Məhkəmə qərarları › İş №2-1(116)-1934/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1934/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1934/2025 11.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X31 qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı3 nümayəndəsi X9 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Zərdab bələdiyyəsinə qarşı “Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 2-ci və 4-cü bəndlərinin icra olunaraq Zərdab rayonu Təzəkənd kəndinin “Aşağı bağ” adlanan 60 ha örüş təyinatlı torpaq sahəsinə aid olan 13 ha hissəsinin kəndin sakini X3 qanunsuz istifadəsindən, eləcə də 1,30 ha hissəsinin kəndin sakini X13 qanunsuz istifadəsindən geriyə alınaraq kənd sakinlərinin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Zərdab bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 2-ci və 4-cü bəndlərinin icra olunaraq Zərdab rayonu Təzəkənd kəndinin “Aşağı bağ” adlanan 60 ha örüş təyinatlı torpaq sahəsinə aid olan 13 ha hissəsinin kəndin sakini X3 qanunsuz istifadəsindən, eləcə də 1,30 ha hissəsinin kəndin sakini X13 qanunsuz istifadəsindən geriyə alınaraq kənd sakinlərinin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Zərdab rayonunun Təzəkənd kəndində də çöl torpaqlar kənd sakinlərinə paylanmışdır. Kəndin "Aşağı bağ" adlanan 60 ha ərazisi örüş (mal-qaranın otarılması üçün) sahəsi kimi müəyyən edilərək, əvəzsiz və həmişəlik olaraq kənd sakinlərinin istifadəsinə verilmişdir. Hər kəsin bu örüş sahəsindən istifadə hüququ tanınmışdır. Zərdab bələdiyyəsinin sədri Bəhruz Qurbanov kənd səkini X17 xx.xx.2021-ci il tarixli, 69 saylı məktubunda yazır: "Sizin xx.xx.2021-ci il tarixli, Təzəkənd kənd ərazisində "Aşağı bağ" adlanan sahənin hansı kateqoriyaya aid olması barədə ərizənizə cavab olaraq bildiririk ki, bələdiyyənin ərazisinə dair xəritələrdə həmin ərazi örüş kateqoriyasına aid torpaq sahəsi kimi göstərilmişdir". Zərdab RİHB-nın 03 dekabr 1999-cu il tarixli, 122 saylı sərəncamı ilə həmin "Aşağı bağ" örüş sahəsinin 20 ha hissəsi qanunsuz olaraq kənd təsərrüfatı məhsulları istehsalı üçün kənd sakini X5 verilmişdir. Xaləddin qardaşı Elmanla birlikdə həmin örüş torpağının əlavə 19 ha hissəsində zəbt edərək örüş yerinin bütövlükdə 39 ha hissəsini qanunsuz yolla ələ keçirmişlər. Sərəncamda "müvəqqəti istifadənin" müddəti belə göstərilmir. Çöl torpağı sərəncamla yox, icarə müqaviləsi bağlamaqla verilməlidir. Örüş torpaqları qanunla icarəyə verilə bilməz. Qardaşlar kəndin mal-qarasını o torpaqlara buraxmadılar. Zərdab bələdiyyəsinin (Təzəkəndlə Zərdab şəhər bələdiyyəsi eynidir) 06 ha xx.xx.2002-ci il tarixli, 02 saylı qərarı ilə bu 39 ha torpağın 6 ha hissəsi Elmanın arvadı X10, 13 ha hissəsi isə xx.xx.2004-cü il tarixli qərarı ilə İsayev Xaləddinə icarəyə verilmişdir. 20 ha torpaq sahəsi isə Xaləddinlə Elmanın zəbtində qalmışdır. Bu qanunsuzluğu pərdələmək niyyəti ilə örüş sahəsindən kəndin digər bir neçə sakininədə az ölçülərdə torpaq sahəsi icarəyə verilmişdir. Hamısıda örüş torpağından təyinatına zidd olaraq əkin sahəsi kimi istifadə etmişlər. Bununla da kənd sakinlərinin əvəzsiz olaraq bu torpaqlardan istifadə hüquqları pozulmuş, torpağın təyinatı özbaşına dəyişdirilmişdir. Bu qanunsuzluqlara Zərdab Bələdiyyəsinin sədri Bəhruz Qurbanov yol verdiyindən, kənd sakinləri ondan aidiyyəti qurumlara çoxsaylı şikayətlər yazmışlar. Bəhruz Qurbanov həmin şikayətləri araşdıran qurumlara verdiyi cavab və sənədlərlədə kəndin “Aşağı bağ" adlanan örüş sahəsi ilə bağlı qanunsuzluqlara yol verdiyini etiraf etmiş, aradan qaldıracağına bildirsə də, ancaq qanusuz əməllərini ört-basdır etməyə əl atmışdır. Belə ki, Ədliyyə Nazirliyi Göyçay Regional İdarəsi xx.xx.2021-ci il tarixdə Təzəkənd kənd sakini X15 göndərdiyi M757/2 saylı məktubda yazır: "Müraciətlə bağlı Zərdab bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən torpaq icarə müqavilələri bağlanarkən və torpaq sahəsi icarəyə verilərkən qanunvericiliyin tələblərinin pozularaq qanunla müəyyən edilmiş müddətdən artıq və təyinatına zidd olaraq icarəyə verilərək torpaq icarə müqaviləsi bağlandığı, icarəçilər tərəfindən torpaqdan istifadənin davam etdiyi aşkar edilmişdir. Bununla bağlı Zərdab bələdiyyəsinə idarə tərəfindən xx.xx.2021-ci il tarixdə qanunvericiliyin tələbləri pozulmuş icarə müqavilələrinin ləğv edilməsi ilə bağlı təklif məktubu göndərilmişdir". Yenə Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinin Zərdab rayonu Təzəkənd kənd sakinləri Zaur İsrafilova və digərlərinə xx.xx.2021-ci il tarixli, Kol-90/5 saylı məktubunda yazır: "Müraciətlə bağlı Zərdab bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən torpaq icarə müqavilələri bağlanarkən və torpaq sahələri icarəyə verilərkən qanunvericiliyin tələblərinin pozularaq qanunla müəyyən edilmiş müddətdən artıq və təyinatına zidd olaraq icarəyə verilərək torpaq icarə müqaviləsi bağlandığı, icarəçilər tərəfindən torpaqdan istifadənin davam etdiyi aşkar edilmişdir. Bununla bağlı idarə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş icarə müqavilələrinin ləğv edilməsi üçün Zərdab bələdiyyəsinə xx.xx.2021-ci il tarixli 02 saylı iclas protokolu ilə icarə müqaviləsinin bağlanmasına əsas olmuş bələdiyyənin müvafiq qərarları ləğv edilmişdir. Həmçinin Zərdab bələdiyyəsinin idarəyə ünvanladığı xx.xx.2021-ci il tarixli, məktuba və iddia ərizəsinə əsasən örüş sahələrinin boşaldılması ilə bağlı Təzəkənd kənd sakinləri X3 və X8 icarə müqavilələrinin ləğv edilməsi barədə Zərdab Rayon Məhkəməsinə müraciət edilmişdir." Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclasının protokolundan Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə şöbəsi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli M-757/2 saylı,Zərdab rayon Təzəkənd kənd sakinlərinin icarə müqavilələrinin ləğv edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə təklif məktubunun müzakirə edilməsi iclasın gündəlik məsələsinə çıxarılmış və iclasda aşağıdakı bəndlər qərara alınmışdır. "1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə şöbəsi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli M- 757/2 saylı, Zərdab bələdiyyəsi icarə müqavilələrinin ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə təklif məktubu nəzərə alınmışdır.

2. Qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı ilə X6 13,0 ha, X14 3,5 ha xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X26 1,0 ha, xx.xx.2002ci il tarixli 02 saylı qərarı ilə X18 0,7 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X7 1,0 ha, xx.xx.2002-ci il tarixli, 02 saylı qərarı ilə X10 06 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin yuxarıda adları çəkilən qərarları ləğv edilsin və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin edilsin.

4. Qərarın icrasına nəzarət Zərdab bələdiyyəsinin sədrinə həvalə edilsin". Bu Çıxarışdan göründüyü kimi, X5 Təzəkənd kəndinin "Aşağı bağ" örüş sahəsindən qanunsuz olaraq 13 ha ərazinin icarəyə verilməsi ilə bağlı xx.xx.2004-cü il tarixli qərar digərləri ilə birlikdə ləğv edilmişdir. Bu fakt Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X4 Təşkili Üzrə Dövlət X1 xx.xx.2021-ci il tarixli,**********89 saylı məktubunda da əksini tapmışdır; "Zərdab rayonunun Təzəkənd kəndi ərazisində yerləşən "Aşağı bağ" adlanan kənd təsərrüfatı təyinatlı örüş sahəsinin qanunsuz istifadə edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən İqtisadiyyat Nazirliyinə daxil olmuş kollektiv müraciətinizə X4 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətdə qeyd olunan məsələ Ucar ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman bir qrup kənd sakini tərəfindən icarələrində olan ərazidə torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilərək Zərdab rayonu Zərdab bələdiyyəsinə məktub ünvanlanmış və vətəndaşlarla bağlanan icarə müqavilələrinin ləğv edilməsi barədə bələdiyyə tərəfindən müvafiq qərar qəbul edilmişdir". X24 bu məktubundan xeyli öncə 28 dekabr 2020-cİ il tarixli, **********68 saylı məktubunda göstərilir ki; "Müraciətdə qeyd olunan məsələ Ucar ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılarkən örüş sahəsinin zəbt edilməsi faktı təsdiqini tapmamışdır. Araşdırma zamanı 8 nəfər Təzəkənd kənd sakini tərəfindən icarələrində olan kənd təsərrüfatı təyinatlı örüş sahələrində əkin işlərinin aparıldığı müəyyən edilmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Zərdab rayonu Zərdab bələdiyyəsinə məktub ünvanlanmışdır". Şərh olunan bu məktublardan aydın olur ki, qanunsuz olaraq Təzəkənd kənd "Aşağı bağ" örüş sahəsindən X5 icarəyə verilmiş 13,0 ha torpaq sahəsi ilə bağlı bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli M-757/2 saylı qərarı ilə ləğv edilmiş və örüş sahəsi kimi kənd camaatının ümumi istifadəsinə qaytarılmışdır. Gerçəkdəndə 2024-cü ilin sentyabr ayına qədər kəndin mal qarası həmin 13,0 ha ərazilərdə otarılmışdır. Ancaq Təzəkənd kənd sakini X2 örüş sahəsindən verilmiş 1,30 ha ərazisi ilə bağlı heç bir qərar qəbul edilməmişdir. O, bu gündə həmin 1,30 örüş torpaq sahəsini təyinatına zidd olaraq istifadə edir. Bir qrup kənd sakinin aidiyyəti qurumlara, o cümlədən Zərdab RİHB-na çoxsaylı şikayətlərindən sonra nəhayət, Zərdab İHA-nın başçısı Mərdan Camalzadədən aldıqları xx.xx.2024cü il tarixli,5-84/2-1-xx-xx/2024 saylı məktubdan aydın oldu ki, müraciətləri əsasında İN-yi yanında Əmək məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən ərazidə monitorinq keçirilmişdir. X.İsayevin barəsində inzibati protokol tərtib olunmuşdur. Eyni zamanda Xaləddin İsayev aidiyyəti şəxslərin iştirakı ilə Zərdab RİH-nə dəvət olunmuş, onunla maarifləndirici söhbət aparılmışdır. X.İsayev RİH Başçısına notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək üzərinə istifadəsində olan örüş təyinatlı torpaq sahəsini xx.xx.2024-cü il tarixdək boşaldaraq bələdiyyə fonduna və sakinlərin ümumi istifadəsinə qaytaracağı barədə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixdə Xaləddin İsayev gerçəkdəndə qanunsuz istifadəsində olan 20 ha örüş torpaq sahəsini kənd sakinlərinin istifadəsinə qaytardı. Ancaq bir neçə gün sonra Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, M-757/2 saylı qərarı ilə ləğv edilmiş 13 ha torpaq sahəsini yenidən tutaraq şumlamış və səpin aparmışdır. X22 bu qanunsuz əməlinə Zərdab bələdiyyəsinin sədri B.Qurbanovun kənd sakini şikayətçi İddiaçı3 xx.xx.2024-cü il tarixli, 261 saylı məktubunda aşağıda göstərdikləri əsas vermişdir: "Təzəkənd kənd sakini X3 İcarəsində olan 20,0 ha torpaq sahəsinin boşaldılaraq kənd sakinlərinin ümumi istifadəsinə qaytarılması ilə bağlı sizin və 3 nəfər Təzəkənd kənd sakinin müraciətinizə cavab olaraq bildirik ki, sözügedən məsələ ilə bağlı X.İsayev Zərdab bələdiyyəsinə dəvət edilmiş ona faktiki icarəsində olan 13,0 torpaq sahəsindən istifadə etməsi tövsiyyə olunmuşdur. Bu barədə X,İsayevdən izahat alınmışdır. İzahatda həmin ərazini 10 oktyabr 2024-cü il tarixə kimi boşaltmaq barədə öz üzərinə öhdəlik götürmüşdür". Göründüyü kimi Zərdab bələdiyyəsinin sədri Bəhruz Qurbanov yeni qanunsuzluğa gedərək, kəndin örüş sahəsinə aid olan həmin 13,0 ha ərazini yenə Xaləddin İsayevin qanunsuz istifadəsinə vermiş, o da bu "tövsiyəyə" əsaslanaraq yenidən kəndin həmin 13,0 ha örüş torpaq sahəsini şumladaraq səpin aparmışdır. Zərdab bələdiyyəsinin xx.xx.2004cü il tarixli qərarı ilə İsayev Xaləddinə kəndin örüş torpağından icarəyə verilmiş 13 ha torpaq sahəsi ilə bağlı 25 fevral 2005-ci il tarixdə X16 Hüququna dair JN 4798 saylı 90501018 kodlu Şəhadətnamədə verilmişdir. Hansı ki, qanunsuz idi. Zərdab rayon Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclasının protokolundan Çıxarışdan görünür ki, İsayev Xaləddinlə bağlanmış həmin xx.xx.2004-cü il tarixli müqavilə ləğv edilmişdir. Bu zaman Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə şöbəsi tərəfindən bələdiyyəyə daxil olan xx.xx.2021-ci il tarixli, M-757/2 saylı icarə müqavilələrin ləğv ediməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə məktubu nəzərə alınmışdır. Belə olan tərzdə Zərdab Bələdiyyəsinin sədri Bəhruz Qurbanovun X.İsayevi bu ilin sentyabr ayında bələdiyyəyə dəvət edib kəndin guya faktiki istifadəsində olan 13 ha torpaq sahəsindən istifadə etməsini ona "tövsiyyə" etməsi anlaşılmazdır. Öncə bu 13 ha torpaq sahəsi 2021-ci il tarixdən örüş sahəsi kimi kənd sakinlərinin ümumi istifadəsindədir. Yəni X.İsayevin "faktiki istifadəsində" deyil. İkincisi bu torpaq sahəsi ilə bağlanmış müqavlə 2021-ci ildə ləğv edilmişdir. Yenidən heç bir müqavilə bağlanmadan necə X.İsayevə verilə bilərdi. X.İsayevdə bu ilin oktyabr ayının ortalarında həmin 13 ha torpaq sahəsini şumlamış, səpin etmişdir. Kəndin mal-qarasını bu örüş sahəsinə buraxmır. Cərimə etdirəcəyi ilə təhdid edir. Odur ki, Zərdab bələdiyyəsinin sədri Bəhruz Qurbanova 26 oktyabr 2024-cü il tarixdə şikayət ərizəsi, həm də müraciət ünvanlamışdır. Bu anlaşılmazlığa aydınlıq gətirməsini, həmçinin aşağıdakı sorğularını cavablandırmasını, lazımi sənədlərin surətlərinin onlara verilməsi bələdiyə sədri Bəhruz Qurbanovdan tələb edilmişdir. Bununla belə Zərdab bələdiyyəsi tərəfindən müraciətlərinə cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. İş materiallarında olan, Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 1, 2 və 4-cü bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə şöbəsi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli M- 757/2 saylı, Zərdab bələdiyyəsi icarə müqavilələrinin ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə təklif məktubu nəzərə alınması, qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı ilə X6 13,0 ha, X14 3,5 ha xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X26 1,0 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X18 0,7 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X7 1,0 ha, xx.xx.2002-ci il tarixli, 02 saylı qərarı ilə X10 06 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarlarının ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması və qərarın icrasına nəzarətin Zərdab bələdiyyəsinin sədrinə həvalə edilməsi qərara alınmışdır. İddia ərizəsində iddiaçlar özləri də qeyd edirlər ki, qanunsuz olaraq Təzəkənd kənd "Aşağı bağ" örüş sahəsindən X5 icarəyə verilmiş 13,0 ha torpaq sahəsi ilə bağlı bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli M- 757/2 saylı qərarı ilə ləğv edilmiş və örüş sahəsi kimi kənd camaatının ümumi istifadəsinə qaytarılmışdır. Həqiqətən də, 2024-cü ilin sentyabr ayına qədər kəndin mal qarası həmin 13,0 ha ərazilərdə otarılmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə Xaləddin İsayev həqiqətən də qanunsuz istifadəsində olan 20 ha örüş torpaq sahəsini kənd sakinlərinin istifadəsinə qaytarmış, lakin, bir neçə gün sonra Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, M-757/2 saylı qərarı ilə ləğv edilmiş 13 ha torpaq sahəsini yenidən tutaraq şumlamış və səpin aparmışdır. Göründüyü kimi faktiki yaranmış mübahisə iddiaçılarla bələdiyyə arasında yox, həmin torpaq sahəsini özbaşına tutmuş fiziki şəxs arasında yaranmışdır. Hazırkı cavabdeh tərəfindən sözügedən torpaq sahəsindən iddiaçıların istifadəsinə məhdudiyyət müəyyən edən hər hansı əlverişsiz inzibati aktın qəbul edilməsi və ya faktiki xarakterli hərəkətlərin edilməsi müəyyən edilmir. Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 2-ci və 4cü bəndlərinin icra olunmasına münasibətdə isə məhkəmə qeyd edir ki, 2-ci bənddə torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması qeyd edilsə də, faktiki olaraq həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmuş, torpaq sahəsinin icrayəyə verilməsi ilə bağlı əvvəllər qəbul edilmiş qərarların ləğv edilməsi nəzərdə tutulmuşdur. Yəni, icarə müddətində də, torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqda davam etmiş, 02 fevral 2021-ci il tarixli 02 saylı qərar qəbul edilməklə torpaq sahəsi üzərində bələdiyyənin formal idarəçilyi bərpa edilmişdir. İddiaçı, bələdiyyə mülkiyyətinə torpaq sahəsinin qaytarılması tələbi ilə, mübahisəli torpaq sahəsi üzərində bələdiyyə idarəetməsinin faktiki bərpasını nəzərdə tutur. Lakin, yuxarıda qeyd edildiyi kimi həmin torpaq sahəsindən istifadəyə maneə bələdiyyə tərəfindən yox, fiziki şəxslər tərəfindən yaradılır. Əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ümumi istifadədə olan torpaq sahələri olduğundan hər hansı fiziki şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsini mübahisələndirmək hüququ bələdiyyə məxsus olduğu kimi, həmin kəndin sakinləri olaraq iddiaçılara da, məxsusdur. Odur ki, iddiaçılar torpaq sahəsindən istifadə ilə bağlı fiziki şəxslə aralarında yaranmış mübahisənin həlli ilə bağlı ümum rayon məhkəməsinə iddia qaldırmalıdırlar. Məhkəmə tərəfindən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçılara izah edilərək onların dinlənilmə hüququ təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2 və Hüseyn oğlunun cavabdeh Zərdab bələdiyyəsinə qarşı “Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 2-ci və 4cü bəndlərinin icra olunaraq Zərdab rayonu Təzəkənd kəndinin “Aşağı bağ” adlanan 60 ha örüş təyinatlı torpaq sahəsinə aid olan 13 ha hissəsinin kəndin sakini X3 qanunsuz istifadəsindən, eləcə də 1,30 ha hissəsinin kəndin sakini X13 qanunsuz istifadəsindən geriyə alınaraq kənd sakinlərinin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar