Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1887/2024 22.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi cavabdehin nümayəndəsi X6, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz şəhəri ərazisində olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon Şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli, A № 044832 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.06 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində mərhum X5nun adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair onun adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz şəhəri ərazisində olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon Şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli, A № 044832 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.06 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində mərhum X5nun adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair onun adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1887/2024 nömrəli qərardadı ilə Oğuz Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 05 iyun 2002-ci il tarixdə Oğuz rayon VVADQ Şöbəsində rəsmi nikah qeyd etdirməklə X8 ərə getmişdir. X5 23 oktyabr 2022-ci il tarixdə ölmüşdür. İddiaçı onun qanun üzrə birinci növbədə vərəsəsidir. X4 19 noyabr 2007ci il tarixdə rəsmi ərizə ilə Oğuz rayon Oğuz bələdiyyəsinə müraciət edərək bələdiyyə mülkiyyətinə aid ərazidən ona ev tikmək üçün 0.06 hektar həyətyanı torpaq sahəsi satılmasını xahiş elmişdir. Həmin ərizə nəzərə alınmaqla Oğuz rayon Oğuz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı iclasının qərarı ilə X8 0.06 hektar həyətyanı torpaq sahəsi satılmışdır. X13 torpaq sahəsinin dəyəri olan 260 manat pulu Oğuz rayon Oğuz bələdiyyəsinin hesabına ödəmişdir. 21 may 2008-ci il tarixdə X7 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəriləçəkmə Komitəsi Oğuz rayon Şöbəsinin müdiri X14 və Oğuz Rayon Oğuz Bələdiyyəsinin sədri X11 iştirakı ilə torpaqların alqı-satqısına dair akt tərtib edilərək təsdiq edilmiş. 0.06 hektar həyətyanı torpaq sahəsi yerində ölçülərək X8 təhvil verilmişdir. Akt 923 nömrə ilə qeydiyyata alınmışdır. Həmin vaxtdan 0.06 hektar həyətyanı torpaq sahəsi faktiki olaraq X7, onun ölümündən sonra isə iddiaçının istifadəsindədir. Bu yaxınlarda iddiaçı cavabdehə müraciət edərək həmin torpaq sahəsinə Dövləl reyestrindən çıxarışın verilməsini xahiş elmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi müraciətinə imtina məktubu vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, Oğuz X1 0.06 ha həyətyanı həyətyanı torpaq sahəsinin ayrılmasına dair 11 saylı qərarı 31.1 1.2007-ci il tarixli olsada, "Torpaqların alqı-satqısına dair akt” 21,05.2008-ci il tarixdə tərtib edilmişdir. "Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il. 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun. Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il, 466- say lı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamdan irəli gələn tələblərə cavab vermir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZ-İİ 378261 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
3. Oğuz rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 100 nömrəli məktubundan görünür ki, X7 vərəsəsi İddiaçıdır.
4. Oğuz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, X7 mülkiyyətinə 0.06 ha torpaq sahəsi ayrılmışdır.
5. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Oğuz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı iclas protokolunun çıxarış qərarı ilə iddiaçıya Oğuz Bələdiyyəsi ərazisindən 0.06 ha torpaq sahəsi ayrılmış, X13 360 manat bələdiyyənin hesabına ödəmişdir.
6. xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Oğuz Bələdiyyəsinin hesabına 260 AZN ödəniş edilmişdir.
7. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin xx.xx.2007-cı il tarixli, məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
8. A seriyalı 044832 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Oğuz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə X8 həyətyanı məqsədi ilə 600 kv.m torpaq sahəsi ayrılmış, X17 kitabında xx.xx.2008-ci il tarixli 585 nömrə ilə uçota alınmışdır.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-4777/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İddiaçı iddia tələbini “Oğuz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə X8 ayrılmış 0,06 ha torpaq sahəsinin X4nun adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə etsə də qanuna əsasən ölmüş şəxsin mülkiyyət hüququnun qeydə alınması anlayışı mövcud deyildir.Məhkəmə iddiaçının hüquqi marağını və prosessual qənaət prinsipini nəzərə alaraq iddia tələbini həmin torpaq sahəsinin hüquq subyektinə məxsus olması kimi qiymətləndirir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Oğuz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə X7 şəxsi mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahələri onun oğlunun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin i X2 barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. Torpağın dəyəri xx.xx.2008-ci il tarixli qəbzə əsasən Oğuz Bələdiyyəsinin hesabına ödənilmişdir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – alqı-satqı aktının xx.xx.2008-ci ildə tərtib edilməsi ilə bağlıdır.Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki,Oğuz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə X8 Oğuz bələdiyyəsi ərazisindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerləşmə vəziyyətinə dair 044832 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-4777/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Oğuz Bələdiyyəsinin 30 Noyabr 2007-ci il tarixli 11 saylı iclasının qərarı ilə X3, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, A N°044832 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən 0,06 hektar torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Oğuz şəhər inzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası örüş olmaqla Oğuz Bələdiyyəsinin mülkiyyətindən ayrılmışdır. Sözügedən torpaq sahəsi X10 X12 (TEKUİS) əsasən Oğuz rayonu Oğuz şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları , uqodiyası tikinti altında olan torpaqlar, bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı faktiki istifadəsində olan 0,1252 hektar torpaq sahəsi ilə mərhum X5na ayrılmış 0,06 hektar torpaq sahəsi üst-üstə düşür. İddiaçı faktiki istifadə olunan 0,1252 hektar torpaq sahəsinin 0,06 hektar hissəsi mərhum X5nun adına tərtib edilmiş AN°044832 saylı “Torpaq sahəsinin plan və ölçüsü" sənədinə, 0,06 hektar hissəsi İddiaçı adına tərtib edilmiş A N°044831 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə və 0,0052 hektar hissəsi isə Oğuz rayonu Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Oğuz şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası örüş olmaqla Oğuz Bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçı faktiki istifadəsində olan 0,1252 hektar torpaq sahəsi X10 X12 (TEKUİS) əsasən Oğuz rayonu Oğuz şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, bələdiyyə mülkiyyəti göstərilmişdir. İddia olunan torpaq sahəsinə dair məlumatlar qoyulan suallarda cavabandırılmışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 21 iyun 2023-cü il tarixli 202 nömrəli (2 nömrəli əlavə) “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı iclasının qərarı ilə X8 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin X4na məxsus olmasına dair elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə