Məhkəmə qərarları › İş №2-1(116)-1890/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1890/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1890/2022 20.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 01 sentyabr 2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ailə başçısını itirməyə görə 01 sentyabr 2020-ci il tarixdən pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Oğuz rayon Kərimli kənd sakini X11 ilə ailə həyatı qurmuşdur. Onun əri X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Əvvəllər, iddiaçının əri vəfat etdikdən sonra qaynatası onlara həmişə yardım etmişdir. Lakin xx.xx.2020-ci il tarixdə iddiaçının qaynX2 da vəfat etmişdir. İddiaçı qeyd edir ki, o, üçüncü dərəcəli əlilliyə görə 120 (bir yüz iyirmi) manat müavinət alır. Həmin müavinətlə o, iki azyaşlı uşağına baxa bilmir. Mərhum əri sağlığında 150 (bir yüz əlli) manat müavinət, mərhum qaynatası isə 233,20 (iki yüz otuz üç manat 20 qəpik) manat pensiya alırdı. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2007-ci il tarixdən İİİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Sözügedən Qanunun 14.1.2-ci maddəsinə əsasən atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən hazırda pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. İddiaçının müraciətinə əsasən bildirilmişdir ki, qanunla tələb olunan pensiya yaş həddinə (62 yaş 6 ay) çatmadığı və X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən İ və ya İİ dərəcə aktiv əlilliyi olmadığı üçün iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina məktubunda əlavə olaraq bildirilmişdir ki, ‘‘Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarının 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının övladları X10 və X9 xx.xx.2020-cı il tarixindən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 100 manata çatdırılmışdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********9 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, idddiaçı İddiaçı ailə başçısını itirməyə görə pensiyasının təyin edilməsi barədə müraciətinə Filialın 11 may 2022-ci il tarixli **********6 nömrəli mtina məktubu ilə aşağıda qeyd edilənlər əsas göstərilməklə imtina edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2007-ci il tarixdən İİİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Sözügedən Qanunun 14.1.2-ci maddəsinə əsasən atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən hazırda pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. İddiaçı qanunla tələb olunan pensiya yaş həddinə (62 yaş 6 ay) çatmadığı və X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən İ və ya İİ dərəcə aktiv əlilliyi olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarının 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının övladları X10 və X9 23.08 2020-cı il tarixdən ailə başçısını tirməyə görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 100 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə jzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Qanunvericiliyin tələbindən göründüyü kimi iddiaçı hazırda pensiya yaşına çatmadığı və İ və ya İİ dərəcə aktiv əlilliyi olmadığı üçün onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Həmçinin iddiaçı qaynatasının vəfat etdiyini bildirməklə mərhum qaynatasına ödənilən pensiya məbləğinin ona ailə başçısını itirməyə görə əmək pensiyası qismində ödənilməli olduğunu iddia edir. Buna münasibətdə qeyd edilir ki, İddiaçı mərhum qaynatasının himayəsində olması barədə heç bir sübut təqdim etməmiş və bununla da qaynX2na münasibətdə ailə başçısını itirmiş şəxs statusuna malik olmamışdır. Bundan əlavə bildirilir ki, iddiaçının iddia tələbi tam aydın deyildir o, iddia ərizəsinin məzmununda ailə başçısını itirməyə görə həm sosial müavinətin, həm də əmək pensiyasının ona təyin edilərək ödənilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Göründüyü kimi İddiaçı ailə başçısı itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün hüququ yoxdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlə hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkili yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gəti çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Filial etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: Oğuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 258/2 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 67/12 nömrəli arayışdan görünür ki, X11 ilə X16 arasında nikah haqqında xx.xx.2013-cü il tarixdə 11 nömrəli akt qeydi tərtib olunmuşdur. Vüsalə Şirinova “Ustakişiyeva” soyadını qəbul etmişdir. Arayışda qeyd olunur ki, Orxan Ustakişiyev xx.xx.2020-ci ildə vəfat etmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 258/2 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 68/12 nömrəli arayışdan görünür ki, X11 xx.xx.1990-cı ildə Oğuz rayonun anadan olmuşdur. X2, anası X3r. Oğuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 258/2 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 69/12 nömrəli arayışdan görünür ki, X11 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Oğuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 258/2 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 70/12 nömrəli arayışdan görünür ki, X14 xx.xx.2014cü ildə Oğuz rayonunda anadan olmuşdur. X4, anası İddiaçıdır. Oğuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 258/2 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 71/12 nömrəli arayışdan görünür ki, X12 xx.xx.2018-ci ildə Oğuz rayonunda anadan olmuşdur. X4, anası İddiaçıdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Fondun 1 saylı Şəki-Zaqatala regional ərazi filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli arayışında qeyd olunur ki, X11 xx.xx.2020-ci il tarixə kimi filialdan birinci dərəcə əlilliyə görə ayda 150 manat müavinət almışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Fondun 1 saylı Şəki-Zaqatala regional ərazi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli arayışında qeyd olunur ki, İddiaçı üçüncü dərəcəli əlilliyə görə ayda 120 manat müavinət alır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Oğuz RİH başçısının Kərimli kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 177 nömrəli arayışında qeyd olunur ki, X11 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun ailə üzvləri arvadı İddiaçı, oğlu X14 və oğlu X6 ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi iş materiallarına əlavə edilmiş sənədlər aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı şəkildə təhlil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun: 4.1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası; 4.4-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir; 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2021-30 iyun 2022-ci il dövr aralığında qadınlara münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 62 yaş 6 ay olmuşdur. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Normaların təhlili onu deməyə əsas verir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ata, ana, ər, arvada münasibətdə qanunverici üç mühüm şərt müəyyən etmişdir: 1) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi iddiasında olan şəxsin vəfat etmiş və ya həlak olmuş ailə başçısının Qanunun 14.1-ci maddəsi ilə müəyyən edilmiş ailə üzvlərinin dairəsinə aid olması; 2) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin (ata, ana, ər, arvad) qanunla müəyyən edilmiş yaş həddinə çatması, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olması; 3) mərhum ailə başçısının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması. Göründüyü kimi, iddiaçı xx.xx.1989-cu il təvəllüdlü İddiaçı mərhum O.Ustakişiyevin ailə üzvü olmaqla 14.1.2-ci maddəsində göstərilmiş subyektlər siyahısına daxildir. Lakin iddiaçı Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş yaş həddinə çatmamışdır. Eyni zamanda ona münasibətdə İİİ dərəcə əlillik təyin edilmişdir ki, bununla da o, Qanunun 14.1.2-ci maddəsində göstərilən digər tələbə cavab verməməkdədir. Odur ki, iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddia tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 01 sentyabr 2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar