Məhkəmə qərarları › İş №2-1(116)-1817/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1817/2025

07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1817/2025 07.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Günel Soltan qızının sədrliyi, Xasiyeva Aydan Nəbi qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin ( Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi) nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «xx.xx.2024-cü il tarixli **********427000 nömrəli qərarın iddiaçıya münasibətdə əsassız sayılması, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-302701/2024 saylı qərarın ləğv edilməsi, başqa vergi ödəyicisi ilə əvvəllər aparılmış əvəzləşmələrin əsaslı hesab edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İ. İşin halları: İddiaçı MMC 7 fevral 2012-ci il tarixdə hüquqi şəxs qismində dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi kimi uçota alınmışdır. Qurumun əsas fəaliyyət növü binaların genişləndirilməsi, yenidən qurulması və bərpası üzrə işlərdən ibarətdir. Təsis sənədlərində İddiaçı MMC-nin hüquqi ünvanı kimi Zərdab şəhəri, Qoşaoba qeyd olunmuşdur. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, İddiaçı MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ona münasibətdə kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 noyabr 2024-cü il tarixli 3-21-2-3/2-302701/2024 nömrəli qərar qəbul edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına dsaxil edilmişdir. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı «xx.xx.2024-cü il tarixli **********427000 nömrəli qərarın iddiaçıya münasibətdə əsassız sayılması, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-302701/2024 saylı qərarın ləğv edilməsi, başqa vergi ödəyicisi ilə əvvəllər aparılmış əvəzləşmələrin əsaslı hesab edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatının gedişində İddiaçı MMC məhkəməyə əlavə ərizə təqdim edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin də cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini cavabdeh kimi işə cəlb edilməsinə dair ərizəsini qəbul etmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi gəlmişdir. Digər cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə mübahisənin ərazi aidiyyəti məsələsinə münasibət bildirərək, işə Şəki İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd etdi. Cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 mübahisənin ərazi aidiyyəti məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İİ. Tətbiq edilən hüquq. «İnzibati icraat haqqında» Qanun: Maddə 2.0.1. İnzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.5. Bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 51. Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. «Məhkəmələr və hakimlər haqqında» Qanun: Maddə 43. İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarı: Bənd 18.11. Kürdəmir rayonu-Şirvan İnzibati Məhkəməsi Bənd 18.12. Laçın rayonu-Şirvan İnzibati Məhkəməsi Bənd 19.4. Göyçay rayonu-Şəki İnzibati Məhkəməsi İİİ. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Göründüyü kimi, iddiaçı hazırkı iş üzrə iki cavabdehə qarşı iki tələb irəli sürür: - «xx.xx.2024-cü il tarixli **********427000 nömrəli qərarın iddiaçıya münasibətdə əsassız sayılması və başqa vergi ödəyicisi ilə əvvəllər aparılmış əvəzləşmələrin əsaslı hesab edilməsi» tələbi cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı; - «xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-302701/2024 saylı qərarın ləğv edilməsi» tələbi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı. İş materiallarında olan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin 20 dekabr 2023-cü il tarixli 1-1-29/2-62/2023 saylı məktubunda bildirilir ki, fiziki şəxs Nümayəndə məxsus İddiaçı MMC (VÖEN **********) işğaldan azad edilmiş ərazinin rezidenti kimi Laçın rayonu, Qarıkaha kəndində (konteynerlərdən ibarət 1.500 kv.m ərazi) qeydiyyatdadır və bilavasitə qeydiyyatda olduğu ünvanda fəaliyyət göstərir. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı MMC hal-hazırda Laçın rayonunda fəaliyət göstərməklə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. İddiaçının yerləşdiyi yer Laçın rayonu ərazisinə düşür, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. X6 rayonunda yerləşsə də, səlahiyyəti əhatə edən əraziyə Göyçay rayonu, Kürdəmir rayonu və digər rayonlar daxildir. Belə olan halda, məhkəmənin qənaətinə görə mübahisənin cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə aid hissəsi üzrə ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin tələbləri ilə tənzimlənməklə, işə baxmaqda İddiaçı MMC-nin olduğu yer, yəni Laçın rayonunun ərazi yurisdiksiyası üzrə aid olduğu Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə aid hissəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı formal olaraq Zərdab rayonunda qeydiyyatda olmaqla, faktiki fəaliyyətini Laçın rayonunda həyata keçirdiyindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun fəaliyyəti üzrə kameral vergi yoxlamasının nəticələrinə dair qərar qəbul etməklə səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasını əhatə edən orqan kimi çıxış etmiş olur. Belə olan halda da, mübahisənin həmin cavabdehə aid hissədə də ərazi aidiyyəti Laçın rayonunun ərazi yurisdiksiyası üzrə aid olduğu Şirvan İnzibati Məhkəməsinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2178/2024 nömrəli qərarında qeyd edilmişdir ki, ərazi üzrə məhkəmə aidiyyəti prosessual qənaət prinsipinin, daha az məsrəflər hesabına iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması məqsədlərinə xidmət edir. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə ərazi aidiyyəti müəyyən edilərkən həm də iddiaçıya məxsus təsərrüfat subyektinin qeydiyyatda olduğu, faktiki yerləşdiyi və fəaliyyət göstərdiyi yer də nəzərə alınmalıdır. Bu prizmadan yanaşdıqda həmin məqsədə, eləcə də məhkəmə icraatının səmərəliliyinə sübutların daha çox və əlçatan olduğu yer üzrə məhkəmə tərəfindən nail olunması mümkündür. Qeyd olunanlar baxımından İPM-in 8.1.2ci maddəsinin ikinci cümləsinin hərfi mənada təfsiri inzibati prosessual qanunvericiliyin məqsədlərinə və mahiyyətinə uyğun olmazdı. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarının 18.12-ci bəndinə əsasən Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə məhkəmə mübahisəyə baxmaqda özünü səlahiyyətli saymadığından, iddianın mümkünlüyü məsələsinə toxunmadan işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsini məqsədəuyğun sayır. Qeyd olunanlara əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «xx.xx.2024-cü il tarixli **********427000 nömrəli qərarın iddiaçıya münasibətdə əsassız sayılması, xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-302701/2024 saylı qərarın ləğv edilməsi, başqa vergi ödəyicisi ilə əvvəllər aparılmış əvəzləşmələrin əsaslı hesab edilməsi»nə dair iddia tələbi ilə bağlı iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X5 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar