Məhkəmə qərarları › İş №2-1(116)-1908/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1908/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1908/2024 20.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Tikilməkdə olan Obyektlərin Müdriyyəti” PHŞ-ə qarşı “iddiaçının xeyrinə 6875 manat kompensasiya məbləği, həmçinin iddianın veilməsinə görə ödənilmiş 88,75 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçının xeyrinə 6875 manat kompensasiya məbləği, həmçinin iddianın veilməsinə görə ödənilmiş 88,75 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-4500/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh “Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyəti hüquqi varisi -“Tikilməkdə olan Obyektlərin Müdriyyəti” PHŞ ilə əvəz edilmişdir. İddia ərizəsi aşağıdakı əsaslandırılmışdır: - Azərbaycan Respublikası Göyçay rayon Çayarxı Bələdiyyə iclasının 20 may 2006cı il tarixli, 06 № li Qərarı ilə Bələdiyyənin ehtiyat fondunun alqı- satqı predmeti olan, Çaylaq adlanan hissədən 0.12 hektar yararlı torpaq sahəsi həyətyanı məqsədi ilə İddiaçı satılmışdır və həmin torpaq sahəsi onun mülkiyyətindədir. Qeyd edir ki, cavabdeh Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyəti tərəfindən 2019-ci il tarixində ona bildiriş göndərilmişdir. Sözügedən bildirişdə göstərilmişdir ki, “Azərbaycan Respublikası Göyçay rayon İcra Hakimiyyəti Başçısının 09 yanvar 2019-cu il tarixli 07 nömrəli sərəncamı və Sizinlə razılaşmaya əsasən 0,1200 ha torpaq sahəniz dövlət ehtiyacı üçün Göyçay rayonu ərazisində Göyçay çayında bas suqəbuledici qurğunun təmir-bərpası və selə qarsı mübarizə tədbirləri obyektinin tikintisi altına düsür. “Torpaqların dövlət ehtiyacları üçün geri alınması haqqında “ AR-sı qanunun tələblərinə uyğun olaraq obyektin tikintisi altına düşən torpaq sahəsi , daşınmaz əmlakınızın satınalma qiyməti və bu sahədə olan 43 ədəd meyvə ağacına görə, əldən çıxan faydanın dəyəri 22 yanvar 2019-cu il tarixinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Müstəqil Qiymətləndirici tərəfindən bazar dəyərinə uyğun müəyyənləşdirilmiş 6875 (altı min səkkiz yüz yetmiş beş) manat kompensasiya məbləği ödənilməklə geri alınacaqdır”. Nəzərə çatdırılır ki, onun mülkiyyətində olan sözügedən torpaq sahəsinin üzərində hazırda selə qarşı mübarizə tədbiri obyekti tikilmişdir. Lakin, 0.12 ha torpaq üçün müəyyənləşdirilmiş kompensasiya cavabdeh tərəfindən hələ də ödənməmişdir. Cavabdeh kompensasiyanı ödəmədiyi üçün mübahisəni məhkəmə qaydasında həll etmək zərurəti yaranmışdır. Cavabdehə xx.xx.2023-cü il tarixində tərəfindən ərizə ünvanlanmış və kompensasiya məbləğinin ödənilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən kompensasiyanın ödənilməsindən imtina olunmuşdur. Bu səbəbdən mübahisənin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Bundan başqa iddiaçı hazırki iddia ərizəsini məhkəməyə təqdim etmək üçün çəkdiyi əlavə xərcləri də cavabdehdən tələb edir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-si tərəfindən İddiaçı mülkiyyətində olan 0,1200 ha torpaq sahəsi dövlət ehtiyacı üçün Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mübarizə tədbirləri obyektinin tikintisi altına düşdüyü üçün 6875 (altı min səkkiz yüz yetmiş beş) manat kompensasiya məbləği cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən məhkəmə qaydasında tutularaq İddiaçı ödənməlidir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2019-cu il tarixli imtina cavabı, X4 filialının xx.xx.2024-cü il tarixli arxiv arayışı, Azərbaycan Respublikası Göyçay Çayarxı Bələdiyyə iclasının xx.xx.2006-cı il qərarı, Torpaqların alqı-satqısına dair, 23 may 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzi, tərəflər arasında xx.xx.2019-cu il tarixli müqavilə, dəymiş zərərin hesablanması baradə cədvəl. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq inzibati işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun : Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı olan tələbi Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən 47.9 kv.m ibarət “Dalğa” pavilyonunun sökülməsi ilə əlaqədar cəmi 558.000 ( beş yüz əlli səkkiz min) manat pul məbləğinin ödənilməsindən ibarətdir. İddiaçı, həmin məbləğin 350.000 (üç yüz əlli min) manat hissəsini maddi ziyan, 108.000 (bir yüz səkkiz min) manat hissəsini əldən çıxmış fayda və 100.000 (bir yüz min) manat hissəsini mənəvi ziyan olaraq tələb edir. İddiaçı, sözügedən tikilinin cavabdeh tərəfindən söküldüyünü bildirir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 24 nömrəli sərəncamı ilə Nazirliyin daimi istifadəsinə şəhər çimərliyinin yaxınlığındakı ərazidən 8,1 ha torpaq sahəsi verildiyini və həmin ərazidəki bütün tikililərin, o cümlədən iddiaçıya məxsus tikilinin də, söküldüyünü bildirmişdir. Bununla belə cavabdehin nümayəndəsi sökülən tikilinin qəzalı vəziyyətdə olmaqla fəaliyyət göstərməməsini, həmçinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 24 nömrəli sərəncamında bununla bağlı hər hansı qeydin göstərilməməsini bildirmişdir. Azərbaycan Respublikası FHN-nin Əsaslı Tikinti İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda da, ərazidə işlək vəziyyətdə olan və tikili kimi dəyərə malik hər hansı obyektin aşkar edilmədiyi qeyd edilmişdir. Yəni, cavabdeh orqan faktiki olaraq iddiaçıya məxsus tikilinin söküldüyünü bildirir, lakin həmin tikilinin dəyərə malik olmamasına və fəaliyyət göstərməməsinə isinad edir. Hər bir halda işlək olub-olmamasından asılı olmayaraq, cavabdeh tərəfindən ərazidə aparılacaq tikinti işləri ilə əlaqədar iddiaçıya məxsus tikilinin sökülməsi işin mübahisəsiz halıdır (cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bu halı təsdiq etmişdir). İş materiallarında olan Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000248 nömrəli Şəhadətnamə ilə müəyyən edilir ki, Mingəçevir şəhəri Çimərlik sahəsində yerləşən, sahəsi 47,9 kv.metr olan “Dalğa” pavilyonunun ümumi satış qiyməti - ******* manat olmuş və iddiaçı tərəfindən satın alınmışdır. İddiaçı, “X3” MMC-nin xx.xx.2021-ci il tarixli 132/LBC nömrəli məktubuna əlavə edilmiş 096/21 nömrəli qiymətləndirmə hesabatına istinad edərək sözügedən tikilinin dəyərinin 350000 manat məbləğində olmasını bildirir. Sözügedən hesabatdan görünür ki, Mingəçevir şəhəri Çimərlik sahəsində mövcud olmuş 47,9 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin - “Dalğa” pavilyonunun hazırki dövrə olan orta bazar qiyməti 350000 manat müəyyən edilmişdir. Bununla belə həmin rəydə hesabatın tərtib edilməsi zamanı qiymətləndiricinin istifadə etdiyi, sifarişçinin verdiyi məlumatlar üzrə hər hansı bir müstəqil araşdırmanın aparılmaması, qiymətləndirilən qeyri-yaşayış binasının hazırda söküldüyü üçün qiymətləndirmə prosesinin həmin ərazidə mövcud olan analoji qeyriyaşayış binalarının müqayisəli təhlilinə əsasən həyata keçirilməsi öz əksini tapmış, digər məlumatlarla yanaşı qiymətləndirilən obyektin texniki və sanitar göstəricilərinə istinad olunmaqla elektrik, su təchizatının, kanalizasiyanın mövcudluğu qeyd edilmişdir (iş materialları ilə təkzib olunur). Göründüyü kimi təqdim edilən rəy Mingəçevir şəhəri Çimərlik sahəsində mövcud olmuş 47,9 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırkı vaxta mövcud olmuş bazar qiyməti ilə bağlı ehtimallara əsaslanmaqla tərtib edildiyindən iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-368/2023 nömrəli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertinin qarşısında aşağıdakı suallar qoyulmuşdur; - iş materiallarında olan texniki pasportda qeyd olunan məlumatlara əsasən tikilinin 1997-ci ildə mövcud olmuş ilkin sərmayə dəyərinin (tikilinin inşasına sərf olunan məbləğ) müəyyən edilməsi mümkündürmü? Mümkündürsə 1997-ci ildə mövcud olmuş ilkin sərmayə dəyəri nə qədər olmuşdur? - Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən “Dalğa” pavilyonunun 47.9 kv.m ölçüdə olmuş 1997-ci ildə mövcud olmuş bazar qiymətinin müəyyən edilməsi mümkündürsə, həmin qiymətlərin hazırkı bazar qiymətinə uyğun indeksasiyası hansı məbləğdədir? - iş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli 000248 nömrəli “Dövlət əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə və xx.xx.1997-ci il tarixli qeyri-yaşayış binasının texniki pasportuna əsasən Mingəçevir şəhəri, Çimərlik sahəsində mövcud olmuş, ümumi sahəsi 47.9 kv.m olmuş “Dalğa” pavilyonunun tikintisinə, yəni həmin tikintidə iştirak edən ustaya, nəqliyyata və s. çəkilmiş xərcin məbləği hazırkı orta bazar qiymətinə uyğun olaraq nə qədər təşkil edir? - iş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli 000248 nömrəli “Dövlət əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə və xx.xx.1997-ci il tarixli qeyri-yaşayış binasının texniki pasportuna əsasən Mingəçevir şəhəri, Çimərlik sahəsində mövcud olmuş, ümumi sahəsi 47.9 kv.m olmuş “Dalğa” pavilyonunun sökülməsi nəticəsində vurulmuş maddi, yəni tikinti materialarına (qum, sement və s.) dəymiş zərərin məbləği hazırkı orta bazar qiymətinə uyğun olaraq nə qədər təşkil edir? Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/860 nömrəli məktubuna əlavə olunmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd edilmişdir ki, Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin baxış zaman tədqiqat obyektinin tamamilə sökülməsi və ilkin vəziyyətinin saxlanılmaması müəyyən edilmişdir. Bu səbəbdən də, tədqiq olunan obyektin sökülməsi nəticəsində dəymiş ziyanın dəyərini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd olunmuşdur ki, hər hansı tikilinin inşa olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin, eləcə də tikilinin sökülməsi nəticəsində vurulmuş ziyanın dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla və ya tikilinin inşasına dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilə bilər. İddiaçı tərəfindən tikilinin inşasına dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri məhkəməyə təqdim edilmədiyindən, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000248 nömrəli Şəhadətnamədə qeyd edilmiş Dalğa” pavilyonunun ümumi satış qiyməti (2061412 ) nəzərə alınmaqla Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-368/2023 nömrəli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur; - 27 fevral 2006-cı il tarixdə iddiaçı tərəfindən satın alınarkən ödənilmiş 2.000.061 manat pul məbləğinin hazırkı dəyərinin indeksasiyası nə qədərdir? - iş materiallarına əlavə olunmuş “X3” MMC-nin xx.xx.2021-ci il tarixli 096/21 nömrəli Qiymətləndirmə hesabatında Mingəçevir şəhəri Çimərlik sahəsində mövcud olmuş 47.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin (“Dalğa” pavilyonu) hazırkı dövrə orta bazar qiymətinin 350 000 manat müəyyən edilməsi ilə bağlı rəyi düzgündürmü və həmin rəydə qeyd olunmuş hesablama meyarları əmlakın orta bazar qiymətinin müəyyən edilməsinə imkan verirmi? Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16-2-9/4097/23 nömrəli məktubuna əlavə olunmuş 9/4097 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2006-cı ildən hal-hazıradək olan inflyasiya səviyyəsi nəzərə alınmaqla 27 fevral 2006-cı il tarixdə iddiaçı tərəfindən satın alınarkən ödənilmiş 2.000.061 manat pul məbləğinin hazırkı dəyəri 1.308,04 manat təşkil edir, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulmuş ikinci sual məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olmadığından, həmin sual üzrə tədqiqatın aparılması mümkün olmadı. Məhkəmə hesab edir ki, ekspert qarşısında qoyulmuş ikinci sualın araşdırılması üçün yenidən məhkəmə-tikinti-texniki ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/860 nömrəli məktubuna əlavə olunmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda məhz tədqiqat obyektinin tamamilə sökülməsinə və ilkin vəziyyəti saxlanılmamasına istinad edilərək dəymiş ziyanın dəyərinin müəyyən edilməsinin mümkünsüzlüyü qeyd edilmiş, həmçinin yuxarıda qeyd edildiyi kimi dəymiş ziyanın dəyərinin müəyyən edilməsi üçün tikilinin inşasına dair tərtib edilmiş layihəsmeta, həmçinin materialların alınmasına dair qaimə sənədlərinin mövcudluğu zərurəti vurğulanmışdır. X3” MMC-nin xx.xx.2021-ci il tarixli 096/21 nömrəli Qiymətləndirmə hesabatı sökülmüş tikiliyə münasibətdə layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri mövcud olmadan digər tikililərlə müqayisəli təhlil aparılmaqla tərtib edildiyindən hər bir halda sözügedən rəydə müəyyən edilmiş ziyan məbləğinin işin faktiki hallarına uyğun olmaması mübahisəsizdir. Həmin rəyin doğru olub-olmaması ilə bağlı əlavə araşdırmanın aparılması məhkəmə icraatının lüzumsuz uzanmasına səbəb olacaqdır. Eyni zamanda sözügedən rəyin yoxlanılması ilə bağlı təyin ediləcək ekspertizanın verəcəyi rəyi də, ilkin imtina cavabı (ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat) əsasında proqnozlaşdırmaq mümkündür. Mingəçevir şəhəri Çimərlik sahəsində mövcud olmuş 47.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin ümumi satış qiymətinin hazırkı dəyəri ekspert tərəfindən 1.308,04 manat müəyyən edildiyindən, məhkəmə iddiaçının faktiki məruz qaldığı ziyanın məbləğinin həmin həddə olması qənaətinə gəlir. İddiaçı, sözügedən tikilinin onun istifadəsində olmasını və cavabdeh orqan tərəfindən daşınar əmlaklarının da, məhv olunmasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə “Dalğa” pavilyonu işlək vəziyyətdə olmamış, X2 vergi ödəyicisi kimi vergi uçotuna alınmamış, həmçinin Dalğa” pavilyonu adlı təsərrüfat subyekti qeydiyyata alınmamışdır. "xxxx" ASC-nin təqdim etdiyi məlumatdan görünür ki, Mingəçevir şəhəri Çimərlik sahəsində yerləşən “Dalğa” pavilyonu haqqında abonent bazasında məlumat yoxdur. (Məhkəmə tərəfindən sözügedən tikilinin fəaliyyətinin olubolmamasının yoxlanılması məqsədilə “Azərişıq” və "xxxx" ASC-yə sorğular verilmişdir. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubları ilə “Dalğa” pavilyonunun işlək vəziyyətdə olmaması sübuta yetirildiyindən həmin sorğuların cavablarının alınması zərurəti aradan qalxmışdır). İddiaçı, sözügedən qeyri-yaşayış sahəsinin icarədə olmasını və həmin vaxt aylıq 1500 manata icarəyə verildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, “Dalğa” pavilyonu işlək vəziyyətdə olmadığından iddia tələbinin əldən çıxmış fayda hissəsi mahiyyət etibarilə əsassızdır. İddia tələbinin “100000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə” münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı, mənəvi ziyanla bağlı tələbini ona və ailə üzvlərinə ağır mənəvi ziyan vurulması, stress və depressiyaya məruz qalması ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İddiaçı, tələbində 100 000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz həmin məbləğdə ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Eyni zamanda iddiaçı, şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də məhkəmə həmin tələbin də əsassız olması qənaətinə gəlir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının məruz qaldığı ziyan həcmi 1.308,04 manat müəyyən edilməli və iddiaçı, sözügedən kompensasiyanın tələb etməkdə haqlı sayılmalıdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Tikilməkdə olan Obyektlərin Müdriyyəti” PHŞ-ə qarşı “iddiaçının xeyrinə 6875 manat kompensasiya məbləği, həmçinin iddianın veilməsinə görə ödənilmiş 88,75 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar