Məhkəmə qərarları › İş №2-1(116)-191/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-191/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-191/2020 17.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı “1971- 1997-ci illərdə Balakən Rayon Kərəkli kəndi “28 May” adına kolxozda işləməklə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçının qanunla yaşa görə əmək pensiya almaq hüququ yaranmış ona yaşa görə də əmək pensiya təyin edilməsindən ötrü, 04.10.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon Şöbəsinə müraciət etmiş, lakin, DSMF-nin Balakən rayon şöbəsi 04.10.2019-cu il tarixli 27\276 nömrəli məktubla ona bildirilirdi ki, 30.09.2019-cu il tarixli məktuba cavab olaraq bildirildi ki, “X3” Azərbaycan Respublikası Qanuna əsasən 01.07.2018-ci ildən 01.07.2019-cu il tarixədək 64 yaşı tamam olmuş kişilər 25 il sığorta stajına və ya minimum pensiyasına təminat verən 17245,44 kapitala malik olduqda yaşa görə əmək pensiyası hüququ qazanılır. 27.01.2019-cu ildən 64 yaşı tamam olmasına baxmayaraq kolxozda 20 il 5 ay, hərbi xidmətdə 2 il olmaqla cəmi 22 il 5 ay sığorta stajına və 15463,15 manat kapitala malik olmuşdur. İctimai təsərrüfatda 27 il çalışmağına baxmayaraq minimum adam günlərini doldurmadığına görə cəmi iş stajı 20 il 5 ay təşkil etmişdir. Ona görə də yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il stajı olmadığından qanuna uyğun deyil. Göstərilir ki, bu əsasla ona pensiya təyin edilməməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdehin etirazının dəlilləri: İddiaçının təqdim etdiyi arxiv arayışına əsasən həmin kolxozda onun 1 ildə minimum adam gün norması 200 a/g və ya 1400 a/saat nəzərə alsaq,15 il tam və 12 il yuxarıda göstərilən minimum a/g normalarını doldurmayan illəri 6 il 2 ay nəzərə aldıqda cəmi arxiv arayışına əsasən onun iş stajı 21 il 2 ay təşkil edir. Hərbi xidmət dövrünü də əlavə etsək ümumi iş stajı 23 il 2 ay təşkil etmişdir. Eyni zamanda 27.01.1955-ci il təvəllüdlü İddiaçı 27.01.2019-cu il tarixdən 64 yaşı tamam olduğuna görə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Lakin həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Lakin təqdim etdiyi sənədlərə əsasən onun cəmi siğorta stajı 23 il2 ay təşkil etdiyinə görə ona yaşa görə əmək pensiyası təyin edilməsi qanuna uyğun olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının iddiasını əsassız hesab edərək, təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsinin 04.10.2019-cu il tarixli 27/276 nömrəli imtina məktubundan görünür ki, 27.01.2019-cu ildən 64 yaşı tamam olmasına baxmayaraq kolxazda 20 il 5 ay, hərbi xidmətdə 2 il olmaqla cəmi 22 il 5 ay sığorta stajına və 15463.15 manat kapitala malik olmuşdur. İctimai təsərrüfatda 27 il çalışmağına baxmayaraq minimum adam gün normalarını doldurmadığına görə cəmi iş stajı 20 il 5 ay təşkil etmişdir. Ona görə də yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı olmadığından qanuna uyğun deyildir. İşə materiallarında olan 23.01.2019-cu il tarixli 17 nömrəli Balakən Rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, Balakən rayonu Gərəkli kəndi “28 May” adına kolxozun və YAİK-nın şəxsi hesab kitablarına əsaəsn İddiaçı işlədiyi zamanın əmək haqqısı və günləri (saatları) arxiv arayışında qeyd edilmişdir. İşə əlavə olunmuş 13.11.2019-cu il tarixli **********7 nömrəli arayışdan görünür ki, İddiaçının təqdim etdiyi arxiv arayışına əsasən həmin kolxozda onun 1 ildə minimum adam gün norması 200 a/g və ya 1400 a/saat nəzərə alsaq,15 il tam və 12 il yuxarıda göstərilən minimum a/g normalarını doldurmayan illəri 6 il 2 ay nəzərə aldıqda cəmi arxiv arayışına əsasən onun iş stajı 21 il 2 ay təşkil edir. Hərbi xidmət dövrünü də ələvə etsək ümumi iş stajı 23 il 2 ay təşkil etmişdir. Eyni zamanda 27.01.1955-ci il təvəllüdlü İddiaçı 27.01.2019 cu il tarixdən 64 yaşı tamam olduğuna görə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Lakin həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Lakin təqdim etdiyi sənədlərə əsasən onun cəmi siğorta stajı 23 il2 ay təşkil etdiyinə görə ona yaşa görə əmək pensiyası təyin edilməsi qanuna uyğun olmamışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş X3 Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı 27.01.1955-ci il tarixdə doğulmuş və onun 64 yaşı 27.01.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçıya 27.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya minimum 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçının cəmi 23 il 2 ay sığorta stajı vardır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb olunan 25 sığorta stajına malik olmadığındn ona sığorta stajına görə pensiya təyin edilə bilməz. Bunlardan başqa məhkəmə qeyd edir ki, pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 17245,44 manat təşkil etmiş və iddiaçının tələb olunan pensiya kapitalı olmadığından onun pensiya kapitalına görə də pensiya hüququ yaranmır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı “1971- 1997-ci illərdə Balakən Rayon Kərəkli kəndi “28 May” adına kolxozda işləməklə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar