Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1907/2022 31.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Petre Mqaloblişvilinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mazımçay gömrük postuna qarşı “cavabdeh tərəfindən müsadirə olunmuş, "xxxx" MMC-yə məxsus "xxxx" markalanma yazıları olan üç ədəd maye nasoslarının MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı “cavabdeh tərəfindən müsadirə olunmuş, "xxxx" MMC-yə məxsus "xxxx" markalanma yazıları olan üç ədəd maye nasoslarının MMC-yə qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru Petre Mqaloblişvilinin xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməsinə əsasən Nümayəndə kimi iddiaçını təmsil etmək səlahiyyəti verilmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdir.İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə 25 avqust 2022-ci il tarixdə 2-1(116)-1907/2022 saylı hüquqi yardım məktubu təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq iddiaçının nəzərinizə çatdırılmışdır ki, hazırkı işə baxılması inzibati məhkəmənin səlahiyyətinə aid olmadığından, iddiaçı ümumi məhkəməyə müraciət etmək səlahiyyətinə malikdir. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, inzibati xəta ilə bağlı yaranan hüquq münasibətinə əsaslanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının 7.2-ci bəndinə vurğulanır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 327.1ci maddəsinə əsasən gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, yuxarıda göstərilənlərə 5 gün müddətində münasibət bildirilməsi iddiaçıya təklif olunmuşdur. Bundan sonra iddiaçı Petre Mqaloblişvilinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq məhkəməyə “iddianın geri götürülmüş sayılması barədə” ərizə təqdim etdiyindən, o, hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16, 55, 80ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. İddiaçı Petre Mqaloblişvilinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mazımçay gömrük postuna qarşı “cavabdeh tərəfindən müsadirə olunmuş, "xxxx" MMC-yə məxsus "xxxx" markalanma yazıları olan üç ədəd maye nasoslarının MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə iddiası geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1907/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1907/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver