Məhkəmə qərarları › İş №2-1(116)-1909/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1909/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1909/2025 27.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı "iddiaçı və ailə üzvlərinin adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN-022A kod ********) göstərilmiş 0.08 ha torpaq sahəsin üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və ailə üzvlərinin adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN-022A kod ********) göstərilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Oğuz rayon Ərmənət kəndində yerləşən 0,08 ha torpaq sahəsinin bütövlükdə üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə xx.xx.2025-ci il tarixində məhkəmə iclası keçirərək iddiaçının dinlənilmə hüququnu təmin etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır.Məhkəmə iclasında İPM-in 13-cü maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyünə dair iddiaçıya hazırkı qərardadda ifadə olunan hüquqi mövqeyi izah edilmişdir. Məhkəmə iddia ərizəsinə əsasən aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən iddia olunan 0.08 ha torpaq sahəsi dəfələrlə məhkəmə mübahisəsinin predmeti olmuşdur. Məhkəmə araşdrıması zamanı məlum olmuşdur ki, iddiaçının hazırkı cavabdehə qarşı “Oğuz rayon Xalxal bələdiyyəsinin adına hazırlanmış 02 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın və A seriyalı 446706 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddia tələbi Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli, 2-1(116)-1093/2020 nömrəli qərarı ilə təmin edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2- 1(107)-14/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1733/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(107)- 14/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki,yuxarıda mübahisələndirilən Çıxarış iddia oluna torpaq sahəsinin bir hissəsi ilə üst-üstdə düşdüyündən mübahisə predmeti olmuşdur.Yəni,iddiaçı üst-üstdə düşməyən hissədə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmədiyindən həmin çıxarışı mübahisələndirmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Ərmənət bələdiyyəsinin adına hazırlanmış, AN446706 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin və Oğuz rayon Xalxal bələdiyyəsinin adına hazırlanmış 02 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 2727/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə qeydiyyata alınmış 150 kv.m torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-573/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Daha sonra iddiaçı cavabdeh Oğuz rayon Xalxal Bələdiyyəsinə qarşı “Oğuz rayon, Xalxal Bələdiyyəsinin adına qeydə alınmış 0.015 kv.m torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını,nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla məhkəmə hesab edir ki,hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış,belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1438/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə “0,015 ha torpaq sahəsinə Oğuz rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindəki ********** qeydiyyatının və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, Oğuz rayon Ərmənət kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardad qanuni qüvvəyə minmişdir. Göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən,eyni predmetə dair əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. İddiaçı isə üst-üstdə düşməyən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində iddia tələbinin araşdırılmasını arzu etmir.Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı "iddiaçı və ailə üzvlərinin adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN-022A kod ********) göstərilmiş 0.08 ha torpaq sahəsin üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar