Məhkəmə qərarları › İş №2-1(116)-1845/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1845/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1845/2022 26.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə (üçüncü şəxs: Kapital Bank ASC) qarşı “X2 Səhmdar Cəmiyyətinin balansında olan və 08 aprel 2022-ci il tarixli 14 saylı sərəncam əsasında satılan “Ford Connect” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı (Banın nömrəsi: WFOUXXTTPU8Y31944, mühərrik nömrəsi: 8Y31944, rəngi sar-göy xətli) zirehli yük avtomobilinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması və qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin balansında olan və 08 aprel 2022-ci il tarixli 14 saylı sərəncam əsasında satılan “Ford Connect” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı (Banın nömrəsi: WFOUXXTTPU8Y31944, mühərrik nömrəsi: 8Y31944, rəngi sar-göy xətli) zirehli yük avtomobilinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması və qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə “X2 Səhmdar Cəmiyyəti” üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. (zəruri cəlbetmə). İddia ərizəsindən görünür ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 aprel 2022-ci il tarixli 14 saylı Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasının 23 dekabr 2021-ci il tarixli qərarı əsas götürülərək bankın balansında olan istismar müddətini başa vurmuş və bankın tələblərinə cavab verməyən nəqliyyat vasitələrinin satılması ilə əlaqədar “Bankın baş ofisinin balansında olan “Ford Connect” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı zirehli yük avtomobilin 3400 (üç min dörd yüz) manata mən-İddiaçı satılması və satışdan əldə edilən vəsaitin "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Bundan başqa həmin Sərəncamın 2-ci bəndi üzrə “Nəqliyyat vasitəsinin texniki sənədlərinin (müvafiq sənədlərin) qeydiyyatının rəsmiləşdirməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Naziriyinin Baş X1 idarəsinə göndəhlməsinin təmin edilməsi” Bankın inzibati idarəetmə departamentinin direktoruna həvalə edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd edilən Sərəncam əsasında "xxxx" ASC-nin hesabına 3400 manat pulu ödədikdən sonra xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” və “Nəqliyyat vasitələrinin təhvil-təslim aktı” əsasında “Ford Connect” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı zirehli yük avtomobilini (Banın nömrəsi: WFOUXXTTPU8Y31944, Mühərrik nömrəsi: 8Y31944, rəngi Sarı-göy xətli) öz mülkiyyətimə qəbul etmişəm və Bankın 07 06.2022-ci il tarixli **********5 nömrəli məktubu əsasında həmin yük avtomobilinin dövlət qeydiyyatına alınması üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli 70917-1222 nömrəli məktubla bildirmişdir ki, qeyd olunan “FORD TRANSİT YÜK” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğraması və oxunmaz halda olması səbəbindən avtomobilə İddiaçı mülkiyyət hüquqlarının Baş X1 İdarəsində qeydə alınması mümkün olmamışdır. Cavabdeh və üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - Seriya № AA333910 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki,iddiaçı məcburi köçkün kimi müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşmışdır. - AB №278590 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Connect” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı zirehli yük avtomobili (Banın nömrəsi: WFOUXXTTPU8Y31944, Mühərrik nömrəsi: 8Y31944, rəngi Sarı-göy xətli) "xxxx" ASC-nin mülkiyyətində olmuşdur. - xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” və “Nəqliyyat vasitələrinin təhvil-təslim aktı”ndan,həmçinin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki,iddiaçı sözügedən avtomobili satın almışdır. - Azərbaycan Respublikası DİN-nin xx.xx.1999-cu il tarixli 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” Təlimata 1 nömrəli əlavəyə uyğun olaraq "xxxx" ASC-i ərizə ilə avtomobilin iddiaçının adına dövlət qeydiyyatının aparılması barədə cavabdehə müraciət etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinin tələbinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası DİN-nin xx.xx.1999-cu il tarixli 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” Təlimatın: 1.2. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması və digər qeydiyyat hərəkətləri: onların sahiblərinin - fiziki şəxslərin yaşayış yeri, hüquqi şəxslərin isə yerləşdiyi ərazi üzrə qeydiyyat məntəqələrində aparılır. 2.1. Nəqliyyat vasitələrinin qeydiyyatı üçün onların mülkiyyətçilərindən “Əsasnamə” ilə nəzərdə tutulmuş sənədlər və müvafiq ərizə (hüquqi şəxslər üçün “Təlimata İ nömrəli əlavə, fiziki şəxslər üçün isə - Təlimata 2 nömrəli əlavə qəbul edilir. 9.1. Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və nömrəli aqreqatlarında saxtakarlıq, uyğunsuzluq əlamətləri aşkar edildikdə və “Əsasnamə”nin 10-cu bəndində göstərilən digər hallarda, qeydiyyat sənədləri və nəqliyyat vasitələri mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada saxlanılır və müvafiq yoxlamalar aparılır. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli 70917-1222 nömrəli imtina məktubunda qeyd etdiyi “FORD TRANSİT YÜK” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğraması və oxunmaz halda olmasının səbəbinin müəyyən edilməsi,digər eyniləşdirmə vasitəsinin mövcudluğunu yoxlanılması zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İş üzrə məhkəmə-trasoloji ekspertizası təyin təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. “Ford Connect” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı (Banın nömrəsi: WFOUXXTTPU8Y31944, mühərrik nömrəsi: 8Y31944, rəngi sar-göy xətli) zirehli yük avtomobilinin BAN nömrəsi oxunurmu, əgər oxunmursa səbəbi korroziyaya uğraması olmuşdurmu?

2. “Ford Connect” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı (Banın nömrəsi: WFOUXXTTPU8Y31944, mühərrik nömrəsi: 8Y31944, rəngi sar-göy xətli) zirehli yük avtomobilinin BAN nömrəsinin oxunmaması səbəbi kimi digər kənar müdaxilə olunmuşdurmu?

3. Avtomobilin BAN nömrəsi avtomobilində digər hissələrdə əks olunurmu?

4. BAN nömrəsidən başqa avtomobilin eyniləşdirmə vasitəsi mövcuddurmu? Ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli ekspert rəyində aşağıdakı cavab verilmişdir: Tədqiqat obyekti olan avtomobilə 16 sentyabr 2022-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin binasının qarşısında baxış keçirildi. Tədqiqata bir ədəd ağ rəngli “Ford Connect” markalı avtomobil təqdim edilmişdir. Avtomobilə təbii işıq altında baxış keçirildikdə müəyyən oldu ki, avtomaşının sağ oturacağının alt hissəsində yerləşən metal lövhə korroziyaya uğramışdır və onun üzərində vin nömrəsini bildirən rəqəmlər yerində müşahidə edilmədi. Avtomobilin sağ qapı dirəyinə yapışdırılmış metal lövhə üzərinə “WFOUXXTTPU8Y31944” hərf və rəqəmləri həkk olunmaqla aşkar olundu. “Ford Connect” markalı avtomaşının sağ oturacağının alt hissəsində yerləşən metal lövhə korroziyaya uğradığına görə onun üzərində olan hərf və rəqəmlər yerində müşahidə edilmədi Avtomobilin sağ qapı dirəyinə yapışdırılmış lövhə üzərinə “WFOUXXTTPU8Y31944” hərf və rəqəmləri həkk olunmaqla aşkar olundu. Ban nömrəsindən başqa avtomobilin sağ qapı dirəyinə yapışdırılmış mütal lövhəciyin üzərinə həkk edilmiş vin nömrəsi ilə eyniləşdirilmə mümkündür. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdeh inzibati orqan avtomobilin qeydiyyatının aparılmasından imtina etməklə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə ekspertiza xərci olan 64(altmış dörd) manat məbləğində pul iddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olmuş və 8 aprel 2022-ci il tarixli 14 saylı sərəncam əsasında satılan “Ford Connect” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı (Banın nömrəsi: WFOUXXTTPU8Y31944, mühərrik nömrəsi: 8Y31944, rəngi sar-göy xətli) zirehli yük avtomobilinin üzərində iddiaçın mülkiyyət hüquqlarının qeydə alınması və qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olmuş və xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” və “Nəqliyyat vasitələrinin təhvil-təslim aktı” əsasında iddiaçıya satılan “Ford Connect” markalı, ** JL *** dövlət qeydiyyat hnişanlı, 2008-ci il buraxılışlı (Banın nömrəsi: WFOUXXTTPU8Y31944, mühərrik nömrəsi: 8Y31944, rəngi sar-göy xətli) zirehli yük avtomobilinin üzərində iddiaçın mülkiyyət hüquqlarının qeydə alınması və qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar