Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1922/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli 433 nömrəli qərarı ilə Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatının işçilərinə ayrılmış ərazidə ona verilmiş 9 nömrəli 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Mingəçevir şəhərində yaşayır. Mingəçevir şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli 433 nömrəli qərarı ilə Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatına kollektiv bağçılığın genişləndirilməsi üçün Mingəçevir-Gəncə şossesinin sol hissəsindən 0,50 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatının "Nübar" bağçılıq təsərrüfatı tərəfindən İddiaçı adına verilmiş "Vəsiqə"də göstərilmişdir ki, Gəncə şossesi ətrafında 2 nömrəli sahədən 0,06 ha olmaqla 9 nömrəli torpaq sahəsi İddiaçı verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Mingəçevir şəhəri Gəncə şossesi 5ci dalan 12 ünvanında yerləşən 0,06 ha bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********59 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir Şəhər Bağlar İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli akta əsasən, İdarəyə təhvil verilmiş Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatının "Nübar" bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Ona görə də həmin torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatının bağçılıq təsərrüfatı kollektivinin torpaq sahəsi almış işçilərinin siyahısında 9-cu sırada onun adı qeyd olunmuşdur. Eyni zamanda, həmin siyahıda 1 nömrəli Sənaye Kombinatının sıyahısının əsli ilə düz olduğu, kombinat rəhbərliyinin səhlənkarlığından vaxtında arxivə və İH-nə təhvil verilmədiyi göstərilmiş və "xxxx" MMC-nin direktorunun imzası ilə təsdiq edilmişdir. Cavabdeh iddiaya xx.xx.2022-ci il tarixli **********79 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2013-cü il tarixli 296/22 nömrəli arxiv arayışından görünür ki, Mingəçevir şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli 433 nömrəli qərarı ilə Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatına kollektiv bağçılığın genişləndirilməsi üçün Mingəçevir-Gəncə şossesinin sol hissəsindən 0,50 ha torpaq sahəsi ayrılmışdır. - İşdə olan, İddiaçı adına verilmiş və "Nübar" bağçılıq təsərrüfatının sədri tərəfindən təsdiq edilmiş "Vəsiqə"dən görünür ki, Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatının "Nübar" bağçılıq təsərrüfatı tərəfindən Gəncə şossesinin ətrafında 2 nömrəli sahədən 0,06 ha olmaqla 9 nömrəli torpaq sahəsi İddiaçı verilmişdir. - İşdə olan, xx.xx.2022-ci il tarixli **********59 nömrəli imtina məktubundan görünür ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir Şəhər Bağlar İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli akta əsasən, İdarəyə təhvil verilmiş Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatının "Nübar" bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Ona görə də həmin torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi imkan xaricindədir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin normanın mənasına görə, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük kitabçası özü-özlüyündə qeydiyyat aparılması üçün kifayət etmir, mülkiyyət hüququnun qeydiyyata alına bilməsi üçün müraciət edən şəxsin adının həm də kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olması zəruridir. Eyni zamanda, xx.xx.2007-ci ilədək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarışlar da torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilir. Məhkəmə tərəfindən cavabdehə sorğu verilərək, Mingəçevir Şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli aktla cavabdehə təhvil verilmiş Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatının "Nübar" bağçılığının iki ədəd adlı siyahısının təsdiq olunmuş surəti alındı və işə əlavə olundu. Lakin müəyyən edildi ki, həmin siyahılarda İddiaçı adı yoxdur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçının da adının olduğu "1 №-li Sənaye Kombinatının bağçılıq təsərrüfatı kollektivinin torpaq sahəsi almış işçilərinin siyahısı 23 №-li sahə" adlanan sənədin surəti ilə bağlı bildirir ki, həmin surət notariat qaydasında təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin normaların mənasına görə, məhkəməyə sənədin əsli və ya notariat qaydasında təsdiq olunmuş surəti təqdim oluna bilər, təsdiq olunmayan surətlər isə məhkəmədə sənəd kimi qəbul edilmir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin sənədin əslinin, yaxud notariat qaydasında təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi iddiaçıdan tələb edilmiş, lakin iddiaçının nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixli 748 nömrəli ərizəsində sənədin əslinin iddiaçıda olmamasını bildirmiş, həmin sənədin surətini hansı mənbədən əldə etdiyini, hazırda əslinin harada saxlandığını və s. isə bildirməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə aşağıdakı məlumatların məhkəməyə bildirilməsi iddiaçıdan və onun nümayəndəsindən təkrarən xahiş edilmişdir: 1) "1 №-li Sənaye Kombinatının bağçılıq təsərrüfatı kollektivinin torpaq sahəsi almış işçilərinin siyahısı 23 №-li sahə" adlanan sənədin məhkəməyə təqdim edilmiş surətini hansı mənbədən əldə etmələri barədə, 2) Həmin sənədin əslinin hazırda hansı orqanda saxlanması barədə, 3) İddiaçının adının cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş siyahılarda mövcud olmamasının səbəbi barədə, 4) Göstərilən torpaq sahəsində hasar, ev, yaxud başqa tikili olub-olmaması barədə. Eyni zamanda, məhkəmənin məktubunda əgər iddiaçıya ayrılmış bağ sahəsinə dair icarə müqaviləsi, sərəncam, order, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış vardırsa, həmin sənədlərin əslini, yaxud notariat qaydasında təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması xahiş edilmişdir. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının deməsinə görə, "1 №-li Sənaye Kombinatının bağçılıq təsərrüfatı kollektivinin torpaq sahəsi almış işçilərinin siyahısı 23 №-li sahə" adlanan sənəd "xxxx" MMC tərəfindən verilmişdir, hazırda həmin sənədin əslinin hansı orqanda saxlanması barədə heç bir məlumat yoxdur. İddiaçının deməsinə görə, onun adının cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş siyahılarda mövcud olmamasının səbəbi barədə məlumatı yoxdur. Həmçinin, qeyd olunan torpaq sahəsi hasara alınmamış və torpaq sahəsində tikili inşa olunmamışdır, Eyni zamanda, bağ sahəsinə dair icarə müqaviləsi, sərəncam, order, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış da yoxdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatının "Nübar" bağçılıq təsərrüfatı tərəfindən İddiaçı adına verilmiş "Vəsiqə" torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas vermir. Torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas verən digər sənədlər, yəni bağ sahəsinə dair icarə müqaviləsi, sərəncam, order, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış da mövcud deyil. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur, ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli 433 nömrəli qərarı ilə Mingəçevir şəhəri 1 nömrəli Sənaye Kombinatının işçilərinə ayrılmış ərazidə ona verilmiş 9 nömrəli 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1922/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1922/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver