Məhkəmə qərarları › İş №2-1(116)-1832/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1832/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1832/2023 16.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxs X1 Şəki şəhəri, M.F.Axundov küçəsi, ev 6/12 ünvanından pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsinə açıq şifahi məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Zaqatala Rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxs X1 Şəki şəhəri, M.F.Axundov küçəsi, ev 6/12 ünvanından pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdehə müraciət edərək X1 Şəki şəhəri, M.F.Axundov küçəsi, ev 6/12 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qediyyatından çıxarılmasını xahiş etmiş, cavabdeh inzibati orqan imtina etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. Əsaslandırma hissəsi: İş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı “üçüncü şəxs X1 Şəki şəhəri, M.F.Axundov küçəsi, ev 6/12 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qediyyatından çıxarılmasına nail olmaqdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki,iş üzrə cəlb olunmuş üçüncü şəxs X2 iddia ərizəsində göstərilən ünvandan qeydiyyatdan çıxmışdır. Belə ki, üçüncü şəxsə dair sənəd məlumatlarında “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində qeydiyyat ünvanı olaraq ünvan 1anı qeyd edilmişdir. İnzibati iş məhkəmənin icraatında olduğu müddətdə üçüncü şəxs X2 09 mart 2023-cü il tarixdə yeni şəxsiyyət vəsiqəsi almaqla iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxmışdır. Odur ki,məhkəmə həmin hissədə tərəflər arasında mübahisə mövcud olmadığından işə həmin hissədə xitam verilməli olduğu qənaətinə gəlir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxs X1 Şəki şəhəri, M.F.Axundov küçəsi, ev 6/12 ünvanından pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia tələbinində tərəflər arasında inzibati mübahisə aradan qalxdığından işin icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar