Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1947/2023 31.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək “İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 01 09.1978-cu il tarixdən xx.xx.1983-cü ilədək Şəki İpəkçilik texnikumunda texniki təhsil almış, xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci ilədək Sovet Ordu sıralarında xidmət etmiş, xx.xx.1983-cü ildən xx.xx.1998-ci ilədək X1 toxucu istehsalatında usta köməkçisi, xx.xx.1998-xx.xx.2022-ci ilədək AZDRES-ə X10nə 4-cü dərəcəli mazut süzücüsü tökücüsü vəzifəsində işləmişdir. İddiaçının güzəştli şərtlərlə iş stajı 24 il 3 ay 19 gündür. Beləliklə, iddiaçının ümumi iş stajı 43 il 8 ay 10 gün, güzəştli şərtlərlə iş stajı isə 24 il 3 ay 19 gün təşkil edir. İddiaçının ümumi iş stajı eləcə də güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyindən cavabdehə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərdə işlədiyi mazut süzücüsü və süzücü-tökücü vəzifələri Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı (24) bölməsinin Fəhlələr (a) bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı olmadığından və müraciəti təmin edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 iİ azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci İİ iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İş materiallarına əlavə olunmuş AZE0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, hal-hazırda 63 yaşı vardır. İşin faktiki hallarına əsasən iddiaçı tərəfindən mərkəzi filiala təqdim olunan xx.xx.2012- ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən onun əmək fəaliyyəti dövrləri kimi aşağıdakı dövrlər müəyyən edilmişdir: - xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X2 usta köməkçisi peşəsində işlədiyi dövrlər-14 il 9 ay 22 gün; - xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-də mazut süzücüsü və süzücü-tökücü peşəsində işlədiyi dövrlər- 24 il 3 ay 19 gün. İş materiallarına əlavə olunmuş 014116 nömrəli diplomun surətinə əsasən iddiaçının təhsil aldığı dövrlər kimi aşağıdakı dövrlər müəyyən olunmuşdur: - xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Şəki İpəkçilik texnikumunda texniki təhsil aldığı dövrlər-4 il 6 ay 1 gün. İş materiallarına əlavə olunmuş ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçının hərbi xidmətdə olduğu dövrlər kimi aşağıdakı dövrlər müəyyən olunmuşdur: - xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Sovet Ordu sıralarında hərbi xidmətdə olduğu dövrlər-2 il 21 gün. Həmçinin İddiaçı tərəfindən mərkəzi filiala yuxarıda qeyd edilən əmək kitabçasından əlavə 17 sentyabr 2020-ci il tarixli 0799 nömrəli "xxxx" MMC-nin arayışı da təqdim edilmişdir. Sözügedən arayışda iddiaçının xx.xx.1998-ci ii tarixdən arayışın verildiyi xx.xx.2020-ci il tarixədək qeyd edilən müəssisədə “mazut süzücüsü" vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajı onun xx.xx.1998ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də mazut süzücüsü, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək isə süzücü- tökücü peşəsində işlədiyi dövrlərdir. Beləliklə, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2022- ci il tarixədək işlədiyi mazut süzücüsü və süzücü-tökücü peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığından həmin dövrlər onun sosial sığorta stajına aid edilməmişdir. Mübahisəli güzəştli sosial sığorta stajı: - xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlər-15 il 9 ay 28 gün; - xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlər-8 il 5 ay 22 gün. İddiaçı 2006-cı ilin yanvar ayından 2022-ci ilin sentyabrına fərdi hesabının sığorta hissəsində 29399,35 manat pensiya kapitalı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan»nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1- cü bəndinə görə, müraciət edən şəxs "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif İşlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu İşə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-07-131 nömrəli məktubuna əlavə olunmuş İstehsalat fəaliyyəti haqqında arayışdan görünür ki, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü) xx.xx.1998-cı ildən xx.xx.2022-ci ilədək “Azərbaycan DRES”-nin ("xxxx" MMC) X7 (YNS) mazut-süzücüsü (süzücü-tökücü) vəzifəsində işləmişdir. X10 (YNS) stansiyanın fasiləsiz olaraq mazut yanacağı ilə təchiz edilməsi üçün yaradılmışdır. Süzücü-tökücü əməliyyat heyyəti tərkibində üç növbəli iş rejiminə malikdir. Mazut süzücüsü növbəni qəbul etdikdən sonra YTQ,TİQ və TTQ-yə əməl etməli, xüsusi ehtiyyat tələb olan işlər görülən zaman sexin növbə rəisindən təlimat almalı və aşağıdakı işləri yerinə yetirməlidir: - Dəmir yolu nazirliyinin müəyyən etdiyi müddətə uyğun olaraq dəmir yolu sisternalarının qəbulunu, onlarla gələn mazutu metr-ştokla ölçür, mazutdan nümunə götürür, mazutu boşaldır, boşalmış sisternaların içərisini buxarla yuyur, yuyulmuş sisternaları təhvil verir, mazutu qızdırıb boşaldılması zamanı mazut itgisinə yol vermədən boşaldılan mazutun tərkibində nəmliyin çox artmaması üçün minimum buxar sərfi ilə qızdıraraq tam boşaldır. -Qəbul çənindən əsas mazut çənlərinə mazutu vurmağı təmin edir. - Qəbul-boşaltma qurğusu ərazisini təmiz saxlamalı,ərazidən quru otları təmizləyir. İddiaçı işlədiyi müddət ərzində xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci ilədək “İş şəraitinin” ağır və zərərli olduğuna görə ona 12% miqdarında əlavə əmək haqqı ödənilir. Əmək şəraiti zərərli olduğu üçün İddiaçı əmək məzunuyyətinə xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci ilədək 06 əlavə gün verilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsinin (elektrik stansiyan,enerji qatarları,buxar və güc təsərrüfatı) “a" bəndində qeyd olunan Tökücülər-boşaldıcılar- YNS-də süzücü-tökücü kimi qeyd olunur. - ЖТ 014116 nömrəli Diplomdan görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1983-cü illərdə peşə təhsili almışdır (hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 2 il 6 ay 1 gün). - НЗ ******* nömrəli hərbi biletindən görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. -ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983 - xx.xx.1998 xx.xx.1998 - xx.xx.2022 Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD№-li Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:
1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İddiaçının, ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlanır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1960-cı ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci ilədək müddətini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur. Cavabdeh orqanın iddia tələbinə etirazının əsas dəlili - iddiaçının güzəştli iş stajının müəyyən edilməməsi ilə bağlıdır. Məhkəmə cavabdehin həmin dəlillini əsassız hesab edir. Belə ki. iddiaçının xx.xx.1998-cı ildən xx.xx.2022-ci ilədək “Azərbaycan DRES”-nin ("xxxx" MMC) X7 (YNS) işlədiyi mazut-süzücüsü (süzücü-tökücü) peşələri güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “Xİİİ. Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinin a) altqrupunda, 2140000a—18598 kodu altında “tökücülərboşaldıcılar” peşəsi qeyd olunmuşdur. Buna görə də iddiaçının mazut süzücüsü (süzücü-tökücü) işlədiyi müddət ona güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən staj sayılmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-07-131 nömrəli məktubuna əlavə olunmuş İstehsalat fəaliyyəti haqqında arayışda göstərilmişdir ki, X10 (YNS) stansiyanın fasiləsiz olaraq mazut yanacağı ilə təchiz edilməsi üçün yaradılmışdır. İddiaçı işlədiyi müddət ərzində xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci ilədək “İş şəraitinin” ağır və zərərli olduğuna görə ona 12% miqdarında əlavə əmək haqqı ödənilir. Əmək şəraiti zərərli olduğu üçün İddiaçı əmək məzunuyyətinə xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci ilədək 06 əlavə gün verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsinin (elektrik stansiyan,enerji qatarları,buxar və güc təsərrüfatı) “a" bəndində qeyd olunan Tökücülər-boşaldıcılar- YNS-də süzücü-tökücü kimi qeyd olunur. Sözügedən arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin istinad olunan siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışda şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilməli, ümumi ifadələrdən istifadə edilməməli, sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməlidir. Tədqiq olunan arayışda iddiaçının işlədiyi peşələrin siyahıda göstərilən peşələrə uyğun olmasının qeyd edilməsi ilə bərabər onun gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətləri də öz əksini tapmışdır. Belə ki, arayışın məzmununda qeyd edilmişdir ki, Süzücü-tökücü əməliyyat heyyəti tərkibində üç növbəli iş rejiminə malikdir. Mazut süzücüsü növbəni qəbul etdikdən sonra YTQ,TİQ və TTQ-yə əməl etməli, xüsusi ehtiyyat tələb olan işlər görülən zaman sexin növbə rəisindən təlimat almalı və aşağıdakı işləri yerinə yetirməlidir: - Dəmir yolu nazirliyinin müəyyən etdiyi müddətə uyğun olaraq dəmir yolu sisternalarının qəbulunu, onlarla gələn mazutu metr-ştokla ölçür, mazutdan nümunə götürür, mazutu boşaldır, boşalmış sisternaların içərisini buxarla yuyur, yuyulmuş sisternaları təhvil verir, mazutu qızdırıb boşaldılması zamanı mazut itgisinə yol vermədən boşaldılan mazutun tərkibində nəmliyin çox artmaması üçün minimum buxar sərfi ilə qızdıraraq tam boşaldır. -Qəbul çənindən əsas mazut çənlərinə mazutu vurmağı təmin edir. - Qəbul-boşaltma qurğusu ərazisini təmiz saxlamalı,ərazidən quru otları təmizləyir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-975/2021 nömrəli qərarından görünür ki, hazırkı iş üzrə mübahisə predmeti olan, iddiaçının işlədiyi süzücü-tökücü peşəsi ilə Siyahıda qeyd edilmiş tökücü-boşaldıcı peşəsinin uyğunluğuna hüquqi qiymət verilmiş və iş materiallarına əsasən müəyyən edilmişdir ki, tökücü-boşaldıcı (süzücütökücü) (slivşik-razlivşik) fəhlə peşəsi 1969-1973-cü illərdə mövcud olmuşdur. 1987-ci ildə SSRİ-nin Əmək və Sosial məsələlər üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Vahid X3 slivşik-razlivşik (tökücü-boşaldıcı; süzücü-tökücü; slivşik-razlivşik) fəhlə peşəsi və işin xarakteristikası öz əksini tapıb. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 09 avqust 2006-cı il tarixli №10-2-li qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və İşlərin Vahid X5”nda (hissə İ) İİ fəsil “Bütün sahələr üçün ümumi olan əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilən fəhlə peşələri siyahısı”nda tökücü-boşaldıcı (süzücü-tökücü) fəhlə peşəsinin dərəcə diapazonu göstərilməklə tökücü-boşaldıcı (süzücü-tökücü) fəhlə peşəsinin iş xüsusiyyətləri qeyd edilmişdir. ... Süzücü fəhlə peşəsinin 1978-ci ildə adının tökücü-boşaldıcı (süzücü- tökücü) adı ilə dəyişdirilməsi iş yerlərinin attestasiyası ilə və yuxarıda adı qeyd olunan “Vahid X5” ilə bağlı olmuşdur. Vəzifə adının qismən dəyişdirilməsinə baxmayaraq işin xüsusiyyəti eyni olmuşdur. Yəni bu vəzifədə işləyənlər mazut yanacağının boşaldılması və mazut çənlərinə bölüşdürülməsi ilə məşğul olmuşlar. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü bölümünün, fəhlələr hissəsində “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” hissəsində qeyd olunduğu kimi tökücülər-boşaldıcılar (süzücü-tökücü) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçının iş yerindən verilmiş arayışla birmənalı olaraq müəyyən olunur ki, iddiaçının yanacaq-nəqliyyat sexində işlədiyi mazut-süzücüsü (süzücü-tökücü) peşələri “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li Siyahısı”nda nəzərdə tutulan “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinin a) altqrupunda, 2140000a-18598 kodu altında “tökücülərboşaldıcılar” peşəsinə uyğundur. İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) müəyyən edildiyindən cavabdeh orqan sözügedən müddətin güzəştli iş stajı kimi qəbul edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.