, göstərilən obyektin ərazisi Şamaxı RMTM-nin sərhədləri daxilindədir və həmin obyekt Ağsu səhər sakini X21 ilə keçmiş X33 və Bərpası Müəsissəsi arasında istirahət rekreasiya məqsədi ilə 0,20 ha sahədə 05.04.2004-cü il tarixli 283 saylı müqavilə 1 (bir) il müddətinə bağlanılmış, 05.04.2005-ci il tarixdə müqavilənin müddəti bitmişdir. İddiaçının qardaşı Lətif Cəfərov ərazidə inşa olunmuş tikililərin sökülməsi üçün Mərkəzin əməkdaşlarından ona köməklik göstərilməsini xahiş etmiş, iddiaçının qardaşı X20 ilə birgə Şamaxı RMTM-nin əməkdaşları və Cavabdeh1 sosial işçilərinin köməkliyi ilə tikililər sökülərək ərazidə olan inşaat materialları L.Cəfərov tərəfindən ərazidən daşınmışdır. İş üzrə üçüncü şəxs Maliyyə Nazirliyi 02.07.2020-ci il tarixli 15/05-258-3260 nömrəli məktubunda iddiaçıya bildirmişdir ki, ona məxsus iaşə obyektinin Cavabdeh1 tərəfindən sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə 2020-ci il 15 iyun tarixli ərizəyə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baxılmışdır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyində dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh3 öhdəlik daşıması nəzərdə tutulmamışdır. Eyni zamanda müraciətdən məlum olur ki, Cavabdeh1 tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış məktublarda iddiaçıya məxsus iaşə obyektinin həmin İcra Hakimiyyəti tərəfindən sökülmədiyi qeyd olunmuşdur. Məhkəmənin sərəncamının icrasını təmin etmək məqsədilə cavabdeh Ağsu RİH 01.10.2020-ci il tarixli 529-xm nömrəli məktubunda qeyd etmişdir ki, iddia tələbi əsassızdır və bu səbəblə də təmin edilməməlidir. Belə ki, Respublika ərazisində turizmin inkişafı ilə bağlı Şimal-Qərb turizm koridoru-kommersiya obyektlərinin inkişaf konseptinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, X17, peşəkar memarlar və aidiyyəti qurumların nümayəndələri tərəfindən Muğanlı-İsmayıllı və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində fəaliyyət göstərən iaşə obyektlərinə vizual baxış keçirilmiş və əksər obyektlərin sanitar-gigiyenik tələblərə, Tikinti Norma və Qaydalarına uyğun olmadığı, mənəvi cəhətdən köhnəldiyi, yolun mühafizə zolağında tikildiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müqavilələri olmadığı müəyyən edilmişdir. Həmin obyektlərin sahibləri ilə söhbətlər aparılmış, obyektlərin X17 Şamaxı nümayəndəliyi tərəfindən verilmiş pulsuz layihə əsasında yenidən rekonstruksiya olunması barədə razılığa gəlinmiş və sahibkarlar tərəfindən tikinti-quraşdırma işlərinə başlanılmışdır. Tikinti Quraşdırma işləri Azərbaycan Prezidenti Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və X17 ciddi nəzarəti altında aparılmışdır. Söküntü materiallarının daşınması və digər işlərin görülməsində müraciətləri əsasında RİH tərəfindən sahibkarlara müvafiq köməkliklər göstərilmişdir. Bildirilmişdir ki, vətəndaşın 14 avqust 2002-ci il tarixdə rayonun Aratlı Curuğlu kənd sakini X3 alqı-satqı müqaviləsi ilə aldığı Bakı-Qazax şosse yolunun 150,1 km-də, yolun sağ tərəfində 39 kv.m sahədə yerləşən ümumi sahəsi 10,4 kv.m olan yeməkxana binası yolun mühafizə zolağında və meşə fonduna aid ərazidə qanunsuz tikilmişdir. Bununla əlaqədar onun tərəfindən Rayon İcra Hakimiyyətinə təqdim olunan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi "xxxx" Departamenti yolların Mühafizəsi Xidməti MMCnin hələ 27 dekabr 2004-cü il tarixdə ona ünvanlanan 01/92 saylı məktubundan bir daha aydın olur ki, ona məxsus kafenin nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədən qurğuları sökülmüş, lakin kafenin mühafizə zolağına düşən 5 metrlik hissəsinin də kənarlaşdırılması tələb olunmuşdur. 30 noyabr 2004-cü il tarixli ərizəsi nəzərə alınaraq kafenin söküntüsü gələcəkdə yolun genişləndirilməsi və layihələndirilməsi zərurəti yaranacağı halda sökülüb yol oxuna nisbətində 30 metr məsafəyə çəkilməsi onun tərəfindən həyata keçiriləcəyi şərti ilə dayandırılmışdır. Bundan əlavə, yeməkxanın yerləşdiyi ərazi X31 X15 meşəbəyliyi 8 saylı meşə dolayının 32-ci kvartalının 28-ci bölməsində yerləşməklə meşə fonduna aiddir. Müqavilə şərtlərinə əsasən ona istifadə üçün verilən ərazidə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fond torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməli olduğu halda buna əməl edilməmiş və orada əsaslı tikinti aparılmışdır. 2004-cü ildə X26 və Bərpası Müəsissəsi ilə hüquqi qüvvəsi olmayan bir il müddətində icarə müqaviləsi bağlanılmışdır. Bundan sonrakı illərdə isə fəaliyyət göstərməsi üçün müqavilə bağlanılmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X16 Rayon İcra Hakimiyyətinə təqdim etdiyi 03 iyun 2020-ci il tarixli, 388 nömrəli məktubdan aydın olur ki, İddiaçı tərəfindən müqavilə şərtlərinin kobud şəkildə pozulduğuna görə inşa olunan qanunsuz əsaslı tikili qardaşı X7 iştirakı ilə Şamaxı Regional X16 əməkdaşları tərəfindən sökülmüş və sökülən tikinti materialları ünvanına aparılmışdır. Əlavə olaraq ona bildirilmişdir ki, ərazidə tikinti quraşdırma işlərinə başlayacağı təqdirdə inşa ediləcək obyekt üçün ona da X17 Şamaxı şəhərində yerləşən xususi ayrılmış nümayəndəsi tərəfindən layihə xərci ödənilmədən tikinti layihəsi təqdim ediləcəkdir. Həmçinin İddiaçı izah edilmişdir ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə müraciət etmək hüququ vardır. İddiaçı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı 04.09.2002-ci il tarixli, qeydiyyat vəsiqəsinə və həmin idarə tərəfindən verilmiş, avqust 2002-ci tarixli, texniki pasporta münasibətdə bildiririk ki, verilmiş hər iki sənəd saxta olmaqla heç bir təsdiqləyici hüquqi əsası olmamışdır. Belə ki, Ağsu RİH başçısının 20 fevral 1998-ci il tarixli, 33 N-li Sərəncamına əsasən Ağsu rayonu İİ Aratkənd kənd sakini X8 fərdi əməklə məşğul olmaq üçün yeməkxana tikintisi altına Bakı-Qazax şosse yolunun 150,1 km-də yol oxundan 40 metr aralı yolun sağında 39,0 kv.m (3x13m) torpaq sahəsi ayrılmışdır. Sərəncama uyğun olaraq X13 tərəfindən ayrılan ərazidə 3x4 metr ölçülərdə, divarı ağac materialı, dam örtüyü ağac materialı və şifer, döşəməsi taxta, qapısı dəmir listdən ibarət olan yeməkxana tikilmişdir. Yeməkxana köşkünə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 5 mart 1998-ci il tarixli, 03 nömrəli Reyestr kitabında 03 səhifədə 04 nömrəsi ilə qeydə alınmış, 09 nömrəli qeydiyyat vəsiqəsi və fevral 1998-ci il tarixli texniki pasportu verilmişdir. Həmin sənədlər əsasında yeməkxana köşkü mülkiyyətçi X13 tərəfindən 2002-ci il 14 avqust tarixdə Şamaxı Dövlət Notariat Kontorunda 4Ə-2-254 Reyestr alqı-satqı müqaviləsi əsasında Ağsu şəhər sakini İddiaçı satılmışdır. İddiaçı 2004-2005-ci illərdə aldığı 3x4 metr ölçüdə yeməkxana köşkünü sökərək həmin yerin arxa hissəsində (meşə ərazisində) heç bir sərəncam və torpaqayırma sənədi almadan, özbaşına 90,9 kv.m sahəsi olan yeməkxana binası tikmişdir. Həmin tikiliyə isə 2002-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitekura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4Ə-2-254 Reyestr saylı alqısatqı müqaviləsi əsasında 38 N-li saxta qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Hansı ki, Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4Ə-2-254 Reyestr saylı alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən Ağsu rayonu İİ Aratkənd kənd sakini X6 adına verilmiş 05 mart 1998-ci il tarixli, 04 reyestr N-si ilə qeydə alınan inventar N 85, 09 N-li qeydiyyat vəsiqəsi əsasında aparılmışdır. Göründüyü kimi, İddiaçı 90,9 kv.m ölçüdə olan metal borular üzərində divarları bişmiş kərpic, çardağı metal uqolnik, dam örtüyü şifer, tavanı lambir, döşəməsi taxta, qapıları taxta materialından olan özbaşına tikilmiş yeməkxana binasına verilmiş, 4 sentyabr 2002-ci tarixli, 38 nömrəli qeydiyyat vəsiqəsinin və 14 avqust 2002-ci il tarixli, texniki pasportun heç bir hüququ əsası olmamışdır. Ona görə də özbaşına və qanunsuz tikilən 90,9 kv.m ölçüdə olan yeməkxana binasına İddiaçı kompensasiya və sair tələblərinin heç bir hüquqi əsası yoxdur. Ağsu RİH 22.05.2021-ci il tarixli məktubu ilə Şamaxı Regional MTM-in ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, Ağsu RİH-nin 20 fevral 1998-ci il tarixli 33 saylı sərəncamı ilə Bakı-Qazax şossesinin 150,1 km-də Ağsu dolaylarında meşə fonduna aid torpaq sahəsində 90,9 kv.m ölçüdə yeməkxana tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Həmin 90,9 kv.m ölçüdə olan yeməkxana binası Ağsu şəhər sakini İddiaçı tərəfindən özbaşına və qanunsuz tikilmişdir. RİH başçısının 20 fevral 1998-ci il tarixli, 33 saylı sərəncamının 90,9 kv.m ölçüdə tikilən yeməkxana binası ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, Ağsu RİH başçısının 20 fevral 1998-ci il tarixli 33 saylı Sərəncamına əsasən Ağsu rayonu İİ Aratkənd kənd sakini X8 fərdi əməklə məşğul olmaq üçün yeməkxana tikintisi altına Bakı-Qazax şosse yolunun 150,1 km-də yol oxundan 40 metr aralı yolun sağında 39 kvm (3x13) torpaq sahəsi ayrılmışdır. Sərəncama uyğun olaraq X13 tərəfindən ərazidə 3x4 metr ölçüdə, divarı ağac materialı, dam örtüyü ağac materialı və şifer, döşəməsi taxta, qapısı dəmir listdən ibarət olan yeməkxana tikilmişdir. Yeməkxana köşkünə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 5 mart 1998-ci il tarixli, 03 №-li Reyestr kitabında 03 səhifədə 04 №-si ilə qeydə alınmış, 09 №-li qeydiyyat vəsiqəsi və fevral 1998-ci il tarixli texniki pasportu verilmişdir. Yeməkxana köşkü məhz həmin sənədlər əsasında X13 tərəfindən 2002-ci il 14 avqust tarixdə Şamaxı Dövlət Notariat Kontorunda 4-Ə-2-254 Reyestr alqı-satqı müqaviləsi əsasında Ağsu şəhər sakini İddiaçı satılmışdır. Bildiririk ki, İddiaçı İİ Aratkənd kənd sakini X4 aldığı 10,4 kv.m ölçüdə olan yeməkxana köşkü meşə fonduna aid ərazidə deyil, Bakı-Qazax şosse yolunun mühafizə zolağında tikilmişdir. Bu fakt Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi "xxxx" Departamenti yolların Mühafizəsi Xidməti MMC-nin hələ 27 dekabr 2004-cü il tarixdə X14 ünvanladığı 01/92 saylı məktubla də bir daha təsdiqlənir. Məktubdan aydın olur ki, ona məxsus kafenin nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədən qurğuları sökülmüş, lakin kafenin yolun mühafizə zolağına düşən 5 metrlik hissəsinin də kənarlaşdırılması tələb olunmuşdur. 30 noyabr 2004-cü il tarixli ərizəsi nəzərə alınaraq kafenin söküntüsü gələcəkdə yolun genişləndirilməsi və layihələndirilməsi zərurəti yaranacağı halda sökülüb yol oxuna nisbətində 30 metr məsafəyə çəkilməsi onun tərəfindən həyata keçiriləcəyi şərti ilə dayandırılmışdır. Bundan sonra İddiaçı 2004-2005-ci illərdə aldığı 3x4 ölçüdə yeməkxana köşkünü sökərək həmin yerin arxa hissəsində (meşə ərazisində) heç bir sərəncam və torpaqayırma sənədi almadan 90,9 kv.m sahəsi olan yeməkxana binasını özbaşına tikmişdir. Həmin tikiliyə sə 2002-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4-Ə-2-254 Reyestr saylı alqısatqı müqaviləsi əsasında 38 №-li saxta qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Hansı ki, Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4Ə-2-254 Reyestr saylı alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən Ağsu rayonu İİ Aratkənd kənd sakini X6 adına verilmiş 05 mart 1998-ci il tarixli, 04 reyestr №-si ilə qeydə alınan inventar № 85, 09 №-li qeydiyyat vəsiqəsi əsasında aparılmışdır. Göründüyü kimi İddiaçı 90,9 kv.m ölçüdə olan metal borular üzərində divarları bişmiş kərpic, çardağı metal uqolnik, dam örtüyü şifer, tavanı lambir, döşəməsi taxta, qapıları taxta materialından olan özbaşına tikilmiş yeməkxana binasına verilmiş, 4 sentyabr 2002-ci tarixli, 38 №-li qeydiyyat vəsiqəsinin və 14 avqust 2002-ci il tarixli, texniki pasportun heç bir hüququ əsası olmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin Şamaxı Regional X16 ötən 20 il müddətdə Ağsu şəhər sakini İddiaçı 90,9 kv.m ölçüdə yeməkxana binası üçün Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma kadastrı İdarəsi tərəfindən verilmiş 04 sentyabr 2002-ci il tarixli, 38 nömrəli qeydiyyat vəsiqəsinin və Ağsu RİH-nin 20 fevral 1998-ci il tarixli, 33 saylı sərəncamının etibarsız həsab edilməsi ilə bağlı iddia tələbi üçün kifayət qədər vaxtı olmuş və həmin yeməkxana onun nəzarəti altında fəaliyyət göstərmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəməyə 14.06.2021-ci il tarixli “iddia ərizəsinə əlavə” məktubu ünvanlayaraq, cavabdeh qismində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X31 Təsərrüfatı Mərkəzini, üçüncü şəxs qismində Cavabdeh1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini və Cavabdeh3 qeyd etmiş və “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş yeməkxana binasının Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X31 Təsərrüfatı Mərkəzi tərəfindən əvvəlki vəziyyətə qaytarılması, bununla bağlı cavabdehdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100.000 manat pul tutulması, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə məhkəmə qərarı çıxarılması mümkün olmadığı təqdirdə həmin tikilinin dəyərinin 80.000 manat və mənəvi zərər 100.000 manatın cavabdehdən tutulması və cavabdehin kifayət qədər vəsaiti olmadığı təqdirdə həmin vəsaitin dövlət büdcəsinin vəsaiti hesabına üçüncü şəxs-Maliyyə Nazirliyinə yönəldilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18.06.2021-ci il tarixli 2-1(116)-193/2021 nömrəli qərardadı ilə (hakim İlqar Cabbarov) ərizə icraata qəbul edilmişdir. İş üzrə üçüncü şəxs Maliyyə Nazirliyi tərəfindən “iddia ərizəsinə əlavə”yə etiraz edilərək 17.08.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavədə cavabdehin kifayət qədər vəsaiti olmadığı təqdirdə həmin vəsaitin dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə prosesində 3-cü şəxs olan Maliyyə Nazirliyinə yönəldilməsi tələbi nəzərdə tutulur. Bununla əlaqədar qeyd edilir ki, Maliyyə Nazirliyi prosesdə cavabdeh deyil, üçüncü şəxsdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin mahiyyətindən də məlum olduğu kimi məhkmə qətnaməsi təmin ediləcəyi halda, hər hansı bir öhdəliyin yerinə yetirilməsi üçüncü şəxsin deyil, prosesin digər tərəfi olan cavabdehin üzərinə qoyula bilər. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Məktubda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Digər tərəfdən iddiaçı ona mənəvi ziyan dəyməsi halını da sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar müəlliflik, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçı C.Nüşabə yuxarıda sadalanan halları sübut edən faktlara əsaslanmamış və iddia ərizəsinə əlavəsində qeyd etdiyi əvvəlki vəziyyətin yenidən bərpası və ya bu mövcud olmadıqda vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia tələbi əsassızdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir, sübut kimi sadəcə olaraq sadaladığı faktlar əsassızdır. Həmçinin iddiaçının qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır, əsassızdır. İş üzrə cavabdeh orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X31 Təsərrüfatı Mərkəzi 05.10.2021-ci il tarixli, 574 nömrəli eitraz məktubunda qeyd etmişdir ki, Şamaxı Regional X16 xidməti ərazisi olan Ağsu meşəbəyliyinin 08 saylı dolayının, 32-ci kvartalında İddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədləri tədqiq edərkən məlum olmuşdur ki, Ağsu rayon sakini İddiaçı 2002-ci il 14 avqust tarixdə alqı-satqı müqaviləsi ilə Bakı-Qazax şosesinin 150-ci kilomterində, Ağsu dolayında ümumi sahəsi 90,9 kv.m olan “yeməkxana binası” əldə etmiş və bu barədə Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ona 2002-ci il 04 sentyabr tarixli, 38 nömrəli qeydiyyat vərəqəsi verilmişdir. İddiaçı yeməkxana binası üçün 2020-ci il 14 avqust tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, həmin əmlaka dair Ağsu rayonlararası X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi hüquqmüəyyənedici sənədi almağa nail olmuşdur. Həmçinin, bildirmək istəyirik ki, İddiaçı ilə Şamaxı RMTM arasında meşə fondu sahəsindən istifadədə və ya icarə ilə bağlı hər hansı müqavilə mövcud olmamışdır. İddiaçının müxtəlif dövlət orqanlarına ünvanladığı müraciətlərin məzmunundan tam aydın görünür ki, 2020-ci ilin aprel ayının sonu və may ayının əvvəlində Cavabdeh1 tərəfindən adıçəkilən obyektin sökülməsi həyata keçirilmiş və söküntü rayon icra hakimiyyəti başçısı və müavininin birbaşa göstərişləri ilə rayon yaşıllaşdırma idarəsinin və mənzil istismar sahəsinin haqqı ödənilən ictimai işlərə cəlb edilmiş sosial işçilərinin köməkliyi ilə aparılmışdır. Həmçinin iddiaçı həmin məktublarında etiraf edərək bildirmişdir ki, obyekti sökülməmişdən əvvəl rayon icra hakimiyyəti başçısının müavini obyektin sökülməsi barədə iddiaçıya bir neçə dəfə göstəriş vermişdir. Həmçinin söküntünün qeyd alındığı video və fotoşəkillərdə həmin fəaliyyətin rayon yaşıllaşdırma idarəsinin rəisinin rəhbərliyi ilə həyata keçirildiyi açıq aydın görünür. Lakin nədənsə iddiaçı yuxarıda müxtəlif dövlət orqanlarına ünvanladığı məktublarının məzmununa və ilk iddia tələbində göstərilənlərin tam əksinə olaraq söküntünün əvvəl qeyd etdiyi kimi “cavabdeh” rayon icra hakimiyyəti tərəfindən deyil yeni cavabdeh qismində qeyd etdiyi X31 Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığını bildirmişdir. Cavabdeh1 iddiaçıya ünvanladığı 06.06.2020-ci il tarixli 745-gvm nömrəli məktubunda respublika ərazisində turizmin inkişafı ilə bağlı Ağsu rayonunda şimal-qərb turzm koridoru kommersiya obyektlərinin inkişaf konseptinə uyğun olaraq X17, peşəkar memarlar və aidiyyəti qurumların nümayəndələri tərəfindən Muğanlı-İsmayıllı və Bakı- Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində fəaliyyət göstərən iaşə obyektlərinə vizual baxış keçirilmiş və əksər obyektlərin sanitar-gigiyenik tələblərə, Tikinti Norma və Qaydalarına uyğun olmadığı, mənəvi cəhətdən köhnəldiyi, yolun mühafizə zolağında tikildiyi və Ekologiya və təbii sərvətlər nazirliyi ilə müqaviləsi olmadığı müəyyən edilmiş və həmin obyektlərin sahibləri ilə söhbətlər aparılmış, obyektlərin layihə əsasında yenidən rekonstruksiya olunması barədə razılığa gəlinmiş və sahibkarlar tərəfindən tikinti quraşdırma işlərinə başlanıldığı bildirlmişdir. Həmçinin məktubda iddiaçıya layihə xərci ödənilmədən tikinti layihəsinin təqdim ediləcəyidə bildirilmişdir. Göründüyü kimi rayon sakini olan iddiaçı ilə aparılmış “müvafiq söhbət" nəticəsində iddiaçı obyektini sökmüş şəxsin kim olduğunu 1 il sonra dəqiqləşdirmiş və iddia tələbinə dəyişiklik edərək həmin obyektin sökülməsində heç bir marağı, texniki vasitəsi olmayan yalnız həmin obyektin meşə fondu torpaq sahəsində yerləşməsi səbəbi ilə söküntü zamanı həmin əşyaların və tikinti materiallarının meşə ərazisindən və yol kənarından daşınıb aparılmasında iddiaçının özünün xahişi ilə ona köməklik etmiş X16 olduğunu anlamış və buna görə də iddia tələbində meşə təsərrüfatını cavabdeh hesab etmişdir. Cavabdeh orqan yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi ilə bağlı obyektin sökülməsində hər hansı bır formada marağı olmayan və analoji obyektlərin hazırda da həmin ərazi və ona yaxın yerlərdə fəaliyyət göstərməsinin Şamaxı Regional X16 fəaliyyət istiqamətləri ilə ziddiyyət təşkil etməməsi və yaxud bu tipli obyektlərə X16 qanuna zidd müdaxilə halları həyata keçirmədiyi və cavabdeh meşə təsərrüfatı mərkəzi tərəfindən söküntünün aparılması tutarlı dəlillərlə sübut olunmadığı səbəbindən iddia tələbinin X1rşı təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyininin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ağsu RİH-nin nümayəndələri iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maliyyə Nazirliyinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan Ağsu RİH başçısının 20.02.1998-ci il tarixli 33 nömrəli Sərəncamından görünür ki, Ağsu rayonu İİ Aratkənd kənd sakini X8 fərdi əməklə məşğul olmaq üçün yeməkxana tikintisi altına Bakı-Qazax şosse yolunun 150,1 km-də, yol oxundan 40 metr aralı, yolun sağında 39,0 kv.m (3x13m) torpaq sahəsi ayrılmışdır. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən sözgedən yeməkxana köşkünə 5 mart 1998-ci il tarixli, 03 nömrəli Reyestr kitabında 03 səhifədə 04 nömrəsi ilə qeydə alınmış, 09 nömrəli qeydiyyat vəsiqəsi və fevral 1998-ci il tarixli texniki pasportu verilmişdir. Texniki pasportda sənəd üzrə torpaq sahəsinin 39,0 kv.m, tikintialtı sahənin 12 kv.m olduğu qeyd edilmişdir. İşdə olan 14.08.2002-ci il tarixli qeyri-yaşayış binasının alqı-satqısına dair müqavilədə qeyd edilir ki, X13 05.03.2001-ci il tarixli 04 nömrəli qeydəalma vəsiqəsinə və Ağsu rayonlararası texniki inventarlaşdırma bürosunun 01.08.2001-ci il tarixli 57 nömrəli arayışına əsasən özünə məxsus olan, Bakı-Qazax yolunun 150,1-ci km-də, 39,0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 10,4 kv.m olan yeməkxana binasını İddiaçı satmışdır. İşdə olan 2002-ci ilin avqust ayında tərtib edilmiş, inventar nömrəsi 85 olan “Texniki pasport”un təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayon Dövlət Notariat Kontorunun 14.08.2002-ci il tarixli 4ə-2-254 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı- Qazax yolunun 150,1-ci km-də yolun sağ tərəfindən yerləşən qeyri-yaşayış obyekti İddiaçı istifadəsinə verilmişdir. Texniki pasportda qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin 90,9 kv.m, tikintialtı sahənin 90,9 kv.m olduğu qeyd edilmişdir. İşdə olan Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Şamaxı rayon Dövlət Notariat Kontorunun 14.08.2002-ci il tarixli 4ə-2-254 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş və 04.09.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabında 10-cu səhifədə 38 reyestr nömrəsi ilə qeydiyyata alınmış “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, Bakı-Qazax yolunun 150,1-ci km-də yolun sağ tərəfindən yerləşən qeyriyaşayış obyekti İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmədən görünür ki, əmlakın real bazar dəyəri 105.000 manat, likvid dəyəri isə 80.000 manat olaraq qiymətləndirilmişdir. Qiymətləndirmə 14.02.2022-15.02.2022-ci il tarixlərində 2 iş günü müddətində aparılmışdır. Qiymətləndirmə zamanı xərc və əvəzetmə metodundan istifadə olunmuş, əmlaka aid olan bütün zəruri xüsusiyyətlər təhlil edilmiş və yekunda mövcud vəziyyətə əmlakın baza və cari satış (likvid) dəyəri müəyyən olunmuşdur. Bundan əlavə, məhkəmə iclasında iddiaçı və nümayəndəsi tərəfindən verilən izahatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia tələbi ilə cavabdeh qismində məhz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı hazırkı iddia ərizəsi ilə müraciət etməsinə səbəb Cavabdeh1 iddiaçıya ünvanlanmış məktubunda söküntünün X31 Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığının qeyd edilməsi olmuşdur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı sökülmüş binanın əvvəlki vəziyyətə qaytarılmasını, kompensasiya və mənəvi zərər ödənilməsini tələb etdiyi əmlakın məhz cavabdeh tərəfindən söküldüyünü bildirsə də, bununla bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, tələbini üçüncü şəxs Cavabdeh1ndin ona ünvanlamış olduğu məktubla əsaslandırmağa çalışmışdır. Digər tərəfdən iddiaçı cavabdehə qarşı yönəltmiş olduğu iddia çərçivəsində bütün tələblər üzrə üçüncü şəxslərin üzərinə müəyyən öhdəliklərin qoyulmasını xahiş etmişdir. Həmçinin “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə bildirir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM- 2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1, ikinci cümlə). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin sadalanan şərtlərdən üçüncü və beşinci şərtə, yəni inzibati orqanın öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələrini pozması, inzibati orqanın daşıdığı vəzifəni pozması ilə zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması şərtinə iş üzrə əməl olunmur. Bu da o deməkdir ki, iddiaçının hüquqlarının pozuntusuna cavabdeh tərəfində yol verilməmişdir. Çünki, inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçıya münasibətdə nəinki pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehin hərəkətləri nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı ona mənəvi ziyan dəyməsi halını da sübut edə bilməmişdir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar müəlliflik, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iş üzrə iddiaçıya münasibətdə cavabdeh tərəfindən onun maraqlarının pozulmasına səbəb olan mübahisəli əmlakın söküntüsünün həyata keçirilməsi sübut olunmadığı kimi, mənəvi zərərin vurulması da sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, aparılmış soküntünün məhz cavabdeh tərəfindən aparılması və iddiaçının mənəvi zərər çəkməsinin sübut olunmaması səbəbindən, belə bir mənəvi zərərlə hərəkət və ya hərəkətsizlik ararasındakı səbəbli əlaqənin araşdırılması zərurəti də aradan qalxmışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş yeməkxana binasının Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X31 Təsərrüfatı Mərkəzi tərəfindən əvvəlki vəziyyətə qaytarılması, bununla bağlı cavabdehdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100.000 manat pul tutulması, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə məhkəmə qərarı çıxarılması mümkün olmadığı təqdirdə həmin tikilinin dəyərinin 80.000 manat və mənəvi zərər 100.000 manatın cavabdehdən tutulması və cavabdehin kifayət qədər vəsaiti olmadığı təqdirdə həmin vəsaitin dövlət büdcəsinin vəsaiti hesabına üçüncü şəxs Maliyyə Nazirliyinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar