Məhkəmə qərarları › İş №2-1(116)-1860/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1860/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1860/2025 28.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun silinməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “borcun silinməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 285/2023 saylı,11 may 2023-cü il tarixli Qərarı ilə cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi borcunun tutulması haqqında” xx.xx.2022-ci il tarixli **********3600 nömrəli qərarı ləğv edilmişdir.Lakin,həmin borcun silinməsi təmin edilməmişdir.İddiaçı hazırda na əsasən borcun silinməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli məhkəmə iclası təyin edilmiş,nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-285/2023 saylı,11 may 2023-cü il tarixli Qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş **********036000 nömrəli xx.xx.2022-ci il tarixli “Vergi borcunun tutulması haqqında” Qərarı ləğv edilmişdir. Məhkəmə Qərarının əsaslandırıcı hissəsində aşağıdakılar qeyd edilmişdir : Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********959600 nömrəli xəbərdarlıq məktubundan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 2124,15 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu olmuş, cavabdeh tərəfindən həmin borcun 10 gün müddətində ödənilməsi tələb edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, “Vergi borcunun tutulması haqqında” **********036000 nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən 2724,15 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarının xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. Məhkəmə istinad edilən normaların tələbinə əsasən hesab edir ki, iddiaçı ilə X7 və Bərpası Müəssisəsi arasında AR ETSN Meşələrin İnkişafı Departamenti tərəfindən təsdiq edilmiş arasında müvafiq müqavilələr bağlansa da faktiki olaraq iddiaçının torpaq sahəsi üzərində istifadə hüququ Torpaq Məcəlləsi və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşin bu halı AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin məhkəmənin soruğusuna xx.xx.2023-cü il tarixli cavab məktubu ilə də öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarında olan X9 Təsərrüfatı Mərkəzinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 336 nömrəli məktubunda qeyd olunmuşdur ki, Şəki şəhər sakini İddiaçı ilə xx.xx.2012-ci il tarixli 208 saylı qeydiyyat nömrəsi ilə beş il müddətinə arıçılığın inkişafı üçün icarə müqaviləsi bağlanmışdır. Həmin müddət ərzində icarəçi ərazidə heç bir iş görməmiş, istifadə etməmişdir. Ərazi meşə mühafizə işçiləri tərəfindən mühafizə edilmişdir. Müqaviləyə əlavə olunmuş Kiş kənd ərazi dairəsi üzrə nümayəndəliyin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etmək üçün verdiyi xx.xx.2021-ci il tarixli 546 nömrəli arayışında qeyd olunur ki, X3 rayonu Kiş kəndi Kiş meşəçiliyi ərazisində yerləşən, icarəyə götürdüyü 4,0 ha şam meşəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. X9 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 14- 24-08/2-047/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2012-ci il tarixli 196 nömrəli və xx.xx.2012-ci il tarixli 9 nömrəli müqavilələrin qeydiyyat nömrəsi ilə ayrılmış torpaq sahələrindən bu günə qədər heç bir istifadə etməmişdir. Bununla yanaşı iddiaçı tərəfindən icarə haqqının bir qisminin ödənilməsindən ibarət cavabdehin mövqeyi vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlansa da, onlar arasında faktiki olaraq icarə hüquq münasibətləri yaranmamış, torpaq üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlərlə yanaşı cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya aid şəxsi hesab vərəqəsindən çıxarışa əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinə dair müqavilə bağlandığı dövrdə iddiaçının adına ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN mövcud olmamış, iddiaçının adına VÖEN xx.xx.2014-cü ildə açılmaqla fəaliyyət növü olaraq sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması” qeyd olunmuşdur. Tərəflər arasında icarə hüquq münasibətləri yaranmadığından cavabdeh tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin həyata keçirilməsi məqsədilə mübahisəli qərarın qəbul edilməsi və vergi borcunun tutulması haqqında qərarın icraya yönəldilməsi əsassız olmuşdur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2- 1(102)-34/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir.) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,cavabdehin **********036000 nömrəli xx.xx.2022-ci il tarixli “Vergi borcunun tutulması haqqında” Qərarı ləğv edildiyindən həmin qərar əsasında hesablanmış borcun tələb edilməsi hər hansı formada yolverilməzdir.Hazırkı iddia tələbi isə həmin borcun silinməsindən ibarətdir ki,borcun hesablanması əsası olan Qərar ləğv edilmiş,həmin qərarın qəbul edilməsi əsası kimi istinad edilən İddiaçı ilə bağlandığı göstərilən xx.xx.2012-ci il tarixli 196 nömrəli və xx.xx.2012-ci il tarixli 9 nömrəli müqavilələrin hüquqi əhəmiyyəti qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qiymətləndirilmişdir. Digər tərəfdən inzibati orqan müqavilənin qüvvədə olduğunu əsas tutmaqla hesab vərəqəsi üzrə borca istinad edə bilməz.İnzibati orqan borcun hesablanması barədə inzibati alt qəbul etməli,daha sonra “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun silinməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dair tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar