Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-183/2022 25.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “2017 və 2018-ci il tarixlərdə ezamiyyətdə olması ilə bağlı əmrlərdə göstərilən tarixlərə uyğun ezamiyyət pullarının hesablanması və cəmi 10.200 (on min iki yüz) manat pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Cavabdeh Mülki Müdafiə Qoşunlarının N nömrəli Şəki Xilasetmə taborunda xidmət etdiyi müddətdə, yəni 30.09.2017-ci ildən 28.10.2017-ci ilədək, 02.06.2017-ci ildən 01.07.2017-ci ilədək, 02.05.2016-cı ildən 01.06.2016-cı ilədək, 05.04.2017-ci ildən 02.05.2017-ci ilədək, 28.11.2017-ci ildən 27.12.2017-ci ilədək, 13.07.2017-ci ildən 31.07.2017-ci ilədək, 11.09.2016-cı ildən 29.09.2016-cı ilədək, 05.01.2018-ci ildən 02.02.2018-ci ilədək, 29.10.2017-ci ildən 27.11.2017-ci ilədək, 01.08.2018-ci ildən 31.08.2018-ci ilədək, 19.07.2018-ci ildən 31.07.2018-ci ilədək, 24.05.2018-ci ildən 01.06.2018-ci ildək, 30.09.2018-ci ildən 29.10.2018-ci ilədək və 01.09.2018-ci ildən 29.09.2018-ci ilədək olan tarixlərdə ezamiyyətdə olduğu günlərin ezamiyyət pulunun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Cavabdeh Mülki Müdafiə Qoşunlarının N nömrəli Şəki Xilasetmə taborunda xidmət etmişdir. Hazırda tərxis olunmuşdur. Lakin tərxis edildikdən sonra iddia tələbində göstərilən tarixlərdə ezamiyyətdə olduğu günlərin ezamiyyə pulları ona ödənilməmişdir. Bununla bağlı iddiaçı 2020-ci ilin noyabr ayında cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti cavablandırılmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə dair rəsmi yazılı münasibət (etiraz) bildirilməmişdir. Məhkəmənin 04.05.2022-ci il tarixli 2-1(116)-183/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Cavabdeh N nömrəli hərbi hissəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “2017 və 2018-ci il tarixlərdə ezamiyyətdə olması ilə bağlı əmrlərdə göstərilən tarixlərə uyğun ezamiyyət pullarının hesablanması və cəmi 10.200 manat pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, lakin cavabeh tərəfindən onun müraciəti cavablandırılmamış və bundan sonra iddiaçı məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: FHN N nömrəli hərbi hissənin 04.11.2021-ci il tarixli 37/34-0268 nömrəli məktubu ilə iddiaçı ilə bağlı ezamiyyət əmrlərindən çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Məktuba əlavə edilmiş Xilasetmə briqadasının (9926 saylı hərbi hissə komandirinin): N nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 26.02.2017-ci il tarixdə ezamiyyətə getmişdir. 62 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 02.03.2017-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 97 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 05.04.2017-ci il tarixdə ezamiyyətə getmişdir. 125 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 02.05.2017-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 126 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 03.05.2017-ci il tarixdə ezamiyyətə getmişdir. 155 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 01.06.2017-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 156 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 02.06.2017-ci il tarixdə ezamiyyətə getmişdir. 165 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 12.06.2017-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 193 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 13.07.2017-ci il tarixdə ezamiyyətə getmişdir. 204 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 26.07.2017-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 253 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 11.09.2017-ci il tarixdə ezamiyyətə getmişdir. 271 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 29.09.2017-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 304 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 29.10.2017-ci il tarixdə ezamiyyətə getmişdir. 334 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 27.11.2017-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 335 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 28.11.2017-ci il tarixdə ezamiyyətə getmişdir. 365 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 27.12.2017-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 5 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 05.01.2018-ci il tarixdə ezamiyyətə getmişdir. 35 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 02.02.2018-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 152 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 24.05.2018-ci il tarixdə ezamiyyətə getmişdir. 165 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 04.06.2018-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 212 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 19.07.2018-ci il tarixdə ezamiyyətə getmişdir. 225 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 31.07.2018-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 226 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 01.08.2018-ci il tarixdə ezamiyyətə getmişdir. 253 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 30.08.2018-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 255 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 01.09.2018-ci il tarixdə ezamiyyətə getmişdir. 283 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 29.09.2018-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 284 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 30.09.2018-ci il tarixdə ezamiyyətə getmişdir. 311 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 29.10.2018-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 265 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 20.09.2019-cu il tarixdə ezamiyyətə getmişdir. 266 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 21.09.2019-cu il tarixdə ezamiyyətdən gəlmişdir. 174 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 24.06.2020-ci il tarixdə ezamiyyətə getmişdir. 176 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 26.06.2020-ci il tarixdə ezamiyyətdən gəlmişdir. 179 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı 29.06.2020-ci il tarixdə ezamiyyətə getmişdir. 180 nömrəli nizami hissə üzrə əmrdən çıxarışdan müəyyən olunur ki, baş gizir İddiaçı 30.06.2020-ci il tarixdə ezamiyyətdən gəlmişdir. FHN N nömrəli hərbi hissənin 25.04.2022-ci il tarixli 37/34-0101 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı Fövqəladə Hallar nazirinin 28.08.2020-ci il tarixli 0954/ş nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldığı tarixdə ödönilməyən ezamiyyət xərci hesabından 3393 (üç min üç yüz doxsan üç manat 00 qəpik) manat borc yaranmışdır. Tərxis olduğu gündən 28.08.2020-ci ildən 25.04.2022-ci ilədək ezamiyyət xərci hesabından 800 (səkkiz yüz manat 00 qəpik) manat məbləğində pul vəsaiti öz şəxsi hesabına köçürülmüşdür. Qalan ümumi borc 2593 (iki min beş yüz doxsan üç manat 00 qəpik) manat hissə hissə ödəniləcəkdir. FHN N nömrəli hərbi hissənin 13.05.2022-ci il tarixli 37/34-0127 nömrəli məktubunda qeyd olunur ki, ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında göstərilir ki, ölkə daxili ezamiyyə xərclərinin müəyyən edilmiş bir günlük normasının 80 faizinin mehmanxana xərcləri təşkil edir. Ezamiyyətdə olan hərbi qulluqçu qalmaq üçün yerlə təmin olunursa ezamiyyə xərci hesabından 80 faizi tutularaq mehmanxana xərclərinə çıxılır. Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edilərək “65,0" rəqəmləri “90.0” rəqəmləri ilə, “50,0” rəqəmləri “70,0” rəqəmləri ilə, “45,0” rəqəmləri isə “65,0” rəqəmləri ilə evəz edilib. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minib. Ezamiyyə xərclərinin hesablanma qaydaları haqqında əlavə məlumatlar “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin qərarında göstərilib. FHN N nömrəli hərbi hissənin 13.05.2022-ci il tarixli 37/34-0127 nömrəli məktubuna əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, iddiaçının hesabına 2021-ci ilin aprel, iyun, iyul və sentyabr ayları üçün hər birinə 100 manat (cəmi 400 manat), həmçinin 2022ci ilin yanvar, mart ayları üçün hər birinə 100 manat (cəmi 200 manat) və aprel ayı üçün 200 manat olmaqla ezamiyyət borcu köçürülmüşdür. İddiaçıya cəmi 800 manat pul ödənilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 25.05.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, hesablanmış məbləğin düzgün olması onu qane etmir və cavabdehdən cəmi alacağı məbləğ 10.200 (on min iki yüz) manat olmalıdır. Bu məbləğdən 800 manat ödənilib. İddiaçı ezamiyyət pulunun məhz 2017-2018-ci illərdə ezamiyyətdə olma barədə əmrlərdə göstərilən tarixlər üçün hesablanmasını xahiş etmişdir. İddiaçının məhz 2017-2018-ci illər üzrə ezamiyyət əmrlərində göstərilən tarixlərdə ezamiyyətdə olması, həmin dövlər üzrə iddiaçıya ezamiyyə xərclərinin ödənilməli olması və iddiaçıya tələb olunan məbləğdən 800 manat pul vəsaitinin ödənildiyi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı iddia tələbini cavabdeh tərəfindən təqdim edilmiş ezamiyyət əmrlərində göstərilən tarixlərə münasibətdə dəqiqləşdirmiş, ezamiyyət pulunun gəmin tarixlərə münasibətdə hesablanmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarına əsasən, dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. ...
4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.
5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. ...
7. Müəyyən edilsin ki: büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir; büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər; büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda avtomobil nəqliyyatı vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.06.2018-ci il tarixli 269 nömrəli Qərarı ilə1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.1. 1-ci hissədə “65,0” rəqəmləri “90,0” rəqəmləri ilə, “50,0” rəqəmləri “70,0” rəqəmləri ilə və “45,0” rəqəmləri “65,0” rəqəmləri ilə əvəz edilsin; 1.2. 6-cı hissədə “10,0” rəqəmləri “15,0” rəqəmləri ilə əvəz edilsin. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı həmin dövrlərdə Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri istisna olmaqla, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə ezamiyyətdə olmuş və ezamiyyətdə olduğu müddətdə iddiaçı qalmaq üçün yerlə təmin edilmişdir. İddiaçı qalmaq üçün yerlə təmin edildiyini məhkəmə iclasında vermiş olduğu izahatında təkzib etməmiş, lakin mehmanxana şəraitində qalmadığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.07.2018-ci il tarixədək ezamiyyətdə olduğu müddətlərə münasibətdə “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarına dəyişiklik edilənədək qüvvədə olmuş tariflər üzrə hesablama aparılmalı, 01.07.2018-ci il tarixdən sonrakı dövrə münasibətdə isə yeni tariflərə uyğun hesablama həyata keçirilməlidir. Həmçinin iddiaçı ezamiyyət dövründə yaşayış yeri ilə təmin edildiyindən, AR Nazirlər Kabinetinin Qərarının 1-ci bəndində nəzərdə tutulmuş şərt - Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir, nəzərə alınmalıdır. Belə ki, iddiaçıya münasibətdə hesablanmalı məbləğ əmrlərdə nəzərdə tutulan dövrlər üzrə yaşayış yeri ilə təmin olunduğundan 80 faiz mehmanxana xərci məbləği çıxılmaqla, hesablanaraq ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə 3.393 (üç min üç yüz doxsan üç) manat məbləğdə ezamiyyə xərci hesablaması əsaslı olmuşdur. Həmin məbləğdən 800 manat vəsaitin iddiaçının şəxsi hesabına ödənilməsi öz təsdiqini tapmışdır. Belə olan halda, cavabdeh tərəfindən ödənilməmiş qalan 2.593 (iki min beş yüz doxsan üç) manat məbləğdə pul vəsaitinin iddiaçıya ödənilməsi təmin edilməlidir. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı iddia tələbi qismən təmin edilsin. 2017 və 2018-ci il tarixlərdə ezamiyyətdə olması ilə bağlı 2.593 (iki min beş yüz doxsan üç) manat pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə