Məhkəmə qərarları › İş №2-1(116)-1818/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1818/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1818/2022 15.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə mərhum X2na şəhərin 6-cı kvartalından ayrılmış 600 kv metr torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəyə sxematik planın işlənib hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia ərizəsinə əsasən, Cavabdeh Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə Şəki şəhəri, 12-ci rayon, Ağvanlar küçəsi 52 nömrəli evdə yaşayan iddiaçının mərhum X2na şəhərin 6-cı kvartalından 600 kv m torpaq sahəsi ayrılmış və 3 otaqlı ev tikilməsinə icazə verilmişdir. X2 16 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək mərhum X2na məxsus 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. 12 saylı Şəki Ərazi İdarəsinin 26 iyul 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, müraciətə Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 saylı Sərəncamından arxiv çıxarışının surəti əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci bəndində göstərilən torpaq sahəsinin planı və ölçüsü və ya torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmədiyindən müraciətinin icrası mümkün olmamışdır. Torpaq sahəsinin yerləşmə sxemi onlarda olmadığı üçün (mərhum atasının istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı Sərəncam verilərkən torpaq sahəsinin yerləşmə sxemi verilməmişdir) o, Cavabdehnə rəsmi qaydada müraciət edərək, Şəki şəhər İcra Hakimiyyət Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə mərhum X2na şəhərin 6-cı kvartalından ayrılmış 600 kv m torpaq sahəsinin yerinin müəyyənləşdirilərək, həmin torpaq sahəsi ilə bağlı sxematik planın işlənib hazırlanmasına köməklik edilməsini xahiş etmişdir. Lakin Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, fərdi yaşayış evinin tikinti üçün vətəndaşların istifadəsinə həyətyanı torpaq sahələri ayrılarkən vətəndaşlara bir qayda olaraq torpaq sahəsinin ayrılmasına dair müvafiq təsdiqedici sənədə (icra hakimiyyəti başçısının sərəncamı) torpaq sahəsinin yerləşdiyi ərazinin baş memar tərəfindən təsdiq edilmiş sxematik planı da əlavə olunur. Hazırda mərhum atanızın istifadəsinə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı sizin tərəfinizdən təqdim edilmədiyindən həmin torpaq sahəsinin yerləşdiyi ərazinin şəhər icra hakimiyyətinin mütəxəssisləri tərəfindən aydınlaşdırılması mümkün deyildir. Bundan sonra o, yenə də Cavabdehnə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Cavabdehnə təkrar ünvanladığınız xx.xx.1994-cü ildə şəhərin 6-cı kvartalından mərhum atanızın istifadəsində ayrılmış 600 kv m torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi barədə müraciətinizə xx.xx.2022-ci il tarixli 2/5-66-091 nömrəli məktubla cavab verilmişdir. Cavabdeh cavablarını və imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə mərhum atası torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş (1971-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş) Torpaq Məcəllsinin 23-cü maddəsində göstərilmişdir ki, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) torpaq sahəsinin hüdudları müəyyən edilir, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılır. Göründüyü kimi mərhum atasına şəhərin 6-cı kvartalından ev tikmək üçün 600 kv m torpaq sahəsi ayrılan zaman həmin dövrün qanunvericiliyə uyğun olaraq ayrılan torpaq sahəsinin hüdudları müəyyən edilməli, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılmalı və şəhərin baş memarı tərəfindən sxematik plan təsdiqlənməli idi. Lakin belə bir sxematik plan həmin vaxt hazırlanmamış və onlara verilməmişdir. Əgər həmin sxematik plan işlənmişdirsə, onda onun bir nüsxəsi icra hakimiyyətində saxlanılmalı idi. Mərhum atasına ayrılan torpaq sahəsi ilə bağlı sxematik plan işlənməmiş və atasına təqdim edilməmişdir. Hazırkı işdə mərhum atası torpaq sahəsini dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə vicdanlı şəkildə əldə etmişdir. Sxematik planın olmaması isə dövlət qurumlarının öz səhvləridir. Sxematik planın olmaması məsələsi isə inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Sözügedən torpaq sahəsi Cavabdeh Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə mərhum atasına ayrıldığından və 3 otaqlı evin tikintisinə icazə verildiyindən onun qanuni istifadəsində və sahibliyində olmuş və bu günədək də həmin torpaq sahəsinin vergisini Şəki bələdiyyəsinə ödəyirlər. Torpaq islahatı aparılan zaman mərhum atasının qanuni istifadəsində və sahibliyində olan Səki şəhər İcra Hakimiyyəti Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə şəhərin 6-cı kvartalından fərdi yaşayış evi tikmək üçün mərhum atasına ayrılmış 600 kv m torpaq sahəsi əvəzsiz olaraq onun mülkiyyətinə verilmiş və bu günədək də həmin torpaq sahəsinin vergisini Səki Bələdiyyəsinə ödəyir. Lakin həmin torpaq sahəsi ilə bağlı sxematik planın olmaması, verilməməsi dövlət orqanının səhvi olmuşdur. Hazırda sözügedən həmin torpaq sahəsinin ayrılması ilə bağlı Sərəncam qüvvədədir. Cavabdeh xx.xx.2022-ci il tarixli 2/1359 nömrəli etirazında bildirmişdir ki, İddiaçı yuxarıda qeyd edilən məsələ ilə bağlı Cavabdehnə müraciət etmiş, ona, həmin dövrdə fərdi yaşayış evinin tikintisi üçün vətəndaşların istifadəsinə həyətyanı torpaq sahələri ayrılarkən vətəndaşlara bir qayda olaraq torpaq sahəsinin ayrılmasına dair müvafiq təsdiqedicı sənədə, torpaq sahəsinin yerləşdiyi ərazinin baş memar tərəfindən təsdiq edilmiş sxematik planı da əlavə olunduğu bildirilmiş, mərhum atasının istifadəsinə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı onun tərəfindən təqdim edildiyi halda həmin torpaq sahəsinin yerləşdiyi ərazinin şəhər icra hakimiyyətinin mütəxəssisləri tərəfindən göstərilə biləcəyi izah edilmişdir. İddiaçı atasının istifadəsinə ayrılan torpaq sahəsi yerləşən ərazidən eyni vaxtda digər yaxın qohumlarına da torpaq sahəsi ayrıldığını bildirsə də qohumları vasitəsilə atasının istifadəsinə ayrılmış torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinin mümkünlüyü ona bildirilmiş, lakin, İddiaçı, bizə məlum olmayan səbəblərdən bunu etmək istəmədiyini bildirmişdir. Həmçinin ona bildirilmişdir ki, ola bilsin ki, atası sağ ikən həmin torpaq sahəsini digər şəxsə satmış və ya uzun müddət təyinatı üzrə istifadə etmədiyindən həmin torpaq sahəsi ondan geri alınmışdır. 1994-cü ildən sonra Azərbaycan Respublikasında torpaq islahatı həyata keçirilmiş, yerli özünüidarəetmə orqanları (bələdiyyələr) yaradılmış və torpaq sahələrinin bir hissəsi bələdiyyə mülkiyyətinə verilmiş və 2000-ci ildən sonra Şəki bələdiyyəsi tərəfindən şəhərin digər ərazilərindən olduğu kimi 6-cı kvartalında da yaşayış məntəqələrinin torpaqlarına aid olub, həyətyanı məqsədilə satılması mümkün olan torpaqlar satışa çıxarılaraq ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün satılmışdır. Cavabdeh şifahi sorğusuna cavab olaraq Şəki bələdiyyəsi tərəfindən şəhər icra hakimiyyətinə təqdim edilmiş, xx.xx.2022-ci il tarixli, 800 nömrəli məktubundan da göründüyü kimi şəhərin 6-cı kvartalında həyətyanı məqsədilə boş torpaq sahələri olmadığından hazırkı məqamda X3 istifadəsinə ayrılmış torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi qeyri-mümkündür. İddiaçı, 1994-cü ildə Cavabdeh tərəfindən mərhum X2nun istifadəsinə ayrılmış torpaq sahəsinin yerinin üzərindən 28 il keçdikdən sonra, 2022-ci ildə müəyyənləşdirilməsi məqsədilə məhkəməyə müraciət etməsi təəccüblüdür. Odur ki, yuxanda qeyd edilənləri, Cavabdeh başçısının xx.xx.1994cü il tarixli, 1/328 nömrəli sərəncamı ilə şəhərin 6-cı kvartalından X3 istifadəsinə 600 kv.metr həyətyanı torpaq sahəsi ayrılması barədəki sərəncamından sonra torpaq sahəsinin ətrafının çəpərlənərək mühafizə edilmədiyini, respublikada torpaq islahatı aparılaraq qalan torpaqların Şəki bələdiyyəsinin mülkiyyətinə verildiyini, hazırda şəhərin 6cı kvartalında həyətyanı torpaq sahələrinin olmadığını, İddiaçı tərəfindən torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının təqdim edilmədiyini və hazırda mərhum X3 istifadəsinə ayrılmış torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsini xahiş edirik. Məhkəmə iclasında iddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının inzibati orqana müraciəti təmin edilməmişdir. Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 800 nömrəli məktubundan görünür ki, bələdiyyələr fəaliyyətə başlayan zaman Şəki şəhəri daxilində yerləşən və eyni zamanda şəhərin 6-cı kvartalında yerləşən Dövlət fondunda saxlanılan, xüsusi nülkiyyətə verilən torpaqlar çıxıldıqdan sonra qalan boş torpaq sahələri 01 mart 2000-ci il tarixli, “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokol”la Şəki Bələdiyyəsinə təhvil verilmişdir. Şəhərin 6-cı kvartalında yerləşən bələdiyyə torpaqları müraciət edən vətəndaşların mülkiyyətinə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Hazırda şəhərin 6-cı kvartalında Şəki Bələdiyyəsinin mülkiyyətində olan boş torpaq sahəsi yoxdur. Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2022-ci il tarixli 271 nömrəli məktubuna X4 şəhərin 6-cı kvartalndan 600 kv. metr torpaq sahəsi ayrılması barədə Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı əlavə olunmudur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki,iddiaçının mərhum X2na Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır.Lakin,torpaq sahəsinin yerləşdiyi ərazinin,koordinatların müəyyən edilməsi məqsədi ilə sxemtik plan tərtib olunmamışdır.İddiaçının və torpaq sahəsinin ayrılmış mərhum atasının faktiki istifadəsində torpaq sahəsi olmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar;fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin malqarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki,iddiaçının mərhum X2na Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır.Lakin,torpaq sahəsinin yerləşdiyi ərazinin,koordinatların müəyyən edilməsi məqsədi ilə sxemtik plan tərtib olunmamışdır.İddiaçının və torpaq sahəsinin ayrılmış mərhum atasının faktiki istifadəsində torpaq sahəsi olmamışdır. 9 noyabr 1991-ci il tarixdə qəbul olunmuş, müvafiq Sərəncam verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikasın Torpaq Məcəlləsinin 10-cu maddəsinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: - fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; Həmin Məcəllənin 23-cü maddəsinə əsasən: 1) Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. 2) Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. 3) Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. 4) Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göründüyü kimi hazırda iddiaçının qanuni istifadəsində torpaq sahəsi olmadığından və faktiki olaraq torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından müvafiq sxmetaik planın,plan-ölçünün hazırlanması tələbi təmin oluna bilməz. Odur ki,yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə mərhum atanız X4 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv metr torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəyə sxematik planın işlənib hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar