Məhkəmə qərarları › İş №2-1(116)-18/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-18/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-18/2024 25.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “ünvan 1ində yerləşən, **********73 reyestr nömrəli torpaq sahəsinə bitişik 24 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1i ünvanda yerləşən mərhum anası X3 adına olan 0.02 ha həyətyanı torpaq sahəsinin 0.01 ha hissəsinə digər vətəndaşın adına hazırlanmış “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və həmin 0.01 ha həyətyanı torpaq sahəsinə mərhum anası X3 mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-222/2023 saylı qərardadı ilə X8, X11, X7 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, “ünvan 1ində yerləşən, **********73 reyestr nömrəli torpaq sahəsinə bitişik 24 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçının mərhum anası X3 adına cəmi 0.0137 ha həyətyanı torpaq sahəsinə xx.xx.2019-cu il tarixli çıxarış və plan ölçü sənədi hazırlanmışdır. Bu yaxınlarda o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 9 saylı Qəbələ Ərazi İdarəsinin Oğuz rayon şöbəsinə müraciət etmişdir. Şöbədən ona həmin torpaq sahəsinin 0.01 ha hissəsinə digər bir vətəndaşın adına Torpağın Mülkiyyətə X2 bildirilmişdir. Bundan sonra o, mərhum anası X3 adına olan, ünvan 1i ünvanda yerləşən 0.02 hektar həyətyanı torpaq sahəsinin 0.01 ha hissəsinə digər vətəndaşın adına hazırlanmış Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməni ləğv edərək həmin torpaq sahəsinə mərhum anası X3 mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsini cavabdeh inzibati orqandan xahiş etmişdir. İdarədən ona imtina cavabı verilmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən ümumi sahəsi 0,02 hektar həyətyanı torpaq sahəsinin 0,01 ha hissəsinə digər vətəndaşın adına hazırlanmış torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməni ləğv edərək həmin torpaq sahəsi üzərində mərhum anası X3 mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Qaldırılmış məsələ səlahiyyətləri daxilində olmadığından müraciətin icrası mümkün olmamışdır. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış, A463117 nömrəli Torpaq sahəsinin planı və ölçüsü, Oğuz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli ölüm haqqında arayışı, Baş Daşağıl İƏD üzrə nümayəndəliyin xx.xx.2019-cu il tarixli arayışı, Oğuz rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışı, JN-021A və JN-021B nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamələr, Oğuz Rayon Dövlət Arxivinin məktubu və ona əlavə olunmuş 67 nömrəli şəxsi hesab vərəqi, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə olunmuş Oğuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli qərarı və Oğuz rayonu Daşağıl kəndi üzrə torpaq payı almış subyektlər siyahısından çıxarış, Baş Daşağıl İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli məktubu, cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları və ona əlavə olunmuş mütəxəssis rəyləri. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Təbiq edilən hüquq: AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarışların (2.5) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, faktiki naturada ölçülmüş torpaq sahəsinin ölçüsü 0.0261 hektardır. ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,0137 hektar torpaq sahəsi qapalı həyət daxilindədir. Ləğvi tələb edilən JN-21A nömrəli şəhadətnamənin cizgisində qeyd edilmiş 0,01 hektar torpaq sahəsi qapalı həyət daxilindədir. Hər iki torpaq sahələri eyni qapalı həyət daxilində qonşudur. Həmin torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası "Tikinti altında olan torpaqlar”, alt uqodiyası “Həyətyanı sahə”, islahat uqodiyası “Tikinti altında olan torpaqlar”, alt kateqoriası “Həyətyanı sahələrin altında olan torpaqlar” olmaqla Oğuz rayonu Baş Daşağıl kənd inzibati sərhədləri daxilində Baş Daşağıl bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. İslahat məlumatlarına görə həmin torpaq sahəsinin bir hissəsi JN-21A Şəhadətnamə ilə X4 xüsusi mülkiyyətinə, digər hissəsi isə 659BB cizgisində göstərilən bələdiyyə mülkiyyətində yerləşir. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid hissəsi xx.xx.2019 reyestr tarixli, **********73 reyestr nömrəli X1 adına özəlləşdirilmişdir. Sözügedən torpaq sahələri qapalı həyət daxilində yerləşir və aralarında istinad bərkitmə divarı yoxdur. Bu səbəbdən faktiki istifadə vəziyyətini təyin etmək mümkün deyildir. JN-021B nömrəli şəhadətnamədə qeyd edilmiş 0.07 ha torpaq sahəsi ilə JN- 021A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi arasında hava məsafəsi 16,40 metrdir. JN-021B və JN-021A nömrəli şəhadətnamələr əsasında hüquqların dövlət qeydiyyatı aparılaraq çıxarış və texniki pasport tərtib edilməmişdir. İddiaçı tərəfindən tələbin həcmi azaldırlaraq **********73 reyestr nömrəli torpaq sahəsinə bitişik 24 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi tələbi irəli sürüldüyündən məhkəmə tərəfindən sözügedən torpaq sahəsi ilə bağlı iddia tələbinin əsaslılığı yoxlanmışdır. İş materiallarından görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 261 kv.m-dir. Həmin torpaq sahəsinin 137 kv.m hissəsində **********73 reyestr nömrəli çıxarışla mərhum X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qalan 124 kv.m torpaq sahəsinin 100 kv.m hissəsi JN-21A nömrəli şəhadətnamənin cizgisi daxilindədir. İddiaçı, 24 kv.m torpaq sahəsinin mərhum anasına məxsus olmasını bildirir və hüquqmüəyyənedici sənəd qismində Oğuz rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arayışına istinad edir. Sözügedən sənədə qeyd edilmişdir ki, ünvan 1i “Əzizbəyov” adına kolxozun 1986-1993-cü il tarixli 01 nömrəli “Qaytanlanmış” torpaq kitabında X5 adına təsərrüfatın şəxsi mülkiyyəti hesab olunan 0.02 ha həyətyanı torpaq sahəsi olmuşdur. Faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü 0.0261 ha və mərhum X6 məxsus olmuş torpaq sahəsinin ölçüsü 0.02 ha olduğundan cavabdeh orqanın torpaq sahəsi üzərində mülkiyyət hüququnu məhz 137 kv.m ölçüdə dövlət qeydiyyatına alması aydın deyil. Torpaq sahəsinin ölçüsünün 0.02 hektara çatdırılması mümkün olmasa da, hər bir halda cavabdeh orqan müvafiq qeydiyyatı apararkən ərazidə 0.02 ha torpaq sahəsinin tamamlanması imkanlarını yoxlamalı, bu mümkün olmadıqda isə 0.02 ha ölçüyə maksimum hansı həddə çatdırılması mümkündüsə o həddə də, hüquqların dövlət qeydiyyatını aparmalıdır. Odur ki, istinad olunan Siyahının 2.5-ci bəndinin tələbləri baxımından mərhum X6 məxsus olmuş torpaq sahəsinin ölçüsü nəzərə alınmaqla mübahisəli ərazidə mövcud olan 24 kv.m torpaq sahəsinə münasibətdə hazırkı tələbin irəli sürülməsində iddiaçı haqlı sayılmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1ində yerləşən, **********73 reyestr nömrəli torpaq sahəsinə bitişik 24 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar