Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1809/2024 28.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Oğuz rayon Xalxal Bələdiyyəsinə qarşı “Oğuz rayon, Xalxal Bələdiyyəsinin adına qeydə alınmış 0.015 kv.m torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayon, Xalxal Bələdiyyəsinin adına qeydə alınmış 0.015 kv.m torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 13 mart 1998-ci il tarixli 59 nömrəli qərarı ilə Oğuz rayon Ərmənət kəndi ərazisində əvvəldən də qanuni istifadəsində olan 0,08 hektar həyətyanı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında qeyd edilən torpaq sahəsi barədə adına DTXK-nın Oğuz rayon şöbəsi tərəfindən 20 may 2006-cı il tarixli JN- 022A (********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. X1 Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 2-1 (84) 1268/2018 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə Oğuz rayon Ərmənət kəndinin ərazisində yerləşən JN-022A (kod ********) nömrəli forpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsi ilə iddiaçı və üzvlərinin mülkiyyətinə verilmiş 0,08 hektar həyətyanı torpaq sahəsinin kordinatlarının naturada müəyyən edilərək elektron kadastr məlumat bazasına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş, icraya yönəldilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi idarəsinə ərizə ilə müraciət edərək, paylı mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinə dair hüquqlarının DƏDR-də qeydiyyata alınmasını xahiş etmişdir. Həmin təşkilatdan verilən 17 may 2022-ci il tarixli N- **********60 nömrəli cavab məktubunda ərazi idarəsinin mütəxəssisələr tərəfindən ərazidə texniki invertarlaşdırma işlərinin aparıldığı, əldə olan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda iddiaçı və ailə üzvlərinə məxsus 0,08 ha həyətyanı torpaq sahəsinin 0.015 ha hissəsinin Oğuz rayon Xalxal Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyistrində qeydiyyata alındığı, bu sahədə iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsinə dair hüquqlarımızın “Daşınmaz əmlakın dövlət reysteri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmasından imtina edildiyi və onların səlahiyyətində olmadığı bildirilmişdir. Məlum olmuşdİr ki, qeyd edilən 0,08 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin paylı mülkiyyətinizdə olmasına baxmayaraq, həmin torpaq sahəsinin 0,015 ha hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR xidmətinin 9 saylı Ərazin İdarəsi tərəfindən Oğuz rayon Ərmənət Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 0,015 ha torpaq sahəsinə dair AN446706 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İddiaçı bütün bu məsələlər ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ərizəyə cavab verilməmişdir. Cavabdeh təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya münasibətində bildirmişdir ki, satılmasını istənilən 15 kv.m torpaq sahəsi Oğuz rayonu Ərmənət kəndi ərazisində Xalxal Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Kənd təsərrüfatı təyinatlı Örüş ərazilərinin vətəndaşlara satılması qanuna müvafiq olaraq mümkün deyil. Həmin sahələr uzunmüddətli icarəyə verilə bilər. İddia edilən ərazi 10 iyul 2006-cı il tarixdən “Azərcell Telekom MMM Birgə müəssisəsi”nə icarəyə verilmiş və bu gün də həmin müqavilə hüquqi qüvvədədir. Odur ki, satılması üçün müraciət edilən 150 kv.m torpaq sahəsinin hal-hazırda qanuna müvafiq olaraq satılması mümkün deyildir. Bu səbəbdən də, ərizənin icrasından imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Oğuz rayonu Ərmənət bələdiyyəsi və “Azərcell Telekom MMM Birgə müəssisəsi” arasında bağlanmış 2006-0682 nömrəli icarə müqaviləsinin surəti.
3. Oğuz rayonu Ərmənət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 saylı protokolunun surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə tərəfindən 04 aprel 2024-cü il tarixli məktubla Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, iddia ərizəsinin əsasən iddiaçının hüquqi marağı 15 kv.m torpaq sahəsinin iddiaçıya satılmasından ibarətdir. İddia tələbi bir neçə aspektdən mümkün şərtinə cavab vermir.İlkin olaraq hazırkı tələblə iddiaçının iddia qaldırmağa dair subyektiv hüququ mövcud deyildir.Digər tərəfdən iddia olunan torpaq sahəsinin mülkiyyətçisi olan Oğuz rayonu Ərmənət bələdiyyəsi ilə “Azərcell Telekom MMM Birgə müəssisəsi” arasında həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır.Həmçinin,iddia olunan torpaq sahəsinə dair Oğuz rayonu Ərmənət bələdiyyəsinin adına qeydə alınmış xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki,həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Qanunla kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi istisna olunur.Yəni, iddia olunan torpaq sahəsin sizə satılması barədə qərar qəbul edilməsi tələbi özlüyündə mümkün iddia tələbi deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.2-ci bəndində qeyd edilmişdir ki, ...torpaqla bağlı müqavilələrdən (alğı-satqı,icarə, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqanın publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyəti bələdiyyə mülkiyyətində olan torpağın icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə yekunlaşmışdır. Başqa sözlə, hazırkı halda cavabdeh inzibati orqan inzibati münasibətlərin (publik hüquq münasibətlərin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi mülki xarakterli olduğundan bu tələblər üzrə iddialara ümumi, yəni rayon (şəhər) məhkəmələrində baxılaraq hüquqi qiymət verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunun: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Oğuz rayon Xalxal Bələdiyyəsinə qarşı “Oğuz rayon, Xalxal Bələdiyyəsinin adına qeydə alınmış 0.015 kv.m torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə