Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-185/2021 26.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 5 il sığorta stajını topladığı 01 mart 2016-cı il tarixdən əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 5 il sığorta stajını topladığı 01 mart 2016-cı il tarixdən əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə Qax rayonunda anadan olmuşdur. İddiaçıya 13.03.2013-cü il tarixdə Tibbi Sosial Ekspert Komissiyasında hipertenziv ensefalapatiya diaqnozu ilə İİİ dərəcəli əlillik müəyyən edilmiş, həmin tarixdən iddiaçı sosial müavinət alır. Hal hazırda iddiaçıya təyin olunmuş sosial müvainətin məbləği 110,0 manatdır. İddiaçı 2009-cu ildən sahibkarlıq fəaliyyətinin olması ilə əlaqədar olaraq 12 mart 2020-ci il tarixdə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün DSMF Qax rayon şöbəsinə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçının müraciət etdiyi tarixə 30 yaşı tamam olduğunu nəzərə alaraq ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 5 il sosial sığorta stajı (30 yaş - 15 yaş (əmək qabiliyyətli yaş dövrü) = 15 yaş x 4 ay = 60 ay) olması və qeyd edildiyi kimi fərdi hesabının sığorta hissəsində 9000 manat pensiya kapitalının olması tələb olunur. Fərdi uçotunun məlumatlarına əsasən ümumilikdə müəyyən olunan sosial sığorta stajı 8 il 10 ay olmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ümumilikdə 1671,19 manat müəyyən edildiyinə görə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında cavabdehin nümayəndəsi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoruna ünvanladığı xidməti məktub və ona əlavə edilmiş “pensiya təyinatı alt sistemi”ndən çıxarışların təsdiq edilmiş surətini təqdim edərək iddia tələbində qeyd olunan mübahisəli məsələnin həll olunduğunu və icraata xitam verilməsini xahiş etdi. Sözügedən xidməti məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş vətəndaş İddiaçı iddiasına dair iş üzrə sorğuya aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki. İddiaçı hüququnun yarandığı 18.03.2016-cı il tarixindən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qeyd edilir ki, X2 əsasən vətəndaşın əlillik müddəti 18.03.2021-ci il tarixində bitmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir Yuxarıda qeyd olunanlara əsasən İddiaçı onun Qax rayon şöbəsinə 12.03.2020-ci il tarixində əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyası təyin edilmiş və 12.03.2017-ci il tarixindən 31.03.2021-ci il tarixınədək ötən dovr üzrə hesablanmış pensiya məbləğləri hər ay ona ödəniləcəkdir. Məhkəmə, cavabdehin təqdim etdiyi xidməti məktubu iş materialları ilə birgə araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin məktubundan görünür ki, onun tərəfindən iddiaçının tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 67, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 5 il sığorta stajını topladığı 01 mart 2016-cı il tarixdən əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyi üçün iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-185/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-185/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver