Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1853/2023 02.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailə tərkibinin düzgün göstərilməməsi bəhanəsi ilə ünvanlı sosial yardımın təyinatından imtina edilməsi barədə qanunsuz qərarın ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən müraciət etdikləri xx.xx.2022-ci il tarixdən 1 il müdətində hər ay üçün 638 manat olmaqla sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ailə tərkibinin düzgün göstərilməməsi bəhanəsi ilə ünvanlı sosial yardımın təyinatından imtina edilməsi barədə qanunsuz qərarın ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən müraciət etdikləri xx.xx.2022-ci il tarixdən 1 il müdətində hər ay üçün 638 manat olmaqla sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin qısa mahiyyətinə görə iddiaçılar, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********10401 nömrəli ərizə ilə cavabdeh orqana müraciət etmiş, daxil olan müraciətlə əlaqədar cavabdeh orqan tərəfindən həyata keçirilməli olan maddi-məişət şəraitinin müayinəsinə şərait yaradılmadığından müraciətin təmin edilməsindən imtina edilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-131951/2023 nömrəli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İşin faktiki hallarına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının (bundan sonra ÜDSY) təyin edilməsi üçün aşağıda qeyd olunan tarixlərdə müraciət etmişlər və müvafiq olaraq cavabdeh tərəfindən müxtəlif əsaslarla imtina edilmişdir:
1. İddiaçı2 (ailə təmsilçisi) tərəfindən ÜDSY təyin edilməsi üçün VEMTAS elektron sistemi vasitəsi ilə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********78201 nömrəli, xx.xx.2022-ci il tarixli **********78202 nömrəli, xx.xx.2022- ci il tarixli **********78203 nömrəli, xx.xx.2022-ci il tarixli **********78204 nömrəli ərizələr ilə müraciət edilmiş, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün (İddiaçı1) orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması səbəbindən müvafiq olaraq eyni məzmunlu bildirişlə ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilmişdir.
2. İddiaçı2 (ailə təmsilçisi) tərəfindən ÜDSY təyin edilməsi üçün VEMTAS elektron sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixli **********78205 nömrəli ərizə ilə müraciət edilmiş, ailə tərkibinin düzgün göstərilməməsi və “ərizə-bəyənnamə”də başqa şəxsə aid olan telefon nömrəsinin qeyd edilməsi səbəbindən ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilmişdir. Həmin müraciətlə əlaqədar ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli yoxlama aktına və müayinə zamanı Fondun mərkəzi filialının əməkdaşlarının qeydə aldığı videogörüntüyə əsasən təmsilçinin baldızının ünvanda (ünvan 1msilçi tərəfindən qonaq gəldiyi bildirilsə də, həmin şəxsin yəni X1 şəxsiyyət vəsigəsinin və əşyasının (cüzdan) mənzildə olduğu aşkar olunmuş, müayinə zamanı bu ünvanda qalmadığını bildirirək mənzili tərk etmiş, həmçinin T.Qəribovanın qızı X4 mənzilin eyvanında (balkonda) gizləndiyi məlum olmuşdur. Aşkar olunmuşdur ki, sözügedən şəxslər ünvan 2ir şəhəri, N.Nərimanov küçəsi, ev 44, mənzil 38 ünvanında təmsilçi və ailəsi ilə birgə yaşayır və birgə təsərrüfat aparırlar. Həmçinin təmsilçi həyat yoldaşı İddiaçı1 gəlirləri barədə məlumat verə bilmədiyi üçün ərizə-bəyənnamədə qeyd olunan əsas nömrə ilə əlaqə saxlandıqda Rafael adlı şəxs cavab vermiş, təmsilçi həmin nömrənin kimə məxsus olmasını bilməmişdir. Qeyd edək ki, təmsilçi həyat yoldaşı İddiaçı1 Quba rayonunda “Qalaksi” firmasında satıcı vəzifəsində işlədiyini və 300 manat məbləğində əməkhaqqı aldığını bildirmişdir.
3. İddiaçı2 (ailə təmsilçisi) tərəfindən ÜDSY təyin edilməsi üçün VEMTAS elektron sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixli **********78206 nömrəli müraciət edilmiş, ailə tərkibinin düzgün göstərilməməsi və maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şəraitin yaradılmaması səbəbindən ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilmişdir. Həmin müraciətlə əlaqədar ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına (təmsilçi akt ilə tanış olaraq imzalamışdır) və müayinə zamanı Fondun mərkəzi filialının əməkdaşlarının qeydə aldığı videogörüntüyə əsasən təmsilçi mənzilin otaqlarında çəkiliş aparılmasına və baxış keçirilməsinə icazə verməmişdir. Müayinə zamanı əvvəlki müayinədə olduğu kimi təmsilçinin baldızı T.Qəribova mənzildə olmuş, təmsilçi onun bir müddət əvvəl gəldiyini və nə zaman gedəcəyi barədə məlumatı olmadığını bildirmişdir.
4. İddiaçı2 (ailə təmsilçisi) tərəfindən ÜDSY təyin edilməsi üçün VEMTAS elektron sistemi vasitəsi ilə 17.01 2023-cü il tarixli **********78207 nömrəli müraciət edilmiş, ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilmişdir. Hamin müraciətlə əlaqədar ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına (təmsilçi akt ilə razı olmayaraq imzalamaqdan imtina etmişdir) və müavinə zamanı Fondun mərkəzi filialının əməkdaşlarının qeydə aldığı videogörüntüyə esasen müavinə zamanı əvvəlki müayinələrdə olduğu kimi təmsilçinin baldızı T.Qəribova mənzildə olmuşdur. Temsilçi tərəfindən ərizədə qeyd edilən ailə üzvlərindən (4 nəfər ailə üzvü) əlavə bu ünvanda (ünvan 2ir səhəri, N.Nərimanov küçəsi, ev 44, mənzil 38) birgə yaşayanların ayrıca ev təsərrüfatına malik olmaması, kommunal xidmətlər və erzaq məhsullarının istehlakının birgə həyata keçirildiyi müəyyən edilmişdir. Həmçinin təmsilçi müavinə zamanı mənzilin ailəyə məxsus olduğunu, ailənin gəlirlərinin İddiaçı1 əməkhaqqından ibarət olduğunu və əlavə gəlirlərinin olmadığını bildirmişdir.
5. İddiaçı R.Dünyamahyev (ailə təmsilçisi) tərəfindən ÜDSY təyin edilməsi üçün VEMTAS elektron sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixli **********06001 nömrəli, xx.xx.2023-cü il tarixli **********06002 nömrəli ərizələr ilə müraciət edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən məlumata asasan ailə üzvü X5 ailə tərkibində qeyd edilməməsi səbəbindən müvafiq olaraq eyni məzmunlu bildirişlə ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Sözügedən Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta avhq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə basa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Qanunun 8.1 -ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Təmsilçi tərəfindən ərizə-bəyənnamədə ailə üzvlərindən başqa digər şəxslərin həmin mənzildə yaşadığı barədə məlumat qeyd edilmədiyindən ailə tərkibinin düzgün göstərilməməsi əsası ilə ÜDSY təyini üçün müraciətdən imtina edilmişdir. Hesab edirik ki, iddiaçıların ünvanlı sosial yardımın təyin edilməsi barədə müraciətlərinə imtina edilməsi tam əsaslı olmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən qeyd edilməlidir ki, iddiaçı tərəfindən daxil olan müraciətə əsasən müvafiq araşdırma aparılmış, ünvanda müayinə keçirilmiş və ərizə-bəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluq olduğu aşkar edilmişdir. Bu səbəbdən də, iddiaçıya ÜDSY-in təyin olunması mümkün olmamışdır. Beləliklə, iddiaçının iddia tələbi tam əsassızdır və təmin edilməməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Sözügedən Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsinixahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2023-cü il tarixli **********78207 nömrəli, xx.xx.2022-ci il tarixli **********78205 nömrəli, xx.xx.2022-ci il tarixli **********78206 nömrəli bildirişdən görünür ki, ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə, xx.xx.2022-ci il tarixli **********78201 nömrəli, xx.xx.2022-ci il tarixli **********78202 nömrəli, xx.xx.2022-ci il tarixli **********78203 nömrəli, xx.xx.2022-ci il tarixli **********78204 nömrəli bildirişdən görünür ki, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması səbəbindən, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir səbəbi ilə, xx.xx.2023-cü il tarixli **********06001 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən məlumata əssasən ailə üzvü X5 ailə tərkibində qeyd edilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli məlumat vərəqələrindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir (həmçinin cavabdeh orqan keçirilmiş baxışların videogörüntülərini məhkəmə tədqiqatına təqdim etmişdir): “Ünvanda olduq. Təmsilçi, 3 övladı (Səma, Suma, Alməmməd) və təmsilçinin baldızı ünvanda idi. Qonaq gəldiyi bildirilsə də, həmin şəxsin yəni Tahirə xanımın şəxsiyyət vəsiqəsi və əşyası ünvanda idi. Biz ünvanda olduqda Tahirə xanım burada qalmadığını bildirib, tərk etdi. Müayinə zamanı təmsilçinin baldızının qızı balkonda gizlənmişdi. Aşkar olundu ki, onlar bu ünvanda birgə yaşayır. Ev təsərrüfatları birgədir. Həmçinin təmsilçinin həyat yoldaşının gəlirləri barədə məlumat verə bilmədiyi üçün Ə/B qeyd olunan əsas nömrə ilə əlaqə saxlandıqda Rafael bəy cavab verdi. Təmsilçi nömrənin kimə məxsus olduğunu bilmədi. Təmsilçinin həyat yoldaşı Qubada Qalaksi firmasında çalışır. 300 AZN əmək haqqı alır. “Ünvanda olduq. Müayinə təmsilçi ilə aparıldı. Təmsilçi evin otaqlarında çəkiliş aparılmasına icazə vermədi. Digər otağa baxış keçirə bilmədik. Təmsilçinin yoldaşı Quba Galaxy mağazasında satıcı vəzifəsində işləyir. 300 AZN əmək haqqı alır. Mənzildə təmsilçinin bildirdiyinə görə baldızı Qəribova Tahirə ilə birlikdə qalırlar. Bir müddətdir ki, gəldiyini bildirir. Nə zaman gedəcəyini bilmir. Son 1 ildə heç bir alqı-satqı etmədiklərini bildirdi. İstifadələrində və mülkiyyətlərində nəqliyyat vasitəsinin olmadığını bildirdi. Evdə bütün sayğaclar var. Öncəki müayinələrdə də baldızı evdə olub. “Ünvanda olduq. Təmsilçi ilə müayinə aparıldı. Təmsilçi həyat yoldaşının işdə olduğunu bildirdi. Müayinə zamanı X7 adlı vətəndaş da ünvanda idi. Təmsilçinin ərizədə qeyd etdiyi ailə üzvlərindən əlavə bu ünvanda birgə yaşayanların ayrıca ev təsərrüfatına malik olmaması müəyyən edilmişdir. Onlar kommunal xidmətləri və ərzaq məhsullarının istehsalını birgə həyata keçirirlər. Onlar bu ünvanda birlikdə yaşayırlar. Ailənin gəlirləri təmsilçinin əmək haqqısından ibarət olduğu qeyd edildi. Əlavə gəlirlərinin olmadığı bildirildi. Təmsilçi adında ailə üzvlərinin adında nəqliyyat vasitəsinin olmadığını qeyd etdi. Onu da bildirdi ki, son 12 ayda alqı-satqı etməyiblər. Mənzil ailəyə məxsusdur. - Vemtas elektron sistemindən çıxarışdan görünür ki, iddiaçının ailə üzvləri siyahısında X1 da adı qeyd olunmuşdur. O aylıq sosial müavinət alır (ümumi xəstəlik, 1-ci qrup əlil)
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. ”Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir (maddə 1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Məhkəmə iddia ərizəsini aşağıda göstərilənlərə görə əsassız hesab edir: İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçılar cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmiş, imtinanın əsası kimi ailə tərkibinin düzgün göstərilməməsi, ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən məlumata əssasən ailə üzvü X5 ailə tərkibində qeyd edilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh orqan tərəfindən həyata keçirilən bütün maddiməişət şəraitinin müayinələrində X1 övladı ilə birgə iddiaçılarla eyni mənzildə yaşaması müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı1 izahatı əsasında müəyyən edilmişdir ki, Tahirə Qəribova onun bacısıdır, 1-ci qrup əlildir. Həmçinin iddiaçı, bacısının əlilliyinin dialez xəstəliyi ilə əlaqəli olmasını, mütəmadi müayinə və müalicəyə ehtiyacının olmasını bildirir. O, bacısının müayinə aparılan zaman həmin mənzilə qonaq gəldiyini, faktiki olaraq bacısının öz həyat yoldaşının himayəsində olduğunu bildirsə də, sonradan verdiyi izahatında bacısının həyat yoldaşının 1 ildən artıqdır ki, Rusiya Federasiyasına getməsini və 1 ildən artıqdir ki, bacısının özünün himayəsində olmasını, xəstəliyi ilə bağlı bütün müayinə və müalicələrinin özü tərəfindən aparılmasını bildirmiş, həmçinin bacısının bundan sonra da onunla birgə nə qədər müddət birgə yaşayacağı ilə bağlı heç bir fikrinin olmamasını bildirmişdir. İş materiallarında olan, cavabdeh orqan tərəfindən təqdim edilmiş elektron məlumatlardan çıxarışdan görünür ki, iddiaçı özü də, növbəti məlumatlarda X2 (X6 və X8 ilə birlikdə) öz ailə üzvləri kimi qeyd etmişdir. Odur ki, məhkəmə hesab edir ki, X3 övladları ilə birlikdə iddiaçıların himayəsində olduğundan və iddiaçı özü də qeyd olunan faktı etiraf etdiyindən cavabdeh orqan ailə tərkibinin düzgün göstərilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə xüsusilə qeyd edir ki, yuxarıda qeyd edilən - ailə tərkibinin düzgün göstərilməməsi əsası müraciətin təmin edilməsindən imtina üçün kifayət etdiyindən digər imtina cavablarının əsaslılığının yoxlanılması zərurəti yoxdur. Belə ki, “ərizəbəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz. Odur ki, iddiaçıların aztəminatlı ailə kimi qəbul edilməsi üçün onun gəlirlərinin həqiqətən də bəyan etdiyi məlumatlardan ibarət olmasının və digər şəxslərlə birgə təsərrüfat aparılıb-aparılmamasının müəyyən edilməsi zəruridir. Yəni, iddiaçıların ailə üzvlərinin və birgə təsərrüfatın aparıldığı subyektlərin dairəsinin düzgün bəyan edilməməsi onların gəlirlərinə birbaşa təsir göstərə biləcək halların yoxlanılması imkanını aradan qaldırdığından, cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 4cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur (4.2.1ünvanlılıq), - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur (4.2.2-ədalətlilik). Buna görə də cavabdeh orqan “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar etdiyindən haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailə tərkibinin düzgün göstərilməməsi bəhanəsi ilə ünvanlı sosial yardımın təyinatından imtina edilməsi barədə qanunsuz qərarın ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən müraciət etdikləri xx.xx.2022-ci il tarixdən 1 il müdətində hər ay üçün 638 manat olmaqla sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.