Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-193/2024 12.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “imtinanın əsassız hesab edilməsi və ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sərtlər daxilində vaş həddi 5 il azaldılmaqla vasa aörə əmək pensiyası hüququ vardır. Həmin qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci İl iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1,0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqlan ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürme avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Bildiririk ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 26 yanvar 1988-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və “Azərbaycan İES" MMC-nin iddiaçıya dair 19 avqust 2022-ci il tarixli 07-85 nömrəli arayışında xx.xx.1991-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan DRES Kimya sexində, xx.xx.1997-05.01,2009-cu il tarixləri arasındakı dövr ərzində Kimyəvi avadanlıqların xüsusi təmiri sexində, “Azərbaycan İES" MMC-nin 16 sentyabr 2020-ci il tarixli 07-97 nömrəli və 27 fevral 2023-cü il tarixli 07- 32 nömrəli iddiaçıya dair arayışlarında xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Mərkəzi Təmir sexinin Kimya avadanlıqlarının təmiri briqadasında təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunub. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçının işlədiyi sahələr yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İddiaçının mübahisəsiz güzəştli iş stajı: - xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər; - xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər. İddiaçı ümumlikdə 11 il 9 ay 9 gün güzəştli iş stajına malikdir. İddiaçının mübahisəli güzəştli iş stajı: - xx.xx.1991-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.1997-05.01 2004-cü il tarixləri arasındakı dövrlər; - xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər. Eyni zamanda İddiaçı ümumi iş stajı 41 il 4 ay 6 gündən ibarət olmaqla aşağıdakı kimidir: - xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.1988-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər (ümumilikdə 2006-cı il tarixədək 24 il 2 ay 6 gün); 2006-cı il tarixdən sonra isə 17 il, 2 aydan ibarətdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sosial sığorta stajı olmadığından güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1960-cı il tarixdə doğulmuşdur. - "xxxx" MMC-nin xx.xx.2020 tarixli AG/27 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.2009-cu ildən (əmr № 01/-k, xx.xx.2009-cu il) xx.xx.2010-cu ilədək (əmr № 01/k, xx.xx.2010-cu il) "xxxx" MMC-nin Qazan-Turbin, Avadanlıqlarının Təmiri və Sazlanması İdarəsinin Köməkçi Avadanlıqlarının Təmiri sexində 5-ci dərəcəli təmirçiçilingər peşəsində işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının NK-nin xx.xx.2007-ci il tarixli 12 №-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj: 1 il təşkil edir. "xxxx" MMC xx.xx.2012-ci il tarixdən "xxxx" MMC adlandırılıb. - Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “işin xarakteri haqqında arxiv arayış”ından görünür ki, iddiaçı xx.xx.2010-cu ildə (əmr №-18/17-kş, xx.xx.2010-cu il) "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Köməkçi Avadanlıqların Təmiri sexinə çilingər peşəsinə qəbul edilib, xx.xx.2012-ci ildə (əmr №- 115/17-kş, xx.xx.2012-ci il) Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinə 5-ci dərəcəli çilingər peşəsinə keçirilib və xx.xx.2012-ci ildə (əmr №143/17kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Xüsusi zərərli iş şəraitində işlədiyi üçün İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək işlədiyi müddətdə Əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Göstərilən peşələr, "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarının 24-cü Fəslinin "‘Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın "a" bəndinə əsasən avadanlığa xidmət edən çilingərlərin işi bilavasitə xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 02 il, 11 ay, 01 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli “İşin xarakteri haqqında arayış”dan görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx"-MMC-nin Mərkəzi Təmir sexinin “Kimya avadanlıqlarının təmiri briqadasında” 5-ci dərəcəli təmirçi-çilingər, çilingər vəzifəsində (Əmr №303/Ş xx.xx.2012), xx.xx.2015-ci il tarixdən hal-hazıradək “Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinin “Qaz təsərrüfatı avadanlıqlarına xidmət və təmir edən briqadada” 5-ci dərəcəli qazanxana sexi avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr №55/Ş xx.xx.2015) işləyir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində C02 karbon qazı, səs-küy, havanın temperaturu, işıqlanma, nisbi rütubət, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu), əsəb, emosional və intelektual gərginliyin normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün Şəmməd Sabir oğiu Nəzərova xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək aylıq məvacibinin 20% miqdarında və xx.xx.2015-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” bəndinə uyğundur. "xxxx" MMC-də zərərli iş stajı xx.xx.2012-ci il tarixdən hal-hazıradək 07 il 09 ay təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli İş fəaliyyəti haqqında arayışdan görünür ki, xx.xx.1991-ci il tarixdən Azərbaycan DRES kimya sexinə 3-cü dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. (Əmr №209 xx.xx.1991) xx.xx.1992-ci ildən Mərkəzi imtahan komissiyasında imtahan verdiyinə görə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. (Əmr№11/K xx.xx.1992) xx.xx.1994-cü ildən Mərkəzi imtahan komissiyasında imtahan verdiyinə görə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. (Əmr №46/K xx.xx.1994) xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Kimyəvi Avadanlıqların xüsusi təmir sexində 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. (Əmr №25/K xx.xx.1997) işlədiyi müddətdə vəzifə funksiyasına görə Elektrik stansiyasının Kimya sexində, 1 və 2 saylı Qazan-turbin sexlərində yerləşən blok duzssuzlaşdırma qurğusunda (BDQ) avadanlıqların təmir işini aparmışdır və avadnlıqlara texniki xidmət işini yerinə yetirmişdir. Göstərilən vəzifələrdə işlədiyi müddətdə zərərli iş şəraitinə görə 20% həcmində əlavə əmək haqqı ödənilmişdir. - ИT-İ ******* №-li əmək kitabçasından əsasən iddiaçının xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983 - xx.xx.1988, xx.xx.1991 - xx.xx.2010, xx.xx.1988 - xx.xx.1988, xx.xx.2010 – xx.xx.2012, xx.xx.1988 - xx.xx.1991, xx.xx.2012 - xx.xx.2020. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Bölməsinin xx.xx.2020-ci il tarixli 283 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1979 - xx.xx.1981-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) mərkəzi təmir sexi, təmirçi-çilingər, qazanxana sexi avadanlığının təmiri üzrə çilingər tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 10 il 02 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri 8 saatlıq iş günü ərzində CO2, səs-küy, havanın temperaturu, işıqlanma, nisbi rütubətin, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorlarına görə aylıq məvacibin 20% və 12% miqdarında əlavə əmək haqqı və 06 əlavə məzuniyyət günü verilmişdir. - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 26 yanvar 1988-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasında və ‘'Azərbaycan İES” MMC-nin 19 avqust 2022-ci il tarixli 07-85 nömrəli arayışında xx.xx.1991-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan DRES Kimya sexində, xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Kimyəvi avadanlıqların xüsusi təmiri sexində, “Azərbaycan İES’’ MMC-nin 16 sentyabr 2020-ci il tarixli 07-97 nömrəli və 27 fevral 2023-cü il tarixli 07-32 nömrəli arayışlarında xx.xx.2012xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Mərkəzi Təmir sexinin Kimya avadanlıqlarının təmiri briqadasında təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən şəxsin işlədiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq ediimiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 9 gün (xx.xx.2009- 05,01,2010-cu il, xx.xx.2010-xx.xx.2012-ci il, xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda İddiaçı ümumi iş stajı 41 il 4 ay 6 gün (01.01,2006-cı il tarixinədək 24 il 2 ay 6 gün əmək stajı (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1991-31,12.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 2 ay sığorta stajı)) təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “İstehsalat fəaliyyəti haqqında” arayışdan görünür ki, İddiaçı (təvəllüdü xx.xx.1960-cı il) xx.xx.2012 tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC - "xxxx" MMC - Mərkəzləşdirilmiş Təmir sexi - Kimya Avadanlıqlarının Təmiri briqadası 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul olunub. Mərkəzləşdirilmiş Təmir sexinin Kimya avadanlıqların Təmiri briqadasının 5-dərəcəli təmirçi çilingərin vəzifə funksiyaları: - QTS-1 və QTS-2 saylılarda (X6) BDQ-lərin materialının yüklənməsi, daxili və xarici boru sisteminin armaturların təmir olunması. xx.xx.2015-ci il tarixdən xx.xx.2020-cı il tarixədək "xxxx" ASC - "xxxx" MMC - Qazan və Köməkçi avadanlıqların təmiri sexi - Qaz təsərrüfatı avadanlıqlarına xidmət və təmir edən briqadada Qazanxana sexi avadanlığının təmiri üzrə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. "xxxx" MMC-nin Qazan və Köməkçi Avadanlıqların Təmiri sahəsində "Qaz təsərüffatı Avadanlıqlarına xidmət və təmir edən briqadanın 5-ci dərəcəli təmirçi çilingəri vəzifə funkisiyaları: QPM-1 və QPM-2 (X5) saylılarda, QTS-1 və QTS-2 (X6) saylılarada qaz siyirtmələrinin, tənzimləyicilərin, boru kəmərlərinin təmir edilməsi. xx.xx.2020-xx.xx.2022 "xxxx" MMC, Mərkəzi Təmir sexi, Köməkçi sexlərin təmiri Sahəsi, Kimya təsərrüfatı avadanlıqlarına xidmət və təmir edən briqadada Təmirçi çilingər (ödəmə dərəcəsi-5) vəzifəsində işləyir. xx.xx.2022-hal-hazıradək "xxxx" MMC, Mərkəzi təmir sexi, Köməkçi sexlərə xidmət edən sahə, Kimya təsərrüfatı avadanlıqlarına xidmət edən briqadada Təmirçi çilingər (ödəmə dərəcəsi-5) vəzifəsində işləyir. Göstərilən sahələr üzrə zərərli iş yerləri hesab olunur. xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlavə 12% və 01 06.2020-ci il tarixdən hal-hazıradək 20% əmək haqqı ödənilir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü) xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" MMCnin Kimya sexində təmirçi - çilingər vəzifəsində (əmr № 209 23.08 1991), xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Kimya sexinin nəzdində olan Kimya avadanlıqlarının Xüsusi Təmiri sahəsində təmirçi-çilingər vəzifəsində (əmr №25/K xx.xx.1997) işləmişdir. Kimya sexinin təmirçi-çilingəri vəzifəsində işləyən işçilər aşağıda göstərilən funksiyaları yerinə yetirirlər: - Kimya sexinin reagent təsərrüfatının avadanlıqlarının sulfat turşusu və kaustik soda saxlama çənlərinin, turşu-qələvi nasosların, armatur və boru kəmərlərinin təmiri, sistemlə gələn reagentlərin boşaldılması, - Kimya sexinin kimyəvi sutəmizləmə qurğusunun avadanlıqlarının, ion mübadiləsi süzgəclərinin, nasosların;armatur və boru kəmərlərinin təmiri. Süzgəclərə ionitlərin (süzgəc materiallarının) yüklənməsi-boşaldılması, - Stansiyanın Qazan-Turbin sexinin ərazisində yerləşən X1 süzgəclərinin, nasos, armatur və boru kəmərlərinin təmiri. X2 1 və 2 nömrəli Qazan-Turbin sexinin zirzəmisində Qazan-Turbin avadanlıqlarının alt hissəsində yerləşir. X1 avadanlıqlarının təmiri və texniki xidmət göstərən çilingərin vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü “Elektrik stansiyaları,enerji qatarlan,buxar və güc təsərrüfatı” bölməsinin "a” bəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri çilingəri (vəzifə kodu 2140000a- 18455) vəzifəsinə onların eyni şəraitdə, eyni məkanda işləməsinə və Zərərli işə görə əlavə əmək haqqı almasına görə uyğundur. - Azərbaycan İES” MMC-nin xx.xx.2023-cü il tarixli “İstehsalat fəaliyyəti haqqında” arayışdan görünür ki, xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Azərbaycan DRES-in Kimya sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Kimya sexinin təmirçi çilingərinin vəzifə funksiyaları: - Kimya sexinin reagent təsərrüfatının avadanlıqlarının: sulfat turşusu və kaustik soda saxlama çənlərinin, turşu-qələvi nasoslarının, armatur və boru xətlərinin təmiri, - Kimya sexinin kimyəvi sutəmizləmə qurğusunun avadanlıqlarının: ion mübadiləsi süzgəclərinin, nasosların, armatur və boru xətlərinin təmiri. Süzgəclərə ionitlərin (süzgəc materiallarının) yüklənməsi-boşaldılması. - Stansiyanin Qazan-turbin sexinin ərazisində yerləşən X1 süzgəclərinin, nasos, armatur və boru xətlərinin təmiri. Göstərilən sahələr zərərli iş yerləri hesab olunur. İşlədiyi müddət ərzində 12% əlavə əmək haqqı ödənilib. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi Goranbay Peşə məktəbinin xx.xx.2023-cü il tarixli 85 nömrəli arayışdan görünür ki, İddiaçı 28.12.181-ci ildə Goranboy Peşə məktəbinin (Qasım İsmayılov rayonu 102 saylı orta texniki Peşə məktəbi) Traktorçu-maşınçı kursuna əyani qəbul olmuşdur. xx.xx.1982-ci ildə də, həmin ixtisası bitirərək 57 saylı attestat almışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17927,11 manat, həmin tarixdən xx.xx.2020-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 21486,77 manat olmaqla cəmi pensiya kapitalı 39413,88 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə almır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 24 il 2 ay 6 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksiəşdirilərək 17927,11 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2020-cü il tarixinə indeksləşdirilərək 21486,77 manat pensiya kapitalı qeydə alınmışdır. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun xx.xx.2020-ci il tarixinə ümumi iş stajı 39 il 5 ay 1 gün (xx.xx.2006-cı il tərixinədək 24 il 10 ay 1 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-cı il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 7 ay) təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tərixinədək qüvvədə olmuş redaksiyasına əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2020-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 39897,94 manat təşkil edirdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyası: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub). İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və xüsusi iş stajı tamamlanmır. Lakin, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə onun ümumi və xüsusi iş stajı tamamlandığından, ona münasibətdə ƏMHQ-nun 9.1-ci maddəsinin xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materiallarından görünür ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur (cavabdeh orqan iddiaçının xx.xx.2020-ci il tarixinə ümumi iş stajının 39 il, 5 ay, 1 gün olmasını qəbul edir). Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirsə də, iş materiallarından görünür ki, iddiaçının 60 yaşının bitdiyi xx.xx.2020-ci il tarixə 12 il 6 aydan çox zərərli sahədə iş stajı mövcuddur. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.1991-xx.xx.1997, xx.xx.1997-05.01 2004 və xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlərdə Azərbaycan DRES Kimya sexində Kimyəvi avadanlıqların xüsusi təmiri sexində, "xxxx" MMC-nin Mərkəzi Təmir sexinin Kimya avadanlıqlarının təmiri briqadasında işlədiyi təmirçi çilingər vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün vəzifələrin nəzərdə tutulduğu Siyahıya (qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə) aid olmamasını bildirmişdir. Məhkəmə təəfindən iddiaçının işlədiyi müəssisədəki Kimya sexinin təmirçi-çilingəri vəzifəsinin əmək funksiyaları öyrənilmişdir. Müəssisə tərəfindən bildirilmişdir ki, digər vəzifə funksiyaları ilə bərabər, Stansiyanın Qazan-Turbin sexinin ərazisində yerləşən X1 süzgəclərinin, nasos, armatur və boru kəmərlərinin təmiri iddiaçının əmək funksiyasına daxildir. X2 1 və 2 nömrəli Qazan- Turbin sexinin zirzəmisində Qazan-Turbin avadanlıqlarının alt hissəsində yerləşir. X1 avadanlıqlarının təmiri və texniki xidmət göstərən çilingərin vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü “Elektrik stansiyaları,enerji qatarlan,buxar və güc təsərrüfatı” bölməsinin "a” bəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri çilingəri (vəzifə kodu 2140000a- 18455) vəzifəsinə onların eyni şəraitdə, eyni məkanda işləməsinə və Zərərli işə görə əlavə əmək haqqı almasına görə uyğundur. Göründüyü kimi iddiaçı ümumi və xüsusi iş stajı ilə bağlı şərtlərə cavab verir. Lakin, yuxarıda qeyd edildiyi kimi sadalanan şərtlərlə bərabər, fərdi hesabının sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalı ilə bağlı tələb də, yerinə yetirilməlidir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17927,11 manat, həmin tarixdən xx.xx.2020-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 21486,77 manat olmaqla, cəmi pensiya kapitalı 39413,88 manat təşkil edir. 10 mart 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 1.107-ci maddəsinə əsasən sözügedən Qanunun 45-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.” Həmin norma 13 may 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilənədək qüvvədə olmuşdur. Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). ƏPHQ-nun 45-ci maddəsinə edilmiş əlavə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi xx.xx.2020-ci il tarixdə qüvvədə olduğundan iddiaçıya münasibətdə gözlənilən pensiya ödənişi aylarının sayı 204 aydır (144+60). Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya münasibətdə tələb olunan minimum pensiya kapitalı hesablandıqda toplanmış pensiya kapitalının (39413,88 manat) tələb olunan 40800 (200x204) manat pensiya kapitalından az olması müəyyən edilir. Odur ki, iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum pensiya kapitalı ilə bağlı şərtə cavab vermədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.