Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1857/2025 21.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəlişin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının X1 və bibisi X4 ata soyadlarında olan doğum qeydlərinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının bibisi X8 xx.xx.2013-ci il tarixdə ölmüşdür. Bibisi hələ sağlığında özünün yaşadığı evi iddiaçıya bağışlamışdır. Hazırda o, həmin evdə yaşayır. Bibisinin mülkiyyətində həmçinin JN-014F kod 40312038 nömrəli Şəhadətnaməyə əsasən 0,07 ha torpaq sahəsi vardır. Hazırda bibisinin 1-ci və 2-ci dairə üzrə vələsələri olmadığından miras əmlakı o, öz adına sənədləşdirmək istəyirəm, Həmin torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəyir. Lakin məlum oldu ki,atasının və bibisinin doğum haqqında şəhadətnamələrində onların anası X3 göstərilsə də, ata soyadı fərqli yazılmışıdır. Babasının soyadı X1 doğum haqqında şəhadətnaməsində “Qarəgədəyev”, bibisi X4 doğum haqqında şəhadətnaməsində isə “Cəbiyev” olaraq qeyd edilmişdir. Babasının doğum tarixi 18-ci əsrin axırlarına təsadüf etdiyi və onun Böyük Vətən müharibəsində itkin düşdüyü üçün onun barəsində məlumat əldə edə bilmir. Buna görə də öz hüquqlarını bərpa etməkdə çətinlik çəkir. X1 və bibisi X6 bacı- qardaş olması faktını başqa yolla müəyyən etmək mümkün deyil. Cavabdeh iddiaçının ərizəsinə münasibət bildirməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində iddiaçı məhkəmə baxışı iclasına gəlmədikləri halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-ci il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.
2. İE 633754 nömrəli doğum haqqında şəhadətnamə;
3. JN-014F nömrəli Torpağa mülkiyyət hüququnun verilməsinə dair Şəhadətnamə;
4. Qax Rayonu İcra Hakimiyyəti Qum İƏD 306 nömrəli arayış;
5. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;
6. 05.08.1963-cü il tarixli 134 nömrəli ,xx.xx.1956-cı il tarixli 93 nömrəli doğum akt qeydi, xx.xx.1958-ci il tarixli 69 nömrəli, 02.1960-ci il tarixli 28 nömrəli, xx.xx.1966-ci il tarixli 68 nömrəli doğum akt qeydləri;
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçının hüquqi marağı atasının və bibisinin akt qeydlərində “ata” qrafsında soyadına düzəliş edilməsindən ibarətdir. İddiaçı, cavabdeh orqana müraciət edərək sözügedən doğum haqqında akt qeydlərinə düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçının təqdim etdiyi sənədlərlə akt qeydləri arasında uyğunsuzluğun olmasına istinad etmişdir. X2 doğum haqqında bərpa akt qeydində atasının soyadı “Qarəgədəyev”, bibisi X4 doğum haqqında akt qeydində atasının soyadı isə “Cəbiyev” kimi göstərilmişdir.Eləcə də onların atasının ata adı da fərqli yazılmışdır.Belə ki, X2 doğum haqqında bərpa akt qeydində atasının ata adı “Abdurahim”, X4 doğum haqqında akt qeydində atasının ata adı “Abdurəhman” yazılmışdır. Hazırda həmin şəxsə aid hər hansı sənəd mövcud olmadığından qeydiyyat orqanı tərəfindən müvafiq düzəliş aparılmasından imtina edilmişdir.Məhkəmə araşdırması zamanı da müvafiq qeydlərin yanlış olduğunu istisna edən hər hansı hal müəyyən edilməmiş,iddiaçının arzuladığı doğum qeydlərinə düzəlişin aparılmasına əsas verən sübut da müəyyən edilməmişdir.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən" əsas müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarında qeyri-düzgün məlumatlar göstərildiyi halda vətəndaşlıq vəziyyəti aktının qeydində dəyişiklik edilir. Və həmin Qərarın 8-ci müddəasına əsasən qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edə bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarına əsasən (1-ci bənd) mövcud olmalıdır. Hazırki iş üzrə məhkəmə tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsas müəyyən edilmir. Sorğular nəticəsində əldə edilmiş məlumatların heç birindən iddiaçının babasının soyadının hansı formada olması faktını müəyyən etmək olmur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin akt qeydinin səhv olması müəyyən olunmadığı halda ona dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olması da qeyri-mümkündür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “iddiaçının X1 və bibisi X4 ata soyadlarında olan doğum qeydlərinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə