Məhkəmə qərarları › İş №2-1(116)-182/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-182/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-182/2024 22.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “A seriyalı 449859 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Ağdaş rayon AİK-nın 21 fevral 1998-ci il tarixli 03 №-li qərarı ilə mərhum X6 Ağdaş rayonu Ağcaqovaq kəndinin ərazisindən verilmiş 346.21 kv.m həyətyanı torpaq sahəsinə və A seriyalı 449860 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Ağdaş rayon AİK-nın 21 fevral 1998-ci il tarixli 03 №-li qərarı ilə mərhum X6 Ağdaş rayonu Ağcaqovaq kəndinin ərazisindən verilmiş 2650.69 kv.m həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “A seriyalı 449859 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Ağdaş rayon AİK-nın 21 fevral 1998-ci il tarixli 03 №-li qərarı ilə mərhum X6 Ağdaş rayonu Ağcaqovaq kəndinin ərazisindən verilmiş 346.21 kv.m həyətyanı torpaq sahəsinə və A seriyalı 449860 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Ağdaş rayon AİK-nın 21 fevral 1998-ci il tarixli 03 №-li qərarı ilə mərhum X6 Ağdaş rayonu Ağcaqovaq kəndinin ərazisindən verilmiş 2650.69 kv.m həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxx 1958-ci ildə Ağdaş rayonu Ağeaqovaq kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. X1 20 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun vərəsəsidir. A seriyalı 449859 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən, Ağdaş rayon AİK-nm 21 fevral 1998-ci il tarixli 03 №-li qərarı ilə mərhum X6 Ağdaş rayonu Ağeaqovaq kəndinin ərazisindən 346,21 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin A seriyalı 449860 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən. Ağdaş rayon AİK-nın 21 fevral 1998-ci il tarixli 03 №-li qərarı ilə mərhum X6 Ağdaş rayonu Ağeaqovaq kəndinin ərazisindən 2650,69 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Qaraş Yusibov uzun illər həmin torpaq sahələrindən istifadə etmiş, o, vəfat etdikdən sonra isə həmin torpaq sahələri iddiaçının istifadəsindədir. İddiaçı həmin torpaq sahələsinə çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabden iddiaçının müraciətinə imtina vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim olunmuş sənədlərlə naturada yerləşən torpaq sahəsi (surərləri) ekspertiza edilən zaman məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə (JN-4A və JN-4B nömrəl torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr) əsasən digər şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə düşür. Bu da həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil edir. Qeyd edilən səbəbə görə iddiaçının ərizəsinin icrası mümkün deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. A seriyalı 449859 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 346.21 kv. metr torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə X5 mülkiyyətinə verilmişdir.

3. A seriyalı 449860 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 2650.69 kv. metr torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə X5 mülkiyyətinə verilmişdir

4. Ağdaş rayonu Notariat ofisinin xx.xx.2023-cü il tarixli 75 nömrəli məktubu.

5. JN-004B kod 90320048 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin surətindən görünür ki, 0.27 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarının surəti.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Ağdaş rayon Ağcaqovaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X5 adı qeyd olunmuşdur.

8. Ağdaş rayon İHB-nın Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 verilmiş torpaq sahəsinda hal-hazırda oğlu İddiaçı ailəsi ilə birlikdə yaşayır. Ərazimizdə X7 adında şəxs yaşamamışdır və həmin şəxsi tanımırıq.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3981/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X6 oğlu və ailə üzvlərinin adına A seriyalı 449860 nömrəli və A seriyalı 449859 “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri verilmişdir. A seriyalı 449859 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, 346.21 kv.m və A seriyalı 449860 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, 2650.69 kv.m həyətyanı torpaq sahələri mərhum X5 mülkiyyətinə verilmişdir. İddia olunan torpaq sahəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları faktiki istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinə deyil, bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsinə işlənilmişdir. Araşdırma zamanı Təsərrüfatbaşına kitablardan çıxarışda mərhum X5 adına 346.21 kv.m və 2650.69 kv.m torpaq sahəsinin qeydə alındığı aşkar edilmişdir. Digər tərəfdən A seriyalı 449859 nömrəli və A seriyalı 449860 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd edilmiş torpaq sahələri ilə üst-üstə düşür. A seriyalı 449859 nömrəli və A seriyalı 449860 nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd edilmiş torpaq sahələri və iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahələri JN-4 A nömrəli və JN-4 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrlə X3 mülkiyyətinə verilmiş torpaq sahələri ilə tam hissədə üst-üstə düşür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin üst-üstə düşdüyü bildirilən JN-4 A nömrəli və JN-4 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin mötəbərliyi istisna olunur.Belə ki,həmin Şəhadətnamələrin adına qeydə alındığı X8 adlı şəxs həmin kənddə qeydiyyatda olmamış,yamamış və Şəhadətnamənin hazırlanmasının əsası olan subyektlər siyahısına onun adı daxil edilməmişdir.Həmçinin, Təsərrüfatbaşına kitablardan çıxarışda həmin ad mövcud olmamışdır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə iddianı əsaslı hesab edir. Aqrar islahatın məqsədi şəxslərin qanuni istifadələrində olan torpaq sahəsinin onların mülkiyyətinə verilməsindən ibarətdir. Hazırkı tələb üzrə qeydə alınması iddia olunan fərdi yaşayış evi aqrar islahat əvvəl tikilmiş olduğu halda “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları evin yerləşdiyi torpaq sahəsini əhatə etməli olduğu halda texniki yanlışlığa yol verilmişdir. Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 21 iyun 2023-cü il tarixli 202 nömrəli (2 nömrəli əlavə) “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Ağdaş rayonu Ağcaqovaq kəndində yerləşən A seriyalı 449859 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətə verilmiş 346.21 kv.m torpaq sahəsi və A seriyalı 449860 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətə verilmiş 2650.69 kv.m torpaq sahəsinin X6 məxsus olmasına dair elektron arayışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Ağdaş rayonu Ağcaqovaq kəndində yerləşən A seriyalı 449859 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətə verilmiş 346.21 kv.m və A seriyalı 449860 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətə verilmiş 2650.69 kv.m torpaq sahələrinin X6 məxsus olmasına dair elektron arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar