Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-188/2023 20.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı2, üçünçü şəxs X12 ilə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989cu il tarixli 5 nömrəli iclas protokoluna qərarına əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin 0,10 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X5 0,10 ha həyətyanı torpaq sahəsi verildiyini və təsərrüfatında X3 və ailəsinin adının olmasını nəzərə alaraq, həmin torpaq sahəsinə onların adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınan və reyestrdən çıxarış verilən torpaq sahəsinin onlara ayrılan 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək “Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X5 0,10 ha həyətyanı torpaq sahəsi verilməsini və təsərrüfatında X3 və ailəsinin adının olmasını nəzərə alaraq, həmin torpaq sahəsinə onların adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınan və reyestrdən çıxarış verilən torpaq sahəsinin onlara ayrılan 0,10 ha torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1539/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1539/2022 nömrəli qərardadı ilə iş üzrə X22, X6, X15 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı, yenidən tələbini dəqiqləşdirərək “********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989cu il tarixli 5 nömrəli iclas protokoluna qərarına əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini və həmin 0,10 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 oktyabr 1989-cu il 5 nömrəli iclas protokolunun qərarı əsasən X5 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi xx.xx.1989- cu il tarixli Aktla aidiyyəti şəxslərin iştirakı ilə X5 tanıdılaraq verilmişdir. Ağdaş Rayon Dövlət Arxivindən verilən 16 12 2021-cı il tarixli 241 saylı Arxiv Arayışında da qeyd edilmişdir kı, Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Yuxarı Ağcayazı kəndinə aid olan 1996-1997-1998-1999-2000-ci illərin 08 №li təsərrüfatbaşına kitabının 562/439 №li təsərrüfatı X3 adına olmaqla təsərrüfatında X10 (ailə başçısı), X4 (h.yoldaşı), İddiaçı2 (oğlu)-nun olması və adına 0.10 ha torpaq sahəsinin olması göstərilmişdir. X10 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçılar Bakı şəhərində yaşamış, hər dəfə ailəsinə verilən torpaq barəsində mərhum X2 xəbər aldıqda o, torpaq sahəsinə qardaşı X12 ailəsi ilə birlikdə sənəd verildiyini və həmin torpaq sahəsinin Elxanın həyətyanı torpaq sahəsinə bitişik olduğunu bildirmişdir. İddiaçılar Ağdaş rayonuna gələrək torpaq sahəsi ilə maraqlananda məlum olmuşdur ki. Ailəsinə verilən torpaq sahəsinə mərhum əri Məhyəddin Abdullayevin qardaşı Elxan Abdullayevin və ailəsinin adına JN-151F KOD 90306038 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə" işlənmiş, lakin X10, İddiaçı1 və İddiaçı2 adları həmin şəhadətnaməyə işlənməmişdir. JN-151F KOD 90306038 saylı “Torpağın Mülkiyyətə Verilməsinə X24 rayonu Yuxarı Ağcayazı kənd sakini X12 və ailəsinin (X7, X15, X20) adları qeyd edilmiş, torpaq sahəsinin 0.68 hektar olması və 24 noyabr 1998-ci ildə Ağdaş Rayon AİK-nın 20 saylı qərarı əsasında verildiyi göstərilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi və ya həmin sənədin ləğv olunmasının 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid olmaması, hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında digər hüquqi və ya fiziki şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsinə dair ləğv edilmiş digər təşkilat tərəfindən verilmiş hüquqmüəyyənedici (hüquqi və ya texniki) sənədin cubyektlər siyahısına, hüquq sahibinin razılığı ilə notariat kontoru tərəfindən rəsmiləşdirilmiş müqaviləsi və ya məhkəmə qərarı olmadan əlavə edilməsinə mövcud qanunvericiliyin tələblərinə zidd olması ilə əsaslandırmışdır. Həmçinin qeyd etmişdir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur kı, İddiaçı1 istifadəsində olan torpaq sahəsi ləğv olunmuş DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər şəxsin mülkiyyətində olan daşınmaz əmlakın üzərinə düşür. Bu da Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil edir. Üçüncü şəxsin iddia tələbinə etirazında qeyd edilmişdir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə Ağdaş rayonunun Ağcayazı kəndində “məktəb aralığı” adlanan ərazidən onunla birlikdə bir neçə nəfər kənd sakininə qanuni istifadəsində olan həyətyanı torpaq sahələri mülkiyyətinə verilmişdir. Həmin ərazinin çox hissəsi isə islahata qədər həyətyanı torpaq sahəsi kimi vətəndaşlara verilmədiyindən İslahat Komissiyasının qərarı ilə bələdiyyənin balansına verilmişdir. Onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.68 hektar torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə və JN-151F, kod 90306038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onlara verildiyindən və həmin qərar və şəhadətnamə bu gün də qüvvədə olduğuna görə həmin 0.68 ha həyətyanı torpaq sahəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən haqlı və düzgün olaraq onun və digər ailə üzvlərinin mülkiyyət hüququ əsasənda adlarına qeydə alınmışdır və çıxarış verilmişdir. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 241 nömrəli məktubundan görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Yuxarı Ağcayazı kəndinə aid olan 1996-1997-1998-1999-2000-ci illərin 08 nömrəli təsərrüfatbaşına kitabının 562/439 nömrəli təsərrüfatı X8 adına olmaqla təsərrüfatında X13 (ailə başçısı), İddiaçı1 Əbdürəm qızı (həyat yoldaşı), İddiaçı2 Məhyədin oğlunun (oğlu) olması və adına 0.10 ha torpaq sahəsinin olması göstərilmişdir. - JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə X16 3 nəfər ailə üzvü ilə birlikdə 0.68 ha torpaq sahəsi verilmişdir. - AZ-İİ 217593 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. - Ağdaş rayon Dəhnəxəlil bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 90 nömrəli məktubundan görünür ki, Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X5 verilmiş 0,10 ha torpaq sahəsi barədə Ağdaş rayon Dəhnəxəlil bələdiyyəsində rəsmi olaraq heç bir məlumat yoxdur. Ərazi üzrə Torpaq İslahat Komissiyasının 1998-ci ilə aid qərarı ilə Ağdaş rayonu Yuxarı Ağcayazı kəndində vətəndaşlara verilmiş həyətyanı və pay torpaq sahəsinin siyahısında X3 adı qeydiyyata alınmamışdır. X12 və ailə üzvlərinin adına olan JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,68 ha torpaq sahəsi yalnız vətəndaşın özünə və ailə üzvlərinə məxsusdur. Bələdiyyənin arxivində olan baş plana əsasən sözü gedən 0,10 ha torpaq sahəsi vətəndaşın 0,68 ha torpaq sahəsi ilə üstüstə düşmür. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********30 nömrəli məktubundan görünür ki, Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyeklərin siyahısında X4, İddiaçı2 və X3 adları aşkar edilməmişdir. - Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarından görünür ki,
1. A.Heydərov adına Bircə Kəndli təsərrüfatının yerli aqrar islahat komissiyasının kənddə torpaq islahatı və püşkatma nəticələrinin təsdiq edilməsi barədə xx.xx.1998-ci il tarixli 02 saylı iclas protokolu nəzərə alınmış,
2. A.Heydərov adına Bircə Kəndli təsərrüfatında xx.xx.1998-ci il tarixdə Yuxarı Ağcayazı kəndində yeni yaradılmış 52, Aşağı Ağcayazı kəndində 35 təsərrüfat qrumu arasında aparılan püşkatmanın nəticələri, torpaq islahatı barədə hazırlanmış kompleks yerquruluşu layihələri və torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilmiş,
3. A.Heydərov adına Bircə Kəndli təsərrüfatında hazırlanmış kompleks yerquruluşu sənədlərinin müəyyən olunmuş qaydada torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilməsi üçün Respublika Dövlət Torpaq Komitəsinə göndərilməsini təmin etmək rayon Torpaq şöbəsinə tapşırılmış,
4. Qərarın icrasına nəzarət Aqrar İslahat Komissiyasının sədr müavini, rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi A.Səlimova tapşırılmışdır. - xx.xx.2001-ci il tarixli Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X12 adının qarşısında (4 nəfər ailə üzvü ilə birlikdə) 0,10 ha qeyd edilmişdir. - Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 138 nömrəli məktubundan görünür ki, nümayəndəlikdə olan təsərrüfatbaşına kitablarda X10 və onun ailəsinə aid heç bir məlumat yoxdur. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 127 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Yuxarı Ağcayazı kəndinə aid olan 1991-1992-1993-1995-ci illərin 02 nömrəli təsərrüfatbaşına kitabının 119 nömrəli təsərrüfatı X8 adına olmaqla təsərrüfatında X13 (ailə başçısı), İddiaçı1 Əbdürəm qızı (həyat yoldaşı), X9 (qızı), İddiaçı2 Məhyədin oğlunun (oğlu) olması və adına 0.10 ha torpaq sahəsinin olması göstərilmişdir. - Bakı şəhəri 26 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 243 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş xx.xx.1964-cü il təvəllüdlü X3 əmlakına dair Bakı şəhəri 26 saylı notariat ofisində vərəsəlik işi açılmış və onun vərəsəsi, İddiaçı1 müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 və o miras əmlakdan tam hissədə pay almalıdır. - xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışdan görünür ki, Ağdaş rayonu Yuxarı Ağcayazı kəndində yerləşən 0,6765 ha torpaq sahəsində yerləşən 278,4 kv.m fərdi yaşayış evi X12 tam , torpaq sahəsi isə X22, X6, X15 və X11 ümumibirgə mülkiyyətindədir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 iddia etdikləri 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin 0,10 ha torpaq sahəsi **********27-10301 reyestr nömrəli çıxarış əsasında X12 mülkiyyətinə verilmiş 0,6765 ha torpaq sahəsi ilə tam hissədə üst-üstə düşür.
Əsaslandırma hissəsi : Tərəflər hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin hazırlıq iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş materiallarından görünür ki, iddiaçılar, Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokoluna qərarına əsasən verildiyini iddia etdikləri 0,10 ha torpaq sahəsinin ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilmiş 0.6765 ha torpaq sahəsinin hüdudları daxilində olduğunu bildirir və buna görə də sözügedən çıxarışın üst-üstə düşən 0,10 ha hissədə ləğvini tələb edirlər. Müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmişdir. Odur ki, iddiaçılar həmin çıxarışın ləğvi ilə bağlı arzuladıqları nəticə nail olmaq üçün ilk növbədə JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin üst-üstə düşdüklərini iddia etdikləri 0,10 ha hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət etməli, həmin tələb üzrə şəhadətnamənin 0,10 ha hissədə ləğvinə nail olduqdan sonra isə hazırkı tələbdə qeyd edilmiş çıxarışın ləğvini tələb etməlidirlər. Müraciətləri təmin olunmadıqda və ya cavabsız saxlanıqda isə müvafiq tələblə iddia qaldırmalıdırlar. İddia tələbinin ikinci hissəsi, yəni 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı tələb isə ilkin tələbdən asılı tələb olduğundan, yuxarıda qeyd edilmiş Şəhadətnamə və onun əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış 0,10 ha hissədə ləğv edilmədən həmin torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ qeydə alına bilməz. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə hazırlıq iclasında iddiaçıya (digər iddiaçının nümayəndəsi) izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989cu il tarixli 5 nömrəli iclas protokoluna qərarına əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin 0,10 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.