Məhkəmə qərarları › İş №2-1(116)-1865/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1865/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1865/2025 06.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin mümayəndəsi X2, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Şəki rayonu, Aşağı Göynük kəndi) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (yerləşdiyi yer: Şəki şəhəri, H.Əliyev prospekti 9A) (üçüncü şəxs – Şəki rayonu Aşağı Göynük bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla yerləşdiyi yer: Şəki rayonu, Aşağı Göynük kəndi) qarşı «torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 7 saylı iclas protokolu (qərarı) ilə İddiaçı 0,10 ha torpaq sahəsi satılmışdır. Qərar qəbul olunarkən Şəki RİH-in və DTXK Şəki rayon şöbəsinin torpaq sahəsinin ayrılmasına münasibətləri nəzərə alınmışdır. Torpağın dəyəri bələdiyyənin bank hesabına köçürülmüşdür. İddiaçı həmin qərar əsasında ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 4 oktyabr 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını “torpaq sahəsinin alqı-satqısına dair aktın qanunvericiliyin tələbləri pozulmaqla verilməsi” ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 28 dekabr 2024-cü il tarixli qərardadı ilə Şəki rayonu Aşağı Göynük bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının mövqeyi belədir ki, Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 7 saylı iclas protokolu (qərarı) ilə 0,10 ha torpaq sahəsi ona satılmış və o, həmin torpaq sahəsinə görə müvafiq məbləğdə pul vəsaiti ödəmişdir. Torpaq sahəsi ayrıldığı vaxtdan onun istifadəsində və sahibliyindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqı-satqı aktının 1 dekabr 2007-ci il tarixdən sonra qeydiyyata alınması ilə əsaslandırmışdır. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İddiaçının qənaətinə görə onun etimadı Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin protokoluna əsaslanır. Torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, İddiaçı Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin qərarı ilə ona satılmış 0,10 ha torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı ərizə ilə İdarəyə müraciət etmiş, lakin müraciətə əlavə olunan sənədlərin yoxlanılması zamanı 6 avqust 2007-ci il tarixli “Torpaq sahəsinin alqı-satqısı”na dair aktın 1 dekabr 2007-ci il tarixdən sonra (9 iyul 2008-ci il tarixdə) qeydə alındığı məlum olmuşdur. Bu səbəbdən ərizəçiyə 4 dekabr 2024-cü il tarixli imtina məktubu verilmişdir. Göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2, 9.6-cı maddələrinə əsaslanaraq, İddiaçı 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması qanunamüvafiq hesab olunmamışdır. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 8 iyul 2025-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi 31 iyul 2007-ci il tarixdə Aşağı Göynük bələdiyyəsi tərəfindən ona satılmış həmin torpaq sahəsidir. Həmin torpaq sahəsinin qeydə alınmasına bələdiyyə etiraz etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin mümayəndəsi X6 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi X10 iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Şəki rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçıya Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 7 saylı iclasının protokolu (qərarı) ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 7 saylı iclas protokolundan çıxarışdan görünür ki, bələdiyyənin qeyd olunan tarixli iclasında DTXK Şəki rayon şöbəsinin və Şəki RİH-nin rəyləri nəzərə alınmaqla İddiaçı 0,10 ha torpaq sahəsinin satılması barədə qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, DTXK Şəki rayon şöbəsi İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı aşağıdakı məzmunda 6 avqust 2007-ci il tarixdə rəy vermişdir: - Torpaq sahəsi ölçüsü 0,10 ha olmaqla Aşağı Göynük bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İş materiallarından görünür ki, Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarından İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinə dair bələdiyyə tərəfindən tərtib edilmiş plan DTXK Şəki rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Şəki rayonu Aşağı Göynük bələdiyyəsi, İddiaçı və DTXK Şəki rayon şöbəsi tərəfindən bələdiyyənin 31 iyul 2007-ci il tarixli 7 saylı qərarı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 iyul 2007-ci il tarixdə Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin hesabına 400 manat pul vəsaiti ödənilmişdir. İş materiallarından görünür ki, Şəki ŞİH başçısı X9 bələdiyyəsinə ünvanlanmış 4 iyul 2007-ci il tarixli 70/235 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Aşağı Göynük bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarından Köndələn kənd sakini X1 məşğul olmaq üçün 0,01 ha, Sumqayıt şəhər sakini X5, Aşağı Göynük kənd sakinləri İddiaçı və X7 fərdi yaşayış evi tikintisi üçün hər birinə 0,10 ha torpaq sahəsi ayrılmasına etiraz olunmur. Ayrılmış torpaq sahəsinə mövcud qanunvericiliyə uyğun hüquqi sənəd alınaraq dövlət qeydiyyatından keçirilməlidir. Dövlət qeydiyyatından keçməmiş hüquqların toxunulmazlığına təminat verilmir. DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 11 mart 2025-ci il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - İddia olunan torpaq sahəsi faktiki olaraq İddiaçı tərəfindən istifadə edilir və 0,10 ha olub, yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi elektron baza məlumatlarında Aşağı Göynük bələdiyyəsinə aid yaşayış məntəqələri torpaqları daxilində həyətyanı torpaqlar kimi göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddia edilən və istifadə olunan torpaq sahəsi digər subyektlərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Şəki rayonu Aşağı Göynük bələdyyəsinin 31 iyul 2007-ci il tarixli 7 saylı iclasının qərarı Aşağı Göynük kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 7 saylı iclasının qərarına (ona aid hissədə) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla satılmış 0,10 ha torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 7 saylı qərarının arxiv nüsxəsinin bələdiyyənin arxivindən və müvafiq arxiv qurumundan aşkarlanmaması da onun həqiqiliyinə təsir edən amil kimi qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, “Torpaq sahəsinin alqı-satqısı”na dair akt 1 dekabr 2007-ci il tarixdən sonra (9 iyul 2008-ci il tarixdə) qeydə alınmışdır. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin mötəbər sayılan 31 iyul 2007-ci il tarixli 7 saylı iclasının qərarına əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması təsdiqlənir. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 7 saylı iclasının qərarı ilə satılmış torpaq sahəsi ilə bağlı DTXK Şəki rayon şöbəsi müvafiq sxemi təsdiq etmişdir və qərarda həmin sxemin mövcudluğuna istinad olunmuşdur. Bu xüsusat torpaq ayrılan zaman DTXK Şəki rayon şöbəsi tərəfindən məsələyə etiraz olunmadığını ehtiva edir. Bundan başqa, “Torpaq sahəsinin alqı-satqısına dair akt” Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin və DTXK Şəki rayon şöbəsinin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. Nəzərə alınmalıdır ki, DTXK Şəki rayon şöbəsi 2015-ci ilin 5 fevral tarixinədək fəaliyyət göstərmişdir. Bu aktın hər hansı tarixdə təsdiqi torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 7 saylı iclasının qərarının qəbulu üzrə DTXK-nın yerli qurumu tərəfindən alqı-satqı aktı üzrə vaxtında qeydiyyat aparılmaması inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Şəki rayonu Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 7 saylı iclasının qərarı (protokolu) ilə ona satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Şəki rayon Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli, 7 saylı iclasının qərarına əsasən satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona Şəki rayon Aşağı Göynük bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli, 7 saylı iclasının qərarına əsasən satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar