Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1935/2025 27.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi bəhanəsilə sosial yardımın təyinatından imtina edilməsi barədə cavabdehin qəbul etdiyi 01 avqust 2024-cü il tarixli qanunsuz qərarının ləğv edilməsi və müraciət etdiyi 01 avqust 2024-cü il tarixdən sosial yardımın aztəminatlı ailəsinə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi bəhanəsilə sosial yardımın təyinatından imtina edilməsi barədə cavabdehin qəbul etdiyi 01 avqust 2024-cü il tarixli qanunsuz qərarının ləğv edilməsi və müraciət etdiyi 01 avqust 2024-cü il tarixdən sosial yardımın aztəminatlı ailəsinə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı sosial yardım almaq məqsədilə 06 avqust 2024-cü il tarixli, **********882 nömrəli “Ərizə-bəyannamə” ilə müvafiq qaydada müraciət etmişdir.Lakin müraciətinə baxılarkən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qaydaların 3.7.2-ci bəndində göstərilən halın mövcudluğu yoxlanılmadan, VEMTAS tərəfindən əsaslandırılmış cavab təqdim edilməmişdir. İddiaçı hesab edir ki,qeyd olunan Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə VEMTAS tərəfindən tapşırıq alan şöbənin ünvanlı sosial yardım üzrə işçiləri bu Qaydaların 3.3-cü bəndinin tələblərini kobud şəkildə pozmuş, özbaşınalıq edərək Qaydaların 3.7.2-ci bəndində göstərilən halı qanunsuz şəkildə seçmişlər və “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” bəhanəsi ilə aztəminatlı ailə kimi müraciətinə qanunsuz imtina cavabı vermişlər. Bununla belə, ailəmin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən şöbənin ünvanlı sosial yardım üzrə işçiləri ailəmin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində əldə etdiyi gəlirin konkret məbləğini göstərməmiş, bu barədə heç bir əsaslandırılmış hesablamanı təqdim etməmişlər. Sadəcə olaraq imtina cavabı vermək məqsədilə Qaydaların 3.7.2-ci bəndində göstərilən hal qanunsuz olaraq tətbiq edilmiş və nəticədə əsassız imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə etirazını aşağıdakı qaydada əsaslandırılmışdır : İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra – sosial yardım) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********0409-1 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Belə ki, iş üzrə maddi-məişət şəraitinin yoxlanılması zamanı təmsilçi tərəfindən təqdim edilən Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 23223/3-10 nömrəli arayışına əsasən iddiaçı R. Həsənovaya müraciət etdiyi tarixdən əvvəlki 12 ay üzrə 1960 manat məbləğində aliment ödənişi həyata keçirilməsinə baxmayaraq, ərizə-bəyannamədə bunun ziddinə olaraq aliment ödənişini 5040 manat kimi göstərmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə **********2589-1 nömrəli ərizə ilə müraciət etmiş, ərizə-bəyannamədə son 12 ay üzrə aliment gəlirlərini 2800 manat, ailə üzvlərindən aldığı vəsaitləri isə 1400 manat olaraq göstərmişdir. Qeyd edilən müraciət ailə üzvünün məşğulluğunu təmin edən MDSS ödənişlərinin olmadığına görə VEMTAS tərəfindən imtina edilmişdir. Bundan sonra iddiaçı yenidən xx.xx.2024-cü il tarixdə **********8739-1 nömrəli ərizə ilə müraciət edərək, ərizə-bəyannamədə son 12 ay üzrə aliment gəlirlərini Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 23223/3-10 nömrəli arayışına zidd olaraq 5040 manat, ailə üzvlərindən aldığı vəsaitləri isə əvvəlki müraciətinə zidd olaraq qeyd etməmişdir. Sözügedən müraciət üzrə maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı ona mülkiyyətində daşınmaz əmlakın olmasını bildirməsinə baxmayaraq, ona məxsus Tərtər rayonu, Qaraçacı kəndində yerləşən, reyestr nömrəsi **********04 olan torpaq sahəsi aşkarlanmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixli müraciəti zamanı iddiaçı bundan fərqli olaraq aliment gəlirlərini 2800 manat, ailə üzvlərindən aldığı vəsaitləri isə 1400 manat olaraq göstərmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixli müraciəti zamanı iddiaçı təkrarən əvvəlki müraciətlərinə zidd olaraq aliment gəlirlərini 5040 manat olmaqla qeyd etmiş, ailə üzvlərindən aldığı vəsaitləri isə qeyd etməmişdir. Həmçinin, qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı mülkiyyətində reyestr nömrələri **********54 və **********04 olan torpaq sahələrinin olmasına baxmayaraq, bu fakt nə müraciətdə, nə də maddi-məişət şəraitinin yoxlanılması zamanı bildirilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
1. İddiaçının Ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2024cü il tarixli, **********0409-1 nömrəli ərizəsi;
2. İddiaçının Ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2024cü il tarixdə **********2589-1 nömrəli ərizəsi;
3. İddiaçının Ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2024cü il tarixdə **********8739-1 nömrəli ərizəsi;
4. Cavabdehin etirazı və ona əlavə olunan sənədlər.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 27 yanvar 2026-cı il tarixinə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir. Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə tərəfindən həmin tarixli iclasda iddiaçının hüquqi marağı dəqiqləşdirilmiş,İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya iddianın mümkünlüyünə dair hüquqi yardım həyata keçirilmişdir. İddiaçı izahatında tələbinin 01 avqust 2024-cü il tarixdən ünvanlı sosial yardımın aztəminatlı ailəsinə təyin olunaraq birdəfəlik verilməsindən ibarət olduğunu təkrar ifadə etmişdir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi 01 avqust 2024-cü il tarixindən ünvanlı sosial yardımın təyin olunaraq birdəfəlik verilməsindən ödənilməsindən ibarətdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki,iş materiallarına əsasən müəyyən edilir ki,hazırkı iddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsini poçta təqdim etmiş,iddia ərizəsi 09 yanvar 2025-ci il tarixində məhkəmənin icraatına daxil olmuşdur.Lakin,iddiaçı cavabdehə ilkin xx.xx.2024-cü il tarixli, **********0409-1 nömrəli ərizə ilə müraciət etmişdir.Ona həmin müraciət əsasında imtina verildikdən sonra məhkəməyə müraciət etməmiş,imtina ilə razılaşmışdır.Belə ki,daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə **********2589-1 nömrəli ərizə və xx.xx.2024-cü il tarixdə **********8739-1 nömrəli ərizə ilə yenidən cavabdehə müraciət etmişdir.Sonrakı müraciətlərə əsasən də iddiaçının tələbi təmin edilməmişdir.Məhkəmə tərəfindən iddiaçıya sonuncu imtina əsasında tələbin dəqiqiləşdirilməsi imkanın olduğu izah edilmiş,iddiaçı tələbin dəqiqləşdirilməsindən imtina etdiyini bildirmişdir.Odur ki,məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddianın mümkünlük şərtlərinə cavab vermədiyi qənaətinə gəlmişdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi bəhanəsi ilə sosial yardımın təyinatından imtina edilməsi barədə cavabdehin qəbul etdiyi 01 avqust 2024-cü il tarixli qanunsuz qərarının ləğv edilməsi və müraciət etdiyi 01 avqust 2024-cü il tarixdən sosial yardımın aztəminatlı ailəsinə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” verilməsi tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə.