Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1892/2022 20.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs: X5) qarşı “Şəki şəhəri, Arif Abdullazadə küçəsində (şəhərin 92-ci kvartalında) 600 kv.metr torpaq sahəsinin X2 adına qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-i 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99 nömrəli çıxarışın ləğv edilməsi, Şəki Bələdiyyəsinin 30 avqust 2006-cı il tarixli, 10 saylı iclasının 48 nömrəli qərarına əsasən iddiaçının ərizəsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti bina 147, mənzil 19 da yaşayan X2 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi nəzərə alınaraq Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 iyun 1992-ci il tarixli, 274 saylı sərəncamı ilə X3 fərdi yaşayış evi tikintisi üçün Şəki şəhərinin 92-ci kvartalından (faktiki olaraq 100-cü kvartalından) ayrılmış, iddiaçının adına rəsmiləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmış 600 kv.metr torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı “Şəki şəhəri, Arif Abdullazadə küçəsində (şəhərin 92-ci kvartalında) 600 kv.metr torpaq sahəsinin X2 adına qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-i 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99 nömrəli çıxarışın ləğv edilməsi, Şəki Bələdiyyəsinin 30 avqust 2006-cı il tarixli, 10 saylı iclasının 48 nömrəli qərarına əsasən iddiaçının ərizəsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti bina 147, mənzil 19 da yaşayan X2 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi nəzərə alınaraq Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 iyun 1992ci il tarixli, 274 saylı sərəncamı ilə X3 fərdi yaşayış evi tikintisi üçün Şəki şəhərinin 92-ci kvartalından (faktiki olaraq 100-cü kvartalından) ayrılmış, iddiaçının adına rəsmiləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmış 600 kv.metr torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbinin geri götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs: X5) qarşı “Şəki şəhəri, Arif Abdullazadə küçəsində (şəhərin 92-ci kvartalında) 600 kv.metr torpaq sahəsinin X2 adına qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-i 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99 nömrəli çıxarışın ləğv edilməsi, Şəki Bələdiyyəsinin 30 avqust 2006-cı il tarixli, 10 saylı iclasının 48 nömrəli qərarına əsasən iddiaçının ərizəsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti bina 147, mənzil 19 da yaşayan X2 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi nəzərə alınaraq Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 iyun 1992-ci il tarixli, 274 saylı sərəncamı ilə X3 fərdi yaşayış evi tikintisi üçün Şəki şəhərinin 92-ci kvartalından (faktiki olaraq 100-cü kvartalından) ayrılmış, iddiaçının adına rəsmiləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmış 600 kv.metr torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1892/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1892/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver