Məhkəmə qərarları › İş №2-1(116)-1851/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1851/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1851/2024 10.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “JN-714 dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi üzərində iddiaçının əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “**********97 və **********06 reyestr nömrəli çıxarışların və plan ölçülərin JN-714 dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1851/2024 nömrəli qərardadı ilə Teymur Əhmədov adına "xxxx" QSC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “JN-714 dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi üzərində iddiaçının əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göyçay RAİK-in xx.xx.1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Potu kəndi ərazisindən iddiaçıya 0.25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-714 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib olunmuşdur. Göyçay rayonu Potu kəndində yerləşər sözügedən 0.25 ha torpaq sahəsi üzərində əvvəllər yaranmış mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmas barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etdi. Ərizənin icrasından imtina olunaraq xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-809/2024 saylı imtina bildirişi verildi. İmtinanın əsası kimi torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının başqa şəxsə məxsus **********97 reyestr nömrəli sənədin koordinatları ilə üst-üstə düşməsi qeyd olunmuşdur. Mübahisəli halla bağlı əlavə araşdırma zamanı torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının başqa şəxs; məxsus **********06 reyestr nömrəli sənədin koordinatları ilə üst-üstə düşməsi məlum oldu. Torpaq sahəsinin mənə Göyçay RAiK-in xx.xx.1998-ci il tarixli qərarı ilə (JN-714 dövlət aktı) verilməsini **********97 və **********06 reyestr nömrəli çıxarışların və plan-ölçülərin sonradan verilməsim nəzərə alaraq, **********97 və **********06 reyestr nömrəli çıxarışların və planölçül sənədi iddiaçıya Göyçay RAİK-nın 21 07.1998-ci il tarixli qərarı ilə verilmiş torpaq sahəsinir koordinatları ilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-714 dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi üzərində əvvəllər yaranmış mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınması, barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə əlavə müraciət etdi. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi idarəsi ərizənin icrasından imtina edərək xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-Z- 00xx-xx/2024 saylı məktub göndərmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, həmçinın Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Araşdırma zamanı elektron kadastr baza məlumatları ilə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları başqa şəxsə məxsus **********97 və **********06 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq sahəsi ilə bağlı hər hansı uyğunsuzluğun aradan qaldırılması müvafiq icra orqanları və məhkəmələr tərəfindən baxılır. Bununla bağlı imtina barədə bildiriş göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. JN-714 KOD 40812018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarı ilə 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Göyçay rayonu Potu kəndi üzrə pay torpaq sahələrinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı adı qeyd olunmuşdur.

4. Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarının surəti;

5. MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 3.167897 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətində olmuşdur.

6. MA seriyalı 037153 nömrəli Çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 0.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətində olmuşdur.

7. 25.07.2008-ci il tarixli, 406-1/1254 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin hüquqi subyekti X1r.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-3121/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı adına JN- 714 KOD 40812018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı JN-714 dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi üzərində iddiaçının əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir. Cavabdeh imtinasının əsasını iddia olunan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları başqa şəxsə məxsus **********97 və **********06 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilməsi təşkil edir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2- 4928/2023 nömrəli məktubuna JN-714 nömrəli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin DVJ və TEKUİS bazasında yerləşmə vəziyyəti ilə bağlı müqayisəli sxem təqdim edilmişdir. Mütəxəssis rəyindən görünür ki,kəndin kompleks yerquruluşu islahat layihəsində (DVJ) 0.25 ha torpaq sahəsi sürüşmə vəziyyətində göstərilsə də TEKUİS məlumatlarında sürüşmə düzəldilmişdir. JN-714 nömrəli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi ‘‘AZNAR” QSC-nin faktiki istifadəsində olmaqla idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan TEKUİS baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaqlar olaraq göstərilmişdir. Baxış zamanı iddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi ilə bağlı faktiki istifadəsinin mövcud olmadığını bildirmişdir. **********97 və **********06 reyestr nömrəli çıxarışlar sürüşmə vəziyyətində olan kəndin kompleks yerquruluşu islahat layihəsi üzərində (DVJ) tərtib edilmişdir. Lakin,torpaqların elektron kadastr uçotu aparılan zaman **********97 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış 11.16 ha torpaq sahəsi, **********06 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ qedydiyyata alınmış 0.91 ha torpaq sahəsi, o cümlədən JN-714 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.25 ha torpaq sahəsi TEKUİS məlumatlarında göstərilmişdir və TEKUİS məlumatlarında sözügedən torpaq sahələri üst-üstə düşmür. TEKUİS məlumatlarında göstərilən JN-714 nömrəli Dövlət Aktında qeyd edilmiş 0.25 ha torpaq sahəsi “AZNAR" QSC-nin mülkiyyətinə verilmiş, kəndin kompleks yerquruluşu islahat layihəsi üzərində tərtib edilmiş **********97, **********06, **********91 reyestr nömrəli çıxarışlarla mülkiyyətə verilmiş torpaq sahələri ilə üs-üstə düşsə də sözügedən torpaq sahələri TEKUİS məlumatlarında üst-üstə düşmür. Əlavə olaraq bildiririk çevrədə yerləşən iddiaçının mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi və AZNAR QSC-nin mülkiyyətinə verilmiş torpaq sahələri “AZNAR" QSC-nin faktiki istifadəsindədir, üzərində aqrotexniki qulluq görən nar kolları mövcuddur. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Məhkəmə imtinanı əsassız sayaraq qeyd edir ki,iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əsası kimi hüquqmüəyyənedici sənəd təqdim edilmişdir.Belə ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarı əsasında JN-714 KOD 40812018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən 0.25 ha torpaq sahəsi iddiaçının mülkiyyətə verilmişdir. İddiaçı adına JN-714 KOD 40812018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının koordinatlarının TEKUİS-ə uyğunlaşdırılması vəzifəsi isə cavabdehin üzərinə düşür.Cavabdehin imtinasında qeyd olunan üst-üstdə düşmə halı torpaq sahələrinin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması nəticəsində aradan qaldırıldığından iddiaçının təkrar mülkiyyət hüququnun qeydə alınması cavabdeh tərəfindən icra edilməlidir. Qeyd olunan Dövlət aktı əsasında iddia oluna torpaq sahəsi aqrar islahat zamanı mülkiyyətə verildiyindən hazırda cavabdehin faktiki hərəkəti (vəzifəsi) təkrar mülkiyyət hüququnun qeydə alınması və yeni nümunəli çıxarışın verilməsindən ibarət olmuşdur.Bu baxımdan da məhkəmə hesab edir ki, Dövlət aktı torpaq üzərində mülkiyyət hüququnun yaranması əsası kimi (hüquqmüəyyənedici sənəd kimi) qəbul edilməli və onun əsasında təkrar mülkiyyət hüququ qeydə alınmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsi: 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə JN 714 KOD 40812018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətinə verilmiş, Göyçay rayon Potu kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində iddaçı İddiaçı yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar