Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1870/2025 04.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X41 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X46in 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “şəhadətnamədə və çıxarışda düzəliş edilməsi” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X46in 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN107C kod 40703028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və onun əsasında verilmiş **********1 reyestr nömrəli çıxarışda düzəliş edilərək Haşımova (Lahuti) Aynur Əliazad qızının adının mülkiyyətçilər siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1870/2025 saylı qərardadı ilə Haşımova (Lahuti) Aynur Əliazad qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “JN-107C kod 40703028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və reyestr nömrəsi **********81- 10301 olan, xx.xx.2024-cü il tarixli çıxarışda düzəliş edilərək Haşımova (Lahuti) Aynur Əliazad qızının adının mülkiyyətçilər siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, ataları X16, X8 və xəstə bacıları X1 rayonunun Ərəgit kəndində yaşamışlar. Ailədə 11 uşaq olmuş və 1996-cı il 1 yanvar tarixinə kimi yalnız xəstə bacıları X14 həmin ünvanda yaşamış, digər övladlar isə ailə quraraq müxtəlif ünvanlarda məskunlaşmışlar. Onların ərizəsinə əlavə edilmiş İsmayıllı rayon Dövlət Arxivinin 05 dekabr 2024-cü il tarixli Arxiv Arayışından göründüyü kimi, İsmayıllı rayon Lahıc qəsəbə İƏD üzrə RİHB-in nümayəndəliyinin 75 nömrəli Arxiv Fondunda saxlanılan 1996–2000-ci illərin Ərəgit kəndi üzrə Təsərrüfatbaşına kitabında mərhum ailə başçısı X4 ailə tərkibi aşağıdakı kimi qeyd olunmuşdur: Ailə başçısı: X16, 1919-cu il təvəllüdlü; Qızı: X14, xx.xx.1961-ci il təvəllüdlü. Həmçinin X8nın xx.xx.1997-ci ildə vəfat etməsi də həmin sənədlərdə göstərilmişdir. Torpaq islahatı aparılan dövrdə torpaq payı almaq hüququ olan şəxslərin siyahısı hazırlanaraq müvafiq qurumlara və İsmayıllı rayon Aqrar İslahat Komissiyasına təqdim edilmişdir. Həmin siyahıda ailə üzvləri – X16, X36 və xəstə bacıları X3 adları göstərilmiş və müvafiq orqanlar tərəfindən təsdiqlənərək Aqrar İslahat Komissiyasına təqdim olunmuşdur. Aqrar İslahat Komissiyası həmin siyahı əsasında 16 aprel 1999-cu il tarixli 74 saylı Qərarla “X31” Qanunun tələblərinə uyğun olaraq ailə başçısı X16, həyat yoldaşı X36 və qızı X3 qanuni istifadəsində olan 0,06 hektar həyətyanı torpaq sahəsini onların mülkiyyətinə vermiş və bu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hazırlanıb təqdim edilməsini müvafiq dövlət qurumuna tapşırmışdır. Şəhadətnamələr hazırlanaraq verilmişdir. X8 04 dekabr 1997-ci ildə, ataları X16 isə 22 avqust 2009-cu ildə vəfat etmişdir. Mərhumların varisləri 2024-cü ilin avqust ayında ata və analarından qalmış miras əmlakının — İsmayıllı rayonunun Ərəgit kəndində yerləşən həyətyanı torpaq sahəsinin və həmin sahədə yerləşən fərdi yaşayış evinin vərəsəlik paylarının müəyyən edilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmişlər. Lakin vərəsələr arasında mübahisə olduğu üçün onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə iclasında isə onlara məlum olmuşdur ki, ata-analarının adına verilmiş JN-107C, kod 40703028 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə və onun əsasında tərtib edilmiş Reyestr nömrəsi **********81 və yeni Reyestr nömrəsi **********81-10301 olan Çıxarışlarda heç vaxt həmin evdə yaşamamış və islahat dövründə qeydiyyatda olmayan bacıları X5 və onun qızı X10 adları mülkiyyətçilər sırasında göstərilmişdir. Bacıları Dilarə islahatdan təxminən 20 il əvvəl ailə quraraq ər evinə köçmüş, övladı X19 da həmişə ata-anası ilə onların özlərinə məxsus olan evdə yaşamışdır. O, 1996-cı ildə atalarına məxsus təsərrüfatda qeydiyyatda olmamış və faktiki orada yaşamamışdır. Onun adının hüquqmüəyyənedici sənədlərdə mülkiyyətçi kimi yazılması texniki səhv hesab edilir və bu hal varislərin vərəsəlik paylarının azalmasına səbəb olmuşdur. Bu məqam onlar tərəfindən yalnız İsmayıllı Rayon Məhkəməsinə müraciətdən sonra, dekabr ayında keçirilən məhkəmə iclasında məlum edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Həşimov X12 rayonu, Ərəgit kəndində yerləşən 0.06 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-107C saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə, onun əsasında verilmiş xx.xx.2024- cü il tarixli ********** və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlarda düzəliş edilərək, mülkiyyətçilər siyahısında adı qeyd olunan Haşimova (Lahuti) Aynur Əlizad qızının adının mülkiyyətçilər sırasından çıxarılması ilə bağlı “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X46 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd edilmişdir ki, JN-107C saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə, onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli ********** və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlarda düzəliş edilərək, mülkiyyətçilər siyahısında adı qeyd olunan Haşimova (Lahuti) Aynur Əlizad qızının adının mülkiyyətçilər sırasından çıxarılması “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X46 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamışdır. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı tərəf iddia edir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 74 saylı qərarı ilə 0,06 ha torpaq sahəsinin ayrılması zamanı onun adı səhvən ailə üzvləri sırasında qeyd edilmiş, o, ümumiyyətlə heç vaxt İsmayıllı rayonu, Ərəgit kəndində yaşamamışdır. Belə ki, iddiaçının dedikləri həqiqəti əks etdirmir. O, 1978-ci ildə Bakıda doğulmuş olsa da, anası X17 ilə atası X20 1981-ci ildə ayrılmışlar, 1983-cü ildə isə rəsmi qaydada nikahları pozulmuşdur. Anası atasından ayrıldıqdan sonra, yəni 1981-ci ildə onu götürərək ata evinə qayıtmışdır. Belə ki, həmin vaxtdan babası X6 himayəsində olmuşdur. Buna görə də təsərrüfatbaşı katiblarda babasının ailə üzvləri sırasında onun da adı qeyd edilmişdir. O, orta məktəbin 1-8-ci siniflərini İsmayıllı rayonunun Ərəgit kəndində yerləşən Lahıc orta məktəbində bitirmişdir. Bundan sonra isə daimi olaraq kəndə gedib gəlmişdir. Yəni ki, iddiaçının qeyd etdiyi kimi onun adı hər hansı texniki səhv olaraq torpaq şəhadətnaməsində qeyd edilməmiş, babası torpaq islahatları zamanı ailə üzvlərinin siyahısını təqdim edərkən onun da adı həmin siyahıda olmuş, həmin siyahı əsasında şəhadətnamədə onun da adı qeyd edilmişdir. Həmçinin bir məsələni də məhkəmənin nəzərinə çatdırır ki, dayı olan iddiaçının qeyd etdiyi kimi olsa idi, babası (2009-cu ildə vəfat etmişdir) qeyd edilən halı mübahisələndirərdi. Məhkəmənin nəzərinə çatdırır ki, babası JN- 107C, kod 40703028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni mübahisələndirməmiş, həmin şəhadətnamənin verilməsindən məlumatı olmuşdur. Şəhadətnamənin verilməsindən isə artıq 20 ilə yaxın vaxt keçmişdir. Babasının ölümündən isə 15 ildən artıq vaxt keçmişdir. Babası ali təhsilli adam olmuş, uzun müddət həmin torpaq sahəsi üçün torpaq vergisi ödəmişdir, bu da onu göstərir ki, babasının onun adının da şəhadətnamədə qeyd edildiyindən məlumatı olmuşdur, səhv olsaydı istənilən vaxt adını həmin şəhadətnamədən çıxarardı. Hətta babası X16 vəfat etməmişdən əvvəl, daha dəqiq desək xx.xx.2008-ci il tarixdə xalası X3 adına vəsiyyətnamə qoymuşdur, həmin zaman da qeyd edilən şəhadətnaməni mübahisələndirmək üçün kifayət qədər vaxtı vardı. Babası özü bilərəkdən ailə üzvləri siyahısında onun da adını qeyd etdirmiş, onun şəhadətnamədə adının qeyd edilməyinə nail olmuşdur. Hesab edir ki, bu gün iddiaçının ümumiyyətlə həmin halı mübahisələndirməyə subyektiv hüququ belə yoxdur. Hətta babası nəinki mübahisələndirilən, digər torpaq şəhadətnamələrində də onun adını yazdırmışdır. Belə ki, onun yaşı az olduğundan sənəd məsələlərindən başı çıxmırdı. Bir məsələni də qeyd edir ki, hal-hazırda da İsmayıllı raronu, Ərəgit kəndində qeydiyyatdadır. Qeyd edilən halları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X46in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «şəhadətnamədə və çıxarışda düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddianı qəbul etmir, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) ayrı-ayrılıqda iddia ərizəsinin məzmunu ilə eyni izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 1 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “X31” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə 12. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.
Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilən “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamə: ...
2. Yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.
3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.
4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.
5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur.
III. MƏHKƏMƏNİN MÖVQEYİ
İddianın növü və mümkünlüyü. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İddianın əsaslılığı:
AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-107C, kod 40703028 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə və **********81 və yeni Reyestr nömrəsi **********81-10301 olan Çıxarışa əsasən mülkiyyətçilərdən Haşımova (Lahuti) Əliazad qızının adının mülkiyyətçilər siyahısından çıxarılması və həmin şəxs olmadan Çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, Haşımova (Lahuti) Əliazad qızının adının texniki səhv nəticəsində sözügedən Şəhadətnamədə və çıxarışda qeyd edilməsini bildirir. İddiaçı Haşımova (Lahuti) Əliazad qızının heç vaxt mərhumlardan miras qalmış əmlakda yaşamadığını, təsərrüfatda qeydiyyatda olmadığını qeyd edərək həmin şəxsin adının mülkiyyətçilər sırasına yalnışlıqla qeyd edildiyi təəssüratı yaratmağa çalışsa da, məhkəmə araşdırması nəticəsində Haşımova (Lahuti) Aynur Əliazad qızı aqrar islahat aparılan zaman torpaq sahəsi ayrılmış subyektlərdən biri olması müəyyən edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbə İƏD üzrə RİHB-in nümayəndəliyinin 75 №-li Arxiv fondunda saxlanan 1990-2000-ci illərin Ərəgit kəndi üzrə Təsərrüfatbaşına kitablarında mərhum X4 ailə başçısı olmaqla ailə tərkibi aşağıdakı kimi göstərilir: 1990- 1995-ci illərdə (Ailə başçısı: X16, (1919-cu il), arvadı: X37 (1929-cu il), qızı: X14 (xx.xx.1961), oğlu: X21 (xx.xx.1968), nəvəsi: X19 (xx.xx.1978), gəlini: X27 (xx.xx.1974), nəvəsi: X28 (xx.xx.1993). Qeyd: X24 adının üzərindən xətt çəkilərək xx.xx.1997-ci ildə ölməsi, X11, X22 və X23 adının üzərindən xətt çəkilərək 408N°-li təsərrüfata köçməsi qeyd olunub. X2 qaib olması barədə qeydiyyat olunmayıb. 1996-2000-ci illərdə -ailə başçısı: X16 (1919), qızı: X14 (xx.xx.1961). İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli (**********81) reyestr nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu Ərəgit kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X7 tam, torpaq sahəsi üzərində X29, X14 və X24 ümumibirgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İş materiallarında olan çıxarışın verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənəd olan JN-107C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, İsmayıllı rayonu Ərəgit kəndində İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 74 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi X18 və ailə üzvlərinin (X36, X14 və X25) ümumibirgə mülkiyyətə verilmişdir. İş materiallarında olan DƏDKR PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş, Şəhadətnamənin verilməsinə əsas olan İsmayıllı RAİK-in xx.xx.1999-cu il tarixli 74 saylı Qərarı ilə təsdiq edilmiş İsmayıllı rayonu Ərəgit kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından çıxarışda X18, X36, X14 və X15 adları qeyd edilmişdir. Göründüyü kimi Haşımova (Lahuti) Əliazad qızı adının sözügedən Şəhadətnaməyə daxil edilməsi hər hansı texniki səhv nəticəsində deyil, rayon aqrar islahat komissiyasının qərarı ilə ona müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur. Odur ki, o, hazırkı iddiaçılarla bərabər sözügedən torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir və onun adının həmin Şəhadətnamədə qeyd edilməsi texniki səhv olaraq qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyətçilərdən biri olan şəxsin adı nəzərə alınmadan həmin torpaq sahəsinə iddiaçıların adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur. Bu baxımdan da cavabdeh tərəfindən verilmiş imtina əsaslı olduğundan aşağıdakı normalara əsasən iddia rədd olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “X31” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. Məhz həmin siyahı tərtib edildikdən sonra, kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrinin ayrılmasını, torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanmasını həyata keçirmiş, hazırlanmış sənədləri vətəndaşlara təqdim etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə şəhadətnamə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X46in 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-107C kod 40703028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və reyestr nömrəsi **********81-10301 olan, xx.xx.2024cü il tarixli çıxarışda düzəliş edilərək Haşımova (Lahuti) Aynur Əliazad qızının adının mülkiyyətçilər siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X50 Əsədova.