Məhkəmə qərarları › İş №2-1(116)-1806/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1806/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1806/2025 19.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 390,42 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3650 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakının (Qax rayonu, İlisu kəndində yerləşən və xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin) hərrac vasitəsilə satılması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 390,42 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3650 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakının (Qax rayonu, İlisu kəndində yerləşən və xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin) hərrac vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçın hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı – cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 390,42 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3650 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakının (Qax rayonu, İlisu kəndində yerləşən və xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin) hərrac vasitəsilə satılmasına nail olmaqdır. Cavabdeh orqan xx.xx.2025-ci il tarixində məhkəməyə məktub göndərərək, hazırki halda iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmişdir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 390,42 manat borcunu ödəmiş və bu barədə məlumat vermişdir. İş materiallarına əlavə edilən ödəniş qəbzindən görünür ki, cavabdeh həqiqətən borc məbləğini ödəmişdir. Beləliklə, cavabdeh orqan, artıq iddiaçının tələbini təmin etdiyindən işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 390,42 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3650 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakının (Qax rayonu, İlisu kəndində yerləşən və xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin) hərrac vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar