Məhkəmə qərarları › İş №2-1(116)-184/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-184/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-184/2025 14.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, mütəxəssis X11, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Xasənməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “xx.xx.2006-cı il tarixli 4Ə-0/258 nömrəli alqı-satqı müqaviləsi əsasında Qəbələ rayon, Bum qəsəbəsində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X7 və ailə üzvlərinin adına DT Və XK-sının Qəbələ rayon şöbəsi tərəfindən texniki səhv olaraq tərtib edilmiş JN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 ləğv edilməsi və xx.xx.2005-ci il tarixli, 4Ə-01-126 saylı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Qəbələ rayon, Bum qəsəbəsində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqla, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2006cı il tarixli 4Ə-0/258 nömrəli alqı-satqı müqaviləsi əsasında Qəbələ rayon, Bum qəsəbəsində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X7 və ailə üzvlərinin adına DT Və XK-sının Qəbələ rayon şöbəsi tərəfindən texniki səhv olaraq tərtib edilmiş JN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 ləğv edilməsi və xx.xx.2005-ci il tarixli, 4Ə-01-126 saylı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Qəbələ rayon, Bum qəsəbəsində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqla, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1141/2024 nömrəli qərardadı ilə X2, X8, X9, X10, X6 üçüncü şəxs qismində zəruri məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci tarixli, 4Ə-01-126 saylı alqısatqı müqaviləsi əsasında X7 və X1 Qəbələ rayon, Bum qəsəbəsində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almışdır. Həmin müqavilə əsasında ona satılmış 0.90 ha torpaq sahəsində fındıq bağı salmış, torpaq sahəsindən 2005-ci ildən halhazıradək istifadə edir. Həmçinin həmin torpaq sahəsində bitmiş yabani kol və bitkilərin biçilməsi və köklərinin texnikalar vasitəsi ilə sökülüb çıxardılması və həmin çökəkliklərin təkrar torpaq tökülərək bərpa edilməsi işləri aparmışdır. Bundan başqa sözü gedən torpaq sahəsinin tam verimli və münbit hala gətirilməsi üçün hər il mütamadi olaraq payız və yaz fəsillərində uzun illər təsirini göstərən yüksək keyfiyyətli gübrələri verilmişdir. Həmçinin təbii heyvansal gübrələrlədə həmin torpaq sahəsi tərəfindən zənginləşdirilmişdir. Bununlada sözü gedən torpaq sahələrinə çoxlu əmək və böyük vəsaitlər xərclənmişdir. İddiaçı 27 oktyabr 2023-ci il tarixdə xx.xx.2005-ci il tarixli, 4Ə-01-126 saylı alqısatqı müqaviləsi əsasında əldə etdiyi Qəbələ rayon, Bum qəsəbəsində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin adına dövlət qeydiyyatına alınaraq Çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət etmiş,cavabdeh 22 noyabr 2023-cü il tarixli 3-21-3-42/2-6114/2023 saylı məktubla onun müraciətinə imtina vermişdir. Həmin imtina məktubunda qeyd edilmişdir ki, Qəbələ rayon, Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2006-cı il tarixli tarixli 4Ə-0/258 nömrəli alqı-satqı müqaviləsi əsasında sözü gedən 0.90 ha torpaq sahəsinə dair X7 və ailə üzvülərinin adına JN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X22 tərtib edilmişdir. İddiaçı 24 noyabr 2023-ci il tarixdə DT və XK-sinin Qəbələ rayon şöbəsi tərəfindən texniki səhv olararaq xx.xx.2006-cı il tarixli tarixli 4Ə-0/258 nömrəli alqı- satqı müqaviləsi əsasında 0.90 ha torpaq sahəsinə dair X7 və ailə üzvülərinin adına tərtib edilmiş JN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 ləğv edilməsi ilə bağlı "Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi"nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət etmiş, cavabdeh 27 noyabr 2023-cü il tarixli saylı məktubla onun müraciətinə yenidən əsassız olaraq imtina vermişdir. Hesab edir ki, həmin torpaq sahəsi 2005-ci ildə ona rəsmi qaydada satılmışdır və həmin vaxdan hal-hazıradək onun faktiki istifadəsindədir. Sözü gedən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair DT və XK-sinin Qəbələ rayon şöbəsi tərəfindən texniki səhv olaraq hazırlanan JN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X22 tamamilə əsassız hazırlanmışdır və həmin Dövlət aktı ləğv edilməlidir. Belə ki, qeyd edilən Dövlət Aktı hazırlanan zaman artıq həmin torpaq sahəsi notarial qaydada artıq ona satılmışdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, X12 və ailə üzüvlərinin və ailə üzvlərinin adına verilmiş tərtib edilmiş .İN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 ləğv edilməsi “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinııin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mütəxəssis tərtib edilən rəyin məzmununa uyğun izahat verərək iddia olunan torpaq sahəsinin alqı-satqı predmeti olan torpaq sahəsi ilə eyni olduğunu bildirdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş 4Ə-01/126 reyestr nömrəli 19 may 2005-ci il tarixli müqavilənin surəti,

3. JN-1282, 832,833,834,836,839, 841 nömrəli Dövlət Aktları;

4. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı;

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı iki hissədən ibarətdir : İddiaçının tələbinin birinci hissəsi xx.xx.2006-cı il tarixli 4Ə-0/258 nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, Qəbələ rayon Bum qəsəbəsində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X7 və ailə üzvlərinin adına DT və XK-sının Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 ləğv edilməsindən ibarətdir. Tələbin ikinci hissəsi xx.xx.2005-ci il tarixli, 4Ə-01-126 saylı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqla, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddia olunan torpaq sahəsi iddiaçı tərəfindən alğı-satqı müqavilə əsasında əldə edilmişdir. Həmin müqavilədən görünür ki,iddiaçı 0,90ha torpaq sahəsini almışdır.Torpaq sahəsinin satıcısının hüquqmüəyyənedici sənədi kimi JN-833 nömrəli Torpağa Mülkiyyət Hüququna X22 göstərilmişdir.Həmin Aktda torpaq sahəsi iki ayrı planşetdə 0,90 ha və 0,39 ha olaraq göstərilmişdir.İddiaçının əldə etdiyi torpaq sahəsi Dövlət Aktının 833 C planşetində göstərilən torpaq sahəsidir. Dövlət Aktının 833 nömrəli Planşetində göstərilən 0,39 ha torpaq sahəsi isə daha sonra 23 yanvar 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında digər şəxslərə satılmışdır. Mübahisələndirilən JN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X22 həmin müqavilədən sonra tərtib edilmişdir.Akt tərtib edilərkən yalnız 0,90 ha torpaq sahəsi göstərilmişdir.Əslində isə həmin hissə daha öncə alqı-satqı qaydasında özgəninkiləşdirilmişdir Beləliklə iddianın birinci hissəsi münasibətdə məhkəmə qeyd edir ki, 23 yanvar 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş JN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X22 hüquqi nəticə yaratmalı olmadığından ləğv edilməlidir. İddianın ikinci hissəsi münasibətdə məhkəmə qeyd edir ki,iddia olunan torpaq sahəsin xüsusiyyətlərinə dair mütəxəssis rəyi təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planına əsasən iddia olunan 0,90 ha torpaq sahəsi TEKUİS-ə uyğun olaraq iddiaçının istifadəsindədir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 4 nömrəli Plenum qərarının 17-ci bəndində qeyd edilir ki,daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Yuxarıda qeyd olunan işin hallarından göründüyü kimi hazırda qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığı mübahisələndirildiyindən mübahisə inzibati mübahisədir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göstərilənlərə əsasən iddia təmin edilməli, xx.xx.2006-cı il tarixli 4Ə-0/258 nömrəli alqı-satqı müqaviləsi əsasında Qəbələ rayon, Bum qəsəbəsində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X7 və ailə üzvlərinin adına DT və XK-sının Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 ləğv edilməli və xx.xx.2005-ci il tarixli, 4Ə-01-126 saylı alqı-satqı müqaviləsi əsasında iddiaçının əldə etdiyi 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, çıxarış və planölçü sənədi verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə xx.xx.2006-cı il tarixli 4Ə-0/258 nömrəli alqı-satqı müqaviləsi əsasında Qəbələ rayon Bum qəsəbəsində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X7 və ailə üzvlərinin adına DT Və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1282 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 ləğv edilməsi, xx.xx.2005-ci il tarixli, 4Ə-01-126 saylı alqı-satqı müqaviləsi əsasında iddiaçının əldə etdiyi Qəbələ rayon Bum qəsəbəsində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı Xasənməd oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar