Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1835/2023 24.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə sizə və ailə üzvlərinizə İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, pay torpaq sahəsindən çıxılmış 0.47 ha torpaq sahəsinin sizə və ailə üzvlərinizə ayrılması barədə sərəncam verilməsi vəzifəsinin və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq Dövlət Reyestrindən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə sizə və ailə üzvlərinizə İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, pay torpaq sahəsindən çıxılmış 0.47 ha torpaq sahəsinin sizə və ailə üzvlərinizə ayrılması barədə sərəncam verilməsi vəzifəsinin və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq Dövlət Reyestrindən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı İsmayıllı rayon Tağlabyan kəndi ərazisində 0,47 ha torpaq sahəsini zəbt etmiş,həmin torpaq sahəsi hazırdada istifadəsindədir.Aqrar islahat zamanı həmin torpaq sahəsi həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməmişdir.Hazırkı iddia qaldırmaqda iddiaçının hüquqi marağı İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə həmin torpaq sahəsinin ona və ailə üzvlərinə ayrılması barədə sərəncam verilməsindən,habelə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrindən qeydiyyata alınması və çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının dinlənilmək hüququ təmin edilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hazırkı qərardadda təsbit olunan iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuşdur. İddiaçı 07 iyun 2023-cü il tarixli ərizə göndərərək məktuba münasibət bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi iddia ərizəsində faktiki olaraq iki cavabdeh göstərilməklə tələb iki hissədən ibarət olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 37-ci maddəsinə deyilir ki,bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Tələbin birinci hissəsi İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə ona və ailə üzvlərinizə İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, pay torpaq sahəsindən çıxılmış 0.47 ha torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsi vəzifəsinin qoyulmasından ibarətdir. Tələbin ikinci hissəsi 0.47 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrindən qeydiyyata alınması və çıxarış verilməsindən ibarətdir. Tələbin ikinci hissəsi birinci hissəsi ilə əlaqədardır.Tələbin birinci hissəsi uğurlu olacağı təqdirdə həmin iddia tələbi ilə inzibati orqana müraciət etmək hüququ vardır.Lakin,iddia tələbinin birinci hissəsi mümkün olmadığından ikinci hissənin mümkünlük şərtlərinin araşdırılması zərurəti yaranmamışdır. Belə ki, iddia tələbinin yönəldiyi cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti X2 Komissiyasının hüquqi varisi olmamaqla hazırkı iddia tələbinə cavab verməli orqan deyildir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X2 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə sizə və ailə üzvlərinizə İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, pay torpaq sahəsindən çıxılmış 0.47 ha torpaq sahəsinin sizə və ailə üzvlərinizə ayrılması barədə sərəncam verilməsi vəzifəsinin və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq Dövlət Reyestrindən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1835/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1835/2023
24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver