Məhkəmə qərarları › İş №2-1(116)-1892/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1892/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1892/2023 29.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “50 arı ailəsinə görə 2021-ci il üçün ödənilməli olan 500 ( beş yüz) manat məbləğində subsidiyanın İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 50 arı ailəsinə görə 2021-ci il üçün ödənilməli olan 500 ( beş yüz) manat məbləğində subsidiyanın İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyətinə ondan ibarətdir ki, iddiaçı İsmayıllı rayonu, Kürdmaşı kəndində yaşamaqla arıçılıq təsərrüfatı ilə məşğul olur. 2021-ci ildə arıçılıq təsərrüfatının bir hissəsi, yəni 50 arı ailəsi Ağdaş rayon Pirkekə kəndində yerləşdiyi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağdaş rayon DAİM-ə müraciət edərək təsərrüfatını qeydiyyata aldırmışdır. İddiaçıya 2020-ci və 2022-ci illər üzrə 50 arı ailəsinə görə dövlət tərəfindən ayrılan 500 manat məbləğində subsidiya iddiaçıya ödənilmişdir.Lakin, 2021-ci il üçün 50 arı ailəsinə görə dövlət tərəfindən ayrılan 500 manat məbləğində subsidiya iddaçıya ödənilməmişdir. İddiaçı subsidiya almaq üçün cavabdehə rəsmi şəkildə müraciət etmiş, cavabdeh orqan tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, 2020-ci il 01 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarıı istehsalının subsidiyaladırılması Qaydasın”a uyğun olaraq X1 İnformasiya Sistemi üzərindən həyata keçirilir. Fərmanı 2.0-cu bəndinə əsasən və təsdiq edilən “A subsidiya” xidmətinə dair reqlamentdə nəzərdə tutulmuş xidmətin həyata keçirilməsi üçün inzibati prosedura əsasən (Addım 3) fermerlər hər il aprel ayının 30-dək arı ailələrinə dair məluçat EKTİS-ə daxil edilməlidirlər. EKTİS-ə 50 arə ailəsi barədə zəruri məlumatlar qanunvericilikdə müəyyən olunmuş müddətdə daxil edilmədiyi üçün subsidiya müraciəti formalaşmamış və həmin arı ailələrinə görə subsidiya hesablanmamışdır.Odur ki, iddiaçı yalnız mülkiyyət hüququ haqqında çıxarış əldə etdikdən sonra ona subsidiya ayrılması mümkün ola bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan aşağıdaki sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Fərmanın 2.10-cu bəndinə və təsdiq edilən Reqlamentdə nəzərdə tutulmuş xidmətin həyata keçirilməsi üçün inzibati prosedura əsasən: - (Addım 3) fermerlər hər il aprel ayının 30-dək arı ailələrinə dair məlumatı EKTİS-ə daxil edilməlidirlər - (Addım 5) fermer hər il may ayının 25-dək kabinetində formalaşan subsidiyaya müraciəti təsdiq edir. 2021-ci il üzrə İddiaçı 50 arı ailəsinə dair məlumatları EKTİS-ə daxil etmiş, lakin Reqlamentin 5-ci Addımında nəzərdə tutulan müddətdə kabinetində formalaan subsidiya müraciətini təsdiq etmədiyi üçün həmin arı ailələrinə görə subsidiya hesablanmamış, Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərizində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılmışdır. 2020-2022-ci illər üzrə ödənilən subsidya məbləğləri ( təsdiq edilmiş subsidiya müraciətləri üzrə) cədvəldən görünür ki, iddiaçıya 2020-2022-ci illər ərzində İsmayıllı rayonu Kürdmaşı kəndi üzrə hər il 800 azn subsidiya ödənilmişdir. Ağdaş rayonu Pirkəkə kəndi üzrə 2022-ci ildə 500 AZN subsidiya ödənilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir, iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir və inzibatiprosessual qanunverciliyə əsasən iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 1.2.1-ci və 1.2.2-ci bəndlərinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. “Subsidiya” informasiya sistemi (SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X1” informasiya sistemidir. Həmin qaydaların 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat” haqqında Qanunun : 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na əsasən arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində subsidiya verilir.Həmin Qayda 5 il müddətində nəzərdə tutulmuş, 2018-2022-ci illəri əhatə etməklə hazırda öz qüvvəsini itirmişdir. Həmin Qaydadının 3.1-ci bəndinə əsasən arıçıların saxladıqları arı ailələrinin (pətəklərinin) identikləşdirilməsı və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsinin təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən aşağıdakı tərkibdə rayon (şəhər) komissiyaları yaradılır: Həmin Qaydadının 3.2-ci bəndinə əsasən arıçılar saxladıqları arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdikləri ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim edirlər. 3.3. Rayon (şəhər) komissiyaları bu Qaydanın 3.2-ci bəndində qeyd olunan ərizə daxil olduğu tarixdən 15 gün müddətində yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təmsilçisini, bələdiyyənin nümayəndəsini və ərizəçini cəlb etməklə, məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin (pətəklərinin) mövcudluğunu yoxlayır və üzərində Nazirliyin loqosu, ölkə kodu (AZ), “Arı ailəsi” sözlərinin baş hərfləri (AA), arıçının və arıxananın qeydiyyatda olduğu ərazi barədə məlumatları özündə əks etdirən ştrix-koddan və mətbəə üsulu ilə səkkizrəqəmli sıra nömrəsi yazılmış, uzunluğu 95,0 millimetr, eni 57,0 millimetr ölçüdə düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şurup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkitməklə, arı ailəsinin (pətəyinin) identikləşdirilməsini təmin edirlər. 3.4. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər) komissiyaları tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi ərizəçiyə verilir, digər nüsxəsi isə rayon (şəhər) komissiyalarında saxlanılır. 3.5. Bu Qaydanın 3.2-ci bəndində göstərilən tarixdən sonra formalaşdırılan arı ailələri (pətəkləri) növbəti ildə identikləşdirilir və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 2021-ci il üçün müvafiq məlumatlar 30 aprel tarixinədək elektron qaydada sistemə daxil edilməmişdir.Cavadehin tələbin icrasından imtina əsası 2021-ci ilin 30 aprel tarixindən etibarən məlumatların EKTİS üzərindən həyata keçirilməsi ilə bağlı olmuşdur.Müəyyən edilmişdir ki,iddiaçının 2020,2021,2022-ci illər üçün Qaydaya uyğun müraciəti əsasında İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən arı təsərrüfatına görə hər il 800 manat, Ağdaş rayonu Pirkəkə kəndində yerləşən arı təsərrüfatına görə 2022-ci il üçün 500 manat subsidiya ödənişi cavabdeh tərəfindən təmin edilmişdir.Hazırkı tələblə bağlı iddiaçı tərəfindən məlumatlarıən daxil edilməsinə dair sübutlar təqdim edilməmiş,məhkəmə araşdırması zamanı belə sübut aşkar edilməmişdir. Yuxarıda qeyd olunan məlumatdan görünür ki, EKTİS-ə 50 arı ailəsi barədə zəruri məlumatlar qanunvericilikdə müəyyən olunmuş müddətdə daxil edilmədiyi üçün subsidiya müraciəti formalaşmamış və həmin arı ailələrinə görə subsidiya hesablanmamışdır. Belə olan halda cavabdeh inzibati orqan tələbin icrasından imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “50 arı ailəsinə görə 2021-ci il üçün ödənilməli olan 500 ( beş yüz) manat məbləğində subsidiyanın İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar