Məhkəmə qərarları › İş №2-1(116)-182/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-182/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-182/2021 23.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Hacı-X1, üçüncü şəxs Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11rşı (üçüncü şəxslər: Cavabdeh1 və Şəki rayon Cəfərabad bələdiyyəsi) “cavabdeh tərəfindən üçüncü şəxs Cavabdeh1 mübahisə olunan 0.12 ha torpaq sahəsi ilə bağlı mülkiyyəti təsdiq edən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı Cavabdeh1 qarşı (üçüncü şəxslər: DƏDRX-nin 12 saylı Ərazi İdarəsi və Şəki rayon Cəfərabad bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən üçüncü şəxs Cavabdeh1 mübahisə olunan 0.12 ha torpaq sahəsi ilə bağlı mülkiyyəti təsdiq edən ona verilmiş çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 41 saylı qərarı ilə 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı ailə tələbatını ödəmək üçün ona verilmiş torpaq sahəsinə bitişik 0.12 ha torpaq sahəsini zəbt edərək istifadə etmiş, həmçinin vergisini Cəfərabad bələdiyyəsinə ödəmişdir. İddiaçıya məlumat verilmədən DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının zəbtində olan 0.12 ha torpaq sahəsi sənədləşdirilərək Cavabdeh1 adına verilmişdir. İddiaçı torpaq sahəsinin Cavabdeh1 verilməsinin səbəblərini araşdırarkən bələdiyyədən bildirilmişdir ki, üzümçülük sovxozunun xx.xx.1987-ci il tarixli, 917 nömrəli əmri ilə Cavabdeh1 0.12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı bildirir ki, Cavabdeh1 əlində olan torpağın adına keçirilməsi ilə bağlı arayışa məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Həmin məhkəmə aktlarına əsasən Cavabdeh1 olan arayışın heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçı həmçinin bildirir ki, əgər zəbtində olan torpaq sahəsi bələdiyyənin mülkiyyətində idisə, onda torpaq sahəsi 20 il onun istifadəsində olduğu üçün sahə ilk növbədə ona təklif edilməli idi. İddiaçı Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya xx.xx.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Buna görə də üçüncü şəxs qismində qeyd etdiyi DƏDRX-nin 12 saylı X15 cavabdeh kimi qeyd etmək, cavabdeh qismində qeyd etdiyi Cavabdeh1 və Şəki rayon Cəfərabad Bələdiyyəsini üçüncü şəxs qismində qeyd etmək ona təklif edilmişdir. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində yardım məktubunda qeyd edilən nöqsanları aradan qaldırmış, cavabdeh qismində DƏDRX-nin 12 saylı Ərazi İdarəsini, üçüncü şəxslər qismində isə Cəfərabad bələdiyyəsi və Cavabdeh1 qeyd etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, Cavabdeh1 və ailə üzvlərinin adına olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə əsasən qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən isə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən vətəndaşa aidiyyəti üzrə müraciət etməsi tövsiyyə edilmişdir. Üçüncü şəxs tərəfindən iddia tələbinə etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçının göstərdiyi Torpaq sahəsi Şəki rayon Cəfərabad kənd XXİİ Qurultayı adına Üzümçülük sovxozunun işçi və qulluqçularının əmr kitabına əsasən x xxxxxx 1987-ci il tarixli, 917 saylı əmri ilə Şəki Rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1987-ci il tarixli, 15 N-li X7 əsasında üçüncü şəxsə verilmişdir. Üçüncü şəxsə torpaq sahəsi 0.12 ha yuxarıda sadaladığı sənədlər əsasında 1987ci ildən verilmiş və bu günədək onun qanuni istifadəsində olmuş və həmin torpaq sahəsinə Azərbaycan Respublikasının xx xxxx 2016-cı il Daşınmaz əmlakın dövlət reyestri haqqında xx xxxxxx 2015-ci il tarixli Fərmanına əlavə edilmiş qanuna əsasən Çıxarış əldə edilmişdir. Həmin torpaq sahəsinin kənarındakı 0.35 ha sahə də 2016-cı ilədək üçüncü şəxsin ailə üzvlərinin istifadəsində olmuşdur. 0.35 ha zəbt torpaq sahəsinə müvafiq əmsalla onun çöl pay torpağından 0.58 ha çıxılmışdır. Xəritədə göstərilən həmin ərazidəki sahələr üçüncü şəxs və ailə üzvlərinin istifadəsində olmuşdur. Üçüncü şəxsə şəhadətnamə tərtib edilərkən texniki səhv olaraq sovxoz dövrü kənardan 0.27 ha torpaq sahəsi verilmiş və bu günə qədər 0.08 ha torpaq sahəsi verilməmiş qalmışdır. Həmin 0.27 ha torpaq sahəsində isə 0.10 ha İddiaçıə İmran qızına 1992-ci ildə torpaq sahəsi aktlaşdırılaraq verilmiş və 2016-cı ilədək həmin sahədən atası X12 etmişdir. S.Aynurənin iddia etdiyi yerdən o, bircə gün də olsa istifadə etməmiş, yalnız texniki səhvlər aşkarlandıqdan sonra 2016-cı ildə həmin yerdən qardaşı Səfərov Kamran istifadə etmişdir. Aynurə Səmədova qeyd edir ki, üçüncü şəxs zəbt olunmuş yerin vergisini ödəmişdir. Həmin yerdən üçüncü şəxs istifadə etdiyinə görə zəbt kimi vergini üçücü şəxs ödəmişdir. Qəbzlər ərizəyə əlavə edilir. Digər tərəfdən həmin iddia edilən yerin kənarındakı və üçüncü şəxs və ailə üzvlərinin 2016-cı ilədək istifadəsində olan torpaq sahələri İddiaçıənin oğlu X3 Cəfərabad kənd bələdiyyəsi tərəfindən alqı-satqı qaydasında satılaraq xx xxxx 2016-cı il tarixində qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir (0.12ha torpaq sahəsi). Digər tərəfdən İddiaçıənin iddia etdiyi torpaq sahəsindən və 2016-cı ilədək üçüncü və ailə üzvlərinin istifadəsində olan 0.12 ha torpaq sahəsi Cəfərabad kənd bələdiyyəsi tərəfindən onun bacısı X5 qanunsuz olaraq satılmışdır. Çünki bu satılmış torpağın 0.08 ha ərazisi üçüncü şəxsin çöl pay torpağından çıxılan zəbt hissəsi və 0.01 ha ərazisi isə verilməyən həyətyanı torpağıdır. Odur ki, Səfərova Zənfiranın adına qanunsuz verilən torpaq sahəsi üzərində bu gün də məhkəmə iddiası davam edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 432233 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X6 ilə Səmədova (Səfərova) Aynur İmran qızı xx.xx.1988-ci il tarixdə nikah bağlamışlar. İş materiallarında olan JN-326A nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 41 saylı qərarı ilə 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-251/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) Cavabdeh1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qanuni istifadəsində olan 0.12 ha və verilməyən 0.21 ha pay torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-178/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının xx.xx.2014-cü il tarixli, 1500 nömrəli arxiv arayışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1987-ci il 427 saylı əmrlə verilmiş 0.06 ha əvəzinə 0.12 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə Şəki rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli əmri vardır. İş materiallarında olan reyestr nömrəsi **********82 olan xx.xx.2018-ci il tarixdə tərtib edilmiş plan və ölçü sənədinin təsdiq edilmiş surətindən görünür ki, 0.11 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir (əsas: Dövlət Arxivinin Şəki filialının xx.xx.2014-cü il tarixli, 1500 nömrəli arxiv çıxarışı). Qeyd edilənlərə əsasən Cavabdeh1 və ailə üzvlərinin adına 0.11 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ləğvi tələb olunan RX seriyalı ******* nömrəli çıxarış qanuni əsaslarla, yəni Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıya əsasən tərtib olunduğu üçün cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. İddiaçı izahatında da mübahisəli torpaq sahəsini zəbt etdiyini, torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənədinin olmadığını qeyd etmişdir. İddiaçının faktiki olaraq 3-cü şəxsə məxsus torpaq sahəsini zəbt etməsi, onun həmin torpağın qanuni sahibi (mülkiyyətçisi) olmasına dəlalət etmir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 110.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün dövlət rüsumundan ibarət prosessual xərc iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11rşı (üçüncü şəxslər: Cavabdeh1 və Şəki rayon Cəfərabad bələdiyyəsi) “cavabdeh tərəfindən üçüncü şəxs Cavabdeh1 mübahisə olunan 0.12 ha torpaq sahəsi ilə bağlı mülkiyyəti təsdiq edən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar