Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1838/2023 18.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı “cavabdehin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya Aşuqova (Nasbari) Janna Vaçikovnaya məxsus doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1961-ci il olmasının müəyyən edilməsi və düzgün olaraq xx.xx.1961-ci il kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya Aşuqova (Nasbari) Janna Vaçikovnaya məxsus doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1961-ci il olmasının müəyyən edilməsi və düzgün olaraq “xx.xx.1961-ci il” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiçı xx xxxxx 1961-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Nic kəndində anadan olmuşdur. Valideynləri Nic kənd Sovetinə doğum barədə məlumat vermiş və doğumu qeydə alınmışdır. Hazırda valideynlərindən atası vəfat etmiş, anası isə səhhəti ilə əlaqədar yataq xəstəsidir. İddiaçı, xx.xx.1985-ci il tarixində X3 ilə nikaha daxil olaraq soyadını “Nasbari” kimi qeyd etdirmişdir. Bir neçı ay bundan öncə sənədləşdirmə işləri ilə əlaqədar cavabdehə müraciət etmiş və iddiaçının vaxtı ilə Nic kənd Sovetliyi tərəfindən 23.111.1964-cü ildə tərtib edilmiş 206 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərək doğum tarixinin “xx.xx.1961-ci il” əvəzinə “xx.xx.1961-ci il” kimi qeyd olunduğu məlum olmuşdur. Həmçinin, iddiaçının şəxsiyyət vəsiqəsində, ümumvətəndaş pasportunda, nikah haqqında şəhadətnamədə və s. digər sənədlərdə doğum tarixi xx.xx.1961-ci il kimi yazılmışdır. Məsələnin həll edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-N-37/2023 saylı imtina məktubu verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-cı il tarixdə doğulmuşdur. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir. - AZE seriyalı C02859868 nömrəli ümumvətəndaş pasportunda İddiaçı doğum tarixi xx.xx.1961-ci il kimi göstərilmişdir. - Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Qəbələ rayonu Nic qəsəbə 07 saylı təsərrüfatbaşına uçot kitabının 637 nömrəli şəxsi hesabda qeydiyyatdadır, hal-hazırda qəsəbədə yaşayır. - V-ЖГ seriyalı 286617 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə İddiaçı arasında xx.xx.1985-ci il tarixdə nikah bağlanmışdır. - Qəbələ rayon dövlət arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş təsərrüfatbaşına kitabda iddiaçının doğum tarixi xx.xx.1961-ci il kimi qeyd olunmuşdur. - Əhalinin Dövlət Reyestrindən iddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Janna”, soyadı “Nasibari”, atasının adı “Vaçikovna”, doğulduğu yer ünvan 1 ünvanı Qəbələ rayonu, Nic qəsəbəsi göstərilmişdir. - Qəbələ rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1961-cü il tarixli 206 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının ata adı “Janna”, soyadı “Aşuqova”, atanın adı “Vaçik” doğum tarixi “xx.xx.1961-ci il” kimi qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Həmçinin, iddia əsaslıdır. Məhkəmə aşağıdakı qanunvericilik normalarının işin hallarına tətbiq edərək hesab edir ki,iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3.-cü bənddə vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsinə əsas olan hallardan biri olaraq göstərilmişdir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçıya məxsus bütün sənədlərdə onun doğum tarixi xx.xx.1961-ci il kimi qeyd olunmuşdur.Hazırkı iddia tələbi üzrə doğum akt qeydinin doğru tərtib olunmaması öz təsdiqini tapmışdır.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin olunmalı, doğum haqqında akt qeydinə düzəlişlərin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə,
qərara aldı
İddia təmin edilir. İddiaçı barəsində keçmiş Nic kənd “sovetliyi” tərəfindən tərtib edilmiş 206 nömrəli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat qrafası”nda iddiaçının doğum tarixinin “xx.xx.1961-ci il”-dən “xx.xx.1961-ci il”-ə düzəliş edilməsi öhdəliyi cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.