Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1883/2022 16.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi elektrik mantyoru, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbə rəisi vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi elektrik mantyoru, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1961-ci ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildə “Lenin” adına Neftqazçıxarma idarəsində başlamışdır. Bu idarədə əmək fəaliyyətinə başlayana qədər Bakıda 71 saylı peşə məktəbində peşə təhsili almışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1982- ci il tarixədək keçmiş sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci ildə “Lenin” adına neftqazçıxarma idarəsində prokat remont sexinə 3-cü qrup elektrik montyoru kimi işə qəbul olunmuş və xx.xx.1984-cü ildə ali məktəbə qəbul olunduğuna görə öz ərizəsi ilə işdən azad olunmuşdur. 1983-cü ildə 4-cü dərəcəli elektrik montyoru verilmişdir. xx.xx.1984-cü ildə Lenin rayonu işıqlanma idarəsinə 3-cü dərəcəli elektrik montyoru kimi işə qəbul olunmuş və xx.xx.1989-cu ildə öx ərizəsi ilə işdən azad olunmuşdur. 1984-1989-cu ildə Azərbaycan neft və kimya institutunda elektrik mühəndisi ixtisası üzrə təhsil almışdır. xx.xx.1989-cu ildə 2 saylı Aqrar tikinti quraşdırma trestinin 5 saylı səyyar mexaniki dəstəsinə 3-cü dərəcəli elektrik montyoru kimi işə qəbul olunmuşdur. xx.xx.1991-ci ildə 6-cı dərəcəli elektrik quraşdrıcısı iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.1993-cü ildə Mingəçevir şəhər elektrik şəbəkənin məktubuna əsasən işdən azad olunmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Mingəçevir elektrik şəbəkəsində işləmişdir. xx.xx.1997-ci ildə Azərbaycan DRES elektrik sexinə 5-ci qrup elektrik stansiyasının elektrik avadanlıqlarının xidmət edən elektrik montyoru vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1997-ci il tarixə elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində 6-cı qrup verilmişdir. xx.xx.2001-ci ildə isə elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində 7-ci qrup verilmişdir. xx.xx.2011-ci il tarixdə elektrik sexinin əməliyyat heyətində növbə rəisi vəzifəsinə keçirilmiş və xx.xx.2021-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC "Qarabağ REŞ MMC”nin “Füzuli” yarım-stansiyasına rəis vəzifəsinə təyin edilmiş və hal-hazırda da həmin vəzifədə işləyir. İddia ərizəsinə əlavə etdiyi işin xarakteri haqqında arayışda da qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011ci il tarixdən xx.xx.2001-ci il tarixədək zərərİi sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli sahə gərginliyi, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın temperaturu, əməyin ağırlığı, əsəb, emosional və intellektual gərginlik olması faktorları mövcud olan şəraitdə işləmişdir. İş şəraiti ağır və zərərli olduğuna görə xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il larixadak 12%, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya aylıq məvacibinin 8% məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq məzuniyyət günü əlavə edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X3 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) fəhlələr yarımbəndində (a) qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik montyorları peşəsi, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC "xxxx" MMC-nin iddiaçıya dair 28 mart 2022-ci il tarixli 07-27 nömrəli arayışında xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Elektrik sexində elektrik montyoru, xx.xx.2001-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində növbətçi elektrik montyoru və xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində növbə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi Elektrik sexi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş qazanxana, turbin (buxar-qaz turbini), turbin tozhazırlama və yanacaqötürmə sexlərinə və qazanxana turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bundan başqa işlədiyi növbətçi elektrik montyoru vəzifəsi yuxarıda qeyd olunan qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********5 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 60 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" ASC "xxxx" MMC-nin 28 mart 2022-ci il tarixli 07-27 nömrəli arayışında iddiaçı S.Həsənovun xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Elektrik sexində elektrik montyoru, xx.xx.2001-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində növbətçi elektrik montyoru və xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində növbə rəisi vəzifələrində işlədiyi, həmçinin həmin vəzifənin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı adlanan 24-cü bölməsinin a) bəndində nəzərdə tutulmuş qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilinqərlər, elektrik montyorları yarımbəndinə əsasən güzəştli sayıldığı göstərilmişdir. 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.20- ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləsdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili ərizə təqdim edərək “xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi elektrik mantyoru, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan:
1. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1961-ci ildə anadan olmuş iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur.
2. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 07-06 nömrəli “İşin xarakteri haqqında” arayışda qeyd olunur ki, iddiaçı xx.xx.1997-ci il tarixdə Azərbaycan Dövlət Rayon X2 sexinə Əməliyyat heyətinə (öyrənən) V-qrup elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru vəzifəsinə (Mingəçevir şəhər elektrik şəbəkəsindən köçürmə yolu ilə) işə qəbul edilmişdir (Əmr 36, xx.xx.1997). xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin sexdə Əməliyyat heyətində (Vl-qrup) növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. (Əmr 75/k, xx.xx.1997) xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək həmin sexdə Əməliyyat heyətində (Vll-qrup) növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. (Əmr 368/K, xx.xx.2001) xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Elektrik sexinin Əməliyyat heyətində növbə rəisi vəzifəsində işləmişdir. (Əmr277/Ş, 09.12 2011) xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. (Əmr 267/Ş, xx.xx.2021) İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011-cı il tarixdən xx.xx.2001-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın temperaturu, CO-2 karbon qazı, əməyin ağırlığı, yeknəsəkliyi, (monotonluğu) əsəb, emosional və intellektual gərginlik olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 12% və xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 08% miqdarında aylıq məvacibinin 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Azərenerji” ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru vəzifəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu ******* a-18455 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Həmin vəzifədə iş stajı 14 il, 10 ay 05 gündür.
3. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyası” MMC tərəfindən verilmiş Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda işlədiyi vəzifə üzrə iddiaçının sosial sığorta stajı 14 il 10 ay 5 gün qeyd olunmuş, vəzifə kodu xx.xx.2007-ci il tarixli AR NK Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bəndinin a yarımbəndinə uyğun olaraq qeyd edilmişdir (2140000a-18455 kodu əlavə olaraq arayışa yazılmışdır).
4. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 07-78 nömrəli “istehsalat fəaliyyəti haqqında” arayışında qeyd olunur ki, İddiaçı (təvəllüdü xx.xx.1961-ci il) "xxxx" MMC-nin Elektrik sexində aşağıdakı sahə və vəzifələrdə işləmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək bloklarda (bloklar Qazan-Turbin sexində yerləşir) Əməliyyat heyətində V qrup elektrik montyoru vəzifəsində işləmişdir. V qrup elektrik montyoru kimi Qazan-Turbin sexinin, Kimya sexinin, Yanacaq-Nəqliyyat sexinin 0,4 kV elektrik avadanlıqlarının istismarı, təmiri, sınağı, ölçmə işlərini yerinə yetirmişdir. Göstərilən elektrik avadanlıqları uyğun sexlərin daxilində yerləşir. xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X7 330/500 kV-da Vİ qrup növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək X7 330/500 kV-da Vİİ qrup növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. Vİ, Vİİ qrup elektrik montyoru kimi X7 330/500 kV-da bütün elektrik avadanlıqlarının istismarı, təmiri, sınağı, ölçmə işlərini yerinə yetirmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Elektrik sexinin, Əməliyyat heyətində növbə rəisi vəzifəsində işləmişdir. Elektrik sexinin, Əməliyyat heyətinin növbə rəisi kimi elektrik stansiyasının 0,22/0,4/6/20/35/330/500 kV elektrik avadanlıqlarının istismarı, təmiri, sınağı, ölçmə işlərini yerinə yetirmişdir. Göstərilən gərginlikli elektrik avadanlıqları Qazan-Turbin sexində, Kimya sexində, Yanacaq-Nəqliyyat sexində, X4 X7 330/500 kV-da yerləşir. Zərərli iş şəraitində işlədiyinə görə İddiaçı işlədiyi illər ərzində xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək elektrik montyoru kimi aylıq məvacibinin 12% miqdarında, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbə rəisi kimi 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü əlavə məzuniyyət günü verilmişdir.
5. SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 16 nömrəli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
6. 043668 nömrəli diplomun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək “M.Əzizbəyov” adına neft və kimya institutunda təhsil almışdır.
7. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək “Lenin” adına neftqazçıxarma idarəsində prokat remont sexinə 3-cü qrup elektrik montyoru (xx.xx.1983-cü ildə 4-cü dərəcə verilmişdir); xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək Lenin rayonu işıqlanma idarəsində 3-cü dərəcəli elektrik montyoru; xx.xx.1989-cu ildən ildə 2 saylı Aqrar tikinti quraşdırma trestinin 5 saylı səyyar mexaniki dəstəsinə 3-cü dərəcəli elektrik montyoru kimi işə qəbul olunmuşdur. xx.xx.1991ci ildə 6-cı dərəcəli elektrik quraşdrıcısı iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.1993-cü ildə Mingəçevir şəhər elektrik şəbəkənin 115/17 nömrəli məktubuna əsasən köçürmə yolu ilə işdən azad olunmuşdur; xx.xx.1993-cü ildən Azərbaycan DRESS sahəsinə köçürmə yolu ilə növbətçi dispetçer işinə qəbul edilmişdir; xx.xx.1993-cü ildə 110/35/6 kV-luq şəhər yarımstansiyasına növbətçi dispetçer təyin edilmişdir; xx.xx.1997-ci ildə Azərbaycan DRES-ə köçürmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1997-ci ildən xx.xx.1997-ci il tarixədək bloklarda (bloklar Qazan-Turbin sexində yerləşir) Əməliyyat heyətində V qrup elektrik montyoru vəzifəsində; xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X7 330/500 kV-da Vİ qrup növbətçi elektrik montyoru vəzifəsində; xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək həmin sexdə Əməliyyat heyətində (Vll-qrup) növbətçi elektrik montyoru vəzifəsində; xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Elektrik sexinin Əməliyyat heyətində növbə rəisi vəzifəsində işləmişdir; xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci ildən hazl-hazıradək "xxxx" MMC-nin 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasında rəis vəzifəsində işləyir. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun iddiaçının müraciət etdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən minimum məbləği qeydə alınmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. Normanın tələbindən də göründüyü kimi, xx.xx.1961-ci il təvəllüdlü iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin tələb olan 60 yaşı tamam olduqdan sonra cavabdehə müraciət etmiş, artıq xx.xx.2022-ci il tarixdə onun müraciətinə güzətşi iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru vəzifəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu ******* a-18455 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Həmin vəzifədə iş stajı 14 il 10 ay 05 gün təşkil edir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə (xx.xx.2021-ci il tarixdən) sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək elektrik mantyoru, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbə rəisi vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə.