Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1922/2023 02.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailəsinə xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin olunmuş Ünvanlı Dövlət Sosial Yardımın bərpa olunması, imtina və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması və Ünvanlı Dövlət Sosial Yardımının ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialına qarşı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “Ailəyə xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin olunmuş Ünvanlı Dövlət Sosial Yardımın bərpa olunması, imtina və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması və Ünvanlı Dövlət Sosial Yardımının ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə hüquqi yardım edilərək cavabdeh orqanın düzgün qeyd edilmədiyi izah edilmişdir. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1922/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş cavabdehin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərziəsinin əsaslarına görə, İsmayılova X4 şəhəri, Şəfəq küçəsi, ev 6-A/l ünvanına qeydiyyatdadır, faktiki olaraq Mingəçevir şəhəri, D.Əliyeva küçəsi ev 16, mənzil 47 ünvanında yaşayır. 2011-ci ildə həyat yoldaşından boşanmışdır və yaşadığı ünvanda övladları X11, X12 və X9 ilə birgə yaşayır. Həddindən artıq aztəminatlı və kasıb yaşayır. 2022-ci ildə xx.xx.2022-ci il tarixli, **********18102 nömrəli müraciəti əsasında yaşadığı ünvanda ailəsinin maddi-məişət şəraiti yoxlanılaraq xx.xx.2022- ci il tarixdən 1 (bir) il müddətinə 385,98 manat sosial yardım təyin olunmuşdur. Lakin həmin sosial yardımı cəmi 8 (səkkiz) ay ala bilmişdir. Çünki, əsassız səbəblərdən ailəsinə təyin olunan ünvanlı dövlət sosial yardımı dayandırılmış, sosial yardım alımaq hüququna 1 (bir) il müddətinə məhdudiyyət qoyulmuşdur. Guya onun ailə tərkibində dəyişiklik olub, guya istifadəsində nəqliyyat vasitəsi var. Həmin təşkilatın işçiləri uşaqlarının babasını nəvələrinə baş çəkməyə gələrkən görmüş, araşdırmadan sosal yardımın verilməsindən imtina etmişlər. Uşaqların baba və nənəsi – faktiki olaraq ünvan 2 ünvanında yaşayırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialın 13 aprel 2023-cü il tarixli 3-17-l/2-İ-79890/2023-nömrəli bildiriş məktubunda ona ünvanlı sosial yardımının dayandırılması bildirilmiş, aldığı sosial yardımın isə geri qaytarılmalı olması bildirilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-159485/2023 nömrəli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı V.lsmayılova məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, 21 iyul 2022-ci il tarixdə “Ünvanlı dövlət sosial yardım” almaq üçün elektron qaydada X14 və X17 müraciət etmişdir. Onun xx.xx.2022-ci il tarixli müraciətinə müvafiq olaraq ailəyə xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək 385,98 manat məbləğində Ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. V.lsmayılovaya 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2023-cü ilin isə yanvar və fevral aylarında Ünvanlı dövlət sosial yardımla bağlı ödənişlər həyata keçirilmişdir. Daha sonra 22.02 2023-cü il tarixli 3-17-1/3-1-21184/2023 nömrəli xidməti məruzəyə əsasən Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının xidmətində olan Goranboy, Mingəçevir, Şirvan həmçinin Ağdaş rayonları üzrə ünvanlı dövlət sosial yardımı (bundan sonra - ÜDSY) ödənişi təyin edilmiş işlərin plana uyğun olaraq monitorinqi həyata keçirilmişdir. Monitorinq nəticəsində 16 ailənin ÜDSY işində uyğunsuzluq aşkarlanmışdır. Bu səbəblə də ona ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmışdır. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan xüsusatlara görə məhkəmə tərəfindən təmin edilməməlidir. "Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Həmçinin sözügedən qanunun ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. "Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.2-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Sözügedən Qaydaların 4.3-cü bəndinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. 3.6 ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X14 və X22 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Belə ki, xx.xx.2023-cü il tarixli monitorinq aktına əsasən monitorinq nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - İddiaçı, 3 övladı, qayınatası, qayınanası, həyat yoldaşı (ilk öncə qaynı kimi təqdim olunmuşdu) qeyd edilən ünvanda birlikdə yaşayırlar, yaşadıqları ünvan qayınatasına məxsusdur; - Təmsilçi ilk öncə həyat yoldaşı ilə rəsmi nikahda olub, ayrılıb və rəsmi nikahdan 1 övladları var. Daha sonra həyat yoldaşı ilə qeyri-rəsmi nikah münasibətində olmuş və bu nikahdan onların 2 övladı dünyaya gəlmişdir; - xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən iddiaçıya qayınatasının evində 2 otaqda yaşamaq hüququ verilmiş və həmin tarixdən ünvan 4 ünvanında birlikdə yaşamağa başlamışlar. Eyni təsərrüfata, eyni ailə tərkibinə malik olmuşlar; - Təmsilçi və həyat yoldaşı işləmədiyini, qayınatası 283 manat pensiya, qayınanası 220 manat pensiya aldıqlarını bildirmişlər; - Qayınatası “Nissan" markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etdiyini bildirmişdir. İddiaçıya ünvanlanan 15 mart 2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ aşağıda qeyd olunan əsaslara görə 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır: - Maddi X6 zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilmişdir; - Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və ailə tərkibində baş vermiş dəyişiliklə bağlı məlumat verilməmişdir. Birinci əsasa münasibətdə iddiaçı “ərizə- bəyannamədə" ünvan 4 ünvanında övladları xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X13, xx.xx.2022-ci il təvəllüdlü X10 ilə birlikdə yaşadığını qeyd etsə də, monitoring nəticəsində müəyyən edilmişdir ki, faktiki olaraq qeyd edilən ünvanda qayınatası, qayınanası, həyat yoldaşı da onlarla birgə yaşayır. Bu da “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda göstərilən “Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə “ailənin tərkibi, əmlakı və gəliri haqqında tam və düzgün məlumat verməlidir’’ müddəasi ilə ziddiyyət təşkil edir. İkinci əsasa münasibətdə isə iddiaçı tərəfindən ailənin istifadəsində “nəqliyyat vasitəsinin” olmaması qeyd edilsə də, monitorinq nəticəsində ailənin istifadəsində nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Bu da “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.3.6-cı bəndi ilə ziddiyyət təşkil edir (ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar). Eyni zamanda Fondun X1 üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanan xx.xx.2023cü il tarixli 3-17-1/2-İ-79890/2023 nömrəli məktubunda ailəyə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırıldığı, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 2701,86 manat məbləğində artıq vəsaitin ödənildiyi və sözügedən vəsaitin Fondun hesabına qaytarılmalı olduğu bildirilmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsinixahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir şəhər 3 nömrəli Mənzil İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 98 nömrəli və xx.xx.2022-ci il tarixli, 648 nömrəli arayışlarından görünür ki, iddiaçının ailə tərkibi X11, X13 və X2 ibarətdir və onlar ünvan 5 ünvanında yaşayırlar. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-i-79890/2023 nömrəli bildirişdən görünür ki, iddiaçının ünvanlı dövlət sosial yardımı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin aşkar edilməsi səbəbilə) dayandırılmışdır. İddiaçıya 01,08.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 2701,86 (iki min yeddi yüz bir manat səksən altı qəpik) manat məbləğində artıq vəsait ödənilmişdir. Həmin məbləğin 10 iş günü müddətində Fondun hesabına geri bərpa olunması tələb olunmuş, əks təqdirdə qanuna uyğun tədbirlər görüləcəyi bildirilmişdir. - AZ-İ 192551 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı arasında nikah qeydi xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2022-ci il tarixli **********18102 nömrəli bildirişdən görünür ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması qərara alınmış, Maddi X6 zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi. Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması, Ailənin tərkibində baş vermiş dəyişikliklə bağlı məlumatın verilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il 2(051)-751/2011 nömrəli qətnamədən görünür ki, cavabdeh X7 hər ay 80 (səksən) manat miqdarında aliment tutulub 08 mart 2007-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan, 03 iyun 2011-ci il tarixdən tutulması qərarı alınmışdır. - Ailənin X1 barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir (həmçinin cavabdeh orqan keçirilmiş baxışların videogörüntülərini məhkəmə tədqiqatına təqdim etmişdir): - Monitorinq üçün qeyd olunan ünvanda olduq. Təmsilçi 2 övladı, qayınata, qayınana, h/y (ilk öncə qaynı kimi təqdim olunmuşdur) ünvanda idi. Yaşadıqları ünvanın qayınatasına məxsus olduğunu, ünvanda təmsilçi 3 övladı, h/y, qayınata, qayınana yaşadıqlarını bildirdilər. Təmsilçi ilk öncə rəsmi nikahda olub ayrılıb, övladı var idi. Daha sonra qeyri-rəsmi nikah olub, iki övladı olub. xx.xx.2022-ci il tarixli sənədə əsasən qayınatasının evində 2 otaqda yaşama hüququ verilib. Həmin tarixdən D.Əliyeva 16, 47 ünvanında birlikdə yaşayırlar, eyni ailə tərkibinə, eyni təsərrüfata malikdirlər. Təmsilçi h/y işləmədiyini, qayınatası 283 AZN pensiya, qayınanası 220 AZN pensiya aldıqlarını bildirdilər. Qayınatası Nissan markalı (**-KD-***) n/v idarə etdiyini bildirdi. ÜDSY 385 AZN təyin olunub, kart mənzildə idi. Eyni mətbəxdən, eyni sanitar qovşağından istifadə etdiklərini bildirdilər. Maddi X6 zamanı ailənin göstərilən ünvanda 4 nəfər ailə tərkibinin yaşadığı müəyyən olundu. Yaşadığı ev keçmiş qayınatasına məxsusdur. 2014-cü ildə nikah pozulmuşdur. Aliment almamış, əvəzində evdə yaşamaq hüququ olmuşdur. Boşanmadan sonra 2 uşaq olmuş, onlar doğum şəhadətnaməsi atalığa müəyyən etmə faktı da alınmışdır. Təmsilçi qeyri-rəsmi işləmiş aylıq gəliri olmuşdur. Ailəyə valideynlər aylıq 200 manat köməklik göstərir. - xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, ikinci tərəf birinci tərəfin “ünvan 6 ünvanında yaşayış hüququnun verilməsi” iddiası ilə razıdır və sözügedən mənzildə birinci tərəfin uşaqları (X11 xx.xx.2007 təvəllüdlü, X13 xx.xx.2016 təvəllüdlü və X9 xx.xx.2022-ci il təvəllüdlü) ilə birgə yaşamasına etiraz etmir. Onların yaşaması üçün giriş qapısından solda yerləşən 1-ci otaq və giriş qapısı ilə üzbəüz 2-ci otağı ayırmağı öhdəliyinə götürür. - **********181 nömrəli ərizədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizim ailəmizə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədilə ailənin 18 yaşına çatmamış üzvləri X11, X13 və X9 barədə məlumat verərək, Nazirlik tərəfindən onların hər birinə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanlarından və təşkilatlardan əldə edilməsinə və aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən onların hər birinə dair sorğu olunan gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların müvafiq olaraq Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsinə etiraz etməmişlər. Həmçinin ailə üçün 1 il müddətinə təyin olunaxaq sosial yardımın alınması üçün İddiaçı ailəsini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişlər. - Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli etiraza əlavədə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə mərkəzi filialı tərəfindən iddiaçının evində xx.xx.2023-cü il tarixdə X1 (video çəkiliş ilə) həyata keçirilmişdir. Həmin video görüntülər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sözügedən video görüntülərdə qeydə alınmış bəzi ziddiyyətli məqamlar mövcuddur: - Belə ki, video görüntülərə diqqət etsək görərik ki, iddiaçı V.lsmayılova qayınatasına məxsus ünvan 7 ünvanında yerləşən yaşayış sahəsinin sadəcə 2 otağından istifadə hüququ olduğunu qeyd edir. Həmçinin İddiaçı qayınatası tərəfindən təqdim edilən MKT İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 336 nömrəli arayışında onun Mingəçevir şəhəri, H.Hüseynov küçəsi 15 nömrəli mənzildə yaşadığı qeyd olunmuşdur. Lakin, video görüntülərdə evin digər otaqlarının da yaşayışa yararlı və istifadədə olduğu aydın şəkildə görünür. Yəni, V.lsmayılova sözügedən ünvanın sadəcə 2 otağından istifadə edirdisə, məntiqi cəhətdən evin digər otaqları boş və istifadəyə yararlı olmamalı idi. Bu da onların ayrı yaşamasına şübhə yaradan əsas məqamlardan biridir. - Video görüntüdə Mərkəzi Filialın nümayəndəsi tərəfindən iddiaçıya sual olunur ki, bu ünvanda kimlər yaşayır. İddiaçının qayınatası cavab olaraq bildirir ki, ailəsi, gəlini və 2 uşağı sözügedən ünvanda yaşayır. Bu cavabla iddiaçı tərəf həmin mənzildə bir yerdə yaşadıqlarını etiraf edir. Halbuki iddiaçı V.lsmayılova ünvanlı dövlət sosial yardıma müraciət edərkən ailədə sadəcə 4 nəfər (övladları və özü) olduqlarını qeyd etmişdir Həmçinin məhkəmə prosesində iddiaçının qayınatası müayinənin aparıldığı gün gəlinigilə qonaq getdiyini və bir yerdə yaşamadıqlarını qeyd etmişdir. - Müayinə aparılan zaman iddiaçının həyat yoldaşı ilkin olaraq İddiaçı “qaynı” kimi təqdim olunur. Daha sonra iddiaçı sözügedən şəxsin onun “həyat yoldaşı” olduğunu etiraf edir. - Həmçinin nümayəndənin “qayınatanızla bir yerdə yaşayırsınız” sualına cavab olaraq İddiaçı bir yerdə yaşadıqlarını inkar etmir. Qayınatası da bildirir ki, təxmini 1 ilə yaxın bir müddətdir ki, bir yerdə yaşayırıq. - Ailənin gəlirləri ilə bağlı suala cavab olaraq iddiaçının qayınatası pensiya aldığını və ailəni onun gəlirləri ilə saxladığını qeyd edir. İddiaçı müayinənin sonunda tərtib edilən monitorinq aktını imza edərək təsdiqləyir ki, Dilarə Əliyeva küçəsi ev 16, mənzil 47 ünvanında qayınatasıgillə birlikdə yaşayırlar, eyni ailə tərkibinə, eyni təsərrüfata malikdirlər, eyni mətbəxdən, eyni sanitar qovşağından istifadə edirlər. 20 iyul 2022-ci il tarixdə İddiaçı və qayınatası arasında ünvan 8 ünvanında iddiaçıya “yaşayış hüququnun verilməsi” barədə barışıq sazişi imzalanmışdır. İş üzrə maraqlı məqamlardan biri də budur ki. iddiaçı əvvəllər də orada yaşamasına baxmayaraq, barışıq sazişini xx.xx.2022-ci il tarixdə imzalayıb. Belə ki, iddiaçının ünvanlı dövlət sosial yardıma xx.xx.2020-ci ıl tarixdə müraciətində də, yaşayış ünvanı olaraq ünvan 9rinizə çatdırırıq ki, iddiaçı 20 07.2022-ci il tarixdə barışıq sazişi imzalamış, 21.07 2022-ci il tarixdə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün müraciət etmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli barışıq sazişində iddiaçının qayınatası X3 yaşayış yeri olaraq Mingəçevir şəhəri, D.Əliyeva küçəsi ev 16, mənzil 47 göstərilib. Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları'’nın 4.2-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Göründüyü kimi, iddia tələbi əsassız və qanunsuz olduğundan, iddiaçı tərəfindən sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri hagqında) tam və düzgün məlumat verilmədiyindən cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxanda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən göründüyü kimi verilən imtina qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələb “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Hazırkı iş üzrə cavabdeh orqan, iddiaçıya xx.xx.2022-ci il tarixdən hesablanmaqla ünvanlı sosial yardım təyin etmişdir. Sözügedən təyinatın aparılması iddiaçı barəsində əlverişli inzibati akt olmuş və buna görə də ona həmin tarixdən xx.xx.2023-cü il tarixədək 385,98 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının xidmətində olan Goranboy, Mingəçevir, Şirvan həmçinin Ağdaş rayonları üzrə ünvanlı dövlət sosial yardımı (bundan sonra - ÜDSY) ödənişi təyin edilmiş işlərin plana uyğun olaraq monitorinqi həyata keçirilmiş, monitorinq nəticəsində 16 ailənin, o cümlədən iddiaçının ÜDSY işində uyğunsuzluq aşkarlandığından ona ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmışdır. Bununla belə inzibati orqan ünvanlı dövlət sosial yardımının dayandırılması ilə bağlı ayrıca inzibati akt qəbul etməmiş, iddiaçıya ilkin təyinatın aparıldığı xx.xx.2022-ci il tarixli müraciətə münasibətdə “müraciətdən imtina edilməsi barədə” bildiriş tərtib edərək, ilkin təyinatı imtina cavabı ilə əvəz etmişdir. Bununla belə nəzərə alınmalıdır ki, ilkin təyinatın imtina cavabı ilə əvəzlənməsi ilə bağlı bildiriş iddiaçıya münasibətdə ilkin təyinatın hüquqi nəticələrini aradan qaldırdığından və onun hüquqi sferasında dəyişikliyə səbəb olduğundan, məhkəmə sözügedən bildirişi əlverişsiz inzibati akt kimi qəbul edərək hüquqi qiymət vermişdir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində...qaldırıla bilər. Cavabdeh orqan ilkin təyinatı imtina cavabı ilə əvəz etdikdən sonra müvafiq inzibati aktın hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçıya ÜDSY-nın dayandırılması ilə bağlı məlumat verilmiş, ümumilikdə ödənilmiş 2701,86 manat pul məbləğinin təqdim edilmiş hesaba ödənilməsi tələb edilmişdir. Bununla belə sözügedən məktubda da, iddiaçıya ÜDSY-nın hansı inzibati akt əsasında dayandırılması və hüquq müdafiə vasitələri barədə məlumat verilmədiyindən, məhkəmə hazırkı iş üzrə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılmaması qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, iddiaçı, cavabdeh orqana qarşı “imtina və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması” tələbi ilə bərabər, həm də “Ünvanlı Dövlət Sosial Yardımın bərpa olunması və ödənişlərin davam etdirilməsi” tələblərini də irəli sürmüşdür. İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Göründüyü kimi “Ünvanlı Dövlət Sosial Yardımın bərpa olunması və ödənişlərin davam etdirilməsi” tələbləri mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələr hesab olunduğundan həmin tələblərə də ilkin tələblərlə birgə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 385,98 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının xidmətində olan Goranboy, Mingəçevir, Şirvan həmçinin Ağdaş rayonları üzrə ünvanlı dövlət sosial yardımı (bundan sonra - ÜDSY) ödənişi təyin edilmiş işlərin plana uyğun olaraq monitorinqi həyata keçirilmiş, monitorinq nəticəsində iddiaçının ÜDSY işində uyğunsuzluq aşkarlandığından ona ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmış və barəsində sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarı qəbul edilmişdir. Cavabdeh orqan sözügedən qərarın qəbul edilməsini maddi X6 zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və ailə tərkibində baş vermiş dəyişiliklə bağlı məlumat verilməməsi ilə əsaslandırmışdır. Belə ki, cavabdeh orqanın mövqeyinə görə iddiaçı “ərizə- bəyannamədə" ünvan 4 ünvanında övladları xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X13, xx.xx.2022-ci il təvəllüdlü X10 ilə birlikdə yaşadığını qeyd etsə də, monitoring nəticəsində müəyyən edilmişdir ki, faktiki olaraq qeyd edilən ünvanda qayınatası, qayınanası, həyat yoldaşı da onlarla birgə yaşayır. Bu da “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda göstərilən “Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında tam və düzgün məlumat verməlidir’’ müddəasi ilə ziddiyyət təşkil edir. Həmçinin iddiaçı tərəfindən ailənin istifadəsində “nəqliyyat vasitəsinin” olmaması qeyd edilsə də, monitorinq nəticəsində ailənin (qayınatasının) istifadəsində Nissan markalı (**-KD-***) nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Bu da “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.3.6-cı bəndi ilə ziddiyyət təşkil edir (ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar). Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. ”Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir (maddə 1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X1nin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin X1”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan 3-ü yetkinlik yaşına çatmamışdır. Cavabdeh orqanın iddiaya qarşı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Mingəçevir İH başçısının 1 nömrəli Sahə Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022ci il tarixli 648 nömrəli arayışı ilə iddiaçının ailə tərkibinin 4 nəfərdən ibarət olması sübuta yetirilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun ailəyə belə bir anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər (m.1.0.2). Odur ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Belə ki, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Qeyd olunan maddənin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan onun keçmiş qayınanası və qayınatası iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Odur ki, iddiaçının həmin şəxslərlə birgə yaşama halının mövcudluğu onlarla ümumi birgə təsərrüfat aparmasını birbaşa sübuta yetirən hal kimi nəzərdən keçirilə bilməz. Yəni, sözügedən şəxslərin iddiaçı ilə bir ünvanda yaşamasının yoxlanılması yetərli deyil, onların ümumi ev təsərrüfatına malik olub-olmaması da müəyyən edilməlidir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tarixli 19/11 №-li Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişində Əsas anlayışlar hissəsində ev təsərrüfatına aşağıdakı kimi anlayış verilmişdir: – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər. Göründüyü kimi iddiaçı və övladlarının yaşayış sahəsində baxış zamanı aşkar edilmiş digər şəxslərlə ümumi ev təsərrüfatına malik olması üçün yuxarıda qeyd edilən bütün şərtlər məcmu halda sübuta yetirilmiş olmalıdır. Cavabdeh orqan isə həmin şəxslərin eyni mənzildə yaşaması və mənzil-kommunal xidmətlərindən birgə istifadə etməsindən başqa digər şərtləri sübuta yetirə bilmir. Yəni, sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının baxış keçirilən zaman aşkar edilmiş şəxslərlə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın ailənin istifadəsində olduğunu bildirdiyi Nissan markalı (**-KD-***) nəqliyyat vasitəsi iddiaçının qayınatasının istifadəsində olmaqla iddiaçıya heç bir aidiyyəti yoxdur. Digər tərəfdən iddiaçının xx.xx.2022-ci il tarixli barışıq sazişi əsasında ünvan 4 ünvanında birlikdə yaşaması və onun sazişdə nəzərdə tutulandan artıq otaqlardan istifadə etməsi də, ona təyin edilmiş ünvanlı sosial yardımın ləğv edilməsi əsası kimi çıxış edə bilməz. Cavabdeh orqanın məhkəmə iclasında təqdim etdiyi videogörüntülərə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqanın əməkdaşının baxış zamanı yaşayış sahəsində aşkar etdiyi şəxslərə münasibətdə verdiyi reaksiya, iddiaçıya verilmiş sualların məzmunu və ümumi davranışı baxış zamanı aşkar edilmiş şəxslərin əslində həmin ünvanda olmasının qanun pozuntusu görüntüsü yaratdığından, iddiaçı, cavabdeh orqan tərəfindən ziyanına qərar qəbul ediləcəyi qorxusu altında verilən suallara həyəcan və tərəddüdlə cavab verərək barəsində əlverişsiz inzibati aktın qəbul edilməsindən qorunmağa çalışmışdır. Yəni, tədqiq edilmiş videogörüntüdən aşkar görünür ki, iddiaçıya qarşı psixoloji təzyiq həyata keçirilərək aşkar olunmuş şəxslərə sanki, qadağan edildiyi halda həmin yaşayış sahəsinə qanunsuz daxil olmuş şəxslər kimi yanaşılmışdır. Bununla belə ünvanlı sosial dövlət yardımının təyin edildiyi və ödənildiyi dövr ərzində digər şəxslərin həmin yaşayış sahəsində yaşaması ilə bağlı qanunvericilik hər hansı məhdudiyyət müəyyən etməmişdir. Cavabdeh orqan sözügedən şəxslərin həmin ünvanda faktiki yaşayıbyaşamamasını yox, həmin şəxslərin iddiaçı ilə birgə ümumi təsərrüfatı aparıbaparmamasını müəyyən etməlidi idi. Yəni, bütövlükdə aşkar olunmuş şəxslərə münasibətdə araşdırılmalı olan hal – onların iddiaçı ilə birgə təsərrüfat aparıbaparmamasıdır. İddiaçıya və ailə üzvlərinə qayınatasının və qayınanasının gəlirlərindən kömək edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, nəvələrinə və digər ailə üzvlərinə qayğı ilə yanaşan baba və nənənin ailəyə mütəmadiliyi sübut olunmayan yardımları ailənin gəliri kimi nəzərdən keçirilə bilməz. Belə ki, həmin yardımın növbəti dəfə edilibedilməyəcəyi və məhz hansı məbləğdə ediləcəyi ilə bağlı iddiaçının konkret gözləntisi olmadığından, yardımın edildiyi və edilmədiyi vaxtlar hər dəfə cavabdehi məlumatlandırması ağlabatan hesab edilə bilməz. İstinad olunan “Qaydaların” 5.1-ci bəndində də ailənin gəlirlərinin ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə münasibətdə nəzərə alınması müəyyən edilmişdir. Cavabdeh orqan isə ÜDSY təyin edildikdən sonrakı müddətdə keçirdiyi monitorinq zamanı iddiaçının şifahi izahatına istinad edərək onun gəlirlərinin dəyişməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir. Odur ki, cavabdeh orqanın iddiaçının gəlirlərinin düzgün göstərilməməsi əsasına istinadı da tamamilə əsassızdır. Məhkəmə bütün qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılmasında və 1 il müddətinə məhdudlaşdırma qərarının qəbul edilməsində cavabdeh orqan haqlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə imtina və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarı ləğv edilməklə, İddiaçı xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı vaxtdan bərpa olunması və ödənişinin davam etdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.