Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-187/2024 12.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixədək mövcud olan 29 il, 3 ay, 21 gün sosial sığorta stajı və həmin tarixdən sonrakı pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1989-cu il-04.7.1998-ci illərin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2006-cı il tarixədək mövcud olan 29 il 3 ay 21 gün sosial sığorta stajı və həmin tarixdən sonrakı pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olduğuna görə əmək pensiyasına çıxarkən ona təyin edilmiş 240 manat təyin olunan əmək pensiyasının düzgün hesablanmamasını, əmək stajının tam nəzərə alınmamasını bildirərək əmək pensiyasının yenidən hesablanması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrün onun sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrlə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********6 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-45128/2023 nömrəli məktublarla İddiaçı müraciəti cavablandırılmışdır. Həmin məktublarla iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 29 il 03 ay 21 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 10 802,88 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləğinin yenidən hesablandığı bildirilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin əsasları kimi ona yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrün sığorta stajına nəzərə alaraq hesablanmadığını və bu səbəbdən əmək pensiyasının məbləğinin az təşkil etdiyini qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Həmin Qanununun 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən 240,00 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 275,28 manata çatdırılmışdır. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 280,00 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı müraciətinə əsasən bildiririk ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 29 il 03 ay 21 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10 679,54 manat pensiya kapitalı əsasında (16 il 01 ay sığorta stajına uyğun olaraq) İddiaçı yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində (280 manat) dəyişiklik olmamışdır. Həmçinin bildiririk ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Bildirilmişdir ki, Fondun 2 saylı Səki-Zaqatala regional filialı tərəfindən İddiaçı sosial sığorta stajının yoxlanılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Arxivinin Səki səhər filialında əməyin ödənişi və hesablaşma kitablarına əsasən həmin filialın bas fondlar mühafizəçisinin iştirakı ilə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akta əsasən İddiaçı Səki rayonu Qoxmuq kənd “1 May” kolxozunda aşağıdakı adam günləri qədər işləmişdir: > 1989-cu il / 257 adam günü > 1990-cı il / 02 adam günü > 1992-ci il / 03 adam günü > 1998-ci il / 39 adam günü Belə ki, 1991-ci il və 1993-1997-ci illərdə əmək haqqı cədvəllərində İddiaçı adma rast gəlinməmişdir. Sözügedən aktda əlavə olaraq bildirilmişdir ki, 1989-1998-ci illər üzrə minimum adam günü norması 220 gün kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilən səbəblərə görə həmin dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bütün qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyanın məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Hesab edilmişdir ki, iddiaçının müraciətinə müvafiq olaraq verilən xx.xx.2022-ci il tarixli **********6 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1 /2-C-45128/2023 nömrəli məktublar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - xx.xx.1968-ci il tarixli 1765 nömrəli kolxozçunun əmək kitabçasından görünür ki, adam günü norması 220 gün müəyyən edilmiş və iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1980 – 266 gün, 1986 – 305 gün 1981 – 307 gün, 1987 – 239 gün 1982 – 308 gün, 1988 – 307 gün 1983 – 306 gün, 1989 – 257 gün 1984 – 308 gün, xx.xx.1989 – xx.xx.1998 - Г- İ 037580 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1974 - xx.xx.1979-ci illərdə ali təhsil almışdır. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı X2 hüququnun yarandığı 11,07.2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən 31,12.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1998-ci il tarixinədək, 17.01 2000-ci il tarixindən 01.01,2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 29 il 3 ay 21 gün faktiki sığorta stajı müəyyən edilmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 29 il 3 ay 21 gün təşkil edir. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən şəxsin əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: Adıçəkilən şəxsin 2006-cı il tarixinədək 29 il 3 ay 21 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (29+(21/30+3/12))x306=8968,35 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın pensiya yaşına çatdığı xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 23831,26 manat təşkil edir: 2006 - 8968,35 2007 8,3 9712,72 2008 16,7 11334,74 2009 20,8 13692,37 2010 1,5 13897,76 2011 5,7 14689,93 2012 7,9 15850.43 2013 1,1 16024,79 2014 2,4 16409,38 2015 1,4 16639,11 2016 4,0 17304,68 2017 12,4 19450,46 2018 5,7 20559,14 2019 3 21175,91 2020 2,6 21726,48 2021 2,8 22334,83 2022 6,7 23831,26 Pensiyanın sığorta hissəsi 23831,26:144=165,50 manat hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya’’ altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissənində qeyda alınmış pensiya kapitalının 2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 10802,88 manat müəyyən edilmişdir (Pensiyanın sığorta hissəsi: 10802,88:144=75,02). Pensiyanın ümumi məbləği: xx.xx.2022 - 165,50+75,02=240,52 Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2023-cü il tarixindən 280 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alman pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixindən 311,36 manata çatdırılmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət baxımından da əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2006-cı il tarixədək mövcud olan 29 il, 3 ay, 21 gün sosial sığorta stajı və həmin tarixdən sonrakı pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. İddiaçıya avtomatlaşdırılmış qaydada xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiyanın məbləği 240 manat məbləğində müəyyən edilmişdir. İddiaçı, xx.xx.2006-cı il tarixədək mövcud olan ümumi sosial sığorta stajının 29 il, 3 ay, 21 gün olduğunu bildirir. Cavabdeh orqan da, xx.xx.2006-cı il tarixədək iddiaçının malik olduğu ümumi sosial sığorta stajının xx.xx.1974-xx.xx.1979 (təhsil dövrü), xx.xx.1980-xx.xx.1989, xx.xx.1989xx.xx.1998, xx.xx.2000- xx.xx.2006-cı illər (əmək stajı) olmaqa 29 il 3 ay 21 günə bərabər olduğunu bildirir. Həmin müddətə münasibətdə hesablanmış fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8968,35 manat ((29+(21/30+3/12))x306), xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ isə 23831,26 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissənində qeyda alınmış pensiya kapitalının 2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 10802,88 manat müəyyən edilmişdir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək mövcud olan pensiyanın sığorta hissəsi - 165,50 (23831,26:144) ilə həmin tarixdən sonrakı pensiyanın sığorta hissəsinin - 75,02 (10802,88:144) cəmi 240,52 manata bərabərdir. Göründüyü kimi yuxarıda qeyd olunan qaydada müəyyən edilmiş hesablama iddiaçıya avtomatlaşdırılmış qaydada ilkin təyin edilmiş pensiyanın məbləğindən fərqlidir və qeyd olunan fərq cavabdeh orqanın təqdim etdiyi hesablama məlumatlarından da aşkar görünür. Odur ki, iddiaçı, pensiyasının yuxarıda qeyd edilən müddətlər nəzərə alınmaqla yenidən hesablanmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2006-cı il tarixədək mövcud olan 29 il 3 ay 21 gün sosial sığorta stajı və həmin tarixdən sonrakı pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-187/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-187/2024
12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver