Məhkəmə qərarları › İş №2-1(116)-182/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-182/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-182/2020 01.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 (üçüncü şəxslər X11, Hüseynova Könül Yolçu qızı) qarşı "JN-2xx xxx 40103018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı"ndan və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan X7 və Hüseynova Könül Yolçu qızının adlarının çıxarılması, X6 adının həmin sənədlərə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Balakən rayonu "Bakı" kolxozu Yerli X13nın sədri tərəfindən təsdiq edilmiş torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 312-ci sətirdə X2, İddiaçı, X3, X7, X8, X4, Hüseynova Könül Yolçu qızının adları göstərilmişdir. Bundan başqa, Balakən Rayon X13nın sədri tərəfindən təsdiq edilmiş "Balakən rayonunun Qazma kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl"də 244-cü sətirdə X2, İddiaçı, X3, X7, X8, X4, Hüseynova Könül Yolçu qızının adları göstərilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,25 ha qeyd olunmuşdur. Balakən rayonu "Bakı" kolxozu Yerli X13nın xx.xx.1998-ci il tarixli qərarı ilə torpaq payı almaq hüququ olan subyektlərin siyahısı təsdiq edilmiş, Balakən Rayon X13nın xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə isə Balakən rayonu "Bakı" kolxozu Yerli X13nın xx.xx.1998-ci il tarixli qərarı təsdiq edilmişdir. Balakən Rayon X13nın xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarına əsasən, Balakən Rayon Qazma kəndində yerləşən 2,12 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X2, İddiaçı, X3, X7, X8, X4, Hüseynova Könül Yolçu qızının mülkiyyətinə verilmiş və onların adına bu barədə JN-2xx xxx 40103018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Bundan başqa, Balakən rayon Qazma kəndində yerləşən 0,1556 ha həyətyanı torpaq sahəsinə X2, İddiaçı, X3, X7, X8, X4, Hüseynova Könül Yolçu qızının, eləcə də fərdi yaşayış evinə X2 mülkiyyət hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və X2 adına RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Balakən rayonu Qazma kəndində 0,1556 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da düzəliş edilərək qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********73 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin torpaq sahəsi Balakən Rayon X13nın xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə onlara JN-244A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Bundan sonra həmin torpaq sahəsi və və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə X2 adına tam, torpaq sahəsi isə X2, İddiaçı, X3, X7, X8, X4, Hüseynova Könül Yolçu qızının adına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Hüseynova Könül Yolçu qızı, X11 torpaq islahatı zamanı X2 təsərrüfatında yaşamadığından, onların adlarının JN-2xx xxx 40103018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" və xx.xx.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dakı hüquq sahibləri siyahısına daxil edilməsi əsassız olmuşdur. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-2xx xxx 40103018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Balakən Rayon X13nın xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarına əsasən, X2, İddiaçı, X3, X7, X8, X4, Hüseynova Könül Yolçu qızının mülkiyyətinə 2,12 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Balakən rayonunun Qazma kəndində yerləşən 0,1556 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi X2 adına tam, torpaq sahəsi isə X2, İddiaçı, X3, X7, X8, X4, Hüseynova Könül Yolçu qızının adına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12 xx.xx.2019-cu il tarixli **********73 nömrəli imtina məktubundan görünür ki, həmin torpaq sahəsi Balakən Rayon X13nın xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə onlara JN-244A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Bundan sonra həmin torpaq sahəsi və və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə X2 adına tam, torpaq sahəsi isə X2, İddiaçı, X3, X7, X8, X4, Hüseynova Könül Yolçu qızının adına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İşdən göründüyü kimi, iddiaçının tələbi JN-2xx xxx 40103018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı"ndan və RX seriyalı ******* nömrəli çıxarışdan X11 və Hüseynova Könül Yolçu qızının adlarının çıxarılması, X6 adının dövlət aktı və çıxarışa daxil edilməsindən ibarətdir. Məhkəmə iddianın RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a aid hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Göründüyü kimi, həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı şəxsin mülkiyyətinə verilməsi üçün həmin torpaq sahəsi əvvəldən göstərilən şəxsin qanuni istifadəsində olmalıdır. Müəyyən edildi ki, Balakən Rayon X13nın sədri tərəfindən təsdiq edilmiş "Balakən rayonunun Qazma kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl"də 244-cü sətirdə X2, İddiaçı, X3, X8, X4, həmçinin üçüncü şəxslər X7 və Hüseynova Könül Yolçu qızının adları göstərilmiş, X6 isə adı göstərilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan X7 və Hüseynova Könül Yolçu qızının adlarının çıxarılması və X6 adının həmin sənədə əlavə edilməsi üçün heç bir əsas yoxdur. İddianın JN-2xx xxx 40103018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı"na aid hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. (1-ci hissənin 1ci abzası) Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsində deyilir ki, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 13-cü maddəsində deyilir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X13, Naxçıvan Muxtar Respublikası X13, rayon və X20 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə görə, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Müəyyən edildi ki, Balakən Rayon X13nın sədri tərəfindən təsdiq edilmiş torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 312-ci sətirdə X2, İddiaçı, X3, X8, X4, habelə üçüncü şəxslər X7 və Hüseynova Könül Yolçu qızının adları göstərilmiş, X6 isə adı göstərilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, JN-2xx xxx 40103018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı"ndan X7 və Hüseynova Könül Yolçu qızının adlarının çıxarılması və X6 adının həmin sənədə əlavə edilməsi üçün heç bir əsas yoxdur. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 (üçüncü şəxslər X11, Hüseynova Könül Yolçu qızı) qarşı "JN-2xx xxx 40103018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı"ndan və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan X7 və Hüseynova Könül Yolçu qızının adlarının çıxarılması, X6 adının həmin sənədlərə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar