Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1946/2023 24.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X28 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "**********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “torpaq sahəsi ilə əlaqədar yaranmış uyğunsuzluqlar nəzərə alınaraq, məhkəmə tərəfindən torpaq sahəsinə həmin ziddiyyətlərin aradan qaldırılması üçün baxış keçirilməsi və qanunauyğun olmayan Dövlət Aktına zidd olan digər mülkiyyətçinin və ya mülkiyyətçilərin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə onlara verilmiş dövlət aktı ilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında yaranmış uyğunsuzluğun, pozuntunun, koordinatların üst-üstə düşməsi halının aradan qaldırılması, müvafiq düzəliş edilməsi və nəticə etibarilə mülkiyyət hüququnun bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1946/2023 nömrəli qərardadı ilə X7, Məmmədov Ziya, Məmmədova Patma və X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbi dəqiqləşdirərək “**********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 3,69 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-127 kod 90109018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktı tərtib edilmişdir. İddiaçı, sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Belə ki, iddia olunan torpaq sahəsinin **********35 və **********36 reyestr nömrəli çıxarışlarla üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İddiaçı, sözügedən sənədlərin özünə məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, naturada yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinə dair DT və XK tərəfindən verilmiş “Dövlət Aktında qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bu da iddiaçıya xüsusi mülkiyyət hüququ ilə verilmiş 3.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil edir. Belə ki, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi və ya həmin sənədin ləğv olunması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Üçüncü şəxs X7 iddia tələbinə münasibətini aşağıdakı kimi əsaslandırmışdır: - Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 fevral 2015-ci il tarixli qərarı ilə onun və Ziya Məmmədovun cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinə və üçüncü şəxs Yevlax rayon Yəldili Bələdiyyəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN seriyalı 0451 nömrəli və JN seriyalı 061 nömrəli dövlət aktlarının ləğv edilməsi, F.Abdullayevə bələdiyyə tərəfindən icarəyə verilmiş 3 ha torpaq sahəsi nəzərə alınmaqla , F.Abdullayevin mülkiyyətimdə olan 5.39 ha və Məmmədovun mülkiyyətində olan 2.06 ha torpaq sahələrinə torpaq sahəsinin planölçüsünün hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilərək, JN seriyalı 0451 nömrəli və seriyalı 061 nömrəli dövlət aktları ləğv edilmiş, F.Abdullayevə bələdiyyə tərəfindən icarəyə verilmiş 3 ha torpaq sahəsi nəzərə alınmaqla, onun mülkiyyətində olan 5.39 ha və Z.Məmmədovun mülkiyyətində olan 2.06 ha torpaq sahələrinə plan-ölçüsünün hazırlanıb verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Bundan başqa, digər qanuni qüvvəsini almış məhkəmə aktları da vardır kı, həmin aktlarla da təstiq olunur ki, hazırkı iş üzrə iddia olunan torpaq sahəsi qanuni əsaslarla onun istifadəsindədir və **********35 və **********36 reyestr nömrəli çıxarışlarla qismən üstüstə düşmə ehtimalı yoxdur. Belə ki, Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017- ci il tarixli 2(039)-120/2017 saylı qətnaməsinə əsasən onun cavabdehlər X13 və qeyrilərinə qarşı" zəbt edilmiş torpaqdan çıxarılma və dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki işə baxılmış və Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017- ci İİ tarixli 120/2017 saylı Qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər X19 və X3 iddiaçı X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX0763997 №-li 17 dekabr 2015- ci il tarixli çıxarışla verilmiş 3 ha və RX ******* N°li 18 dekabr 2015-ci il tarixli çıxarışla verilmiş 5.38 ha, cəmi 8.38 ha torpaq sahəsindən çıxarılması, iddianın 4500 manat məbləğində maddi ziyan tələbi hissəsinin əsassız olduğundan rədd edilməsi, mənəvi ziyana görə cavabdeh X10 300 manat məbləğində pul və cavabdeh X1 300 manat məbləğində pulun alınıb iddiaçı X4 verilməsi, iddianın mənəvi ziyana gorə cavabdeh X10 4700 manat məbləğində pul və cavabdeh X1 4700 manat məbləğinaə pul tələbi hissəsinin rədd edilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017- ci il tarixli 120/2017 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2017- ci il tarixli qətnaməsi ilə ləğv edilsə də, nəticə Yevlax Rayon Məhkəməsinin ləğv edilən qətnaməsi ilə eyni olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 mart 2018-ci il tarixli 2(102)- 1836/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Artıq mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktları vardır. Məhkəmədən kənar və yuxarıda qeyd edilən məhkəmə mübahisələri zamanı, artıq təstiq olunmuşdur ki, onun qanuni əsaslarla istifadə etdiyii torpaq sahəsinin elektron baza məlumatları və torpaq sahəsinin plan-cizgi sənədinə əsasən düzgün yerləşdirilmiş və düzgün istifadədir. Habelə, yeni açılmış elə bir hal yoxdur ki, elektron baza məlumatlarında dəyişiklik edilsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan “X11 X18”ndəki Yevlax rayonu, Nemətabad bələdiyyəsinin xəritəsinə əsasən JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası əkin, mülkiyyətçisi X5r. İddiaçının istifadəsində naturada faktiki torpaq sahəsi mövcud deyil. İddia etdiyi və göstərdiyi torpaq sahəsi TEKUİS məlumatlarına əsasən JN-127 nömrəli dövlət aktında göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. DWG məlumatlarına əsasən üst-üstə düşmür. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh X6 nümayəndəsi Rizvan Hətəmoğlunun ərizəsi əsasında həmin qiyabi qətnamənin Nüsrəddin Koniyevə aid hissəsi Yevlax Rayon Məhkəməsinin 05 avqust 2003cü il tarixli qərardadı ilə ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 2-52/2004 №-li, 27 fevral 2004-cü il tarixli qərardadı ilə iddiaçı X2 cavabdehlər X20, X8 və Səlimdar Qaxalova qarşı alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsi faktının müəyyən edilməsi tələbinə dair barışıq sazişi imzaladıqları üçün mülki işin icraatına xitam verilmişdir. Qətnamənin cavabdehlər X20 və Səlimdar Qaxalova aid hissəsi 02 fevral 2003-cü il tarixdə qanuni qüvvəyə minmişdir. - Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-45/2003 nömrəli qiyabi qətnaməsindən görünür ki, X15 JN-335 saylı Dövlət Aktı ilə özünə məxsus olan 2.70 ha torpaq sahəsinin, X6 JN-337 saylı Dövlət Aktı ilə özünə məxsus olan 2.02 ha torpaq sahəsinin, Qaxalov Səlimdarın JN-336 saylı Dövlət Aktı ilə özünə məxsus olan 0.67 ha torpaq sahəsinin Fazil Abdullayevə satması müəyyən edilmişdir. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadından görünür ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-45/2003 nömrəli qiyabi qətnaməsi X8 aid hissədə ləğv edilmiş, işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-52/2004 saylı qərardadından görünür ki, iddiaçı X2 cavabdehlər X26, X12 və Səhmdar Qaxalova qarşı «Alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsi faktının müəyyən edilməsinə dair» barışıq sazişi imzaladıqları üçün mülki işin icraatına xitam verilmişdir. - JN-127 kod 90109018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 3,69 ha torpaq sahəsi verilmişdir. - JN-0061 kod 90109018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə Ziya Mamedova 3 nəfər ailə üzvü ilə birlikdə 2,06 ha torpaq sahəsi verilmişdir. - **********36 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışdan görünür ki, Yevlax rayonu Nemətabad kəndində yerləşən 2.0577 ha torpaq sahəsi üzərində Məmmədov Ziya, Məmmədova Patma və X14 ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - JN-451 kod 90109012 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, sözügedən sənəd Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-45 saylı Qətnaməsi əsasında X2 adına 5.39 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - **********36 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışdan görünür ki, Yevlax rayonu Yədilli kəndində yerləşən 5.3869 ha torpaq sahəsi üzərində X2 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarından görünür ki, JN0451 və JN061 nömrəli Dövlət Aktları ləğv edilmiş, X4 bələdiyyə tərəfindən icarəyə verilmiş 3 ha torpaq sahəsi nəzərə alınmaqla, X2 mülkiyyətində olan 5.39 ha və Ziya Məmmədovun mülkiyyətində olan 2.06 ha torpaq sahələrinə torpaq sahəsinin plan-ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası DT və XK-nin Yevlax rayon şöbəsinin üzərinə qoyulmuşdur. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(107)-151/2015 nömrəli qərardadında qeyd edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarı qanuni qüvvəsini almışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iş üzrə icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməsindən imtina edilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2015-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(107)- 151/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi: 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək... Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X11 X18nin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin 2.3. X11 X18nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X11 X18ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X11 X18nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X11 X18nə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X11 X18nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları:
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur... 6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. İş materialları ilə müəyyən olunur ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə iddiaçıya 5 nəfər ailə üzvü ilə birlikdə Yevlax rayonu, Nemətabad kəndində 3,69 ha torpaq sahəsi ayrılmış və JN-127 kod 90109018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktı tərtib edilmişdir. X21 qeyd edilmiş 3.69 ha torpaq sahəsinin TEKUİS məlumatlarında yerləşmə vəziyyəti müəyyən edilmiş və aşkar edilmişdir ki, mübahisələndirilən **********35 və **********36 reyestr nömrəli çıxarışlar TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə qismən üst-üstə düşürlər. JN-127 nömrəli Dövlət Aktının cizgisi, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı və digər elektron xəritə məlumatlarına əsasən müəyyən edilir ki, iddiaçıya məxsus (Nemətabad kəndi) torpaq sahəsindən Yedili kəndi istiqamətində növbəti torpaq sahəsinə dair Dövlət Aktının nömrəsi JN-61 qeyd edilmişdir. Həmçinin JN-337 nömrəli Dövlət Aktı da, elektron xəritə bazasında JN-61 nömrəli Dövlət Aktı ilə eyni çevrədə qeyd olunmuşdur. JN-337 nömrəli Dövlət Aktı iş materiallarında mövcud olmasa da, həmin X30 X9 3 nəfər ailə üzvü ilə birlikdə Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə 2.02 ha torpaq sahəsinin ayrılması Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarının təsviri hissəsində qeyd edilmişdir. Beləliklə, iddiaçıya məxsus Dövlət Aktının (JN-127) cizgisində sözügedən istiqamət üzrə qonşu torpaq sahəsi 61 (faktiki olaraq 337 nömrəli Dövlət Aktının) nömrəli Dövlət Aktının, daha sonra isə JN335 və JN336 saylı Dövlət Aktlarının yerləşmə vəziyyəti öz əksini tapmışdır. Hər bir halda JN335 və JN336 saylı Dövlət Aktları ilə iddiaçıya məxsus JN-127 nömrəli Dövlət Aktında qeyd edilmiş torpaq sahələrinin birbaşa qonşuluqları yoxdur və arada JN-0061 (337) nömrəli digər torpaq sahəsinə dair Dövlət Aktı mövcud olmuşdur. Odur ki, JN335, JN336 saylı Dövlət Aktlarında qeyd edilmiş torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi faktiki olaraq mümkün deyil. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarı ilə JN-0061 və JN-337 nömrəli Dövlət Aktlarının üst-üstə düşməsi, JN-0061 nömrəli Dövlət Aktının koordinatlarının düzgün olmaması müəyyən edilmiş və JN-0061 nömrəli Dövlət Aktı ləğv edilmişdir. Eyni zamanda cavabdeh orqan tərəfindən təqdim edilmiş yerquruluşu planı və JN- 127 nömrəli Dövlət Aktının cizgisi ilə müəyyən edilir ki, iddiçıya məxsus torpaq sahəsinin əks istiqamətdən qonşu torpaq sahəsinin nömrəsi 130 qeyd edilmişdir (X27). Odur ki, iddiaçıya məxsus torpaq sahəsinin TEKUİS-də yerləşmə vəziyyəti düzgündür. Məhkəmə tərəfindən **********35 və **********36 reyestr nömrəli çıxarışların verilməsinə əsas olmuş ilkin sənədlər yoxlanılmış və həmin sənədlərdə qeyd edilmiş torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti, iddiaçıya məxsus torpaq sahəsi ilə müqayisəli tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, **********35 reyestr nömrəli çıxarışa əsasən X2 Yevlax rayonu Yədilli kəndində yerləşən 5.3869 ha torpaq sahəsi üzərində tam xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2- 45/2003 nömrəli qiyabi qətnaməsindən görünür ki, X15 JN-335 saylı Dövlət Aktı ilə özünə məxsus olan 2.70 ha torpaq sahəsinin, X6 JN-337 saylı Dövlət Aktı ilə özünə məxsus olan 2.02 ha torpaq sahəsinin, Qaxalov Səlimdarın JN-336 saylı Dövlət Aktı ilə özünə məxsus olan 0.67 ha torpaq sahəsinin Fazil Abdullayevə satması müəyyən edilmişdir. Daha sonra Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadı ilə həmin qiyabi qətnamə X8 (2.02 ha) aid hissədə ləğv edilmiş, işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-45/2003 nömrəli qiyabi qətnaməsi xx.xx.2003-cü il tarixdə X20 (2.70 ha) və Qaxalov Səlimdara (0,67 ha) aid hissədə qüvvəyə minmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-52/2004 saylı qərardadı ilə iddiaçı X2 cavabdehlər X26 (JN335), X12 (JN337) və Səhmdar Qaxalova (JN336) qarşı «Alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsi faktının müəyyən edilməsinə dair» barışıq sazişi imzaladıqları üçün mülki işin icraatına xitam verilmişdir. Beləliklə, **********35 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 5.3869 ha torpaq sahəsi JN335, JN336 və JN337 nömrəli Dövlət Aktlarında qeyd edilmiş torpaq sahələrinin cəminə bərabərdir (2.70+2.02+0.67). Odur ki, həmin çıxarışda qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti də JN335, JN336 və JN337 nömrəli Dövlət Aktlarında qeyd edilmiş torpaq sahələrinin yerləşmə vəziyyəti ilə eyni olmalıdır. Sözügedən torpaq sahələrinə dair Fazil Abdullayevin adına sonradan tərtib edilmiş JN-0451 saylı Dövlət Aktı da Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarı ilə ləğv edilmişdir. Sözügedən qərarda Fazil Abdullayevin mülkiyyətində olan 5.39 ha torpaq sahəsinə bələdiyyə tərəfindən verilmiş 3 ha torpaq sahəsi nəzərə alınmaqla plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Buna görə də məhkəmə, Fazil Abdullayevin mülkiyyətində olan 5.39 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinin müəyyən edilməsi və iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinin yoxlanılması zamanı JN335, JN336 və JN337 nömrəli Dövlət Aktlarının elektron baza məlumatlarına istinad etmiş, cavabdeh orqanın elektron xəritə baza məlumatlarına baxış keçirməklə işdə mövcud olan torpaq sahələrinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş yeruquruluşu sənədlərini müqayisəli təhlil etmişdir. JN335, JN336 və JN337 nömrəli Dövlət Aktlarında qeyd edilmiş torpaq sahələrinin Yevlax Rayon Məhkəməsinin yuxarıda istinad olunan qətnaməsinə əsasən Fazil Abdullayevə satılması müəyyən edildiyindən, cavabdeh orqan cəmi 5.38 ha torpaq sahəsinin tamamlanması üçün JN335, JN336 və JN-337 saylı Dövlət Aktlarının ümumi ölçüsünü nəzərə alaraq **********35 reyestr nömrəli çıxarış tərtib etmiş, torpaq sahəsinin faktiki ölçüsünü və yerləşmə vəziyyətini nəzərə almadan sözügedən torpaq sahəsinə dair tərtib edilmiş çıxarışı iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürmüşdür. Eyni zamanda mübahisələndirilən digər **********36 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlər yoxlanılarkən müəyyən edilmişdir ki, sözügedən çıxarış JN-0061 nömrəli X30 verilmişdir ki, həmin Dövlət Aktı ilə Mamedov Ziya və ailə üzvlərinə Yevlax rayonu Nemətabad kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.06 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-45/2015 saylı qərarı ilə həmin Dövlət Aktı ləğv edildiyi və 2.06 ha torpaq sahəsinə Ziya Məmmədovun adına plan-ölçü sənədinin hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulduğu halda sonradan hansı hüquqmüəyyənedici sənədə istinad etməklə cavabdeh orqanın 2.06 ha torpaq sahəsi üzərində Ziya Məmmədovun ümumibirgə mülkiyyət hüququnu dövlət qeydiyyatına alması, tərtib etdiyi çıxarışı iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürməsi aydın deyil. Belə ki, istinad olunan məhkəmə qərarında hazırlanacaq plan-ölçü sənədinin hazırkı iş üzrə iddiaçıya məxsus torpaq sahəsinə verilməsi nəzərdə tutulmamış, ümumiyyətlə İddiaçı həmin inzibati mübahisə üzrə tərəf olmamışdır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh orqan JN-0061 nömrəli Dövlət Aktı ilə eyni parseldə yerləşən JN-337 saylı Dövlət Aktına əsasən Fazil Abdullayevin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almış, sonradan Ziya Məmmədovun adına tərtib etdiyi çıxarışı Fazil Abdullayevin qonşu torpaq sahəsinə yerləşdirməklə **********36 reyestr nömrəli çıxarış tərtib etmiş, faktiki olaraq X25 Məmmədov arasında mövcud olan torpaq mübahisəsini iddiaçıya məxsus torpaq sahəsinin hesabına həll etmiş, bununla da iddiaçının və onun ailə üzvlərinin JN-127 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair hüquqlarını pozmuşdur. Yəni, cavabdeh orqan üçüncü şəxslərə məxsus torpaq sahələrinin ölçülərini tamamlamaq məqsədilə çıxarışlar tərtib edərkən həmin torpaq sahələrinə dair sənədləri iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürərək tərtib etməkdə səhvə yol vermişdir. Bu isə o deməkdir ki, **********35 və **********36 reyestr nömrəli çıxarışların hazırkı yerləşmə vəziyyəti ilə bağlı cavabdeh orqanın tərtib etdiyi çıxarışların heç bir hüquqi əsası yoxdur. Cavabdeh orqan sözügedən çıxarışları tərtib edərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanına əsasən yaradılmış X11 X18nin məlumatlarına istinad edərək (yəni, JN-335, JN-336 və JN-337 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının həmin elektron baza məlumatlarında yerləşmə mövqeyi əsas götürülməklə) qeyd etməli olduğu halda bunu etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh orqandan **********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə **********35 və **********36 reyestr nömrəli çıxarışların TEKUİS məlumat bazasında JN-127 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətilə üst-üstə düşən hissədə ləğv edilməsi və JN-127 nömrəli dövlət aktına əsasən 3.69 ha torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.