Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1850/2022 11.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “reyestr nömrəsi **********02-04301 olan çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestr nömrəsi **********02-04301 olan çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayon Marsan kəndində yerləşən, atası X6 1892-ci ildən atası X2 miras qalıb. 2001-ci ildə borc müqabilində bağ iddiaçının atasının əlindən alınaraq öz həmkəndlisi X4 verilib. İddiaçının atası 2006-cı ildə Qax rayon məhkəməsinə müraciət etmiş, torpaq atasının əlindən alınaraq X4 verlimişdir. 2007-ci ildə iddiaçının atası Apelyasiya məhkəməsinə şikayət versə də, qərar dəyişməz olaraq qalmışdır. 2007-ci ildə verilən bu qətnaməyə əsasən X8 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki rayon idarəsində torpağa çıxarış almışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********52 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələblərinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən, Qax rayonu, Marsan kəndində yerləşən 1,30 ha çoxillik əkmə torpaq sahəsinə X3 adına verilmiş **********02-04301 reyestr nömrəli çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə müraciət etməsi iddiaçıya tövsiyyə olunmudur. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********78 etiraz məktubunda qeyd etmişdir ki, müraciətdə göstərilən 0,2574 ha torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli çıxarış verilmişdir. Ərazi idarəsinin arxiv materiallarında Qax rayonu, Marsan kəndində yerləşən 1,30 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, **********02-04301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış və texniki pasport qeydiyyata alınaraq mülkiyyətçi X4 verilmişdir. Qax Rayon Məhkəməsinin 2-75/2006 nömrəli qətnaməsi ilə iddiaçı X3 iddiası təmin olunaraq X8 ilə X10 və X1 arasında onlara məxsus olan Qax rayonu, Marsan kəndində yerləşən fındıq bağından ibarət olan 1,30 hektar torpaq sahəsinin alqı-satqısı barədə 15 noyabr 2002-ci il tarixdə bağlanmış əqd etibarlı sayılmışdır. Qax Rayon Məhkəməsinin 14 dekabr 2006-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya Məhkəməsinin MİÜMK-sının xx.xx.2007-ci il tarixli, 1MK-2166/2007 nömrəli qərarı ilə Qax Rayon Məhkəməsinin 14 dekabr 2006-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən X3 adına xx.xx.2007-ci il tarixdə AN 015680 nömrəli 13000 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Əlavə olaraq bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələblərinə əsasən qeydiyyat orqanı daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Qanunun 2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1850/2022 nömrəli qərardadı ilə X8 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi, üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi, üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsi və vəkilinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: 010726 nömrəli ölüm haqqında şəhadtənamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı ildə vəfat etmişdir. JN218 kod 40317028 nömrəli dövlət aktından görünür ki, Qax rayon AİK-nın xx.xx.1999-cu il tarixli 10 saylı qərarı ilə 2,72 haa kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X1, X5 və İddiaçı verilmişdir. Dövlət Aktının birinci səhifəsində (üz qabığı) “2,72 ha torpaq 0,48 ... ha satıldı” qeydi aparılmış və Qax rayon Dövlət Notariat Kontorunun möhürü ilə təsdiqlənmişdir. xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qax rayonu Marsan kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. AA seriyalı 563929 nömrəli xx.xx.2020-ci il tarixli plan-ölçü sənədinin surətindən görünür ki, Qax rayonu Marsan kəndində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Qax Rayon Məhkəməsinin 2-75/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X9 ilə X10 və X1 arasında onlara məxsus olan, Qax rayonu Marsan kəndi ərazisində yerləşən fındıq bağından ibarət olan 1,3 hektar torpaq sahəsinin alqı-satqısı barədə 15 noyabr 2002-ci ildə bağlanmış əqdin etibarlı sayılması qət olunmuşdur. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli 1MK-2166/2007 nömrəli qətnaməsi ilə Omarov İlyas tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Qax Rayon Məhkəməsinin 2-75/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş DTXK-nın xx.xx.2007-ci il tarixdə, 139 nömrə ilə torpaq kadastrı kitabında uçota alınmış A seriyalı 015680 nömrəli plan-ölçü sənədindən görünür ki, 13000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli 1MK-2166/2007 nömrəli qətnaməsi ilə verilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş MH seriyalı ******* nömrəli, **********02-04301 reyestr nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Marsan kəndində yerləşən 1,30 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçınıın üçüncü şəxsə münasibətdə daha əvvəl tərtib edilmiş və ona məxsus hüququ təsdiq etmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ibarət tələbi əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi məhkəmə qətnaməsinə əsasən üçüncü şəxsin adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iş üzrə mübahisələndirilən üçüncü şəxsin adına tərtib edilmiş çıxarış qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında verilmişdir. Qətnamə ləğv edilməmişdir və qüvvədədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslılığı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “reyestr nömrəsi **********02-04301 olan çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1850/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1850/2022
11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver