Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-189/2021 04.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1 və Abakova (Xaşayeva) Həpsət Seyfulla qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X19rşı (üçüncü şəxslər: X31, X14) “JN seriyalı 1117F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək, X14 və X20 adlarının həmin şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1 və Abakova (Xaşayeva) Həpsət Seyfulla qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X19rşı (üçüncü şəxslər: X31, X14) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonunda xx.xx.1996-cı il tarixdə aqrar islahat zamanı texniki səhv olaraq yazılmış onun və bacısı X6 mülkiyyətində olan torpaq sahəsindən X14 və X20 adının çıxarılaraq yenidən adlarına mülkiyyət hüququna dair sənəd verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, JN-1117F, KOD 40206018 saylı, xx xxx 2006cı il tarixli “Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə”də Zaqatala rayonu X18 xx.xx.1996-cı il tarixli 23 nömrəli qərarına əsasən 0.36 ha həyətyanı torpaq sahəsi İddiaçı1, X15, X14 və X20 mülkiyyətinə verilmişdir. Lakin iddiaçılar bildirir ki, 1996-cı il tarixdə rayonda aqrar islahat aparılan zaman iş üzrə üçüncü şəxslər təsərrüfatda qeydiyyatda olmamışdır. Beləki, iddiaçıların anası 1988-ci ildə vəfat etmiş, atası isə ikinci dəfə ailə qurmuş və başqa təsərrüfatda yaşamışdır. Üçüncü şəxslər İddiaçı1 həyat yoldaşı və oğludur. İddiaçı1 ilə üçüncü şəxs X14 arasında nikah xx.xx.1997-ci il tarixdə bağlanmış və bu nikahdan xx.xx.1998-ci il tarixdə X31 dünyaya gəlmişdir. Sözügedən nikah müqaviləsi xx.xx.2009-cu il tarixdə pozulmuşdur. Göründüyü kimi 1996-cı ildə rayonda islahat aparılan zaman üçüncü şəxslər həmin təsərrüfatda qeydiyyatda olmamışdır. İddiaçı üçüncü şəxslərin adının şəhadətnamədən çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı1 (həmçinin digər iddiaçı Abakova (Xaşayeva) Həpsət Seyfulla qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsidir) məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbində dəqiqləşmə aparmış və JN seriyalı 1117F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək, X14 və X20 adlarının həmin şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçı1 özünə və ailə üzvlərinin mülkiyyətinə AİK-nın qərarı ilə verilmiş torpaq sahələrinə dair sənədlərdə X7 və X20 adının çıxarılmasına köməklik göstərilməsi məqsədi ilə 18 saylı X26 ərizə ilə müraciət etmişdir. Qeyd olunan məsələnin həlli ərazi idarəsinin sələhiyyətləri daxilində olmadığından ərizənin icrası mümkün olmamışdır. İddia ərizəsi ilə bağlı məlumat üçün bildirilir ki, 18 saylı X22 arxiv fonduna əsasən X7 ümumibirgə mülkiyyətinə AİK-nın xx.xx.1996-cı il tarixli, 23 saylı qərarı ilə Zaqatala rayonu, Danaçı kəndində yerləşən İddiaçı1 təsərrüfatında (subyektlərin sayı-4 nəfər) 0.36 ha həyətyanı torpaq sahəsi, AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 1799 kv.m və 4801 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmiş və Ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən müvafiq olaraq JN-1117F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”, A №154769, A №154770 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Bundan başqa X5 ümumibirgə mülkiyyətinə AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı ilə Zaqatala rayonu, Höytala kəndində yerləşən X1 təsərrüfatında (subyektlərin sayı - 7 nəfər) 0.98 ha həyətyanı torpaq sahəsi, AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 2493 kv.m və 15592 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmiş və Ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən müvafiq olaraq JN-156F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”, A №442646, A №442647 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-1117F KOD 40206018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayonu X18 xx.xx.1996-cı il tarixli 23 nömrəli qərarına əsasən 0.36 ha həyətyanı torpaq sahəsi İddiaçı1, X15, X14 və X20 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Zaqatala Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/Q-707/69 nömrəli sənədindən görünür ki, İddiaçı1 ilə X2 nikahı haqqında xx.xx.1997-ci il tarixdə 51 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xaşayev, arvada Xaşayeva soyadı verilmişdir. Şöbənin verdiyi xx.xx.2020-ci il tarixli 05/Q-682/69 nömrəli sənədə əsasən müəyyən edilir ki, birgə nikahlarından xx.xx.1998-ci il tarixdə X31 anadan olmuşdur. Nikah müqaviləsi xx.xx.2009-cu il tarixdə 30 nömrəli akt qeydi ilə pozulmuşdur. İş materiallarında olan JN-156F KOD 40212048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayonu AİK-nın xx.xx.2004-cü il tarixli 113 saylı qərarı ilə 0.98 ha həyətyanı torpaq sahəsi X3, X9, X10, X11, X16, X17 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********17 nömrəli məktubuna əlavə edilərək, verilən sorğu əsasında məhkəməyə Xidmət tərəfindən işin araşdırılması üçün zəruri sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. Həmin sənədlərdən Zaqatala rayonunun Danaçı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəldə iddiaçılardan başqa hazırkı iş üzrə üçüncü şəxslərin də adları qeyd edilərək təsərrüfatda 4 nəfərin qeydiyyatda olduğu yazılmışdır. Məktuba əlavə edilmiş “Zaqatala rayonu, Danaçı kəndi, keçmiş “K.Marks” adına kolxozun ərazisində torpaq islahatı işləri aparılarkən yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının dürüstləşdirilməsinə dair tərtib olunmuş yekun Cədvəl”də sözügedən təsərrüfatda subyekt sayının 2 (iki) olduğu qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi rayonda aqrar islahat aparılan zaman hazırkı iş üzrə üçüncü şəxslər həmin təsərrüfatda qeydiyyatda olmamış və həmin təsərrüfatla heç bir hüquqi bağlılıqları mövcud olmamışdır. Həmçinin iş materiallarında olan JN-156F KOD 40212048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən də göründüyü kimi üçüncü şəxs X12 həyətyanı torpaq sahəsi vardır. Eyni şəxsin müxtəlif ərazilərdə qanuni istifadəsində həyətyanı sahəsinin olması istisna olunur. İddiaçı1 ilə X8 xx.xx.1997-ci il tarixdə nikaha girmiş, birgə nikahlarından xx.xx.1998-ci il tarixdə X31 anadan olmuşdur. Göründüyü kimi iddiaçı ilə 3-cü şəxs xx.xx.1996-cı ldən sonra ailə qurmuşdur. Həmin tarixə qədər 3-cü şəxs iddiaçının qanuni istifadəsində olan həyətyanı sahədə təsərrüfat aparmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə JN seriyalı 1117F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək, X14 və X20 adlarının həmin şəhadətnamədən çıxarılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X22 üzərinə JN seriyalı 1117F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək, X14 və X20 adlarının həmin şəhadətnamədən çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-189/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-189/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver