Məhkəmə qərarları › İş №2-1(116)-1874/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1874/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1874/2023 23.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, hüquq və azadlıqları pozan və məhdudlaşdıran halların aradan götürülməsi və yerli Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli qərarına və Oğuz rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasının 30 may 2005-ci il tarixli 19 saylı qərarına əsasən X3 İslahat Komissiyasının 05 aprel 1999-cu il 02 saylı və 30 mart 2000-ci il tarixli 04 saylı qərarına əsasən əkin üçün ayrılmış 5.85 hektar torpaq sahəsinin naturada ayrılması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi : İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, hüquq və azadlıqları pozan və məhdudlaşdıran halların aradan götürülməsi və yerli Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli qərarına və Oğuz rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasının 30 may 2005-ci il tarixli 19 saylı qərarına əsasən X3 İslahat Komissiyasının 05 aprel 1999-cu il 02 saylı və 30 mart 2000-ci il tarixli 04 saylı qərarına əsasən əkin üçün ayrılmış 5.85 hektar torpaq sahəsinin naturada ayrılması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdrıması zamanı məlum olmuşdur ki,eyni tərəflər arasında eyni predmet üzrə və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə ki, Şəki İnzibati Məhkəməsinin 07 may 2019-cu il tarixli 2-1(84)-68/2019 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Oğuz rayonu Böyük Söyüdlü kəndində yerləşən 5,85 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddiası təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən 10 may 2023-cü il tarixli hüquqi yardım məktubu iddiaçılardan İddiaçı1 məxsus elektron kabinetə yerləşdirilərək izah olunmuşdur ki, Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2020ci il tarixli 2-1(116)-1020/2020 nömrəli qərarı ilə hazırkı iddia tələbi ilə eyni məzmunlu iddia ərizəsi təmin edilməmişdir. İddiaçı hüquq yardım məktubuna münasibət bildirməmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və əlavə edilən sənədlərdən müəyyən edilir ki,iddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi marağı 5.85 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.Həmin iddia tələbinə cavab verməli orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia tələbi ilə müraciət edilmiş,iddia tələbi təmin edilməmişdir.İddiaçıların ifadə formasını və cavabdeh inzibati orqanı fərqli təqdim etməsinə baxmayaraq nail olmaq istədiyi hüquqi nəticə eyni qalmaqdadır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını,nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla məhkəmə hesab edir ki,hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış,belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Yuxarıda qeyd olunanlardan göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, hüquq və azadlıqları pozan və məhdudlaşdıran halların aradan götürülməsi və yerli Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli qərarına və Oğuz rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasının 30 may 2005-ci il tarixli 19 saylı qərarına əsasən X3 İslahat Komissiyasının 05 aprel 1999-cu il 02 saylı və 30 mart 2000-ci il tarixli 04 saylı qərarına əsasən əkin üçün ayrılmış 5.85 hektar torpaq sahəsinin naturada ayrılması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar