Məhkəmə qərarları › İş №2-1(116)-1850/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1850/2023

27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1850/2023 27.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “**********28 reyestr nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1974-cü ildə tikilmiş 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ƏMDX-i yanında DƏDRX-nin reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1974-cü ildə tikilmiş 1 mərtəbəli 1 otaqlı evinin xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, Qüdrət Yusifovun üçüncü şəxs qismində qeyd edilməsinin səbəbinin onun sözü gedən tikili ilə bağlı müayinə ölçü işlərinin aparılması zamanı cavabdeh orqanın mütəxəssislərinə maneçilik törətməsi ilə bağlı olmuşdur. Odur ki, hazırki ərizəsinə əsasən X5 üçüncü şəxs qismində nəzərə alınmamasını və **********28 reyestr nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1974-cü ildə tikilmiş 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, ƏMDX yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetri nömrəsi **********28 olan ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa və həmin tarixli AN-753575 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. O, 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnu Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-53/2021 nömrəli, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-253/2021 nömrəli, AR-sı Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-2064/2021 nömrəli qanuni qüvvədə olan qərarlarına əsasən əldə etmişdir. Xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üzərində 1974-cü ildə tikilmiş bir mərtəbəli, bir otaqlı, yaşayış sahəsi 24,8 kvm qeyri yaşayış sahəsi 40,8 kvm təşkil edən fərdi yaşayış evi yerləşir. Həmin evin bir otaqdan ibarət olması Oğuz şəhər XDS-nin avqust 1986-cı il tarixli 7 nömrəli qərarı ilə təsdiqlənmişdir. X1 adına 3 oktyabr 1986-cı ildə 21 nömrə ilə qeydə alınaraq “Qeydəalma Vəsiqəsi” verilmişdir. X3 xx.xx.1986-cı ildə dünyasını dəyişdiyi üçün, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bir otaqdan ibarət olan fərdi yaşayış evi 600 kv.metr həyətyanı torpaq sahəsi ilə birgə anası X4 adına, irsən qalmışdır. Həmin ev üçün X4 adına, avqust 1987-ci il tarixli 205 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport tərtib edilmişdir. Evin tikilərək istifadəyə verildiyi 1974-cü il tarixindən həmin evdə atası X8, anası X7 və iddiaçı yaşamışlar. Məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması barədə cavabdeh orqana 10 iyun 2022-ci il tarixli ********** nömrəli ərizə ilə müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia etdiyi fərdi yaşayış evi ilə bağlı Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, torpaq sahəsi üzərində mübahisə olduğu məlum olmuşdur. Bu səbəbdən də çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Qeyd edilmişdir ki, Oğuz şəhəri, N.Nərimanov küçəsi 11 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən döngə nöqtələrinin koordinatları ilə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin çöl divarlarının koordinatlarının üst-üstə düşüb-düşməməsi faktının müəyyən etmək mümkün deyildir. Həmçinin bildirilmişdir ki, ünvan 2 ünvanı ilə ünvan 3 Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-53/2021 nömrəli qərarından görünür ki, iddia qismən təmin edilmiş, X5 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın, xx.xx.2016-cı il tarixli texniki pasportun İddiaçı adına olan JN1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü 590 kv.m hissədə ləğv edilmiş, JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - 1987-ci ilin avqust ayında İddiaçı adına tərtib edilmiş 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, həmin sənəd ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən, fərdi yaşayış evi 1974-cü ildə tikilmiş, iddiaçının adı hüquq subyekti olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanı ilə ünvan 6 mülkiyyətində olan Oğuz şəhəri, N.Nərimanov küçəsi 11 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1987-ci ilin avqust ayında 205 inventar nömrəli texniki pasport tərtib edilmiş və mübahisəli fərdi yaşayış evi üzrə sonuncu hüquq subyekti İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndan göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmış daşınmaz əmlak obyektlərinə münasibətdə fərqli tənzimləmə qaydası müəyyən edilmiş və hüququn qeydə alınması üçün zəruri olan sənədlərin konkret siyahısı təsbit edilmişdir. 1987-ci il tarixli, 205 inventar nömrəli texniki pasportdan görünür ki, iddia olunan fərdi yaşayış evi 1974-cü ildə tikilmişdir. Sözügedən texniki pasport Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş sənədlərin siyahısında öz əksini tapmışdır (1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar). Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması müəyyən edilmişdir. Göründüyü kimi iddia olunan daşınmaz əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas olmasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtna etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə **********28 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən, 1974-cü ildə tikilmiş, 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak obyekti kimi İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar