Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-186/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X4rşı “iddiaçıya verilmiş əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya verilmiş əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1987 - ci il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. Bildirir ki, hərbi xidmətdə olan zaman 29 dekabr 2008 - ci ildə baş verən avroqəza nəticəsində sağlamlığını ciddi formada zədələyən xəsarətlər almışdır. Həmin travma nəticəsində 09 fevral 2010 - cu il tarixdən ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 1 il müddətinə avtoqəza nəticəsində müştərək travma; qarının küt travması, dalağın zədələnməsi, splenoektomiya döş qəfəsinin sol yarısının küt travması; Sol İİ, İV, V, Vİ - qabırğalarının sınığı; keçirilmiş qapalı kəllə - beyin travması, baş - beyinin silkələnməsindən snrakı vegetativ damar davamsızlığı diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Ona təyin edilmiş əlillik dərəcəsi hər il yoxlanışlardan keçdikdən sonra eyni diaqnozla 1 il müddətinə təyin edilmiş, sonuncu dəfə 2016 - cı ildə 5 il müddətinə uzadılmışdır. Daha sonra 2021- ci ildə o əlillik müddətinin bitməsi ilə əlaqədar cavabdeh tərəfindən yenidən qiymətləndirilmə aparılması üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına göndərişin verilməsi üçün müraciət etmişdir. Onun adına tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022 - ci il tarixli göndərişə "göndərişin natamam doldurulması” - Səbəb: 2008 - 2020 - ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr qeyd olunsun" məzmununda imtina gəldi. Növbəti dəfə o yenidən həmin tibb müəssisəsinə müraciət etmişdir. Onun 06 fevral 2023 - cü il tarixli göndərişinin cavabdeh inzibati orqan tərəfindən onun əyani müayinəsinin də həyata keçirilməsi ilə qiymətləndirilmişdir. Əyani müayinədə olduğu vaxtdan bir neçə ay sonra mənə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə Qərar göndərilmişdir. Bu isə hazırki mübahisəyə səbəb olmuşdur. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, , iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək ismayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Avtoqəza nəticəsində müştərək travma (29.12 2008). Qarnın küt travması. dalağın zədələnməsi. daxili qanaxmaya görə laparotomiya splenoektomiya. Qarın boşluğunun sanasiya və drenaj edilməsi cərrahiyyə əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008). Qabırğanın sınığı. Sol lll-İV-V-Vl qabırğaların bitişmiş sınığı Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. İsmayıllı rayon sakini xx.xx.1987-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022- ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********7). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 18.02,2009-cu il tarixli 513 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Avtoqəza nəticəsində müştərək travma (xx.xx.2008). Qarnın küt travması. dalağın zədələnməsi, daxili qanaxmaya görə laparotomiya, splenektomiya, qarın boşluğunun sanasiya və drenaj edilməsi cərrahiyyə əməliyyatından sonrakı (xx.xx.2008) vəziyyət. Döş qəfəsinin sol yarısının küt travması, solda İİİ, İV, V, Vİ qabırğaların sınıqları, hemotoraksdan sonrakı vəziyyət, Keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı veqetatıv damar davamsızlığı. Keçirilmiş orta-ağır dərəcəli posthemorraqik hipoxrom anemivadan. yüngül dərəcəli trombositozdan sonrakı vəziyyət, funksiyanın müvəqqəti pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və “Vertebroqen mənşəli lümbalqiva. natamam remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı Halsızlıq, əsəbilik, baş ağrıları və qıcolma tutmalarından şikayətlənmiş, hərbi qərarda qeyd olunmuş nahivvələrdə cərrahi əməliyyatlara uyqun çapıqlar və səthi, kiçik zərif dəri çapıqları qeyd olunmuşdur, İfadə etdiyi məlumatlar epitutmalar üçün səciyyəvi olmamış, nevroloji status və intellektualmnestik funksiyalar yaşa uyğun, ətraflarda əzələ gücü ~4„ 5-5,0 bal, tonusu normal, reflekslər canlı qeyd olunmuşdur. Ekspertiza üçün əhəmiyyətli və şikayətlərinə uyqun ixtisaslaşdırılmış instrumental kranial müavinə nəticələri və ixtisaslaşdırılmış müalicə sənədləri təqdim edilməmiş, hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya müəyyən edilməmişdir. Eyni zamanda, dəri və görünən selikli qısaların rəngi adi, qarnı palpasiyada yumsaq və ağrısız, boyu 175 sm. çəkisi 75 kg kimi müşahidə olunmuşdur" kimi qeyd olunmuş. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, avtoqəzadan sonra əsəbilik, belində ağrılardan, gərginlik və əzgin olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbləşərkən ürəkbulatısının olduğunu və sıxıldığını bildirmiş, hal-hazırda medikamentoz preparatlardan "Finllepsal” qəbul etdiyini qeyd etsə də, qəbul etmə səbəbini açıqlaya bilməmişdir. Müayinə zamanı qarnın ön divarında total laparotomiya əməliyyatına müvafiq çapıq toxuma izlənilmiş, əsasız sərbəst hərəkət etdiyi müşahidə olunmuş, aşağı ətraflarda trofik pozuntular, atrofiya, parez, iflic aşkarlanmamış, boyu 174 sm, çəkisi 72 kq, BKİ 24 müəyyənləşdirilmiş, palpasiya zamanı qarnı yumşaq qeydə alınmış, selikli qişalar çəhrayi rəngdə izlənilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası (Sp02) 94%, nəbzi 90 vurğu, tənəffüs sayı 16 müəyyənləşdirilmişdir. Müayinə gedişatında davranışı gərgin və astenık əlamətlərlə izlənilmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz “Talassemiya əlamətlərinin daşıyıcısı. Splenektomiyadan sonrakı vəziyyət" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Azərbaycan Respublikası Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2022-ci il tarixli Müayinə protokolunda nəticə “Fəqərəarası disklərin deqenerativ dəyişikliyi, $morl düyünləri və protruzivası. L5-S1 səviyyəsində stabilliyin pozulması, L5-fəqərəsinin retrolistezf’ kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun 06.01,2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Müştərək travmadan sonrakı vəziyyət. Sol İİ- lll-İV- Vİ-VİTVİİİ-İX-X qabırğaların qeyri-düzgün bitişmiş sınıqları. Onurğanın yayılmış osteoxondrozu. Şmorl düyünləri. L5-S1 protruzivası. L5 fəqərənin retrolistezi. Onurğanın kəskin hərəkət məhdudluğu. Onurğanın qeyri stabillivi Funksiya pozğunluğu. Kəskin ağrı sindromu" kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı iiə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. İş materiallarında olan TSEK-in xx.xx.2023-cü il tarixli imtina qərarından görünür ki, iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.
2. AR SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
3. AR MN Mərkəzi Hərbi Poliklinikası xx.xx.2024-cü il tarixli məktubu,
4. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 13 aprel 2023-cü il tarixli qərarı,
5. TSEK-in xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006, xxxxxxx0007 göndərişləri.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1144 /2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx.xx.2024-ci, xx.xx.2025-ci il tarixli məktubları.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq müddətsiz əlilliyinin müəyyən edilməsindən ibarətdir.Belə ki,iddia ərizəsinin məzmunundan aydın olur ki,iddiaçı iddia tələbini “əliliyin bərpa olunması” kimi ifadə etməklə əslində müddəti başa çatmış əlilliyinin davam etdirilməsi, “ömürlük” əliliyin təyin edilməsi kimi isə ona “müddətsiz” əlillik təyin edilməsini arzu edir.İddiaçı 2010-2021-ci illərdə fasiləsiz olaraq ona əlillik təyin edildiyinə istinad edir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinin dəqiqləşdirilməsi mümkün olmamış, lakin prosessual qənaət prinsipinin tələbləri və İPM-in 52-ci maddəsinin məzmunu baxımdan da iddianın mümkünlüyünün deyil,mahiyyətinin araşdırılması məhkəmə tərəfindən məqsədə uyğun hesab edilir. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, iddiaçıya ilk dəfə 2010-cu il tarixində əlilik təyin edilmişdir.Sonuncu dəfə iddiaçıya 2016-cı il tarixində 5 illik müddətə əlillik təyin edilmişdir. Daha sonra 5 illik müddət bitdikdən sonraki tarixlərdə iddiaçı barəsində tibb müəssisəsi tərəfindən forma 88 göndərişləri təqdim edilmişdir.Cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki,iddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixli göndəriş əsasında əlilliyin təyin olunmasından imtina edilmişdir.Daha sonra iddiaçı TSEK-də qəbulda olmuş,əyani müayinəsi həyata keçirilərək xx.xx.2023-cü il tarixli qərarla əvvəlki qərar qüvvədə saxlanılmışdır.Göründüyü kimi iddiaçının hüquqi marağı xx.xx.2023cü il tarixindən müddətsiz əlilliyin təyin olunmasından,başqa sözlə əlilliyi müəyyən olunmuş şəxs statusunun bərpa olunmasından ibarətdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, qanunvericiliyə əsasən ikinci dərəcəli əlillik aşağıdakı üç haldan biri olduqda müddətsiz təyin edilir:
1. Tibbi göstəriş olan xüsusi hallarda;
2. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda;
3. Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda. İddiaçı məhz qanunda göstərilən ikinci hala, yəni ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğunu istinad edərək əlilliyin müddətsiz təyin edilməsini tələb edir. Məhkəmə iddiaçının əvvəlki dövrdə əliliyin müəyyən olunmuş müddətini də nəzərə almaqla hazırkı sağlamlıq vəziyyətinin qüvvədə olan Meyarlara uyğun əlilliyin təyinatına əsas verib-verməməsinin yoxlanılması məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Hər bir halda əlilliyin müddətli və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1144 /2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspertin rəy verə bilməsi üçün 2-1(116)-1144/2024 nömrəli iş materialları ekspertizaya təqdim edilmişdir. Sözügedən qərardadın surətləri proses iştirakçılarına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx.xx.2024-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı müayinəyə getməmişdir. Belə ki, iddiaçıya müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilmiş, lakin İddiaçı müayinə olunması üçün getməmişdir. Məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardadın Məhkəmə- Tibbi Ekspertiza və X2 göndərilməsi barədə məktuba iddiaçının rekvizitləri daxil edilmiş, həmçinin məhkəmə tərəfindən iddiaçıya ekspertizanın keçirilməsi üçün müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı müayinə olunmaq üçün getməkdən imtina etmişdir. Daha sonra məhkəmə xx.xx.2025-ci il tarixli məktubu ilə yenidən eyni qayda ilə iddiaçıya müayinə olunması üçün qeyd olunan müddət ərzində göstərilən ünvana getməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı bu dəfə də müayinəyə getməmişdir. Məhkəmə hesab edir ki,iddiaçıya yenidən əliliyin təyin edilməsi məsələsi onun orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisini araşdırmaqla yoxlanıla bilərdi.Lakin,iddiaçı iddia ərizəsində barəsində ekspertiza keçirilməsindən imtina etmişdir.Təyin edilmiş məhkəmə tibbi ekspertizasının çağırışlarına hərəkətsiz göstərdiyindən rəyin təqdim edilməsi,başqa sözlə iddia olunan halın müəyyən edilməsi iddiaçının hərəkətsizliyi səbəbindən mümkün olmamışdır. İnzibati prosesdə əlverişsiz inzibati aktın qəbulunu zəruri edən şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi, prinsip etibarilə inzibati orqanın, məcburetmə və öhdəliyin icrası haqqında iddialarda isə, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür.Nəticədə iddiaçı arzu etdiyi aktın qəbul edilməsini zəruri edən faktiki və hüquqi halları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki,iddiaçıya təyin edilmiş əlilliyi müddəti 2021-ci il tarxində başa çatmış,sonrakı göndərişlər mübahisələndirilmədiyindən xx.xx.2023-cü il tarixində olan qiymətləndirmə zamanı artıq fasiləsizlik əlilik meyarı aradan qalxmışdır.Tibbi göstərişdə nəzərdə tutulmuş müddətsiz əlilik müyarı isə iddiaçıya münasibətdə mövcud deyildir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nəzərdə tutulmuş diaqnozun hər hansı birinə uyğunluğu sübuta yetirildiyi halda iddiaçıya əlilliyin təyin edilməsi mümkün ola bilərdi. Hazırkı işdə isə iddiaçı, tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda göstərilən əsasdan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır və cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:
İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X4rşı “iddiaçıya verilmiş əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə