Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-19/2020 01.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x1, İddiaçı3 iştirakı ilə iddiaçılar x2, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x17rşı "Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 2,35 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən hüquqlarının qeydə alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar x3, İddiaçı2 və İddiaçı3 Şəki rayon Baş Göynük kəndində yaşayırlar. Ölkədə torpaq islahatı aparılan zaman onlar x14 və x10 ilə bir təsərrüfatda yaşamışlar. Adları yuxarıda sadalanan şəxslər Şəki rayon Baş Göynük kəndinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabında bir təsərrüfatın üzvləri kimi göstərilmişlər. Şəki rayonu Baş Göynük Kənd x25 Komissiyasının 13.09.1999-cu il tarixli iclasının 9 nömrəli protokol qərarına əsasən, Respublika Dövlət x8 tərəfindən hazırlanmış kompleks yerquruluşu layihəsi təsdiq edilmiş, təsərrüfatın istifadəsində olan 8046 ha torpaq sahəsindən 307 ha dövlət mülkiyyətinə, 3581 ha bələdiyyə mülkiyyətinə (ondan 196 ha bələdiyyənin ehtiyat fonduna, 81 ha perspektiv inkişafa), 4114 ha yerdə qalan sahələr xüsusi mülkiyyətə verilmiş, 7654 nəfərdən ibarət subyektlərin siyahısı və Baş Göynük kəndi üzrə həyətyanı torpaq sahələrinin ölçü nəticələri təsdiq edilmiş, vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinin normadan artıq hissəsinin onlara düşəcək paydan çıxılması və s. qərara alınmışdır. Şəki Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 18.10.1999-cu ildə təsdiq edilmiş "Şəki rayonu Baş Göynük x25 x15 İcra Hakimiyyəti başçısının Baş Göynük kəndi inzibati ərazi nümayəndəliyi üzrə torpaq islahatı ilə əlaqədar Baş Göynük kəndində 02.08.1996-cı il tarixədək yaşayan, pasport qeydiyyatında olan vətəndaşların siyahısı"nda 453 nömrəli sırada x5, x4, x2, İddiaçı2 və İddiaçı3 adları göstərilmişdir. Şəki Rayon Aqrar İslahat Komissiyasının 15.11.1999-cu il tarixli iclasının 16 nömrəli protokol qərarı ilə Baş Göynük kəndində torpaq islahatının aparılması ilə bağlı x25 Komissiyasının 13.09.1999-cu il tarixli 9 nömrəli iclas protokolu təsdiq edilmişdir. x5, x4, x2, İddiaçı2 və İddiaçı3 faktiki istifadəsinə 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və iddiaçılar hal-hazıradək həmin torpaq sahəsini istifadə edirlər. Lakin onların adına həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd verilməmişdir. x14 2003-cü ildə, x10 isə 09.04.2017-ci ildə vəfat etmişlər. İddiaçılar x3, İddiaçı2 və İddiaçı3 cavabdehə ərizə ilə müraciət edərək 2,35 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh 12.06.2018-ci il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən 2,35 ha torpaq sahəsinə aid "Torpaq sahəsinin planı və ölçüsü" Dövlət Reyestri Xidmətinin 12 saylı x24 təhvil verilməmişdir. Bundan başqa, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8 və 10-cu maddələrinin tələblərinə uyğun təqdim ediləcəyi təqdirdə, "Dövlət rüsumu haqqında" Qanunun 26-cı maddəsi ilə müəyyən edilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqı ödənildikdən və müayinə baxış keçirildikdən sonra sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məsələsinə baxıla bilər. Bundan sonra iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Onlar iddianı belə əsaslandırmışlar ki, Şəki rayonu Baş Göynük kəndində torpaq islahatı zamanı islahat komissiyasının müvafiq qərarı ilə adambaşına torpaq sahəsi olaraq suvarılan sahədən 0,37 ha, dəmyə sahədən 0,10 ha olmaqla, cəmi 0,47 ha bölünməsi nəzərdə tutulmuşdur. Həmin qərara görə, iddiaçılara 5 nəfərdən ibarət ailə tərkibi olması nəzərə alınaraq adambaşına norma üzrə suvarılan sahədən 0,37 ha, dəmyə sahədən 0,10 ha olmaqla, cəmi 0,47 ha hesabı ilə ümumilikdə suvarılan sahədən 1,85 ha, dəmyə sahədən 0,50 ha, cəmi 2,35 ha torpaq payı verilmişdir. Onların istifadəsində olan 2,35 ha torpaq sahəsinə dair sənədləşmə işləri ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, həmin islahat zamanı ailə tərkibinin siyahısı həmin vaxt kənd icra nümayəndəliyi tərəfindən texniki səhv olaraq aqrar islahat komissiyasına təqdim edilməyib. Həmin torpaq sahəsi bu günədək onların istifadəsindədir. Cavabdeh iddiaya qarşı 03.01.2019-cu il tarixli və 04.02.2019-cu il tarixli etirazlarında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki RİHB-nin Baş Göynük kənd nümayəndəliyinin 1996- 2000-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, təsərrüfat x6 adına olmaqla həmin təsərrüfatda onun ailə üzvləri x10, x3, x11, İddiaçı3, x7 (28.08.1996-cı il təvəllüdlü) adı olmuş, onların adına 0,21 ha torpaq sahəsi qeyd edilmişdir. - İşdə olan, JN-835F kod 40406018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 23.07.2002-ci il tarixli 05 nömrəli qərarına əsasən, 0,21 ha torpaq sahəsi x14, x10, x3, x11, İddiaçı3, x7 mülkiyyətinə verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci hossəsinə görə, sovxozvə kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3)sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin)ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin,kooperativlərin,kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 14-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və x25 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin 3-cü və 4-cü hissələrinə görə, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. İşdən göründüyü kimi, torpaq islahatı zamanı iddiaçıların adları torpaq payı almaq hüququ olan subyektlərin siyahısına daxil edilmiş, yerli və rayon aqrar islahat komissiyaları tərəfindən müvafiq qərarlar qəbul edilmiş, iddiaçılara torpaq sahəsi naturada tanıdılmış, lakin onlara torpaq sahəsi üzərində mülkiyyət hüquqularını təsdiq edən sənəd verilməmişdir. İddiaçılar mülkiyyətlərinə verilmiş torpağın ölçüsünü 2,35 ha göstərsələr də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 28.12.2019-cu il tarixli mütəxəssis rəyi ilə və sxemlə müəyyən edildi ki, torpaq islahatı zamanı iddiaçılara tanıdılmış torpağın ölçüsü 2,20 ha təşkil edir. Eyni zamanda, həmin rəydə bu da qeyd olumuşdur ki, göstərilən torpaq sahəsi təsərrüfatın xəritə materiallarına əsasən uqodiyası əkin olmaqla vətəndaşların istifadəsində olan kənd təsərrüfatı təyinatlı, zəbt kimi qeyd olunmuş torpaqlara aiddir və döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 1 681685,9015 4564957,3212 1-2 7,1 1 665887,4403 4567694,5707 1-2 79,9 2 665844,5139 4567761,9908 2-3 42,4 3 665829,0709 4567801,4889 3-4 11,4 4 665829,0709 4567812,9323 4-5 50,6 5 665878,2949 4567824,7490 5-6 114,5 6 665992,1622 4567812,8306 6-7 159,6 7 666150,3853 4567791,5955 7-8 41,9 8 666145,1097 4567750,0407 8-9 52,1 9 666093,3568 4567756,2289 9-10 90,9 10 666002,4498 4567755,1462 10-1 130,0 "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçıların istifadəsində olan 2,20 ha torpaq sahəsinə onların mülkiyyət hüququ vardır və cavabdeh həmin torpaq sahəsinə onların mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Ona görə də iddia qismən, yəni 2,20 ha torpaq sahəsinə aid hissədə təmin edilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən, döngə nöqtətlərinin koordinatları aşağıdakı cədvəldə göstərilən 2,20 ha torpaq sahəsi üzərində iddiaçılar x2, İddiaçı2 və İddiaçı3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onlara bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x23 üzərinə qoyulsun. 1 681685,9015 4564957,3212 1-2 7,1 1 665887,4403 4567694,5707 1-2 79,9 2 665844,5139 4567761,9908 2-3 42,4 3 665829,0709 4567801,4889 3-4 11,4 4 665829,0709 4567812,9323 4-5 50,6 5 665878,2949 4567824,7490 5-6 114,5 6 665992,1622 4567812,8306 6-7 159,6 7 666150,3853 4567791,5955 7-8 41,9 8 666145,1097 4567750,0407 8-9 52,1 9 666093,3568 4567756,2289 9-10 90,9 10 666002,4498 4567755,1462 10-1 130,0 İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-19/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-19/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver