Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-181/2020 23.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı “Göyçay rayon XDS İcraiyyə Komitəsinin 16 iyul 1985-ci il tarixli 13 nömrəli iclas qərarının X3 300 kv.m torpaq sahəsinin ayrılmasına dai hissəsinin, eləcə də Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarının 300 kv.m torpaq sahəsinin X3 ayrılmasına dair hissəsinin ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Göyçay rayon XDS İcraiyyə Komitəsinin 16 iyul 1985-ci il tarixli 13 nömrəli iclas qərarının X3 300 kv.m torpaq sahəsinin ayrılmasına dai hissəsinin, eləcə də Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarının 300 kv.m torpaq sahəsinin X3 ayrılmasına dair hissəsinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və digər qardaşları Göyçay şəhər R.Rza küçəsi, D2, ev 15-də atası X5 məxsus fərdi yaşayış evində yaşayır. Üç ailə üçün ev kiçik olduğundan atası Alıməmməd Musayev həbsdə olarkən, Göyçay rayon XDSİK-ə ərizə yazmış, ona ayrılmış 674 m2 həyətyanı torpaq sahəsindən 200 m2 oğlu Nizami Musayevə ev tikmək məqsədilə ayrılmasını xahiş etmişdir. Alıməmməd Musayevin ərizəsi təmin edilmiş, Göyçay rayon XDS İcraiyyə Komitəsinin 16 iyul 1985-ci il tarixli qərarı ilə şəhərin 35 saylı kvartalında, keçmiş Lunaçarski, hazırda R.Rza küçəsi 2 saylı dalan, 12 nömrəli evin sahibi X6 istifadəsində olan 674 m2 torpaq sahəsinin 300 m2 hissəsi öz razılığı ilə oğlu X2 ayrılması, həmin sahənin şimal-şərq hissəsində, baş plana uyğun 185- 452s saylı birtipli layihə üzrə (yaşayış sahəsi 42,1 m2 , köməkçi sahə 44,1 m2 , ümumi 343,2 m2 ) yeni yaşayış evi tikdirməsinə icazə verilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə olunmuş mərhum Alıməmməd Musayevin ərizəsindən ərizəsindən görünür ki, sonunucu Göyçay rayon XDS İcraiyyə Komitəsindən istifadəsində olan 674 m2 torpaq sahəsinin 200 m2 hissəsinin oğlu Nizami Musayevə ayrılmasını xahiş etdiyi halda, Göyçay rayon XDS İcraiyyə Komitəsi əsassız və qanunsuz olaraq 300 m2 torpaq sahəsinin sonuncuya ayrılması barədə qərar vermişdir. Nizami Musayev ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikmiş və 1995-ci ildə vəfat etmişdir. Hal-hazırda həmin evdə Nizami Musayevin ailəsi yaşayır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, onun adına ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış verilərək torpağın mülkiyyət növü bələdiyyə kimi göstərilmiş, daha sonra isə həmin ünvandakı fərdi yaşayış evinə ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarış verilərək torpağın mülkiyyət növü xüsusi mülkiyyət kimi göstərilmişdir. ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışda torpağın mərhum Nizami Musayevin xüsusi mülkiyyətində göstərilməsinə əsas Göyçay rayon XDS İcraiyyə Komitəsinin 16 iyul 1985-ci il tarixli qərarı və Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi olmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxs (X4) məhkəməyə xx.xx.2020-ci il tarixli AZ2303/********** nömrəli teleqram göndərərək məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və 3-cü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı işdə mübahisə olunan Göyçay rayon XDS İcraiyyə Komitəsinin 16 iyul 1985-ci il tarixli 13 nömrəli, eləcə də Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarları İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı torpaq sahəsinin qeyd olunan hissəsinin qardaşı Nizami Musayevin mülkiyyətinə verilməsini ən azından 1985-ci ildən bilmiş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa iddiaçı hələ xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixlərində X1 mülkiyyət hüququnun dövlət tərəfindən qeydiyyata alınmasından xəbərdar olmuş, ancaq məhkəməyə müraciət etməməklə İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti də ötürmüşdür. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-638/2014 saylı 17 noyabr 2014-cü il tarixli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri R.Rza küçəsi dalan 2 ünvanında yerləşən 13A nömrəli fərdi yaşayış evinə gediş-gəlişə maneçilik törədən qarajın və qanunsuz tikintinin sökülməsi, həmin evə gediş-gəliş yolunun fərdiləşdirilməsi üçün mövcud sənədlərə uyğun hasarlanaraq ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia qismən təmin olunmuş, Göyçay şəhəri R.Rza küçəsi dalan 2 ünvanında yerləşən 13A nömrəli fərdi yaşayış evinə gediş-gəlişə maneçilik törədən qarajın sökülməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı “Göyçay rayon XDS İcraiyyə Komitəsinin 16 iyul 1985-ci il tarixli 13 nömrəli iclas qərarının X3 300 kv.m torpaq sahəsinin ayrılmasına dai hissəsinin, eləcə də Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarının 300 kv.m torpaq sahəsinin X3 ayrılmasına dair hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-181/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-181/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver