Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1843/2023 02.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qəbələ rayonu X2rşı “bələdiyyənin xx.xx.2009-cu il tarixli 3 saylı protokoluna əsasən həyətyanı torpaq sahəsinin digər ərazidən ölçülərək ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Qəbələ rayonu X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh X4 üzərinə əvəzsiz olaraq 0.10 ha torpaq sahəsinin ayrılması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “bələdiyyənin xx.xx.2009-cu il tarixli 3 saylı protokoluna əsasən ayrılmış həyətyanı torpaq sahəsinin digər ərazidən ölçülərək ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya yaşadığı Qəbələ rayonunun, Çuxur Qəbələ kəndində fərdi yaşayış evi tikmək üçün Qəbələ rayonu Çuxur Qəbələ bələdiyyəsi tərəfindən 02 mart 2009-cu il tarixdə 03 saylı qərarla əvəzsiz olaraq həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı, 0,10 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmək istəyərkən ona əvəzsiz olaraq Çuxur Qəbələ bələdiyyəsi tərəfindən ayrılmış 0,10 hektar torpaq sahəsinin torpaq islahatı keçirilən zaman Çuxur Qəbələ kənd sakini X3 pay torpaq sahəsi kimi verilməsi məlum olmuşdur. Həmin vətəndaşa Torpağa mülkiyyət hüququna dair Dövlət aktı da verilib. Lakin, Çuxur Qəbələ bələdiyyəsi 2009-cu ildə Qəbələ rayon İcra Hakimiyyəti başçısına rəsmi məlumat vermişdir ki, iddiaçıya X4 perespektiv inkişaf fondundan 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Həmin məlumat əsasında Qəbələ rayon İcra Hakimiyyəti Başçısının imzası ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər idarəsinə 06 mart 2009-cu il tarixdə 228/53 saylı məktub göndərilmişdir. Məktubda göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş müraciətilə bağlı həqiqətən də ona mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması məsələsinə X6də baxılmış və bələdiyyəsinin perspektiv inkişaf fondundan 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı yenidən cavabdeh X5 ərizə ilə müraciət etmiş və onun müraciətinə baxmadıqları üçün Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin Bələdiyyələrlə iş mərkəzində iddiaçının müraciətinə baxaraq X5 iddiaçını torpaq sahəsi ilə təmin etməsi ilə bağlı göstəriş verilmişdir. Göstəriş verilməsinə baxmayaraq, Çuxur Qəbələ bələdiyyəsi iddiaçıya dövlət tərəfindən verilməli olan 0,10 hektar torpaq sahəsini indiyədək ayırmamışdır. 02 mart 2009-cu il tarixində Qəbələ rayonu X4 yığıncağı və eyni tarixli 03 saylı qərar və sərəncamı iddiaçıya əvəzsiz olaraq 0,10 hektar həyətyanı torpaq sahəsinin verilməsi barədə yalnız görünüş üçün çıxarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı 02 mart 2009-cu il tarixli 03 saylı protokoluna əsasən həyətyanı məqsədilə fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin əraziyə DTXK-nin Qəbələ rayon şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baş mütəxəssis tərəfindən plan xəritə çəkilərək təsdiq edilmişdir. İddiaçı növbəti il ona verilən 0,10 ha torpaq sahəsinin kənarlarını bağlamaq üçün əraziyə getdikdə həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu və 104 nömrəli Dövlət Aktı ilə X3 məxsus olduğu məlum olmuşdur. Yenidən bələdiyyəyə müraciət etmiş ona başqa yerdən torpaq veriləcəyi vəd olunmuş ancaq əməl olunmamışdır. 2020-ci il bələdiyyə seçkilərindən sonra yenidən şifahi olaraq İddiaçı bələdiyyəyə müraciət etmiş illər öncə ona verilmiş 0,10 ha torpaq sahəsini tələb etmişdir. Bələdiyyə sədri kəndin daxilində münasib yer olmadığı və Pİ fonduna aid torpaqdan ona yer veriləcəyinin mümkün olduğunu söyləmişdir. İddiaçı oranın uzaq olduğunu qazın, işığın, suyun olmadığını bildirərək imtina etmişdir. Bu barədə xx.xx.2021ci İl 31 saylı məktubla Şəki Regional Ədliyyə İdarəsinə məlumat verilmişdir. 2022-ci ilin payızında vətəndaşın seçdiyi kəndin mərkəzindəki torpaq sahəsi Reyestr tərəfindən ölçülərkən həmin yerin dövlət fonduna aid olduğu məlum olmuş və həyətyanı məqsədilə ayrılması mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 149 nömrəli məktubundan görünür ki, Qəbələ rayon X4 03 saylı yığıncaq protokolu xx.xx.2009-cu ildə yazılmışdır. Protokollara əlavə edilmiş sənədlər arxivə təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. - cavabdehin xx.xx.2023-cü il tarixli 61 nömrəli məktubunda qeyd edilmişdir ki, DƏDKR-nin X10 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən bələdiyyə mülkiyyəti olan Prespektiv inkişaf sahəsindən 0.10 ha torpaq sahəsi ölçülərək qeydiyyata götürülmüşdür. Torpağın sənədləşdirilməsi üçün qərar qəbul edilmiş və aidiyyatı orqanlara göndərilmişdir. Həmin ərazidən həyətyanı məqsədi ilə torpaq sahəsi verilmişdir. Ərazinin 50 metrliyində yaşayış evləri vardır. Bütün bunlara baxmayaraq vətəndaş İddiaçı həmin ərazidən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 40 saylı iclas protokolundan görünür ki, bələdiyyənin alqı-satqı predmeti olan 0.10 ha torpaq sahəsinin iddiaçıya təmənnasız verilməsi ilə bağlı 0.10 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Qəbələ rayonu X6 xx.xx.2009-cu il tarixli 3 saylı qərarına əsasən ayrıldığı iddia olunan həyətyanı torpaq sahəsinin digər ərazidən ölçülərək ona təhvil verilməsinə nail olmaqdır. Məhkəmə hazırkı iddia tələbinin mümkünsüzlüyü ilə bağlı aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir: İddiaçı ona Qəbələ rayonu X4 xx.xx.2009-cu il tarixli 3 saylı qərarı ilə əvəzsiz olaraq 0,10 ha torpaq sahəsinin ayrıldığını bildirir. Cavabdeh orqan özü də iddiaçıya, məhkəməyə və Şəki regional Ədliyyə İdarəsinə yazdığı məktublarında sözügedən qərar əsasında iddiaçıya 0.10 ha torpaq sahəsinin ayrıldığını bildirir. Bununla belə torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2009-cu il tarixli 3 saylı iclas protokolunun iddiaçı tərəfindən təqdim edilmiş kserosurətindən başqa hər hansı nüsxəsi mövcud deyil. İddiaçı özü də həmin iclas protokolunun, o cümlədən iclas protokolundan çıxarışın əslini təqdim edə bilmir. Məhkəmə tərəfindən iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrılması barədə Qəbələ rayonu X4 xx.xx.2009-cu il tarixli 3 saylı iclas protokolu Qəbələ rayon Dövlət Arxivindən sorğu edilmişdir. Sonuncu tərəfindən təqdim edilmiş cavab məktubundan və ona əlavə edilmiş iclas protokolundan görünür ki, Qəbələ rayon X4 03 saylı yığıncaq protokolu xx.xx.2009-cu ildə keçirilmişdir və həmin iclasda müzakirə edilən məsələ X8 qoruğunun sel sularından mühafizə edilməsi ilə bağlı olmuş, ümumiyyətlə iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrılması məsələsi müzakirə olunmamış və sözügedən torpaq sahəsi iddiaçıya ayrılmamışdır. Digər tərəfdən iddiaçı ona ayrıldığını bildirdiyi 0,10 ha torpaq sahəsinin digər ərazidən ölçülərək ona təhvil verilməsini tələb etsə də, “digər ərazi” dedikdə hansı torpaq sahəsini nəzərdə tutması aydın deyil. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı, ilkin tələbini dəqiqləşdirərək torpaq sahəsinin digər ərazidən ölçülərək cavabdeh tərəfindən ona təhvil verilməsini xahiş etmiş, iddiaçıya tələbinin qeyri-müəyyən olması və konkret olaraq hansı ərazinin ölçülərək verilməsi ilə bağlı tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Bununla belə iddiaçı, ötən müddət ərzində tələbini dəqiqləşdirməmiş, ümumi olaraq fərdi yaşayış evinin tikilməsi mümkün olan digər torpaq sahəsini nəzərdə tutduğunu bildirmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 61 nömrəli məktubunda bələdiyyə mülkiyyəti olan Prespektiv inkişaf sahəsindən 0.10 ha torpaq sahəsini ölçərək qeydiyyata götürdüyünü, torpağın sənədləşdirilməsi üçün qərar qəbul etdiyini və aidiyyatı orqanlara göndərdiyini, həmin ərazidən həyətyanı məqsədi ilə torpaq sahəsi verildiyini, ərazinin 50 metrliyində yaşayış evlərinin mövcudluğunu və bütün bunlara baxmayaraq, iddiaçının həmin ərazidən imtina etdiyini bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 40 saylı iclas protokolundan da aydın şəkildə görünür ki, iddiaçıya 0.10 ha torpaq sahəsinin təmənnasız verilməsi ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. Yəni, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, faktiki olaraq iddiaçıya 0,10 ha torpaq sahəsinin digər ərazidən verilməsi ilə bağlı icraat aparılmasına baxmayaraq, iddiaçı sözügedən torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün əlverişli olmadığını bildirərək imtina edir. Belə ki, iddiaçının konkret tələb irəli sürmədən mücərrəd ifadələrlə digər ərazidən torpaq sahəsinin ölçülməsini tələb etməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqanın faktiki olaraq Prespektiv inkişaf sahəsindən iddiaçıya ayrılmasını nəzərdə tutduğu hər hansı torpaq sahəsi “digər ərazi”-də yerləşən torpaq sahəsinin verilməsi ilə bağlı tələbin təmin olunması deməkdir. İddiaçı subyektiv mülahizələrlə cavabdeh orqanın ona ayırmasını nəzərdə tutduğu torpaq sahəsi ilə razılaşmırsa, konkret olaraq hansı torpaq sahəsinin ona ayrılması ilə bağlı tələbi aydın və birmənalı şəkildə ifadə etməlidir. Məhkəmə tərəfindən iddiaçıya tələbin aydın qeyd edilməsi və ayrılmasını nəzərdə tutduğu torpaq sahəsi ilə bağlı məlumatların dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı qeyri-müəyyən ifadələrlə “fərdi yaşayış evinin tikilməsi üçün əlverişli olan digər torpaq sahəsinin” ayrılmasını nəzərdə tutduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının konkret olaraq hansı ərazinin ölçülərək verilməsi ilə bağlı tələbi konkret və aydın olmadığından cavabdeh orqana qarşı yönəlmiş tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçının nəzərinə çatdırılaraq onun dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qəbələ rayonu X2rşı “bələdiyyənin xx.xx.2009-cu il tarixli 3 saylı protokoluna əsasən ayrılmış həyətyanı torpaq sahəsinin digər ərazidən ölçülərək ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1843/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1843/2023
02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver