Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1841/2023 23.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissənin komandiri adını səhv yazdığına görə Qarabağ mühariəsinin veteranı statusunun ona verilməsindən imtina edilməsi barədə cavabdehin qəbul etdiyi qanunsuz qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının bütövlüyü uğrunda 1993-1994-cü illərdə aparılan döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində faktiki olaraq həmin döyüşlərdə iştirak edən İddiaçı Qarabağ müharibəsinin veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “N nömrəli hərbi hissənin komandiri adını səhv yazdığına görə Qarabağ müharibəsinin veteranı statusunun ona verilməsindən imtina edilməsi barədə cavabdehin qəbul etdiyi qanunsuz qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının bütövlüyü uğrunda 1993-1994-cü illərdə aparılan döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində faktiki olaraq həmin döyüşlərdə iştirak edən İddiaçı Qarabağ müharibəsinin veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən 02 may 2023-cü il tarixli hüquqi yardım məktubu göndərilərək iddiaçıya izah olunmuşdur ki, Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2-1(116)-1020/2020 nömrəli qərarı ilə hazırkı iddia tələbi ilə eyni məzmunlu iddia ərizəsi təmin edilməmişdir. İddiaçı hüquq yardım məktubuna münasibət bildirməmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1020/2020 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissənin komandiri adını səhv yazdığına görə Qarabağ mühariəsinin veteranı statusunun ona verilməsindən imtina edilməsi barədə cavabdehin qəbul etdiyi qanunsuz qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının bütövlüyü uğrunda 1993-1994-cü illərdə aparılan döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində faktiki olaraq həmin döyüşlərdə iştirak edən İddiaçı Qarabağ müharibəsinin veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1841/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1841/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver